Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə43/96
tarix20.09.2018
ölçüsü3,12 Mb.
#69476
1   ...   39   40   41   42   43   44   45   46   ...   96

STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
118 


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
119
Açar sözlər: Azərbaycan, Almaniya, sosial, humanitar, humanizm, əməkdaşlıq
Key  words:  Azerbaijan,  Germany,  social,  humanitarian,  humanism, 
collaboration
Ключевые  слова:    Азербайджан,  Германия,  социальный,  гуманитар-
ный, гуманизм, сотрудничество
Sosial-
humanitar sahədə 
Azərbaycan-
Almaniya əlaqələri
Sona 
MƏHƏRRƏMOVA
Sumqayıt Dövlət Universitetinin 
Ümumi tarix kafedrasının baş müəllimi
smaharramova@mail.ru


STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
120 
Giriş
Qloballaşan müasir dünyada inkişaf etmiş dövlətlərin, o cümlədən Almani-
yanın xarici siyasətinin əsas prioritetlərindən biri də sosial-humanitar sahədə 
fəaliyyətdir. Son 10 ildə əldə olunan inkişafın nəticəsi kimi Azərbaycan Res-
publikası  da  bu  istiqamətdə  bir  sıra  işlər  həyata  keçirmişdir.  Bakıda  ardıcıl 
olaraq Beynəlxalq Humanitar Forumların keçirilməsi bu istiqamətdə aparılan 
siyasətin bariz göstəricisidir. Multikulturalizm sahəsində Azərbaycanın uğurlu 
dövlət siyasətinin məntiqi nəticəsidir ki, cəmiyyətdə tolerantlıq və dözümlülük 
ənənəsi yaranmışdır.
Məqalədə,  əsasən,  Azərbaycan  ilə  Almaniya  arasında  sosial-humanitar 
sahədə  əlaqələrin  tarixi  araşdırılmış,  eyni  zamanda  müstəqilliyin  ilk  illərində 
ağır sosial-iqtisadi problemlərlə, Ermənistanın hərbi təcavüzü və Dağlıq Qara-
bağ münaqişəsi nəticəsində yaranmış humanitar fəlakətlə üzləşən Azərbaycana 
Almaniya  hökumətinin,  humanitar  təşkilatlarının  və  ayrı-ayrı  vətəndaşlarının 
göstərdiyi  sosial-humanitar  yardımlardan  bəhs  edilmişdir.  O  da  qeyd  edil-
mişdir  ki,  əgər  Azərbaycan  müstəqilliyinin  ilk  illərində  ağır  sosial-iqtisadi 
problemlərinə görə Almaniyanın və digər ölkələrin humanitar yardımına böyük 
ehtiyac duyurdusa və bu əməkdaşlıq yalnız birtərəfli yardımla məhdudlaşırdısa, 
hal-hazırda Azərbaycan Respublikası digər ölkələrə humanitar yardım göstərir. 
Bu yardımın Almaniya ilə bağlı nümunəsi Heydər Əliyev Fondu tərəfindən II 
Dünya müharibəsi illərində dağıdılmış və yandırılmış Berlin qəsrinin bərpası ilə 
bağlı başlanmış kampaniyaya maliyyə vəsaitinin ayrılmasıdır.
Azərbaycan ilə Almaniya arasında sosial sahədə əlaqələr
Azərbaycan  Respublikası  ilə  Almaniya  Federativ  Respublikası  arasında 
əlaqələrin tərkib hissələrindən birini də sosial-humanitar sahədə əməkdaşlıq 
təşkil edir. Bu sahədə iki ölkə arasında müəyyən tarixi ənənələr mövcuddur. 
Belə ki, Sumqayıt ilə Lüdviqshafen şəhərləri arasında əməkdaşlıq 1977-ci ilin 
avqust ayında Lüdviqshafen şəhərinin keçmiş oberburqomistri doktor Verner 
Lüdviq və SSRİ – Reyn-Nekkar Dostluq Cəmiyyətinin sədri Byulovun Sumqayıta  
səfəri ilə başlamışdır. 1977-1979-cu illər ərzində qarşılıqlı səfərlər çərçivəsində 
Sumqayıt  Şəhər  İcraiyyə  Komitəsinin  sədri  Zülfü  Hacıyevin
1
  rəhbərliyi  ilə 
nümayəndə heyəti Lüdviqshafen şəhərinə səfər etmişdi [17, s.9-10]. İki şəhər 
arasında dostluq əlaqələrini dərinləşdirmək məqsədilə 1981-ci ildə Sumqayıt-
da “Lüdviqshafen həftəsi” keçirilmişdir. 1984-cü ildə isə Bakı şəhəri ilə Maynts 
şəhəri arasında “qardaşlaşmış şəhərlər” kontekstində əlaqələr qurulmuş, son-
ralar bu əlaqələr davam etdirilmiş və müstəqilliyin ilk illərində Maynts şəhər 
bələdiyyəsinin  nümayəndələri  V.Videnrot  və  Y.Şober  Bakıya  gəlmişdilər  [1, 
s.33].  Bundan  əlavə,  1986-cı  ildə  Sumqayıt  ilə  Lüdviqshafen  şəhərləri  ara-
1  Qeyd  edək  ki,  Zülfü  Hacıyev  1990-1991-ci  illərdə  Azərbaycan  Respublikasının  Baş  nazirinin  birinci  müavini  vəzifəsində 
çalışmış və 1991-ci il noyabrın 20-də Qarakənd kəndi yaxınlığında ermənilər tərəfindən vurulmuş vertolyotda faciəli şəkildə həlak 
olmuşdur.


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
121
sında  əməkdaşlığa    dair  ikitərəfli  saziş, 
1987-ci  ildə  isə  Moskvada  hər  iki  şəhərin 
nümayəndə  heyətlərinin  iştirakı  ilə  yekun 
razılaşma sənədi imzalanmışdır. 1987-ci ildə 
bu  münasibətlə  Lüdviqshafen  şəhərində 
“Sumqayıt günləri” keçirilmişdir.
Müstəqil  Azərbaycan  Respublikası  ilə 
birləşmiş  Almaniyanın  sosial-humanitar 
sahədə əməkdaşlığının tarixi 1990-cı illərin 
əvvəllərindən  başlasa  da,  bu  əməkdaşlığın 
hüquqi  əsasını  1995-ci  il  dekabrın  22-də 
imzalanmış  və  11  maddədən  ibarət  “Al-
man hərbi qəbirləri barədə” Saziş təşkil edir 
[21].  Məhz  bu  saziş  iki  ölkə  arasında  sosi-
al-humanitar sahədə əlaqələrin humanizm prinspləri əsasında genişlənməsinə 
təkan vermişdir. 
Yeri  gəlmişkən,  Azərbaycanda  mövcud  olan  5  alman  qəbiristanlığı,  o 
cümlədən  XIX  əsrin  əvvəllərində  ölkəmizə  gəlmiş  almanların  300-dən  artıq 
yaşayış  evi  yenidən  restavrasiya  edilərək  Mədəniyyət  və  Turizm  Nazirliyinin 
nəzdində qorunan abidələr sırasına daxil edilmişdir [32].  
Müstəqilliyimizin ilk illərində bütün respublikada olduğu kimi Sumqayıtda da 
iqtisadi vəziyyət getdikcə ağırlaşmış, Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçı-
sı E.İsmayılovun xahişi ilə Lüdviqshafen şəhərində böyük həcmdə ərzaq və tib-
bi ləvazimat toplanmış və xüsusi təyyarə ilə Sumqayıt şəhərinə göndərilmişdir. 
1997-ci ilin oktyabrın 20-27-də Sumqayıt ilə Lüdviqshafen arasındakı dostluq 
əlaqələrinin 20 illik yubleyi keçirilmişdir. Yubiley tədbirlərində iştirak etmək üçün 
Almaniyadan 14 nəfər nümayəndə ölkəmizə səfər etmişdir [18]. 2002-ci ildə Lüd-
viqshafen və Sumqayıt şəhərləri arasında əməkdaşlıq əlaqələrinin 25 illik yubileyi 
qeyd edilmişdir. Bu münasibətlə Almaniyanın İqtisadi İnkişaf və Əməkdaşlıq Fe-
deral Nazirliyinin (İİƏFN) təşəbbüsü ilə Almaniya Texniki Əməkdaşlıq Cəmiyyəti 
(TƏC)  bu  ölkənin  Tərəfdaş  Şəhərlər  Assosiasiyası  ilə  birgə  “Almaniya-Qafqaz 
şəhərləri  arasında  əməkdaşlıq”  layihəsini  hazırlamışdır.  Bu  layihə  Almaniya  və 
Qafqazın üç qardaşlaşmış şəhərini - Lüdviqshafen və Sumqayıtı, Biberax və Te-
lavivi, Saarbrüken və Tbilisini əhatə etmişdir [4, s.11-12]. 2002-ci il iyulun 3-də 
Almaniyanın İİƏFN-nin TƏC tərəfindən dəstəklənən məsləhət layihəsi haqqında 
müqavilə tərəfdaş şəhərlər  - Sumqayıt və Lüdviqshafen arasında imzalanmış-
dır [5]. Müqaviləyə əsasən, ətraf mühit, sənaye və məişət tullantılarının kadastrı, 
ətraf mühiti qorumaq ruhunda tərbiyə, su sərfinin hesablanması, təmizləyici qur-
ğuların bərpası və eləcə də gənclərin asudə vaxtlarının səmərəli təşkil olunması 
məsələləri müzakirə edilmişdir. 
Problemin aktuallığını nəzərə alaraq Azərbaycan ilə Almaniyanın qardaşlaş-
mış şəhərləri olan Sumqayıt və Lüdviqshafenin rəhbərliyi alman tərəfin texniki 
Müstəqil Azərbaycan 
Respublikası ilə birləşmiş 
Almaniyanın sosial-humanitar 
sahədə əməkdaşlığının tarixi 
1990-cı illərin əvvəllərindən 
başlasa da, bu əməkdaşlığın 
hüquqi əsasını 1995-ci il 
dekabrın 22-də imzalanmış və 
11 maddədən ibarət “Alman 
hərbi qəbirləri barədə” Saziş 
təşkil edir.


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə