Azərbaycan Respublikasının daxili və xarici siyasətinə, beynəlxalq münasibətlərə dair analitik jurnal



Yüklə 3,12 Mb.
Pdf görüntüsü
səhifə37/96
tarix20.09.2018
ölçüsü3,12 Mb.
#69476
1   ...   33   34   35   36   37   38   39   40   ...   96

STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
106 
maqla  üzv  ölkə  vətəndaşlarına  yaxınlaşdırılması  məqsədi  ilə  Vahid  Avropa 
Aktı, Amsterdam və Nitsa sazişləri ilə başlayan Təsis Sazişləri dəyişikliyi pro-
sesinin hələ ki son mərhələsidir.  
Avropa Parlamenti 1980-ci illərə qədər Aİ qurumları arasında səlahiyyətsiz, 
zəif orqan kimi tanınsa da, əvvəlcədən əhəmiyyəti olmasa da, arzu edilən ol-
duğu üçün hər Aİ sazişləri ilə islahatlara cəlb edilmiş, gücləndirilmişdir. Vahid 
Avropa Aktı (VAA) ilə ilk səlahiyyətlərini qazanan Parlament üçün bu baxım-
dan bu akt bir başlanğıc oldu. VAA-nın bir çox xüsusiyyətləri vardır ki, bunlar-
dan ən başlıcası Təsis Sazişində  edilən mühüm dəyişikliklərdir. VAA-ya qədər 
bu mühüm toxunulmazlıq, tabu kimi tətbiq olunan Təsis sazişlərində edilən 
dəyişikliklər VAA-dan sonrakı sazişlərin imzalanmasına yol açdı. 
Ümumi şəkildə ifadə etsək, Parlament hər bir Aİ Sazişi  ilə səlahiyyət qazan-
mış, genişlənmiş, inkişaf etmiş orqan kimi Aİ-nin ən çox dəyişən orqanı olmuş-
dur. Son Lissabon Sazişi ilə də Aİ qurumları arasında ən böyük dəyişikliklər və 
səlahiyyətlər Parlament ilə bağlı olmuşdur. 
1.Avropa İttifaqı Parlamentinin sazişlər əsasında tarixi inkişafi 
fəaliyyəti
1.1. Avropa Kömür və Polad Birliyi Müqaviləsi ilə yaradılan parlament
Qeyd etdiyimiz kimi, Aİ Parlamenti İttifaq orqanları arasında yeganə seç-
kili orqan kimi bu qurumda  demokratiyanın təminatçısıdır. Lakin əslində bu 
orqan  Aİ  yarandığı  zaman  o  qədər  səlahiyyətsiz  və  lazımsız  bir  qurum  kimi 
qiymətləndirilmişdi ki, hətta adı belə Parlament olmamışdır. 
Təsis sazişlərinə nəzər yetirdiyimiz zaman Avropa Parlamenti terminindən 
istifadə  edilmədiyini,  Assambleya  və  ya  Məclis  adlarına  üstünlük  verildiyi-
ni  görürük.  Ancaq    bütün  hallarda  milli  dövlətlər  tərəfindən  təyin  olunan 
nümayəndələrin  təşkil  etdiyi  quruma  dərhal  Parlament  adının  verilməsi  də 
tərəddüdlərə yol açırdı. Hər halda seçilmiş məclis təyin edilmiş məclisdən daha 
güclüdür ki, bu da Parlament üçün səlahiyyətlərin rolunun nə qədər önəmli 
olmasına işarədir. Başlanğıcda Təsis Sazişlərində əks olunmasına baxmayaraq, 
Parlamentin birbaşa seçilməsi məsələsi qüvvədə idi. Lakin səlahiyyətsizlik bu 
fikrin yaranma tarixini 1970-ci illərin sonuna qədər uzatdı. Aİ-ni yaradan Avropa 
Kömür və Polad Birliyinin (AKPB) institusional strukturu daxilində parlamentar 
orqanın yaradılması təklifi 1950-ci ildə AKPB Sazişinin hazırlandığı konfransda 
Jean Monnet tərəfindən irəli sürülmüşdür. AKPB qurumlarından olan və adın-
dan da göründüyü kimi mühüm səlahiyyətlərə malik “Yüksək Nüfuz”a nəzarət 
edilməsi ehtiyacı yarandıqda tarazlığı təmin etmək üçün milli parlamentlərin 
nümayəndələrindən ibarət olan Assamleya təsis edildi. Müştərək Məclis ad-
landırılan bu orqan Yüksək Nüfuza nəzarətetmə səlahiyyətinə malik olsa da, 
qanunvericilik səlahiyyəti yox idi. Müştərək Məclisin fəaliyyəti 1957-ci ildə  im-
zalanan Roma Sazişi ilə Avropa İqtisadi İttifaqı (Aİİ) və Avropa Atom Enerjisi 
İttifaqının (AAEİ) təsis edilməsinə qədər davam etmişdir [3, s.120]. 


Say 2 (9) • 2014 | STRATEJİ TƏHLİL 
107
Bu  iki  müqavilə  ilə  birlikdə  imzalanan  “Avropa  topluluqlarının  bəzi 
müştərək qurumlarına dair Müqavilə”nin ilk maddəsi bu iki birliyin məclislərini 
birləşdirmişdir. AKPB-nin Müştərək Məclis orqanı da eyni müqavilə ilə birlikdə 
bunlarla birləşdirildikdən sonra yeni və genişləndirilmiş məclis formalaşmış-
dır. 1958-ci ildə ilk iclasını keçirən bu məclis “Avropa Parlamenti” adını almış-
dır.  Lakin  bu  adın  hüquqi  səciyyə  qazanması  VAA-nın  imzalanmasına  qədər 
uzandı. VAA 1986-cı ildə imzalandıqdan sonra “Avropa Parlamenti” kimi Təsis 
Sazişlərində öz əksini tapmağa başladı. 
Lakin bu məclisin ilkin xüsusiyyəti İttifaqda təmsil olunan üzv dövlətlərin 
hökumətlərini  deyil,  xalqlarını  təmsil  etməsi  idi.  AKPB  Sazişinin  20-ci 
maddəsində Parlamentar Məclisinİttifaqı yaradan üzv dövlətlərin xalqlarından 
təşkil olunduğu qeyd edilmişdir.
Digər tərəfdən, Roma Sazişi birbaşa seçkilərin keçirilməsinin üzərində dursa 
da, üzv ölkələrin buna əməletmə məsələsində ümumi razılığa gəlmələri 1974-
cü ildə, ilk seçkilərin keçirilməsi isə 1979-cu ildə mümkün oldu. Bəzi üzvlərin, 
xüsusilə  İngiltərə  və  Fransanın  AP-yə  daha  çox  səlahiyyət  və  prestij  təmin 
etməkdə ləngimələri birbaşa seçkilərin keçirilməsinin mümkün olması və daha 
sonra da keçirilməsində gecikmələrə səbəb oldu [4. s 164]. 
Təsis Sazişində öz əksini tapmamasına baxmayaraq, Məclis 30 mart 1962-
ci ildə müvafiq qərar qəbul etməklə “Avropa Parlamenti” terminindən istifadə 
olunmasını  məqsədəuyğun  hesab  etmişdir.  Bu  dəyişiklik  İttifaq  qurumları 
arasında mübahisələrə gətirib çıxarmış və qəbul edilməmişdir. Bu səbəbdən 
AP ilk dəfə 1986-cı ildə Vahid Avropa Aktı ilə qəbul edilmişdir. Ad dəyişikliyi 
sazişlərdə edilən dəyişikliklərlə rəsmi status qazanmışdır. 
AP  İttifaq  daxilində  Komissiya  və  Şura  arasında  müştərək  şəkildə  həyata 
keçirilən qanunvericilik və icra səlahiyyətlərindən istifadə edilməsinə  demok-
ratik qaydada nəzarət  edilməsi məqsədilə yaradılmışdır. 
İlkin  mərhələdə  Parlamentin  qanunvericilik  səlahiyyəti  olmamış  və  daha 
çox məsləhətçi orqan xarakteri daşımışdır. Sonradan İttifaqın xüsusi maliyyə 
mənbələri formalaşdıqca Parlamentə də büdcə ilə bağlı səlahiyyətlər verilməyə 
başlanılmışdır. 
Üzv  dövlətlər  Parlamentin  büdcə  məsələsindəki  səlahiyyətlərini 
genişləndirmək  məqsədi  ilə  1970-ci  il    aprelin  22-də  Təsis  Sazişlərinin 
müddəalarını dəyişdirən protokol imzalamışlar. Parlamentin səlahiyyətinin bu 
şəkildə genişlənməsi məcburi olmayan xərclər ilə bağlı olmuşdur. 1975-ci ildə 
yenə də Təsis Sazişində edilən bir dəyişikliklə Parlamentə büdcəni bütünlüklə 
rəddetmə imkanı tanınmışdır. Həmin ildə Parlament, Şura və Komissiya arasın-
da məsləhətləşmə prosedurunun formalaşdırılması və büdcə ilə əhəmiyyətli 
dərəcədə əlaqədar olan bəzi hüquqi mətnlərin hazırlanmasında Parlamentin 
təsir gücü artırılmışdır. 
AP-nin səlahiyyətlərinin artırılmasında ən mühüm yeniliklərdən biri İttifa-
qın  bütövləşmə  prosesində  mühüm  rolu  olan  Vahid  Avropa  Aktıdır.  AP-nin 
əvvəlcədən malik olduğu səlahiyyətləri nəzərə aldıqda bu aktla ona daha mü-
hüm səlahiyyətlərin verildiyi məlum olur. 


Yüklə 3,12 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   96




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə