Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə13/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   9   10   11   12   13   14   15   16   ...   137

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
33
tarılması üçün məsuliyyətli bir mandatın sahibidirlər. Onların əsas vəzifəsi, daha 
geniş anlamda tarixi missiyası Qafqazdakı münaqişə ocağını aradan götürmək, 
iki xalqın sülh şəraitində yaşamasına zəmin yaratmaqdır. Çox təəssüf olsun ki, 
bu missiyanı yerinə yetirmək əvəzinə Türkiyə Ermənistanla sərhədlərin açılma-
sına məcbur edilir. 
Maraqlı  situasiyadır:  Ermənistana  xatırladan  yoxdur  ki,  bugünədək  o,  bir 
dövlət kimi Türkiyənin ərazi bütövlüyünü tanımır, bu dövlətə qarşı israrlı ola-
raq ərazi iddialarındadır və hətta öz konstitusiyasına bu maddələri həkk edib 
saxlayır.  İmzalanan  protokolların  heç  birində  Ermənistanın  qarşısında  qon-
şu  dövlətlərə  qarşı  ərazi  iddialarından  imtina  edəcəyi  ilə  bağlı  müddəalar 
nəzərdən  keçirilmədən  sərhədlərin  açılmasına  razılıq  verilir.  Bu,  sivil  dün-
yada  baş  verən  beynəlxalq  münasibətlərin  təhlükəli  siyasi  potologiyası  kimi 
qiymətləndirilməlidir. 
Əgər  bu  gün  -  XXI  əsrdə  Avropanın  gözü  qarşısında  işğalçı  Ermənistan 
qoşunları və onlarla birlikdə olan muzdlular Azərbaycan kəndlərini atəşə tu-
tursa, sərhəd bölgələrində öz torpaqlarını əkib-becərən sadə kəndliləri qətlə 
yetirirlərsə,  bu  o  demək  deyilmi  ki,  qonşu  Ermənistan  dövləti  işğalçı  kimi 
öz  ideyalarından  əl  çəkmək  niyyətində  deyil?  Belə  aqressiya  güc  mərkəzləri 
tərəfindən dəstəklənirsə, deməli, bunun bölgədə münaqişələrin alovlanmasına 
gətirib çıxaracağına şübhə belə etmək lazım deyil! Təəssüflər olsun ki, dünya-
nın  demokratik  dəyərlərini,  sülhü  qorumaq  missiyasını  ümdə  vəzifələri  kimi 
elan edən dövlətlər həm Qafqaz bölgəsi, həm də dünya üçün təhlükə doğuran 
böyük fəlakətlərə rəvac verirlər.
Avropa İttifaqına daxil olan dövlətlər öz aralarındakı sərhədləri açır, vahid 
valyutaya keçir, vahid enerji məkanı yaradır, bir-birlərinə qarşılıqlı ərazi iddia-
ları sürmək əvəzinə vahid ordunun yaradılmasını müzakirə edirlər. Belə halda 
dünyanın digər bölgələrində “mürgüləyən münaqişə ocaqları”nın saxlanılması, 
sərhədlərin  dəyişdirilməsi  tələblərini  irəli  sürən  qüvvələrin  bilavasitə  və  do-
layısıyla  dəstəklənməsi  hansı  zərurətdən  irəli  gəlir?  Ən  təəccüblüsü  odur  ki, 
Cənubi Qafqazda sərhədlərin dəyişdirilməsinə daha böyük əhəmiyyət verilir. 
Maraqlısı odur ki, məsələnin mahiyyətini diqqətlə araşdırdıqda, ilk növbədə, 
böyük dövlətlərin və müxtəlif güc mərkəzlərinin bu məsələyə ikili münasibəti 
üzə  çıxır.  Təəccüblü  deyilmi,  Avropa  ölkələri  öz  aralarında  sərhədləri  şəffaf 
saxladığı,  qarşılıqlı  ərazi  iddialarının  müzakirəsini  siyasi  diskussiya  mövzusu 
kimi  gündəmə  gətirmədikləri  halda,  Qafqazda  sərhədlərin  dəyişdirilməsinə 
önəm  verilir,  bölgənin  prioritet  problemi  kimi  müzakirələrə  çıxarılır.  Halbuki 
Cənubi  Qafqazda  bütün  xalqlar  öz  müqəddəratlarını  həll  ediblər.  Dünyanın 
başqa bölgəsində belə problemin olmasına baxmayaraq, onun üzərindən sü-
kutla keçilir, biz isə ikili standartların təzyiqi altında beynəlxalq diskussiyaların 
müntəzəm döyəclənən predmetinə çevrilirik, münaqişələr qızışdırılaraq uzadı-
lır. Bu isə nə Azərbaycan, nə erməni, nə də ki digər xalqların xeyrinədir! Əgər 
biz Qafqazda yaşayan bütün xalqların birgə əməkdaşlığını, sülh şəraitində ya-


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
34 
şamasını və firavanlığını istəyiriksə, onda bu məsələlərə nöqtə qoymalı və xalq-
lar arasında dostluğun, iqtisadi əməkdaşlığın yollarını birgə aramalıyıq. 
Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsinə, azərbaycanlılara 
qarşı  soyqırımı  aktının  törədilməsinə,  etnik  təmizləmələrin  aparılmasına  və  bü-
tün bunların nəticəsində bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi 
köçkün  vəziyyətinə  düşməsinə  baxmayaraq,  ABŞ-ın  907-ci  düzəlişinə  əsasən 
Azərbaycana  qarşı  tətbiq  edilən  iqtisadi  sanksiyalar  uzun  müddətdir  ki  aradan 
götürülmür. Əksinə, işğalçı Ermənistanın silahlanması, ordusunun modernləşməsi 
və separatçıların ayaqda qalaraq “siyasi sifarişləri” həyata keçirmələri üçün geniş 
imkan yaratmaq, buna təkan vermək məqsədilə Türkiyədən təcili və qeyd-şərtsiz 
sərhədlərin açılması tələb edilir. Halbuki Ermənistan nəinki Türkiyənin ərazi bütöv-
lüyünü tanımır, hətta ona qarşı olan ərazi iddialarını öz konstitusiyasında təsbit 
etmişdir.  Gələcək  münaqişəyə,  seperatizmə,  bölgədə  stabilliyin  birdəfəlik  və 
uzunmüddətli pozulmasına gətirib çıxara biləcək “qondarma tarixi ərazi iddiasi” 
problemini çözmədən Türkiyə-Ermənistan münasibətlərinin pozitiv gələcəyi inan-
dırıcı görünmür. Əlbəttə, belə bir “təsir vasitəsinin” hər zaman işə yaraya biləcəyini 
nəzərində saxlayan bəzi güc mərkəzləri bilərəkdən bu məsələnin üstündən sakitcə 
keçirlər. Bölgədə vəziyyətin belə böhran həddinə catmasına rəvac verən qüvvələr 
bu gün öz vətənində məcburi köçkün həyatı yaşayan azərbaycanlıları AŞ PA-nın 
2002-ci ildə qəbul etdiyi qətnaməyə uyğun olaraq doğma torpaqlarına qaytar-
maq, Dağlıq Qarabağda erməni və azərbaycanlı icmalarının birgə sülh və dinc ya-
şamalarını təmin etmək üçün bütün vasitələrdən yararlanmaq, bununla da qonşu 
xalqlar arasında inamı, etimadı və dostluğu möhkəmləndirmək əvəzinə, dünya-
nın ən həssas regionunda qarşıdurmanı, tərəflər arasındakı düşmənçiliyi daha da 
dərinləşdirirlər. 
Nəticə
Azərbaycan  həm  siyasi,  həm  də  iqtisadi  münasibətlərdə  balansın  qo-
runmasına cəhd edən bir dövlətdir. Zahirən bu, sadə və praqmatik bir siyasi 
kurs kimi görünsə də, onun həyata keçirilməsi mürəkkəbdir və böyük siyasi 
dərrakə, praqmatik təfəkkür tələb edir. Qürurla qeyd etmək olar ki, bütün bu 
keyfiyyətləri Prezident İlham Əliyev öz siyasi gedişlərində kifayət qədər aydın 
nümayiş etdirmişdir. 
İstənilən başqa siyasət, istənilən səhv atılan kiçicik addım belə Azərbaycan 
üçün ciddi maneələr yarada bilər. Qafqaz kimi tarixən münaqişələrdə boğulan 
bir bölgədə belə müdrik, sağlam və praqmatik siyasətin təkbaşına aparılma-
sı üçün siyasi iradə və xarizma lazımdır. Azərbaycan Prezidenti İlham Əliyev 
mətin, siyasi iradəli lider kimi aparıcı qüvvəyə malikdir. Artıq bir çox diplomatlar 
açıq qeyd edirlər ki, Azərbaycanın bu artan qüvvəsi bəzi dairələrin maraqlarını 
təmin etmir. Ona görə ki, bir çox məsələlərdə Azərbaycana diktə etmək müm-
kün deyil və siyasi reallıqlar bərabərhüquqlu tərəfdaşların danışıqlarını tələb 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə