Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə46/96
tarix20.09.2018
ölçüsü3,12 Mb.
#69476
1   ...   42   43   44   45   46   47   48   49   ...   96

STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
126 
(999.225 alman markası), TƏC-in ərzaq (339.000 alman markası) və inkişaf yar-
dımlarından (1.455.000 alman markası) ibarət olmuşdur [23].  
2000-ci ildə Almaniya Azərbaycana 3.770.400 alman markası həcmində hu-
manitar yardım etmişdir ki, onun da 2.275.000 alman markası TƏC-in, 495.400 
alman markası Alman Qırmızı Xaç Cəmiyyətinin, 1.000.000 alman markası Dün-
ya Ərzaq Proqramının payına düşmüşdür [23].
2001-ci ildə Almaniyadan Azərbaycana 3,7 milyon alman markası humani-
tar yardım göstərilmişdir. Bundan əlavə, 2001-ci ildə Almaniyadakı Azərbaycan 
diasporunun  üzvləri  və  digər  şəxslər  tərəfindən  Azərbaycana  fərdi  qaydada 
130 min alman markası həcmində humanitar yardım göndərilmişdir [23]. 
2002-ci  ildə  Almaniyanın  humanitar  yardımları,  əsasən,  hökumət  kanalı 
vasitəsilə göstərilmişdir. Almaniya İİƏFN və TƏC vasitəsilə 1,237 milyon avro 
həcmində humanitar yardım göstərmişdir. Bunun 715.000 avrosu ərzaq yardımı, 
qalanı isə (522.000 avro) kənd təsərrüfatının inkişafı layihələrinə yönəldilmişdir. 
2003-cü  ildə  Almaniya  İİƏFN  TƏC  vasitəsilə  1,022  min  avro  həcmində 
humanitar  yardım  (əsasən,  ərzaq  yardımı  formasında)  göstərmişdir.  Bundan 
əlavə, Diakoni təşkilatı AFR XİN-nin vəsaiti ilə 1999-cu ildən başladığı 370 min 
avroluq  layihəni  (Azərbaycanda  talassemiya  xəstəliyinə  tutulmuş  uşaqların 
müalicəsi ilə bağlı) 2003-cü ildə başa çatdırmışdır [23].
Ümumiyyətlə, 1996-2003-cü illərdə ikitərəfli kanallar və Dünya Ərzaq Proq-
ramı vasitəsilə Azərbaycana göstərilmiş humanitar yardımın  ümumi məbləği 
10 milyon avrodan bir qədər artıq olmuşdur [23]. 
Nəticə
Son 10 ildə əldə olunmuş sosial-iqtisadi  yüksəlişin nəticəsidir ki, hazırda 
Azərbaycan Respublikası ilə AFR arasında sosial-humanitar sahədə əməkdaşlıq 
əlaqələri birtərəfli xarakter daşımır. Əgər Azərbaycan müstəqilliyinin ilk illərində 
ağır sosial-iqtisadi problemlərinə görə Almaniyanın və digər ölkələrin huma-
nitar yardımına böyük ehtiyac hiss edir və bu əməkdaşlıq yalnız birtərəfli yar-
dımla məhdudlaşırdısa, hal-hazırda Azərbaycan Respublikası da digər ölkələrə 
də humanitar yardım göstərir. 
Qlobal  dəyişikliklərin  baş  verdiyi  müasir  dövrdə  Şərq  və  Qərb 
mədəniyyətlərinin vəhdətinə malik, eləcə də humanist insani yardımsevərliyi 
ilə seçilən, müasirliyi və yeniliyi ilə fərqlənən bir ölkə kimi Azərbaycan Respub-
likası  ilə  AFR  arasında  sosial  və  humanitar  sahələrdə  əməkdaşlığın  qarşılıqlı 
şəkildə  inkişaf  etdirilməsi  müxtəlif  mədəniyyətlərin  dialoquna  və  humanizm 
prinsplərinin qarşılıqlı inkişafına xidmət edir. 


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
127
İstifadə edilmiş ədəbiyyat:
1.   Abdullayev Ç.Ə. Almaniya-Azərbaycan əlaqələri. Bakı: “Azərbaycan Milli Ensklopedi-
yası”, 2000, -156 s.
2.   Alman dostların köməyi. AzərTAc. // “Azərbaycan” qəzeti, Bakı, 7 fevral 1997-ci il.
3.   Almaniya  Bundestaqının  nümayəndə  heyəti  Sabirabadda  və  İmişlidə  olmuşdur. 
AzərTAc. // “Azərbaycan” qəzeti, Bakı, 23 iyul 2003-cü il.
4.   Almaniya-Qafqaz şəhərləri arasında əməkdaşlıq // Almaniya-Qafqaz model layihəsi 
// “Ekopark”, 2004, № 1, s. 11-12.  
5.   Almaniya  və  Qafqaz  şəhərləri  arasında  əməkdaşlıq.  Lüdviqshafen  və  Sumqa-
yıt  şəhərləri  arasında  tərfdaşlıq  əlaqələri  2002-ci  ildə  Sumqayıt  şəhərinə  işgüzar 
səfər  haqqında  Hesabat  (Hesabat  Lüdviqshafen  şəhərinin  Ekologiya  şöbəsinin 
mütəxəssisləri tərəfindən tərtib olunmuşdur). 
6.    Almaniya vətəndaşları erməni vəhşiliklərinə hiddətlənirlər. //“Azərbaycan” qəzeti, 
Bakı, 13 may 1994-cü il. 
7.    Almaniyadan Azərbaycana yardım. AzərTAc. // “Azərbaycan” qəzeti, Bakı, 21 fevral  
1997-ci il.
8.    Almaniyadan humanitar və texniki yardım. // “Azərbaycan” qəzeti, Bakı, 10 fevral 
1998-ci il. 
9.    Almaniyalı dostların yardımı. AzərTAc. // “Azərbaycan” qəzeti, Bakı, 21 aprel 1995-ci il. 
10.  Almaniyanın Əmək və Sosial Məsələlər Federal Nazirliyinin parlamentar dövlət kati-
bi Frans Tönnesin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilmişdir. AzərTAc. 
// “Azərbaycan” qəzeti, Bakı, 29 aprel  2008-ci il. 
11.  Almaniyanın  hökumət  nümayəndə  heyətinin  Azərbaycana  səfəri.  AzərTAc.  // 
“Azərbaycan” qəzeti, Bakı, 10 aprel  2001-ci il. 
12.  Azərbaycan-Almaniya ikitərəfli münasibətləri. İkitərəfli münasibətlərə dair arayış / 
www.mfa.gov.az/images/stories/Countries/Almaniya/01.pdf 
13.  Azərbaycan Respublikasınin Prezidenti Heydər Əliyevin AFR Kansleri Helmut Kol ilə 
görüşü. AzərTAc. // “Azərbaycan” qəzeti, Bakı, 13 may 1995-ci il. 
14.  Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın Lüdviqshafen şəhərinin meri xa-
nım Yeva Louzenin başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. AzərTAc. // 
“Azərbaycan” qəzeti, Bakı, 5 may  2007-ci il.
15.  Azərbaycan Respublikası ilə Almaniya Federativ Respublikası arasında imzalanmış 
sənədlər / www.mfa.gov.az/images/stories/Countries/Almaniya/2.pdf 
16.  Berlində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20-ci 
ildönümünə həsr edilmiş təntənəli mərasim keçirilmişdir. Azərbaycanın birinci xanı-
mı Mehriban Əliyeva mərasimdə iştirak etmişdir.  AzərTAc. // “Azərbaycan” qəzeti, 
Bakı, 4 oktyabr 2011-ci il. 
17.  Dostluq körpüsü // “Ekopark”, 2004, № 1, s. 9-10.
18.  Əliyev X. Azərbaycan-Almaniya dostluğunun XXI əsr təməli. // “Azərbaycan” qəzeti, 
Bakı, 29 oktyabr 1997-ci il. 
19.  Həsənov  Ə.  Azərbaycanın  xarici  siyasəti:  Avropa  dövlətləri  və  ABŞ  (1991-1996). 
Bakı: Azərnəşr, 1998, -315 s.
20.  Hüseynov İ. Ağabəy Azərbaycani: “Mən Şuşanı görmək istəyirəm”. // “Azərbaycan” 
qəzeti, Bakı, 30 oktyabr 1992-ci il. 
21.  XİN-nin  TAİ:  f.  28,  siy.11,  1995.  Azərbaycan  Respublikası  Hökuməti  və  Almaniya 
Federativ Respublikası Hökuməti arasında Alman hərbi qəbirləri barədə Saziş. Bakı 
şəhəri, 22 dekabr 1995-ci il, 4 s.
22.  XİN-nin TAİ: f. 28, siy.19, 1995, vv.9-10. Fridensdorf International (Fİ) Almaniya və 
Azərbaycan Respublikası Səhiyyə Nazirliyi arasında Saziş. 
23.  XİN-nin TAİ: f. 28, siy.19, 2004, vv.200-201. Humanitar sahədə əməkdaşlıq


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə