STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
122
və maliyyə yardımı ilə Almaniya TƏC-in “Almaniya – Qafqaz tərəfdaş şəhərləri
arasında əməkdaşlıq” layihəsi çərçivəsində Sumqayıt şəhəri üçün çirklənmiş
torpaqların kadastrının və xəritəsinin hazırlanması haqqında qərara gəlmişdilər.
2004-cü ilin sonunda bu layihəni işləyib hazırlamaq üçün Sumqayıt Şəhər İcra
Hakimiyyətinin nəzdində Koordinasiya Şurası və alman mütəxəssisləri ilə birgə
çalışmaq üçün xüsusi İşçi qrupu yaradılmışdır. Layihədə geoinformasiya tex-
nologiyaları, aerokosmik şəkillər və yerüstü ölçmələrin köməyi ilə sənaye və
məişət tullantıları zonalarını müəyyən edən sistemin yaradılması prinsiplərinə
baxılmış [30, s.17] və layihə uğurla başa çatdırılmışdır. Qeyd olunan layihə
çərçivəsində Almaniya İİƏFN tərəfindən maliyyələşdirilən “Ətraf mühit” və
“Gənclər” mövzularında layihələr həyata keçirilmiş, bununla şəhərlər arasında
əməkdaşlıq əlaqələri yeni mərhələyə qədəm qoymuşdur [29, s.4-6].
2005-ci ilin noyabr ayından Lüdviqshafen şəhərində “Lüdviqshafen–Sum-
qayıt dostluq cəmiyyəti” fəaliyyət göstərir. Cəmiyyətin məqsədi hər iki şəhər
arasında tərəfdaşlıq münasibətlərini və
Almaniya-Azərbaycan dostluq əlaqələrini
inkişaf etdirməkdən ibarətdir [24, s.41- 42].
2005-2008-ci illərdə isə Lüdviqshafen şəhər
rəhbərliyinin köməyi və TƏC-in təşkilatçılığı
ilə Sumqayıtda dəyəri 297230 avro olan
“Ekoloji park” layihəsi həyata keçirilmişdir
[28].
2007-ci ildə Sumqayıt ilə Lüdviqsha-
fen arasında əməkdaşlıq əlaqələrinin 30
illik yubileyi hər iki şəhərdə qeyd edilmiş-
dir. Həmin ilin may ayında Lüdviqshafen
şəhərinin meri xanım Yeva Louzenin başçılıq
etdiyi nümayəndə heyəti Azərbaycana səfər
etmiş, Prezident İlham Əliyevin qəbulunda
olmuşdur [14].
Ümumiyyətlə, “Tərəfdaş şəhərlər” layihəsi Sumqayıt ilə Lüdviqshafen ara-
sında əməkdaşlıq əlaqələrinin qarşılıqlı inkişafına və ikitərəfli münasibətlərin
genişləndirilməsinə əlavə imkanlar verir.
18-24 noyabr 2007-ci il tarixlərində Azərbaycanın əmək və əhalinin sosial
müdafiəsi nazirinin müavini İ.Rəhimovun başçılığı ilə nümayəndə heyəti Alma-
niyada işgüzar səfərdə olmuş və bu sahədə bir çox məsələlər müzakirə edil-
mişdir. Qarşılıqlı səfərlərin nəticəsi kimi hər iki ölkə arasında əməyin miqrasiya-
sı, əməyin təhlükəsizliyi, əmək münasibətlərinin yüksək standartlar səviyyəsinə
çatdırılması, insanların sosial müdafiəsinin gücləndirilməsi və digər məsələləri
özündə əks etdirən, 5 illlik bir dövrü əhatə edən birgə əməkdaşlığa dair Me-
morandum imzalanmışdır [12]. Bu sənəd iki ölkə arasında sosial müdafiə və
əməyin miqrasiyası məsələlərinin həllində yeni səhifə açmışdır.
2007-ci ildə Sumqayıt ilə Lüd-
viqshafen arasında əməkdaşlıq
əlaqələrinin 30 illik yubileyi
hər iki şəhərdə qeyd edilmiş-
dir. Həmin ilin may ayında
Lüdviqshafen şəhərinin meri
xanım Yeva Louzenin başçı-
lıq etdiyi nümayəndə heyəti
Azərbaycana səfər etmiş,
Prezident İlham Əliyevin
qəbulunda olmuşdur.