Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 4,36 Kb.
Pdf görüntüsü
səhifə21/137
tarix15.03.2018
ölçüsü4,36 Kb.
#32376
1   ...   17   18   19   20   21   22   23   24   ...   137

Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
53
Investigates the differences and benefits of the new approach as a scien-
tific concept of integrative research method with respect to the dynamics of 
political modernization. 
In the final section of the article, the author summarizes the results of app-
lying the new    chronopolitical approach to  modern national political history 
and leads recommendations. 
Эльнур Асланов 
Хронополитический подход к процессам политической 
модернизации как новый аналитический метод
В статье анализируется новый хронополитический подход современ-
ной теоретической политологии, применительный  к процессам полити-
ческой модернизации. Автор подчеркивает важность применения этого 
подхода в национальной политологической науке. В статье впервые де-
лается  попытка  просмотреть  политическую  реальность  Азербайджана 
сквозь призму нового научного направления.
  В  исследовании  также  анализируется  генезис  и  причины  широкого 
применения  нового метода в последнее десятилетие. Разъясняется важ-
ность исследования политической системы  с хронополитической точки 
зрения, где основным принципом является фактор времени. Предлагает-
ся обобщенное понимание сущности хронополитического знания, а так-
же методологических и стратегических принципов хронополитики. 
В данной работе новый научный подход применяется не только в тео-
ретическом, но и в практическом аспектах к  процессам, происходящим в 
Азербайджане с учетом фактора политического времени.
В работе выясняются различия и преимущества нового подхода к ин-
тегративной  научной  концепции  исследований,  применительного  к  ди-
намике политической модернизации. В заключении обобщаются резуль-
таты  применения  нового  хронополитического  подхода  к  современной 
национальной политической истории и приводятся рекомендации.


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
54 


Say 7-8 • 2014 | STRATEJİ TƏHLİL 
55
Açar  sözlər:    Ümummilli  lider,  gender  siyasəti,  qadın  hüquqları,  Qadın 
Problemləri üzrə Milli Fəaliyyət Planı, beynəlxalq təcrübə
Key  words:  national  leader,  gender  equality,  women`s  rights,  National 
Action Plan on Women`s Problems, international practice
Ключевые  слова:  Общенациональный  лидер,  гендерная  политика, 
права женщин, Национальный  План Действий по Проблемам Женщин, 
международная практика
Ümummilli lider 
Heydər Əliyev 
tərəfindən əsası qoyulan 
gender siyasəti yüksək 
nəticələr verməkdədir
Sahibə 
QAFAROVA 
Milli Məclisin deputatı,
filologiya elmləri doktoru, professor  
azmm@meclis.gov.az


STRATEJİ TƏHLİL | Say 7-8 • 2014
56 
Heç  də  təsadüfi  deyildir  ki,  bu  gün  əsas  beynəlxalq  sənədlərdə  cinslər 
arasında  bərabərlik  insanın  başlıca  hüquqlarından  biri  kimi  təsbit  edilir. 
Beynəlxalq hüquqda haqlı olaraq qadınlar xüsusi subyekt kimi dəyərləndirilir, 
onlara  hüquqlarının  həyata  keçirilməsi  üçün  geniş  təminatlar  müəyyən  olu-
nur. Milli dövlətlər isə bu təminatların reallaşdırılması, nəzəri cəhətdən möv-
cud olan yüksək dəyərlərin praktikada tətbiq olunması üçün səylərini ildən-ilə 
daha da gücləndirməlidirlər. Nəzərə almaq lazımdır ki, qadınlar üçün bəyan 
edilən  bərabər  hüquqlar  real  bərabər  imkanların  olmaması  səbəbindən  çox 
vaxt  gerçəkləşə  bilmir.  Ona  görə  də,  qadınların  ictimai  həyata  daha  çox  in-
teqrasiya olunduğu müasir dövrdə zərif cinsin nümayəndələrinə daha geniş 
hüquqların verilməsi, onların bütün sahələrdə təmsil olunmalarının artırılması, 
fəaliyyət sferalarını təhsil, səhiyyə kimi ənənəvi istiqamətlərdən digər sahələrə 
doğru  daha  da  genişləndirilməsi,  iqtisadi,  sosial  sferalarda  qadınların  po-
tensialından səmərəli faydalanması və s. bu kimi tədbirlər bu gün daha bö-
yük nailiyyətlərin əldə olunmasına şərait yarada bilər. Hər halda Azərbaycan 
dövlətinin bu istiqamətdə atdığı addımlar və əldə olunmuş nailiyyətlər bu fikri 
daha da qüvvətləndirir. 
Bildiyimiz kimi, Azərbaycan sadəcə 22 ildir ki dövlət müstəqilliyini əldə edib. 
Təbii ki, bu, dövlətçilik tarixi baxımından o qədər də çox bir dövr deyil. Amma 
buna baxmayaraq, Azərbaycan Respublikası bu 22 illik dövr ərzində bir çox 
dövlətlərin əsrlərlə əldə edə bilmədiyi yüksəlişə, inkişafa nail olmuşdur. İqti-
sadiyyat, sosial həyat, siyasət və beynəlxalq aləmdə mühüm nailiyyətlər qaza-
nılmışdır. O cümlədən, insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində 
də çox ciddi nailiyyətlər əldə olunmuşdur ki, bu da bütün beynəlxalq və yer-
li  müşahidəçilər,  mütəxəssislər  tərəfindən  etiraf  olunmaqdadır.  Ölkəmizdə 
müxtəlif  sahələrdə  aparılan  islahatlar,  vətəndaş  cəmiyyətinin  formalaşma-
sında  vətəndaşların  fəallığının  artırılması  yolunda  görülən  işlər  qadınların 
cəmiyyətdəki rolunun artırılmasını da təmin etmişdir.
Şübhəsiz ki, əgər biz bu gün Azərbaycanda qadın hüquqlarının ən yüksək 
səviyyədə təminatından, gender bərabərliyindən bəhs ediriksə, bu məsələdə 
ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əhəmiyyətini 
mütləq  şəkildə  vurğulamalıyıq.  Tam  səmimi  olaraq  qeyd  edə  bilərik  ki, 
Azərbaycanda uğurlu gender siyasətinin əsası ümummilli lider Heydər Əliyev 
tərəfindən qoyulmuşdur. Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə 
qadın  şəxsiyyətinin  önəmini  yüksək  qiymətləndirmişdir.  Yüzlərlə  qadın  Ulu 
Öndərin yaratdığı əlverişli şərait nəticəsində fərdi bacarıqlarını nümayiş etdir-
miş,  müxtəlif  idarəetmə  orqanlarında  rəhbər  vəzifələrdə  çalışmışdır.  Heydər 
Əliyevin  Azərbaycan  Kommunist  Partiyası  Mərkəzi  Komitəsinin  birinci  katibi 
işlədiyi 1969-1982-ci illərdə ölkənin sosial-mədəni həyatında qadınların rolu 
xeyli artmışdır. Bu sahədə işləyən qadınların ümumi sayında müəllimlər 47 %, 
həkimlər 60 %, tələbələr 43 %, elmi işçilər 37 % təşkil edirdi. Bu dövrdə yetişən 
ziyalılar içərisində Azərbaycan qadınlarının xüsusi çəkisi olmuşdur. Azərbaycan 
elminin şöhrətini ucaldan və onu dünyaya tanıtdıran bu ziyalı qadınlara ittifaq 
miqyaslı fəxri adların verilməsi Heydər Əliyevin əvəzsiz xidmətlərindən biri idi. 
Ümummilli lider Heydər Əliyev cəmiyyətdə qadının rolunun yüksəldilməsi 


Yüklə 4,36 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   137




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə