Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə39/96
tarix20.09.2018
ölçüsü3,12 Mb.
#69476
1   ...   35   36   37   38   39   40   41   42   ...   96

STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
110 
yasi qrupları olan liberallar, xrisitian demokratlar və sosialistlərdən təşkil olun-
muşdur. 1953-1965-ci illər arasında yalnız bu üç qrup Parlamentdə fəaliyyət 
göstərmişdir. Bu üç qrupun ən böyüyünü xristian demokratlar təşkil etdiyi hal-
da, ikinci sırada liberallar gəlir. 1965-ci ildə ilk yeni qrup fransız “de Gaulle” 
tərəfdarlarından ibarət olmuş  və Avropa Demokratlar Birliyi adlandırılmışdır. 
1973-cü ildə İttifaqa  üç yeni üzv kimi İngiltərə, İrlandiya və Danimarkanın qo-
şulması ilə Parlamentin siyasi tarazlığında əhəmiyyətli dərəcədə dəyişikliklər 
baş vermişdir. İngilis mühafizəkarlarının gəlməsi ilə 20 üzvdən ibarət tamamilə 
yeni  bir  qrup  təşkil  olunmuşdur.  Avropa  Demokratik  Birliyində  “de  Gualle” 
tərəfdarları İrlandiya partiyasından gələn üzvlərlə birləşmiş və qrupun adı Av-
ropa  Mütərəqqi  Demokratlar  şəklində  dəyişmişdir.  Başqa  bir  dəyişiklik  yenə 
də 1973-cü ildə Kommunist Qrupunun yaradılması ilə baş vermişdir. Bu qrup 
17 üzvü ilə digər qruplar daxilində birbaşa ümumi seçkilərdən əvvəl ən kiçik 
qrup kimi mövcudluğunu davam etdirmişdir. Birbaşa seçkilərin keçirilməsindən 
1 il əvvəl, yəni 1978-ci ildə Parlamentdə olan qruplar və onların sayları aşa-
ğıdakı kimi olmuşdur: sosialistlər - 63, xristian demokratlar - 52, liberallar - 
24, mütərəqqi demokratlar - 19, mühafizəkarlar - 18, kommunistlər - 17 və 
müstəqillər - 3 üzv [13]. 
Sonrakı illərdə siyasi qrupların strukturunda və adlarında dəyişikliklər ol-
muşdur. Bu dəyişikliklərin səbəbi Avropada baş verən siyasi hadisələrin siyasi 
tarazlığa təsir göstərməsi və bunun tendensiyalarda öz əksini tapmasıdır. Bu 
gün isə 736 yerli Parlamentin tərkibində 7 siyasi qrup mövcuddur. 
1.  Avropa  Xalq  Partiyası  (xristian  demokratlar)  (AXP):  AXP  27  üzv 
dövlətdən olan nümayəndələri özündə birləşdirən yeganə qrup olmaqla 265 
yer ilə Parlamentdəki ən böyük siyasi qrupdur (2009-cu il seçkilərindəki səs 
nisbəti 35%-dir). 26 üzv dövlətdən 50-dən artıq siyasi partiya bu qrupa daxildir 
[15]. Mərkəzi sağ təmayüllü bu qrup Parlamentdə siyasi qrupların təşkilindən 
(1953) bu günə qədər mövcudluğunu qoruyub saxlayır [16]. Siyasi mövqeyinə 
baxdıqda bu qrup bütün avropalıların ortaq mənafelərinə xidmət edəcək da-
imi  inkişafı  təmin  etmək  üçün  insan  haqları  və  hüququn  aliliyi  prinsiplərinə 
əsaslanan,  “subsidiarlıq  prinsipi”nin  və  səlahiyyət  bölgüsünün  məhsuldar 
şəkildə tətbiq edildiyi və müstəqil demokratik qurumlar bazasında yaradılan Aİ 
hədəfi üçün fəaliyyət göstərdiyini bəyan edir. Qrupun əsas hədəfi vahid bazar 
çərçivəsində rifahın təmin olunduğu və imkanların yaradıldığı, dünya miqya-
sında  rəqabət  qabiliyyəti  olan  Avropanın  yaradılmasına  öz  töhfəsini  vermək 
və  beləliklə,  yalnız  avropalıların  deyil,    bütün  dünya  insanlarının,  Maastrixt 
Sazişində də nəzərdə tutulan davam etdirilə bilən inkişaf prinsipinə əsasən ri-
fah halında yaşamasını təmin etməkdir. Qrupun başqa bir hədəfi də İttifaqın 
müştərək xarici və təhlükəsizlik siyasətinin davamlılığının təmin olunması və 
effektivliyinin artırılmasıdır [17]. 
2. Avropa Sosialistləri və Tərəqqipərvər Demokratlar İttifaqı (ASTDİ): 
1953-cü ildə yaradılmış bu qrupun 2009-cu il seçkilərində səs nisbəti 25%-ə 
qədər azalmış və 184 yer qazana bilmişdir. Parlamentdəki ikinci ən böyük si-
yasi qrup hesab edilir. Xüsusilə Alman Sosialist-Demokratlar Partiyası, İspaniya 


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
111
Sosialist Fəhlə Partiyası, Fransız Sosialist Partiyası, İtaliya Demokrat Partiyası 
və İngilis Fəhlə Partiyasına mənsub olan üzvlərdən ibarətdir [18]. Qrupun si-
yasi  prioritetlərinə  baxdığımız  zaman  görürük  ki,  Aİ  miqyasında  həyat  və  iş 
şəraitinin  fasiləsiz  şəkildə  yaxşılaşdırılması,  hər  kəs  üçün  daha  çox  imkanla-
rın yaradılması, ətraf mühitin daimi şəkildə qorunması, uğurlu iqtisadi inkişaf 
və iş imkanlarının artırılması Avropa İttifaqının Əsas Hüquqlar Şərtinin həqiqi 
tətbiqinin təmin olunması, Avropada azadlıq, təhlükəsizlik və ədalətin inkişaf 
etdirilməsi başlıca hədəflər kimi nəzərdə tutulmuşdur [19]. 
3.  Avropa  naminə  Liberal  və  Demokratik  İttifaq  (ALDİ):  Bu  qrup  da  ilk 
dəfə 1953-cü ildə Liberal Qrup adı altında təşkil olunmuş, 1976-cı ildə Liberal və 
Demokratik Qrup, 1986-cı ildə Liberal, Demokratik və İslahatçı Qrup adı altında 
fəaliyyətini davam etdirmişdir. Bu gün 20 üzv dövlətdən gələn nümayəndələrlə 
Parlamentdə üçüncü böyük qrup olan ALDİ-nin 11,4% səs nisbətindən asılı ola-
raq  84  üzvü  vardır  [20].  Qrupun  aktual  siyasi  prioritetləri  arasında  Türkiyə  ilə 
müzakirələrin dəstəklənməsi və Türkiyənin də Aİ-də yer alması, qanunlara uyğun 
şəkildə Aİ-yə gələn miqrantların inteqrasiyasının təmin olunması, ekoloji məsələlər, 
Aİ Konstitusiyasının təsdiq prosesində dəstəklənməsi, insan hüquqlarına hörmətin 
dünya miqyasında problemsiz şəkildə işləməsi, Aİ-nin qanunvericilik prosedurları-
nın ictimaiyyətə açıq şəkildə  çatdırılması öz əksini tapmışdır [21]. 
4.  Avropa  Sərbəst  İttifaqı/Yaşıllar  Qrupu  (EFA/G):  13  üzv  dövlətdən 
55 parlament üzvünün daxil olduğu (2009-cu ildəki səs nisbəti 7,5%) Avropa 
Parlamentinin  dördüncü  böyük  qrupudur.  1995-ci  ildə  təşkil  olunan  Avropa 
Sərbəst  İttifaqının  mənşəyi  isə  tərkibində  milliyətçi,  regional  və  muxtariyyət 
tərəfdarı olan partiyaları birləşdirən Avropa Radikal İttifaqına söykənir. Yaşıllar 
Qrupu  ilə  Avropa  Sərbəst  İttifaqının  Parlamentdə  qüvvələrini  birləşdirməklə 
vahid qrupa çevrilməsi isə 1999-cu ilin iyul ayında reallaşmışdır [22]. 
Qrupun siyasi mövqeyinə baxdığımız zaman əsas insan hüquqlarına və hər 
kəsin sağlam mühitdə yaşaması hüququna hörmət edən bir cəmiyyət qurmaq, 
bir tərəfdən işsizliklə mübarizə apararaq, digər tərəfdən də insanların iş sahələri 
məsələsində  seçmə  imkanlarını  inkişaf  etdirərək  dünya  miqyasında  işləmə 
sərbəstliyinin artırılmasına kömək etmək, fərdlərin qərar qəbuletmə prosesində 
birbaşa iştirakını və yerində idarəetməni təmin etməklə, Şura və Komissiya-
nın rəhbərliyindəki şəffaflığını gücləndirib Komissiyanın tamamilə Parlament 
qarşısında  məsul  olmasını  da  təmin  edərək  demokratiyanı  dərinləşdirmək, 
subsidiarlıq prinsipinə əsaslanan azad fərdlərin Avropa İttifaqını qurmaq əsas 
hədəfləri arasındadır [23]. 
5.  Avropa  Mühafizəkarlar  və  İslahatçılar  Qrupu  (AMİQ):  2009-cu  ilin 
may ayında AXP-dən ayrılan İngiltərə Mühafizəkarlar Partiyası üzvlərinin yarat-
dığı qrup 7,3%-lik səs nisbəti ilə 54 üzvə malikdir. İngiltərə Mühafizəkarlar Par-
tiyası üzvlərindən başqa xüsusilə Polşanın  Xalq və Ədalət Partiyası ilə Çex Res-
publikasının Mülki Demokratiya Partiyasına mənsub olan üzvlərdən ibarətdir 
[24].  Qrupun  siyasi  hədəfləri  azad  təşəbbüsün,  azad  ticarətin  və  rəqabətin 
dəstəkləndiyi, vergilərin az məbləğdə olduğu, dövlətlər tərəfindən müdaxilə 
edilməyən  iqtisadiyyat,  fərdin  azadlıqlarının  ön  planda  tutulduğu  demokra-


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə