Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə12/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   8   9   10   11   12   13   14   15   ...   137

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
31
dividendləri gətirəcəyini də proqnozlaşdırmaq çətindir. 
Bütün  bunların  əvəzində  Şərqdə  Türkiyənin  timsalında  yeni  bir  güc 
mərkəzinin formalaşması haqqında günün siyasi reallıqları ilə uzlaşmayan uto-
pik və yanlış bir mövqe ortaya qoyulur. İraq vuruldu, Əfqanıstan çökdürüldü, 
İran yeganə güc mərkəzi kimi qalsa da, müttəfiqləri və rəqibləri arasında ba-
lansın dəyişməsi onun üçün ciddi başağrıları 
və gözlənilməyən siyasi sürprizlərlə doludur. 
Türkiyə müəyyən güc mərkəzlərinin dəstəyi 
ilə Şərqdə sülhü dəstəkləyən, onun inkişa-
fına  çalışan  yeni  güc  mərkəzinə  çevrilmək 
niyyətində  olduğunu  büruzə  verməkdədir. 
Hətta onun nüfuz dairəsinin Cənubi Qafqaz-
dan sonra Orta Asiyaya kimi genişlənəcəyi 
nümayiş  etdirilir.  Siyasi  niyyətlərin  və  ya 
müəyyən  güc  mərkəzlərinin  süni  texno-
logiyalarının  labüd  reallıq  kimi  təqdim  edilməsi  cəhdləri  yanlışlıqdır.  Belə 
düşünülməmiş,  sonadək  götür-qoy  edilməmiş  tələskən  siyasi  gedişlər  yeni 
münaqişə  ocaqlarının  meydana  çıxmasına,  sülhün  bölgədə  uzun  müddət 
bərqərar olmamasına gətirib çıxaracaq.
Türkəyinin  atdığı  bütün  mütərəqqi  addımları  biz  dəstəkləyir,  türk  və 
Azərbaycan xalqlarının dostluğunu, tarixi qardaşlığını qeyd edir, bu münasibətləri 
kimsənin sarsıda bilməyəcəyini bəyan edirik. Türk əsgəri 1918-1919-cu illərdə 
Şərqdə  ilk  demokratik  dövlət  olan  Azərbaycan  Cümhuriyyətinin  müstəqilliyi 
uğrunda,  Azərbaycan  Demokratik  Respublikasının  bayrağı  altında  vuruşub, 
Azərbaycan bayrağını türk əsgəri qoruyub. Təəssüflər olsun ki, 1923-cü ildə 
Türkiyə Cümhuriyyəti qurulanda artıq Azərbaycan Xalq Cümhuriyyətinin süqu-
tundan 3 il keçirdi. Azərbaycanın azadlığı uğrunda vuruşan türk və Azərbaycan 
əsgərlərinin qanı yerdə qaldı. Qaranlıq mətləblərə toxunmadan təəssüf hissi 
ilə qeyd edirik ki, bu cümhuriyyətin azadlığı uğrunda aparılan mübarizə süqut 
etdi. Halbuki Şərqdə yaranan ilk demokratik türk respublikasını, onun ucalan 
bayrağını biz göz bəbəyi kimi qorumalıydıq. Ümumiyyətlə, bütün türkdilli xalq-
ların bayraqları bir türk bayrağı kimi hər birimiz üçün müqəddəs və əzizdir. 
İstər Türkiyə bayrağı, istər Azərbaycan bayrağı, istərsə qırğız bayrağı olsun! 
Döyüşən “beyin mərkəzləri”
Bu gün planetimizdə aparılan müharibələrin xarakterinin və taktikalarının 
dəyişməsi xüsusi aktuallıq kəsb edir. Tankların, zirehlərin döyüşünü indi baş-
qa tipli savaşlarla davam etdirirlər. Burada informasiya müharibəsinə, müxtəlif 
“beyin mərkəzləri”nin tətbiq etdiyi münaqişə və savaş texnologiyalarına xüsusi 
önəm verilir.
Ümumiyyətlə, “beyin mərkəzləri”nin yaranması İkinci Dünya müharibəsindən 
Ümumiyyətlə, bütün türkdilli 
xalqların bayraqları bir türk 
bayrağı kimi hər birimiz 
üçün müqəddəs və əzizdir. 
İstər Türkiyə bayrağı, istər 
Azərbaycan bayrağı, istərsə 
qırğız bayrağı olsun! 


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
32 
sonra  ABŞ-da  vüsət  aldı.  İndi  isə  Amerikada  fəaliyyət  göstərən  belə 
müəssisələrin  sayı  600-dən  artıqdır.  Belə  “ağıl  fabrikləri”nin  bütün  dünyada 
artması  artıq  tendensiya  halını  almışdır.  Onların  əsas  məqsədi  ictimai  şüura 
təsir etmək, beynəlxalq siyasətdə müəyyən güc mərkəzlərinin siyasi maraq-
larına, hərbi doktrinalarına uyğun siyasi mövqeni və ictimai şüuru formalaş-
dırmaqdır. Bu mərkəzlər cəmiyyətdə və dünyada baş veren qlobal prosesləri 
analiz edir, əvvəlcədən baş verə biləcək hadisələrin perspektivini görməyə ça-
lışır və müəyyən güc mərkəzləri üçün təkliflər hazırlayırlar. “Beyin mərkəzləri” 
hər hansı bir dövlətin və ya güc mərkəzinin siyasi strategiyasının intellektual 
bazasını təchiz edir, müəyyən siyasi texnologiyaların, diplomatik niyyətlərin re-
allaşması istiqamətində analitik-elmi və informasiya dəstəyini həyata keçirirlər. 
Artıq  ABŞ-da  fəaliyyət  göstərən  siyasi  partiyalar  siyasi  layihələrin  işlənilib 
tətbiq edilməsində intellektual korporasiyalardan geri qalırlar. Yəni hər hansı 
bir “beyin mərkəzi” ən böyük və nüfuzlu partiyadan daha mobil, daha çevik və 
səlis işləmək qabiliyyətinə malikdir.
Bu baxımdan Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araş-
dırmalar Mərkəzi (SAM) xüsusi əhəmiyyət kəsb edir. Belə ki, bu təşkilat yeni 
yaranmasına baxmayaraq, Azərbaycanın həm xarici, həm də daxili siyasətində 
ciddi rol oynayan nüfuzlu bir quruma çevrilmişdir. Onun fəaliyyəti həm ölkə 
daxilində,  həm  də  beynəlxalq  arenada  ciddi  hiss  olunmaqdadır.  Belə  ki, 
SAM  fəaliyyətinin  elə  birinci  ili  Amerika,  Avropa  və  Asiyanın  aparıcı  böyük 
dövlətlərində əsasən həmin dövlətlərin nüfuzlu “beyin mərkəzləri” ilə birlikdə 
keçirdiyi “dəyirmi masa”larda, elmi-praktiki konfranslarda Azərbaycanın daxili 
və  xarici  siyasətinə  həsr  edilmiş  ən  aktual  mövzularla  məruzələr  etmiş,  eyni 
zamanda, Qərbin aparıcı mütəxəssislərini, politoloqlarını və ən nüfuzlu “beyin 
mərkəzləri”nin nümayəndələrini diskussiyalara dəvət etmişdir. Digər tərəfdən, 
SAM-ın  ölkənin  hüdudlarından  kənarda  keçirdiyi  tədbirlərə  aparıcı  mətbuat 
orqanlarının  nümayəndələrinin  dəvət  edilməsi  Azərbaycanın  mövqeyini 
dünya  ictimaiyyətinə  yeni  siyasi  texnologiyalarla  əvvəlkindən  fərqli  və  geniş 
məzmunda çatdırmağa imkan vermişdir.
“Cənubi  Qafqazda  təhlükəsizliyin  maneələri:  regional  əməkdaşlığın  re-
allıqları və perspektivləri” mövzusunda SAM-ın təşkil etdiyi Bakı konfransın-
da  Ceymstaun  Fondunun  elmi  işçisi  Vladimir  Sokor  Qərb  dövlətlərinin  sülh 
səylərini  bir  cümlə  ilə  belə  dəyərləndirib:  “Regional  təhlükəsizliyin  təmin 
edilməsində Qərb siyasəti öz fəaliyyətsizliyini nümayiş etdirdi”. Fikrimizcə, artıq 
şərhə ehtiyac duyulmur.
 
Avropa sülhü, yoxsa savaşı qoruyur? 
İstər Rusiya, istər Fransa, istərsə də Amerika dünyada ən güclü dövlət və 
həm də Minsk qrupunun həmsədrləri kimi Qarabağ münaqişəsinin həll olun-
ması, Azərbaycanın işğal edilmiş ərazilərinin və məcburi köçkünlərin geri qay-


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə