Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə40/96
tarix20.09.2018
ölçüsü3,12 Mb.
#69476
1   ...   36   37   38   39   40   41   42   43   ...   96

STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
112 
tiya,  bərpa  oluna  bilən  mənbələr  ilə  dəstəklənən  enerji  təhlükəsizliyi,  ailəyə 
əsaslanan cəmiyyət, millət-dövlət əsaslı antifederal birlik, NATO əsaslı güclü 
transatlantik əlaqələr, ciddi tədbirlərə əsaslanan miqrasiya siyasəti və istər Aİ 
qurumlarında, istərsə də Aİ fondlarından istifadədə tam şəffaflıqdan ibarətdir 
[25]. 
6. Avropa Birləşmiş Solu/Skandinaviya Yaşıl Solu Konfederasiya Qrupu 
(GUE/NGL): 13 üzv dövləti təmsil edən 35 parlament üzvü ilə altıncı böyük 
qrupdur (səs nisbəti 4,3-dür). Qrupun siyasi mənada ən başlıca hədəfi möv-
cud İttifaq modelindən fərqli olaraq nəzərdə tutduğu və mövcud problemlərin 
aradan qaldırılmasını təmin edən yeni inkişaf modelini öhdəsinə götürəcək, 
tamamilə  demokratik  qurumlara  əsaslanan  Avropa  bütövləşməsini  təmin 
etməkdir [26]. Get-gedə artan işsizliyə qarşı mübarizə aparılması, ətraf mühitə 
qayğı göstərilməsinin təmin olunması, bütün vətəndaşlara ən yüksək səviyyədə 
bərabər hüquq təmin edəcək sosial sahə yaradılması və öz ölkələrindəki yox-
sulluq  səbəbindən  həyatlarını  İttifaq  daxilində  təmin  etməyə  məcbur  olan 
vətəndaşların ehtiyaclarının ödənilməsi qrupun İttifaq daxilində həll edilməsini 
vacib hesab etdiyi mühüm məsələlərdir. Qrup üzv dövlətlərin iqtisadiyyatları-
nın daim yaxınlaşdırılması məqsədi ilə tam həmrəylik şəraitində işləyən Avro-
panın olmasını arzulayır və güclü üzv dövlətlərin öz siyasətlərini digərlərinə 
məcburən qəbul etdirmələrinə qarşı çıxır [27]. 
7.  Avropa  Azadlıq  və  Demokratiya  Qrupu  (AAD):  2004-cü  ilin  iyul 
ayında yaradılan bu qrup 4,3%-lik səs nisbəti ilə 9 üzv dövlətdən 32 üzv ilə 
Parlamentdə təmsil edilən yedinci qrupdur. Qrup siyasi fikirləri istiqamətində 
mərkəzləşdirmə yönündəki bütün cəhdlərə qarşı çıxır və bu səbəbdən Aİ Kons-
titusiyasının qüvvəyə minməsini istəmir. İdarəetmədə şəffaflıq və demokratiya-
nın inkişaf etdirilməsi qrupun digər hədəfləri arasındadır [28]. Qrup parlamen-
tar  demokratiya  ilə  BMT-nin    Ümumdünya  İnsan  Hüquqları  Bəyannaməsini 
qəbul edən və hegemon millət-dövlətlərin  Avropasını müdafiə edən bütün 
Parlament üzvlərini öz sıralarına qoşulmağa dəvət etməklə, əslində, Aİ-nin si-
yasi birliyə doğru mövcud irəliləyişi qarşısındakı mənfi mövqeyini aşkara çıxa-
rır və yalnız hegemon dövlətlər arasında demokratiya və azadlıq prinsiplərinə 
əsaslanan əməkdaşlıq yaradılmasını arzu edir. 
Həmçinin Parlamentdə bu siyasi qruplardan başqa 27 müstəqil üzv də var-
dır. Bu üzvlər ümumən radikal sağ təmayüllü partiyaları təmsil edir [29]. 
2.1. Partiya qruplarının əhəmiyyəti
1979-cu ildə keçirilən ilk birbaşa seçkilərdən sonra partiya qruplarının sayı 
8-10 arasında dəyişdi. Soldan sağa bütün ideoloji görüşləri əks etdirən qruplar 
arasındakı ən böyük iki qrupu təşkil edən Avropa Sosialistləri Partiyası (ASP) qru-
pu ilə Avropa Xalq Partiyasının (AXP) Xristian Demokrat qrupu oldu. Bu qruplar 
1979-cu il seçkilərindən etibarən AP-də 53-69 nisbətinə  uyğun gələn sayda yerə 
malik oldu [4, s.165]. Hətta 1994-cü ildə keçirilən növbəti seçkilərdə Aİ-nin 15 
üzvünün təmsil olunduğu vahid partiya qrupları ASP və AXP idi  [4,s.165]. 


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
113
AP-nin daxili tənzimləmələri baxımından partiya qrupları əsas füqurlardır. 
Partiya  qruplarının  cavabdeh  olduğu  əsas  sahə  parlament  liderlərini,  sədri, 
sədr müavinini və xəzinədarlarını, komitə sədrlərini, müavinlərini və başqaları-
nı seçməkdən ibarətdir. Qruplar həmçinin öz daxillərində də milli nümayəndə 
heyətləri  əsasında  bölünmüşlər  və  qrup  strukturları  daxilindəki  vəzifələr 
qrup  tərəfindən  xərclənən  vəsaitlərə  birbaşa  kömək  edən  milli  nümayəndə 
heyətlərinin  nisbi  çəkilərinə  görə  bölünür  [4,  s.165].  Bu  qrupların  AP-nin 
fəaliyyəti baxımından başqa bir cəhəti Parlament və Nazirlər Şurası arasındakı 
əlaqələrdir. AP ilə Şura arasındakı qərar qəbuletmə prosesini müəyyənləşdirən 
bəzi qaydalar mövcuddur, lakin xüsusilə Avropa Birliyi Müqaviləsindən (ABM) 
etibarən  müştərək  qərar  qəbuletmə  qaydası  AP-nin  Şuranın  qərarları  qarşı-
sında  kvalifikasiyalı    səs  çoxluğu  ilə  qərar  qəbuletməyə  ehtiyac  duyduğu 
həqiqətini  daha  da  əhəmiyyətli  vəziyyətə  gətirir.  Sosialistlər  bundan  əvvəlki 
dövrlərdə  də  AXP  AP  daxilindəki  ən  böyük  qrupu  təşkil  etmələrinə  baxma-
yaraq, heç bir vaxt yerlərin əksəriyyətinə malik ola bilməmişlər. Buna görə də 
stabil koalisiyalara ehtiyac duyulur, lakin indiyədək  əsaslı sağ və ya sol koa-
lisiya yaradıla bilməmişdir. Müəyyən məsələlərdə ASP-nin digər Aİ qurumları 
qarşısında daha güclü olması və daha çox legitimlik qazana bilməsi üçün və 
kvalifikasiyalı  çoxluq  lazım  gəldikdə  ən  böyük  iki  qrup  olan  sosialistlərin  və 
xristian demokratların öz qüvvələrini birləşdirmələri lazım gəlir. Bu, əslində baş 
verməsi çox arzu edilən və gözlənilən vəziyyətdir [4, s.166]. 
2.2. Partiya qruplarının xarakterik xüsusiyyətləri
AP, Komissiya və Şura arasındakı qurumlararası əlaqələrin ənənəvi qanunve-
ricilik terminologiyası ilə şərh edilməsi mümkün deyil. Əslində, AP-nin özü də 
Komissiya tərəfindən təmsil edilən seçilmiş hökuməti dəstəkləyən ənənəvi par-
lament deyil. AP ilə milli parlamentlərin qanunvericilik səlahiyyətləri müqayisə 
edildikdə, AP daha çox məsləhətçi orqan mövqeyində qalır. Lakin yenə də daxili 
siyasətdəkindən  fərqli  müstəvidə  və  icra  üzərində  birbaşa  təsirə  malik  olma-
dan mövcudluğunu göstərən partiya qrupları tamamilə özlərinə xas olan bəzi 
xüsusiyyətlərə malikdirlər. Partiya qruplarının ümumən iki xüsusiyyəti onları milli 
partiya qruplarından fərqləndirir. Bu, Parlamentdəki sağ-sol tarazlığı üzərindəki 
məhdudlaşdırma və səsvermələrdə oriyentasiya problemidir [4, s.168].
AP-nin  partiya  qrupları  daxilindəki  ideoloji  sağ-sol  çəkişməsi  ən  azı  par-
tiya  qruplarının  özlərinə  uyğun  hesab  etdikləri  adlar  -  sosialist,  liberal  və  s. 
sayəsində aşkar şəkildə görünür. Lakin məsələyə səsvermə manevrləri baxımın-
dan yanaşdıqda bu qədər aşkar sağ və ya sola mənsubluq asanlıqla müəyyən 
edilmir. Bunun səbəblərindən biri əməkdaşlıq və müştərək qərar qəbuletmə 
qaydalarının işləyə bilməsi üçün stabil əksəriyyətə duyulan ehtiyacdır. 
Bundan əvvəl qeyd edildiyi kimi, bu əksəriyyəti təmin etməyin ən etibar-
lı yolu ASP və AXP-nin qüvvələrini birləşdirməsidir. Lakin bu taktikanı tətbiq 
etməyə  duyulan  ehtiyac  AP  daxilində  əsaslı  sağ  və  ya  sol  blok  təşkiletmə 
istiqamətindəki  təşəbbüslərə  zərər  verir.  Sağ  və  sola  mənsubluğun  olma-


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə