Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə48/96
tarix20.09.2018
ölçüsü3,12 Mb.
#69476
1   ...   44   45   46   47   48   49   50   51   ...   96

Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
133
Azərbaycan üçün bu dəstək vacib əhəmiyyət kəsb edirdi. Belə ki, demokratik, 
hüquqi dövlət quruculuğunu, vətəndaş cəmiyyətinin formalaşması və inkişafı-
nı, o cümlədəm bazar iqtisadiyyatının bərqərar olmasını özünün strateji inkişaf 
xətti seçmiş Azərbaycan Respublikası üçün ümumbəşəri demokratik dəyərlərə 
və  müasir  beynəlxalq  standartlara  cavab 
verən  milli  qanunvericilik  formalaşdırmaq, 
özünün geniş iqtisadi potensialını reallaşdır-
maq, demokratik dövlət təsisatları yaratmaq 
və  inkişaf  etdirmək,  iqtisadiyyatın  müxtəlif 
sahələrinə  investisiyaların  cəlb  edilməsi 
məqsədilə ölkədə müvafiq mühit formalaş-
dırmaq,  müasir  texnologiyalara  çıxış  əldə 
etmək  üçün  dünya  təcrübəsindən  istifadə 
etmək,  dünya  dövlətləri  və  beynəlxalq 
təşkilatlarla, o cümlədən Avropa İttifaqı ilə 
qarşılıqlı faydalı əməkdaşlıq qurmaq strateji 
əhəmiyyət daşıyırdı.
Beləliklə, 
Azərbaycan 
dövlət 
müstəqilliyinin  qorunub  saxlanılması  və 
möhkəmləndirilməsi,  Dağlıq  Qarabağ 
probleminin  beynəlxalq  hüquq  normaları 
çərçivəsində sülh yolu ilə həll olunması və 
ərazi  bütövlüyünün  bərpa  edilməsi,  sivil, 
demokratik, hüquqi dövlət quruculuğu və 
bazar  iqtisadiyyatına  keçid  istiqamətində 
islahatların  həyata  keçirilməsi,  dünyaya 
inteqrasiya  proseslərinə  sıx  cəlb  olun-
ması  məqsədilə  qısa  bir  müddət  ərzində 
dünya  dövlətləri  ilə,  universal  və  regional 
beynəlxalq  təşkilatlarla  əlaqələr  quraraq 
sıx  əməkdaşlıq  etməyə  başlamış,  BMT  və 
ATƏT-ə  üzv  olmaqla  müstəqil  dövlət  kimi 
beynəlxalq aləmdə ilk addımlarını atmışdır.
Müasir  dövrdə  öz  siyasi  və  iqtisa-
di  potensialına  görə  dünyada  əsas  güc 
mərkəzlərindən biri olan və siyasi, iqtisadi və sosial inteqrasiya modelinə çev-
rilmiş Avropa İttifaqı öz növbəsində dünya ölkələri ilə ikitərəfli və çoxtərəfli 
əməkdaşlıq  əlaqələri  qurmaqda    maraqlıdır.  Bu  baxımdan  Şimal-Cənub  və 
Şərq-Qərb strateji xətlərinin kəsişməsində yerləşən Cənubi Qafqaz dövlətləri, 
xüsusən də təbii enerji ehtiyatları ilə zəngin olan Azərbaycan Respublikası ilə 
əməkdaşlığın vacibliyi Avropa İttifaqı üçün danılmazdır. Belə ki, bu əməkdaşlıq 
Avropa ölkələrinə təbii enerji daşıyıcılarının alternativ yollarla nəqli və onla-
Azərbaycan dövlət 
müstəqilliyinin qorunub 
saxlanılması və 
möhkəmləndirilməsi, Dağlıq 
Qarabağ probleminin 
beynəlxalq hüquq normaları 
çərçivəsində sülh yolu 
ilə həll olunması və ərazi 
bütövlüyünün bərpa edilməsi
sivil, demokratik, hüquqi 
dövlət quruculuğu və 
bazar iqtisadiyyatına keçid 
istiqamətində islahatların 
həyata keçirilməsi, dünyaya 
inteqrasiya proseslərinə sıx 
cəlb olunması məqsədilə 
qısa bir müddət ərzində 
dünya dövlətləri ilə, universal 
və regional beynəlxalq 
təşkilatlarla əlaqələr quraraq 
sıx əməkdaşlıq etməyə 
başlamış, BMT və ATƏT-ə 
üzv olmaqla müstəqil dövlət 
kimi beynəlxalq aləmdə ilk 
addımlarını atmışdır.


STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
134 
rın enerji təhlükəsizliyinin təmin edilməsi, Avropa ilə Asiya ölkələri arasında 
malların ucuz və təhlükəsiz daşınması üçün Avropa-Qafqaz-Asiya nəqliyyat 
dəhlizinin formalaşması, müasir texnologiyaların yeni müstəqillik əldə etmiş 
dövlətlərdə tətbiq edilməsi, demokratik dəyərlərin bu ölkələrə genişlənməsi 
kontekstində Avropa İttifaqının maraqlarına tam cavab verirdi. Odur ki, SSRİ-
nin süqutundan sonra Avropa İttifaqı yeni müstəqil dövlətlərlə əlaqələr qur-
maq, bu ölkələrdə demokratik islahatların həyata keçirilməsinə və bazar iqti-
sadiyyatına keçidi təmin etmək üçün müvafiq infrastrukturların yaradılmasına 
yardım etmək, ölkələrarası ticarət, nəqliyyat, gömrük sahələrində əməkdaşlığı 
genişləndirmək məqsədilə 1991-ci ildə “MDB ölkələrinə texniki yardım” (TA-
CIS – Technical Aid to the Commonwealth of Independent States) [14] proq-
ramı hazırlayaraq həyata keçirməyə başlamışdır. Dövlət müstəqilliyini 1991-
ci il oktyabrın 18-də elan etdikdən sonra Azərbaycan iqtisadiyyatına yardım 
göstərən əsas donorlardan biri bu proqram çərçivəsində Avropa İttifaqı ol-
muşdur.  Bu  müddət  ərzində  Avropa  İttifaqının  Azərbaycanla  münasibətləri 
TACIS proqramı çərçivəsində “Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi” (TRA-
CECA  –  Transport  Corridor  Europe-Caucasus-Asia)  [8],  “Avropaya  neft  və 
qazın nəql edilməsi üzrə dövlətlərarası proqram” (INOGATE – Interstate Oil 
and Gas Transport to Europe) [15], “Humanitar yardım” (ECHO – European 
Community Humanitarian Operations) [4] və digər proqramlar çərçivəsində 
həyata keçirilmişdir. 
Eyni  zamanda,  Azərbaycan  1993-cü  ildən  başlayaraq  Avropa  İttifaqı  ilə 
münasibətlərin qurulması və inkişaf etdirilməsində maraqlı olduğunu bəyan 
etmiş və bu təşkilatla müxtəlif sahələrdə əlaqələr qurmağa başlamışdır.
Azərbaycanın Avropa İttifaqı ilə rəsmi əməkdaşlığının əsası 1996-cı il  ap-
relin 22-də Lüksemburqda Prezident Heydər Əliyev tərəfindən Tərəfdaşlıq və 
Əməkdaşlıq  Sazişinin  (TƏS)  imzalanması  ilə  qoyuldu.  Azərbaycan-Avropa  İt-
tifaqı münasibətlərinin hüquqi əsasını təşkil edən, preambula, 105 maddə, 5 
əlavə və qarşılıqlı yardım barədə protokoldan ibarət olan bu sənəd onu imza-
lamış bütün dövlətlər tərəfindən ratifikasiya edildikdən sonra 1999-cu il  iyulun 
1-də qüvvəyə mindi [10]. 
Sazişin əsas məqsədi siyasi dialoq çərçivəsində müvafiq mexanizmlər təmin 
etməklə tərəflər arasında siyasi münasibətlərin inkişaf etdirilməsi, Azərbaycanda 
demokratiyanın möhkəmləndirilməsi və inkişaf etdirilməsi, iqtisadi inkişaf və 
bazar iqtisadiyyatına keçid istiqamətində səylərə dəstək verilməsindən ibarət 
idi. Azərbaycan ilə Avropa İttifaqı arasında münasibətlərə yeni təkan verən bu 
saziş  siyasi  dialoq,  insan  hüquqları,  ticarət,  investisiya,  iqtisadi,  qanunverici, 
mədəni və digər əməkdaşlıq sahələrində genişmiqyaslı əməkdaşlığı nəzərdə 
tutur.  Onun  əsas  məqsədlərindən  biri  Azərbaycan  qanunvericiliyinin  Avropa 
İttifaqı qanunvericiliyinə uyğunlaşdırılmasından ibarətdir.
Şərqi Avropa və Baltikyanı dövlətlərin XX əsrin sonu və XXI əsrin əvvəllərində 
Avropa İttifaqına üzv qəbul edilməsi ilə bu təşkilatın sərhədləri əhəmiyyətli 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə