Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə53/96
tarix20.09.2018
ölçüsü3,12 Mb.
#69476
1   ...   49   50   51   52   53   54   55   56   ...   96

STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
148 
əsr) dillərinin layiqli varisidir, hətta XX əsrdə dünyadakı qloballaşma prosesləri 
nəticəsində onları ötüb keçmişdir” (4, s. 27). Maraqlıdır ki, dünya əhalisinin ya-
rısından çoxu cəmi altı dildə (çin, ingilis, ispan, rus, hindi və ərəb) danışır. Eyni 
zamanda, mövcud olan 6500 dilin dörddə birində danışan insanların sayı isə 
1000 nəfərdən azdır (4, s.28). 
Bunun üçün təəccüblü deyil ki, bu gün beynəlxalq təşkilatlar regional və mil-
li səviyyələrdə dil sahəsində həyata keçirilən və çoxdilliliyin inkişafına, müxtəlif 
dillərin harmonik istifadəsinə imkan yaradan, qlobal miqyasda mədəni və dil 
müxtəlifliyinin  qorunması  və  saxlanılmasını  təmin  edən  kompleks  siyasətin 
həyata keçirilməsinə xüsusi diqqət yetirirlər. Məsələn, YUNESKO-nun 1999-cu 
ilin 17 noyabr tarixində Parisdə keçirilmiş Baş Konfransının qərarı ilə 2000-ci 
ildən  başlayaraq  dil  və  mədəniyyət  müxtəlifliyini  və  çoxdilliliyi  təbliğ  etmək 
məqsədilə 21 fevral Beynəlxalq Ana Dili Günü (International Mother Language 
Day) kimi dünya miqyasında qeyd edilir. Digər tərəfdən, dillərin öyrənilməsinin 
vacibliyini vurğulamaq üçün Avropa Şurası, Avropa İttifaqı və YUNESKO 2001-ci 
ili “Avropa Dilləri İli” elan etmişdir. 2001-ci ilin 6 dekabr tarixində bu əlamətdar 
ilin  başa  çatması  ilə  əlaqədar  Avropa  Şurası  Avropada  dillərin  öyrənilməsini 
təbliğ etmək məqsədilə 26 sentyabr tarixini “Avropa Dilləri Günü” kimi təsis 
etmişdir. 2007-ci ilin 8 iyun tarixində BMT-nin Baş Məclisi öz Qətnaməsi ilə 
2008-ci ili “Beynəlxalq Dil İli” elan etmişdir.
Eyni zamanda bir sıra tədqiqatçılar son dövrlərdə dil siyasətinin beynəlxalq 
münasibətlər  sistemində  mühüm  amillərdən  birinə  çevrildiyini  təsdiqləyirlər. 
Ötən  əsrin  50-ci  illərində  yaranmış  qlottosiyasət  (yunanca  qlotta  –  dil 
deməkdir) termini ilk dəfə olaraq iki və daha artıq mədəniyyətlərin təmasları 
olan müstəmləkə və digər ərazilərdə dövlət siyasəti vasitəsilə bilinqvizmin in-
kişaf etdirilməsini nəzərdə tuturdusa (5, s.15), hazırda bu termindən “yumşaq 
güc” (soft power) vasitələrinin təsirli ünsürü kimi də istifadə edilir (6, s.12).
Azərbaycan Respublikasında dillərin işlədilməsi və qarşılıqlı təsiri
Müasir Azərbaycan Respublikası polietnik əhaliyə malik olan dövlətlərdən 
biridir.  Avropa  və  Asiyanın  qovşağında  yerləşən  Azərbaycanda  əsrlər  boyu 
müxtəlif  xalqlar  yaşamış,  mədəniyyətlər  və  dillər  qarşılıqlı  təmasda  mövcud 
olmuş, ikidillilik və çoxdillilik ənənələri geniş yayılmışdır. 
XX  əsrin  əvvəllərində,  1918-ci  ildə  Azərbaycanda  ilk  dünyəvi  müsəlman 
dövləti - Azərbaycan Xalq Cümhuriyyəti (AXC) yaradılmışdır. Azərbaycan di-
lini dövlət dili elan edən AXC bu dilin geniş şəkildə işlədilməsi, ibtidai və orta 
məktəblərdə,  ali  təhsil  müəssisələrində  Azərbaycan  dilində  tədrisin  təşkil 
edilməsi  üçün  ciddi  səylər  göstərmişdir  (7,  s.292,  394,  402).  Lakin  AXC-nin 
1920-ci ildə süqutu dil siyasəti sahəsində həyata keçirilən tədbirlərin başa çat-
dırılmasına imkan verməmişdir.
1922-ci ildən 1991-ci ilə qədər Azərbaycan İttifaq respublikalarından biri 
kimi SSRİ-nin üzvü olmuş, yalnız SSRİ dağıldıqdan və Azərbaycan öz dövlət 
müstəqilliyinin  bərpa  etdikdən  sonra  Azərbaycan  dili  ölkə  Konstitusiyasında 
dövlət dili kimi yenidən təsbit edilmişdir (8, s.9).  
Məlum  olduğu  kimi,  Azərbaycanın  ən  yeni  tarixində  Azərbaycan  dilinin 


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
149
qorunması, inkişaf etdirilməsi və dövlət dilinə çevrilməsi Azərbaycan xalqının 
ümummilli lideri Heydər Əliyevin adı ilə sıx bağlıdır. Azərbaycan dilinin hələ 
1978-ci ilin Azərbaycan SSR Konstitusiyasının 73-cü maddəsində dövlət dili kimi 
təsbit edilməsi məhz onun uzaqgörənliyi və siyasi iradəsi nəticəsində mümkün 
olmuşdur.  1993-cü  ildə  onun  yenidən  hakimiyyətə  qayıdışı  Azərbaycan  dili-
nin mövqeyinin ictimai həyatda möhkəmlənməsinə və dil siyasəti baxımından 
dövlət dilinin məqsədyönlü şəkildə inkişaf etdirilməsinə xidmət etmişdir.  
1995-ci  ildə  Azərbaycan  Respublikasının  Konstitusiyasının  21-ci 
maddəsində  Azərbaycan  Respublikasında  dövlət  dilinin  Azərbaycan  dili 
kimi  təsbit  edilməsindən  sonra  Heydər 
Əliyev  tərəfindən  imzalanmış  bir  sıra 
fərmanlar  (“Dövlət  dilinin  tətbiqi  işinin 
təkmilləşdirilməsi haqqında”, 18 iyun 2001-
ci il (9), “Azərbaycan əlifbası və Azərbaycan 
dili  gününün  təsis  edilməsi  haqqında”,  9 
avqust, 2001-ci il (10), “Azərbaycan Respub-
likasında dövlət dili haqqında” Azərbaycan 
Respublikası  Qanunun  tətbiq  edilməsi 
barədə, 2 yanvar 2003-cü il (11)) Azərbaycan 
dilinin  tətbiqi  işinin,  o  cümlədən  yazılı 
sənədləşmədə  onun  istifadəsinin  daha  da 
təkmilləşdirilməsinə və dövlət dili kimi hü-
quqi  bazasının  möhkəmləndirilməsinə  im-
kan yaratmışdır.   
Bu  siyasət  sonrakı  illərdə  ölkə  başçı-
sı  İlham  Əliyev  tərəfindən  uğurla  davam 
etdirilmişdir.  Onun  tərəfindən  12  yanvar 
2004-cü ildə imzalanmış “Azərbaycan Mil-
li  Ensiklopediyasının  nəşri  haqqında”  (12) 
və  “Azərbaycan  dilində  latın  qrafikası  ilə 
kütləvi  nəşrlərin  həyata  keçirilməsi  haq-
qında”  (13)  iki  sərəncam  Azərbaycan  Milli 
Ensiklopediyası  da  daxil  olmaqla,  bir  sıra 
lüğət  və  ensiklopediyaların,  Azərbaycan  xalq  ədəbiyyatının,  klassik  və  mü-
asir  Azərbaycan,  həmçinin  dünya  ədəbiyyatının  nümunələrinin  Azərbaycan 
dilində  latın  qrafikası  ilə  nəşr  etdirilməsinə  əlverişli  şərait  yaratmış,  ölkə 
daxilində və beynəlxalq aləmdə Azərbaycan dilinin nüfuzunun daha da artı-
rılmasına təsir etmişdir.  
“Eyni  zamanda,  Azərbaycan  dilinin  qloballaşma  şəraitində  zamanın 
tələblərinə  uyğun  istifadəsi  və  azərbaycançılıq  məfkurəsi  əsasında  hərtərəfli 
inkişafı baxımından gənc nəslin ana dilinə sevgi və hörmət ruhunda tərbiyə 
olunması,  ədəbi  dilin  normalarına  ciddi  surətdə  əməl  edilməsi,  o  cümlədən 
dilçilik elminin müxtəlif sahələri üzrə yüksəkixtisaslı kadrların hazırlanması” (3) 
məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin 2012-ci ildə imzaladığı daha 
iki sərəncam - “Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə 
uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqın-
1995-ci ildə Azərbaycan 
Respublikasının 
Konstitusiyasının 21-ci 
maddəsində Azərbaycan 
Respublikasında dövlət 
dilinin Azərbaycan dili kimi 
təsbit edilməsindən sonra 
Heydər Əliyev tərəfindən 
imzalanmış bir sıra fərmanlar 
Azərbaycan dilinin tətbiqi 
işinin, o cümlədən yazılı 
sənədləşmədə onun 
istifadəsinin daha da 
təkmilləşdirilməsinə və dövlət 
dili kimi hüquqi bazasının 
möhkəmləndirilməsinə 
imkan yaratmışdır.   


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə