Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə50/96
tarix20.09.2018
ölçüsü3,12 Mb.
#69476
1   ...   46   47   48   49   50   51   52   53   ...   96

Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
137
–   Regional əməkdaşlığın genişləndirilməsi.
Xüsusilə  qeyd  etmək  lazımdır  ki,  AQS-nin  həyata  keçirilməsi  üçün  əsas 
maliyyə aləti kimi Avropa Parlamenti və Avropa İttifaqı Şurası tərəfindən 2006-
cı il  oktyabrın 24-də Avropa Qonşuluq və Tərəfdaşlıq Aləti (European Neigh-
bourhood and Partnership Instrument) qəbul edildi [12]. Avropa Qonşuluq 
və Tərəfdaşlıq Aləti (AQTA)  eyni zamanda 2007-ci il  yanvarın 1-dən etibarən 
“MDB ölkələrinə texniki yardım” (TACIS) proqramını əvəz etməklə bərabər, 
daha geniş mandat və əhatə dairəsinə malikdir. AQTA demokratiya və insan 
hüquqlarının təşviqi, bazar iqtisadiyyatına keçidin asanlaşdırılması və davam-
lı inkişafın təşviqi, habelə qarşılıqlı maraq kəsb edən sahələrdə əməkdaşlığın 
inkişafı kimi başlıca məqsədləri ehtiva edir. AQTA çərçivəsində 2007-2013-cü 
illər üçün nəzərdə tutulmuş Azərbaycan üzrə Strategiya Sənədi Avropa İtti-
faqının yardım məqsədlərini və siyasət məsuliyyətini əks etdirərək, prioritet 
olan əməkdaşlıq sahələrini dəqiqləşdirir [6]. Bu prioritetlər Azərbaycanın ba-
zar  iqtisadiyyatına  və  demokratik  idarəetmənin  təşviqinə  yardım,  Fəaliyyət 
Planının həyata keçirilməsi və təhlükəsizlik məsələlərini əhatə edir. 
Avropa  İttifaqı  ilə  Azərbaycan  arasında  əməkdaşlıq  2008-ci  ildə  yeni 
mərhələyə  qədəm  qoydu.  Avropa  İttifaqı  xarici  işlər  nazirlərinin  2008-ci  il  
mayın 26-da Brüsseldə keçirilmiş iclasında Polşa və İsveç AQS-yə daxil olan 
ölkələrlə (Azərbaycan, Gürcüstan, Ermənistan, Ukrayna, Moldova və Belarus) 
əməkdaşlığın vahid formatının təsis edilməsini nəzərdə tutan Şərq Tərəfdaşlığı 
(ŞT)  təşəbbüsü  ilə  çıxış  etdilər  [11].  ŞT  təşəbbüsü  üzrə  Məlumat  Sənədi  və 
onu  müşayiət  edən  İşçi  Sənəd  2008-ci  il  dekabrın  3-də  Avropa  Komissiyası 
tərəfindən Avropa Parlamentinə və Avropa İttifaqının dövlət və hökumət başçı-
larının Şurasına təqdim olundu [2]. Bu iki sənəd Şərq Tərəfdaşlığına dair Avropa 
Komissiyasının mövqeyi və təkliflərini əks etdirərək, tərəfdaş ölkələrlə gələcək 
əməkdaşlıq istiqamətlərini müəyyən edir. ŞT üzrə 2009-cu il mayın 7-də Pra-
qada keçirilmiş zirvə görüşündə qeyd edilən təşəbbüsün əsas məqsədləri və 
prinsiplərini, həmçinin  gələcək əməkdaşlıq prosesinin ümumi parametrlərini 
müəyyən edən Birgə Bəyannamə qəbul edildi və bununla da Şərq Tərəfdaşlığı 
prosesinə yüksək səviyyədə rəsmi start verildi [9].
Şərq  Tərəfdaşlığı  iki  yanaşmadan  ibarət  olan  prosesdir.  O,  bir  tərəfdən, 
çoxtərəfli  əməkdaşlıq  xətti  ilə  Avropa  İttifaqının  qanunvericiliyini  və  stan-
dartlarını  təqdim  etmək,  islahatlar  sahəsində  təcrübə  və  uğurlu  prakti-
ka  mübadiləsi  aparmaq  məqsədilə  yeni  forum  kimi  gündəmə  gəldi.  Digər 
tərəfdən, ikitərəfli əməkdaşlıq xətti ilə Avropa İttifaqı onunla hər bir tərəfdaş 
ölkə arasında daha sıx əlaqələrin yaradılması məqsədilə mövcud Tərəfdaşlıq 
və  Əməkdaşlıq  Sazişləri  əvəzinə  Assosiasiya  Sazişinin  imzalanmasına 
yönəlmiş yeni müqaviləyə əsaslanan münasibətlərin qurulmasını təklif edir. 
ŞT Avropa İttifaqının iqtisadiyyatına tədrici inteqrasiyanı təşviq edir, tərəfdaş 
ölkə Ümumdünya Ticarət Təşkilatına üzv olduğu təqdirdə onunla dərin və 
hərtərəfli azad ticarət zonasının yaradılması məqsədini güdür. Digər məqsəd 


STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
138 
Şərq Tərəfdaşları üçün viza rejiminin liberallaşdırılması ilə Avropa İttifaqına 
səfərlərin  yüngülləşdirilməsindən,  enerji  bazarlarının  daha  yaxından  qar-
şılıqlı  əlaqələndirilməsi  və  inteqrasiyası  ilə  enerji  təhlükəsizliyi  sahəsində 
əməkdaşlığın qurulmasından ibarətdir. 
Avropa İttifaqı ilə Azərbaycan arasında Şərq Tərəfdaşlığı prosesinin ikitərəfli 
əməkdaşlıq  formatı  çərçivəsində  Assosiasiya  Sazişinin  hazırlanması  barədə 
danışıqlara 2010-cu il  iyulun 16-da  başlanılmışdır. Hazırlanacaq Assosiasiya 
Sazişi Avropa İttifaqı ilə Azərbaycan arasında Tərəfdaşlıq və Əməkdaşlıq Sa-
zişini  əvəz edəcək hüquqi sənəd olacaqdır. Danışıqların ilk iclasında tərəflər 
bildirmişlər ki, Avropa İttifaqı ilə Azərbaycan arasında münasibətlər getdikcə 
dərinləşir və inkişaf edir. Tərəfdaşlıq və Əməkdaşlıq Sazişi öz vəzifələrini yerinə 
yetirib  və məhz bu səbəbdən tərəflər arasında Assosiasiya Sazişi üzrə danışıq-
ların başlanması barədə razılıq əldə edilib. Assosiasiya Sazişinə dair danışıq-
lar dörd qrup üzrə aparılır. Buraya siyasi dialoq (təhlükəsizlik məsələləri, xarici 
siyasət və s.), ədliyyə (insan hüquqları və s.), iqtisadiyyat və sosial-humanitar 
sahələr üzrə danışıqlar daxildir. 
Qeyd  etmək  lazımdır  ki,  Praqa  sammitində  qəbul  edilmiş  Birgə 
Bəyannamədə ŞT-nin əsas məqsədləri və prinsipləri müəyyən edildi. Eyni za-
manda,  Bəyannamənin  15-ci  bəndində  Avropa  Parlamenti  ilə  ŞT  ölkələrinin 
parlamentlərindən ibarət birgə parlamentin təsis edilməsi nəzərdə tutulurdu 
və həmin birgə parlament təsisatı AvroNest Parlament Assambleyası adlandı-
rıldı [9]. AvroNest  Parlament Assambleyasının təsis konfransı 2-3 may 2011-ci 
il tarixində Brüsseldə keçirildi. Konfrans çərçivəsində AvroNest PA-nın Təsisat 
Aktı [3] və Prosedur qaydaları [13] qəbul edilərək imzalandı. Azərbaycan Res-
publikası Milli Məclisinin nümayəndə heyəti bu iclasda iştirak etdi və AvroNest 
PA-nın təsis sənədini imzaladı. Təsis konfransı zamanı AvroNest PA-nın Bürosu, 
komitələri və işçi qrupları formalaşdırıldı. 
AvroNest  PA  iki  komponentdən  –  bir  tərəfdən  Avropa  Parlamenti-
nin,  digər  tərəfdən  isə  Şərq  Tərəfdaşı  olan  ölkələrin  parlamentlərinin 
nümayəndələrindən  –  ibarət  olan  Parlament  Assambleyası  kimi  fəaliyyətə 
başladı. Qurumun ilk plenar sessiyası 14-15 sentyabr 2011-ci il tarixində Fran-
sanın Strasburq şəhərində keçirildi  və  bu plenar  sessiya zamanı  Ermənistan  
nümayəndə  heyətinin destruktiv mövqe nümayiş etdirməsi səbəbindən heç 
bir sənəd qəbul edilmədi.  
AvroNest PA-nın ikinci növbəti plenar sessiyası 2-4 aprel 2012-ci il tarixində 
Bakıda keçirildi. Bu, mühüm hadisə idi. Belə ki, plenar sessiya ilk dəfə olaraq 
Avropa İttifaqı hüdudlarından kənarda keçirilirdi və sessiyaya ev sahibliyini ŞT 
ölkələrindən olan Azərbaycan edirdi. AvroNest PA-nın ikinci növbəti sessiyası 
uğurla başa çatdı. Sessiya zamanı komitələr üzrə məruzələr dinlənildi və plenar 
iclasda yekun qətnamə qəbul edildi. Bu sənədlər AvroNest PA-nın plenar ses-
siyaları zamanı qəbul edilmiş ilk sənədlər oldu və qurumun beynəlxalq təşkilat 
kimi özünü təsdiqləməsində vacib əhəmiyyət kəsb edirdi.   


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə