Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə54/96
tarix20.09.2018
ölçüsü3,12 Mb.
#69476
1   ...   50   51   52   53   54   55   56   57   ...   96

STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
150 
da”, 23 may 2012-cü il (14) və “Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi 
adına Dilçilik İnstitutunun maddi-texniki bazasının gücləndirilməsi haqqında”  
29 may 2012-ci il (15)  - böyük əhəmiyyət kəsb edir.
Bu gün yüksək texnologiyaların sürətlə inkişaf etdiyi və beynəlxalq dillərin 
geniş  yayıldığı  qloballaşan  dünyada  Azərbaycan  dili  bir  dövlət  dili  olaraq 
rəqabətə  davamlı  olmalıdır.  Onun  bu  günün  tələblərinə  tam  cavab  verməsi 
üçün  və  eləcə  də  ölkədə  dilçiliyin  inkişafına  yeni  təkan  verilməsi  məqsədilə 
həyata keçirilməyə başlayan bu yeni Dövlət Proqramı ümumilikdə 2013-2020-
ci illəri əhatə edir. Onun Tədbirlər Planı çərçivəsində normativ hüquqi bazanın 
təkmilləşdirilməsi, Azərbaycan dilinin tədrisinin və tətbiqinin genişləndirilməsi, 
Azərbaycan dilinin öyrənilməsi və təbliği sahəsində informasiya-kommunikasi-
ya texnologiyalarının tətbiq edilməsi və  Azərbaycan dilinin kütləvi informasiya 
vasitələrində təbliğ edilməsi sahələrində mütəmadi olaraq bir sıra tədbirlərin 
həyata keçirilməsi nəzərdə tutulmuşdur. 
Milli identiklik baxımından Azərbaycan dili dövlət dili olaraq həm də ölkəmizin 
bütün vətəndaşlarını birləşdirir. Azərbaycan Respublikasında yaşayan əhalinin 
8,4%-i  (16)  müxtəlif  etnik  mənsubiyyətə 
malik  olmasına  baxmayaraq,  dövlətimizin 
bərabərhüquqlu  və  azad  vətəndaşlarıdır. 
Konstitusiyanın  21-ci  maddəsinə  əsasən, 
Azərbaycan  Respublikası  onların  danışdı-
ğı dillərin sərbəst işlədilməsini və inkişafını 
təmin edir (8, s.9). Eyni zamanda, Konstitusi-
yanın 45-ci maddəsində təsbit edilmişdir ki, 
“Hər kəsin ana dilindən istifadə etmək hü-
ququ vardır. Hər kəsin istədiyi dildə tərbiyə 
və təhsil almaq, yaradıcılıqla məşğul olmaq 
hüququ  vardır  və  heç  kəs  ana  dilindən 
istifadə hüququndan məhrum edilə bilməz” 
(8, s.17).
Hazırda Azərbaycanda tam ümumi təhsil 
üç dildə - Azərbaycan, rus və gürcü dillərində 
aparılır. Əhalinin danışdığı digər dilləri qo-
rumaq və inkişaf etdirmək məqsədilə orta təhsil müəssisələrində bu dillərin 
tədrisinə xüsusi önəm verilir. Dil azlıqlarının kompakt yaşadıqları bölgələrdə 
ana dili ibtidai sinif səviyyəsində keçilir və tədris zamanı istifadə edilən tədris 
planının,  kurikulumların,  dərsliklərin  və  s.  yeniləşməsinə  və  inkişafına  daim 
diqqət yetirilir. Ləzgi (I sinif üçün), talış, tat, kürd, saxur və xınalıq (II sinif üçün) 
dillərində yeni əlifba kitabları nəşr edilmiş və yaxın gələcəkdə müəllimlər üçün 
yeni dərs vəsaitlərinin və lüğətlərin çap edilməsi planlaşdırılmışdır (17, s.28).
Beləliklə,  dil  azlıqlarının  nümayəndələrinin  dövlət  dili  kimi  Azərbaycan 
dilində nə dərəcədə sərbəst danışması, gündəlik həyatlarında öz ana dillərindən 
nə dərəcədə fəal istifadə etməsi, eləcə də hansı xarici dilləri bilməsi və hansı 
xarici dilləri öyrənmək marağında olmaları və s. bu kimi məsələlərin araşdırıl-
ması olduqca vacibdir. 
Bu baxımdan 2013-cü ildə Azərbaycan Respublikasının Prezidenti yanında 
Milli identiklik baxımından 
Azərbaycan dili dövlət dili 
olaraq həm də ölkəmizin 
bütün vətəndaşlarını 
birləşdirir. Azərbaycan 
Respublikasında yaşayan 
əhalinin 8,4%-i (16) müxtəlif 
etnik mənsubiyyətə malik 
olmasına baxmayaraq, 
dövlətimizin bərabərhüquqlu 
və azad vətəndaşlarıdır. 


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
151
Strateji Araşdırmalar Mərkəzinin əməkdaşları tərəfindən Azərbaycan Respub-
likasının bəzi bölgələrində “Azərbaycan milli identikliyinin və kollektiv yadda-
şının  formalaşma  xüsusiyyətlərinin  təhlili”  mövzusunda  aparılmış  sorğunun 
nəticələri müəyyən əhəmiyyət kəsb edir. Orta yaş həddi 21 olan 1607 respon-
dent arasında keçirilmiş sorğunun nəticələri bu bölgələrdəki dil situasiyasının 
bəzi aspektlərinin öyrənilməsinə imkan vermişdir.
Sorğu zamanı respondentlərin ana dili, Azərbaycan dili (dövlət dili) və xa-
rici dil baxımından şifahi və yazılı dil bilikləri müəyyənləşdirilmişdir. Məlum ol-
muşdur ki, respondentlərin əksəriyyəti şifahi Azərbaycan və ana dillərini eyni 
səviyyədə bilir, lakin onların yazılı Azərbaycan dilindəki bilikləri ana dilindəki 
biliklərindən daha üstündür. Digər tərəfdən, respondentlərin Azərbaycan dilini 
və xarici dili bilmə səviyyəsi onların təhsil aldıqları dil ilə şərtlənir. Sorğunun 
nəticələrinə əsasən, etnik mənsubiyyətindən asılı olmayaraq orta hesabla rus 
dilində təhsil alan respondentlərin əksəriyyətinin xarici (rus)  dili bilmə səviyyəsi 
Azərbaycan dilini bilmə səviyyəsinə nisbətən daha üstündür.
Şübhəsiz, dünyanın müxtəlif bölgələrində olduğu kimi Azərbaycan Respub-
likasında da xarici dillərə artan marağı qloballaşma şəraitində sosial-iqtisadi 
sahələrdəki tələbatla izah etmək olar. Əmək bazarında rəqabətə davamlı ol-
maq və daha geniş imkanlar əldə etmək üçün xarici dilləri bilmək lazımdır. Bu 
gün hətta bir sıra valideynlər öz övladlarının ingilis dilində təhsil almasında 
maraqlıdırlar. Məsələn, Bakıda yerləşən nüfuzlu özəl məktəblərdən biri sayılan 
Azərbaycan Beynəlxalq Məktəbində (The International School of Azerbaijan) 
bu gün 2-18 yaş həddində 696 şagird təhsil alır. 55 millətin nümayəndələrini 
təmsil  edən  bu  şagirdlərin  əksəriyyəti  Böyük  Britaniya  (23%),  ABŞ  (18,6%) 
və  Azərbaycan  Respublikasının  (13,2  %)  vətəndaşlarıdırlar  (18).  Keçirilmiş 
sorğuda  da  iştirak  etmiş  respondentlərin  41,2%-i  ingilis  dilini  öyrənmək 
istədiklərini və bu dildə biliklərini təkmilləşdirməkdə maraqlı olduqlarını qeyd 
etmişlər. Beləliklə,  bu gün gənclərin ingilis dilində təhsil almaq istəməsi sovet 
dövründəki rus dilində təhsil almaq meyillərini xatırladır. 
Qloballaşma  şəraitində  ingilis  dilinin  getdikcə  artan  nüfuzu  ilə  rastlaşan 
Avropa ölkələrində orta təhsil sistemində çoxdillilik üçün müvafiq şərait ya-
radılmışdır və şagirdlərə ingilis, fransız və ya alman dillərindən ən azı ikisinin 
öyrənilməsi  tövsiyə  edilir.  Digər  fənləri  şagirdlərin  ana  dilində  və  ya  onların 
yaşadıqları ölkənin dövlət dilində tədris edilməsinə üstünlük verilir.  Bəlkə, bu 
tipli praqmatik təcrübəyə əsaslanaraq, Azərbaycanda da real iki və ya üçdillili-
yin formalaşması prosesinə dəstək vermək olar (19, s. 52).
Sorğu zamanı respondentlər ailədə, təhsildə və ya iş yerlərində, eləcə də 
qəzet, jurnal və kitab oxuyarkən, televiziya, radio və internet vasitəsilə məlumat 
əldə edərkən işlətdikləri dillər haqqında (ana dili, Azərbaycan dili və xarici dil) 
verilmiş sualları cavablandırmışlar. 
Demək  olar  ki,  etnik  mənsubiyyətindən  asılı  olmayaraq  respondentlərin 
əksəriyyəti ailədə ana dilindən istifadə etdiyini bildirmişdir. Eyni zamanda, sor-
ğunun nəticələri göstərmişdir ki, təhsildə və ya iş yerlərində, qəzet, jurnal və ki-
tab oxuyarkən respondentlər həm Azərbaycan, həm də xarici dillərdən istifadə 
edirlər. 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə