Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə45/96
tarix20.09.2018
ölçüsü3,12 Mb.
#69476
1   ...   41   42   43   44   45   46   47   48   ...   96

STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
124 
Azərbaycana  humanitar  yardımı  ilk  növbədə  Almaniyadakı  Azərbaycan 
diasporunun  üzvləri  və  digər  şəxslər  –  yardımsevər  almanlar  fərdi  qayda-
da  göstərmişdilər.  Belə  ki,  1992-ci  ilin  oktyabrında  Bakıya  gələn  Ağabəy 
Azərbaycani  özü  ilə  müasir  tibbi  avadanlıq  və  dərman,  1  ədəd  Mersedes-
bents markalı reanobildən ibarət 1 milyon ABŞ dollarından çox humanitar yar-
dım gətirmişdi [20]. Qarabağ müharibəsində yaralanmış əsgərlərin müalicəsi 
üçün Almaniyanın “Mayra”, “Otto-Bok” firmaları tibbi reabilitasiya sahəsində 
Azərbaycana  yardım  etmişdir  [1,  s.33].  Bundan  başqa,  almaniyalı  diplomat 
Manfred Kulessanın və Almaniya Kilsələr Birliyinin rəhbəri Hannelor Henslenin 
təşəbbüsü ilə bu ölkədən Azərbaycan qaçqınları üçün tibbi ləvazimat və ərzaq 
malları almaq üçün xeyli vəsait toplanaraq göndərilmişdir [1, s.19]. 
1994-cü ildə Almaniya hökumətinin yardımı ilə Sabirabaddakı 400 ailənin 
(2000  nəfərin)  yaşadığı  “Şəhriyar”  məcburi  köçkün  düşərgəsi  bu  ölkənin 
mütəxəssisləri tərəfindən tikilmişdir [3]. Avropa sülh hərəkatının Almaniya bü-
rosunun prezidenti Viyedke Hansen və Hamburq bölməsinin rəisi Rozi Mundl 
1994-cü  ildə  Azərbaycanda  olarkən  qaçqınların  yaşadığı  bölgələrdə  olmuş, 
Ermənistanın  təcavüzü  nəticəsində  doğma  yurdlarından  didərgin  düşmüş 
azərbaycanlıların ağır həyatını görmüş və videolentə almışdılar. Ölkələrinə qa-
yıtdıqdan sonra onlar Mədəniyyət və İncəsənət Universitetinin baş müəllimi 
Müharib  Tağıyevin  ünvanına  14.790  alman  markası  məbləğində  140  kq 
həcmində yardım, müxtəlif dava-dərman, cərrahiyyə ləvazimatı və 2 tibb ça-
dırı göndərmişdilər [9]. 1994-cü ilin sonlarında Bonn şəhərində Əli Fərivarın 
təşəbbüsü  ilə  Azərbaycana  humanitar  yardım  cəmiyyəti  təsis  edilmişdir  [19, 
s.80]. 
1995-ci  ildə  AFR  hökuməti  Azərbaycanda  qaçqınların  problemlərinin 
həll edilməsinə kömək məqsədilə 5 milyon alman markası həcmində huma-
nitar  yardım  ayırmışdır  [31].  Azərbaycan  rəhbərliyi  alman  rəsmiləri  ilə  bü-
tün  görüşlərində  qaçqınlara  edilən  yardıma  görə  Almaniya  hökumətinin  və 
qeyri-hökumət  təşkilatlarının  fəaliyyətini  yüksək  qiymətləndirərək  onlara 
təşəkkürünü bildirmişdir [13].
1995-ci il dekabrın 4-də AFR-in Bakıdakı səfiri Mixael Şmunk Milli Məclis 
sədrinin  qəbulunda  olarkən  bildirmişdi  ki,  Almaniya  hökuməti  Azərbaycan 
qaçqınları və yaralılarına humanitar yardım məqsədilə böyük məbləğdə yüksək 
keyfiyyətli dərman preparatları göndərmişdir. Bu humanitar yardım Beynəlxalq 
Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəsinin köməyi ilə çadırda yaşayan 
qaçqınlara, ehtiyacı olan tibb müəssisələrinə paylanılmışdır [25]. Türk-Alman 
Klubunun (1983-cü il) üzvlərinin şəxsi hesabına böyrək xəstəliyi üçün ümumi 
dəyəri 400 min alman markası olan 10 ədəd dializ tibbi avadanlığı Azərbaycan 
Səhiyyə Nazirliyinə göndərilmişdir [7]. Helsinki Vətəndaşlıq Aktı və İnsan Hü-
quqları  Assambleyasının  Azərbaycan  şöbəsinə  Almaniyanın  Münhenqladbax 
şəhərinin bir qrup sakini tərəfindən yardım barədə teleqram daxil olmuşdu. 
Azərbaycan  şöbəsinin  təklifi  ilə  həmin  şəhərin  sakinləri  Qarabağ  qaçqınla-


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
125
rından olan 88 yetim uşağı öz evlərində yerləşdirərək himayə etmişdilər [6]. 
Bundan  əlavə,  Almaniyanın  Fridensdorf  International  (Fİ)  təşkilatı  uşaqlara 
tibbi  yardım  göstərmək  məqsədilə  Azərbaycan  Respublikası  Səhiyyə  Nazir-
liyi  ilə  1995-ci  ildə  Saziş  imzalamışdır  [22].  Sazişə  görə,  Səhiyyə  Nazirliyinin 
müəyyənləşdirməsinə  əsasən  Azərbaycanda  xəstəliyinin  müalicəsi  mümkün 
olmayan uşaqların bütün müalicə xərcləri Fİ təşkilatı tərəfindən ödənilməklə 
Almaniyada həyata keçiriləcəkdi. 
Almaniyanın Bonn şəhərində fəaliyyət göstərən Almaniya-Azərbaycan Qa-
dınlar Birliyi Azərbaycandakı xəstəxanalara və uşaq evlərinə humanitar yardım 
etmişdi. AFR-in Ştutqart şəhərində fəaliyyət göstərən “Öler Troy Hənd QMBH” 
firması Bakı Dövlət Universitetinə texniki yardım məqsədilə 8 ədəd kompüter 
vermişdir [8].
Texniki  Əməkdaşlıq  Proqramına  müvafiq  olaraq    rəsmi  Berlin  ötən  illər 
ərzində  qaçqın  və  məcburi  köçkünlərin  maddi  ehtiyaclarının  ödənilməsi 
məqsədilə  Azərbaycana  25  milyon  markaya  yaxın  yardım  ayırmışdır  [27]. 
Azərbaycana hökumət səviyyəsində humanitar yardım göstərən ölkələr sıra-
sında Almaniya ön yerlərdən birini tutmuş, Bərdə, İmişli, Naftalan və Yaşmada 
qaçqın və məcburi köçkünlərin mənzillə təmin olunmasında böyük işlər gör-
müşdür. TƏC Almaniya  hökumətinin yardımı ilə Xızı rayonunun Yeni Yaşma 
qəsəbəsində 362 şagirdin oxuduğu məktəb və qəsəbənin su təchizatı siste-
mini yenidən bərpa etmişdir. Rayon xəstəxanası və 12 məktəb təmir edilmiş, 
fermerlərə toxum paylanılmışdır [11].
Almaniyanın  Texniki  Əməkdaşlıq  Cəmiyyəti  Ağstafada  Bələdiyyələrin 
Əlaqələndirmə  Şurasına  kənd  təsərrüfatı  sahəsi  üçün  32  min  ton  toxumluq 
taxılın alınması, 1 saylı məktəbin təmiri və 13 kənddə su probleminin aradan 
qaldırılması layihəsinə maliyyə və texniki dəstək göstərmişdir [26].
Almaniyanın  Diakonie  Katastrophenhilfe  humanitar  təşkilatı  Tərtər  rayo-
nunda  əhalinin,  eləcə  də  məcburi  köçkünlərin  içməli  suya  olan  tələbatının 
ödənilməsinə kömək məqsədilə subartezan quyularını bərpa etmişdir [2].
1996-cı  ildə  AFR-in  Azərbaycana  humanitar  yardımının  ümumi  məbləği 
2.494.208 alman markası olmuşdur. Həmin yardımlar Diakoni təşkilatı (512.600 
alman markası), TƏC (85.658 alman markası), Help təşkilatı (1.446.350 alman 
markası)  və  Alman  Qızıl  Xaç  Cəmiyyəti  (449.600  alman  markası)  vasitəsilə 
göndərilmişdir [23]. 
1997-ci ildə humanitar yardımların həcmi iki dəfədən çox azalmış və cəmi 1 
milyon alman markası təşkil etmişdir. Bu məbləğin hamısı Diakoni təşkilatının 
yardım layihələrinin maliyyələşdirilməsinə yönəldilmişdir. 
1998-ci ildə humanitar yardımların həcmi 1.569.500 alman markası təşkil et-
mişdir. Bu yardım Texniki Əməkdaşlıq Təşkilatının fövqəladə (299.500 alman mar-
kası) və inkişaf yardımlarından (1.270.000 alman markası) ibarət olmuşdur [23]. 
1999-cu ildə humanitar yardımların ümumi həcmi 2.793.225 alman mar-
kası olmuşdur. Bu, Dünya Ərzaq Proqramı vasitəsilə göstərilən ərzaq yardımı 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə