Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə38/96
tarix20.09.2018
ölçüsü3,12 Mb.
#69476
1   ...   34   35   36   37   38   39   40   41   ...   96

STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
108 
Lakin yenə də AP klassik və konstitusiya mənasında parlament ola bilmirdi. 
Çünki hüquq formalaşdırma qaydası ilə birlikdə və Şura ilə əməkdaşlıq istis-
na olmaqla o, bunlardan kənar qanunvericilik, təklifvermə və vergi tətbiqetmə 
səlahiyyətlərinə malik deyildi. 
Lakin 1993-cü ildə qüvvəyə minən Maastrixt Sazişi ilə Parlamentə xüsusilə 
qanunvericilikdə iştirak baxımından mühüm səlahiyyətlər verilmişdir. 
Maastrixt Sazişindən sonra İttifaqa yeni üzvlərin qəbulu ilə birlikdə Aİ qu-
rumlarında islahat keçirmək ehtiyacı yaranmışdır. Bunun üçün Hökumətlərarası 
Konfrans (HAK) keçirilməsi məsələsi gündəliyə gəlmişdir. Çünki Aİ qurumla-
rı 6 üzvdən ibarət birlik kimi düşünülmüşdü, lakin sonradan genişlənmələrlə 
birlikdə üzvlərin sayı 15-ə çatmışdır. Dünyada baş verən siyasi dəyişikliklərdən 
sonra İttifaqa üzv olmaq istəyənlərin sayı artmışdır. Buna görə də onsuz da is-
lahatların həyata keçirilməsinin vacibliyini başa düşən Aİ daxilində 1996-cı ildə 
fəaliyyətə başlayan HAK ilə paralel genişspektrli dəyişikliklər baş vermişdir. Bu 
konfransda irəli sürülən təkliflər əsasında AP-nin səlahiyyətlərinin artırılması 
məsələsi gündəliyə gətirilmişdir. 
AP-nin İttifaq daxilindəki mövqeyinə baxdığımız zaman  bu qurum ilə digər 
klassik parlamentlər arasında bəzi fərqlərin olduğu nəzərə çarpır. Bunun xa-
rakterik xüsusiyyəti həmin fərqin əslində Avropa İttifaqını digər qurumlardan 
ayıran mühüm cəhətin olmasıdır. Bu fərqin ən mühüm tərəflərindən biri AP-yə 
üzv dövlətlərin vətəndaşlarının qərar qəbuletmə prosesində birbaşa seçilmiş 
nümayəndələri vasitəsilə iştirakıdır. 
Bildiyimiz kimi, klassik dövlət sistemində parlamentlərin vəzifəsi qanunve-
ricilik funksiyasının yerinə yetirilməsi, icra orqanının seçilməsi, siyasi və hüquqi 
metodlarla ona nəzarət edilməsidir. Lakin AP milli dövlət parlamentlərindən 
daha elastik və mürəkkəb struktura malik olduğundan klassik parlamentlərlə 
arasında  yalnız  struktur  oxşarlığı  vardır.  Hər  nə  qədər  AP-nin  qanunverici-
lik  baxımından  səlahiyyətləri  artsa  da,  həmçinin  nəzarət  məsələsində  milli 
parlamentlərlə  məhdud  ölçüdə  oxşarlığa  malik  olsa  da,  milli  parlamentlərlə 
onun arasında aydın fərqlərin olduğu da nəzərə çarpır [5]. 
AP bu funksiyaları yerinə yetirə bilmək üçün müxtəlif strukturlar təsis et-
mişdir. 785 AP üzvü təxminən 100-ə yaxın müxtəlif milli partiyanı təmsil edir, 
eyni zamanda artıq 7 partiya qrupu da təşkil edilmişdir. Bu qruplar üzvlərinin 
müxtəlifliyinə  və  hələ  də  Aİ  miqyasında  siyasi  partiyalara  çevrilməmələrinə 
baxmayaraq, AP-nin həyatında çox mühüm rol oynayırlar [4, s.162]. 
Parlamentin sədri, digər 14 nazir müavini və 5 xəzinədar üzv 2,5 illik dövrlər 
üçün seçilir. AP-nin hazırlıq işlərinin böyük hissəsi 20 komitə tərəfindən həyata 
keçirilir. ABŞ Konqresi ilə müqayisə etsək, Konqresin əksinə AP-də yalnız 3 alt 
komitə var. Həmçinin üçüncü ölkələrlə münasibətlər məsələsində çox sayda 
parlamentlərarası  nümayəndə  heyəti  də  mövcuddur.  Başqa  bir  təqdirəlayiq 
məsələ isə AP daxilindəki qrupların rəsmi rolları olmasa da AP-ni fəaliyyətə 
sövq etmələri funksiyasına malik olmalarıdır. Nəhayət, sonuncu cəhət isə Par-
lament üzvlərinin səlahiyyətlərini öz adlarından istifadə etməsinin və hər hansı 
bir hökumətə dəstək vermələrinə ehtiyac olmamasının AP-yə gətirdiyi ən bö-


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
109
yük  üstünlük  “iqtidarsız”  AP  parlamentarlarının milli  parlamentlərdəki  parla-
mentarlarla müqayisədə daha müstəqil olmaları və daha çox diqqəti cəlb edən 
sahələrdə işləmələridir [4, s.162]. 
Qeyd edək ki, AP-nin üzvləri hər 5 ildən bir birbaşa seçki yolu ilə müəyyən 
olunur.  Səsvermə  sistemləri  və  seçki  rayonlarının  miqyası  ölkədən-ölkəyə 
dəyişir  və  bəzi  üzv  ölkələrdə  səsvermə  proseduru  1  həftəyə  qədər  uzana 
bilər. Lakin AP üçün keçirilən seçkilər demokratiya baxımından Aİ miqyasın-
dakı  yeganə  praktikadır.  Roma  Sazişində  birbaşa  seçkilərin  keçirilməsi  vur-
ğulansa da, üzv ölklərin buna əməl etmə məsələsində razılığa gələ bilmələri 
nəticəsində  ilk  dəfə  birbaşa  seçkilərin  keçirilməsi  1979-cu  ilə  qədər  uzandı. 
Bəzi üzvlərin, xüsusilə İngiltərə və Fransanın AP-yə daha çox səlahiyyət və ya 
prestij təmin etməkdə ləngimələri birbaşa seçkilərin mümkün olması və sonra 
da keçirilməsində gecikmələrə səbəb oldu. Seçkilərdə iştirak nisbəti 1979-cu 
ildən bu günə qədər daim azalmaqda idi. Birbaşa seçkilərin keçirilməsi qərarı 
yenə də üzv  ölkələrin  Aİ-nin  legitimliyini  artırmaq  və  demokratik boşluqları 
doldurmaq istiqamətindəki cəhdlərinin bir hissəsi kimi AP-nin səlahiyyətlərinin 
genişləndirilməsi prosesinin başlamasına bir işarə oldu [4, s.164]. 
AP  bütövləşmə  istiqamətində  İttifaqda  demokratik  sistemlərin 
nümayəndələrinin əksəriyyəti kimi öz yerini tutacaq. Onsuz da AP, digər qu-
rumlardan  fərqli  olaraq,  Avropa  xalqlarının  nümayəndəsi  və  demokratiyanın 
təminatçısı hesab olunur. 
2. Avropa Parlamentində siyasi qruplar və parlamentin həyata 
keçirdiyi siyasət
Avropa  Parlamentində  üzvlər  milli  qruplar  şəklində  deyil,  Avropa  miqya-
sında  təşkil  etdikləri  siyasi  qruplar  şəklində  iştirak  edirlər.  Bu  siyasi  qruplar 
əsasən  üzv  dövlətlərin  siyasi  sistemlərindəki  müxtəlif  siyasi  və  ideoloji  me-
todları  və  fərqləri  əks  etdirir.  Hər  seçkidən  sonra  və  hətta  parlament  dövrü 
ərzində dəyişikliyə uğraya billən  bu siyasi qruplar Parlamentin işində olduqca 
mühüm yerə malikdirlər. Parlament üzvləri seçildikləri üzv dövlətlərin deyil, İt-
tifaq vətəndaşlarının nümayəndələri olmaqla öz siyasi görüşləri istiqamətində 
təşkil  etdikləri  qruplar  vasitəsilə  seçicilərin  seçkilərdəki  siyasi  mövqelərini 
Parlamentdə və başqa sözlə, İttifaqın siyasətində əks etdirirlər. Bundan başqa, 
qruplar Parlament daxilində sədrin, sədr müavinlərinin və Komissiya sədrlərinin 
seçilməsində öz təsirlərini hiss etdirirlər. 
Müəyyən siyasi qrup yarada bilmək üçün üzv dövlətlərin ən azı beşdə biri 
arasından seçilən 20 üzvün bir yerdə cəmləşməsi lazımdır [13]. Lakin 2009-cu 
il seçkilərindən sonra siyasi qrup təşkil etmək üçün üzv dövlətlərin dörddə biri 
arasından seçilən 25 üzvün bir yerdə cəmləşməsi şərti qəbul edildi. Qrupların 
təşkili üçün yetərli sayın təmin olunmasından sonra ikinci mühüm amil isə “si-
yasi oxşarlıq” şərtinin təmin olunmasıdır [14]. 
Siyasi qrupların formalaşma tarixinə nəzər salmaq lazım gələrsə, ilk üç qru-
pun 1953-cü ildə yaradıldığını görə bilərik. Bu qruplar Avropanın ənənəvi si-


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə