STRATEJİ TƏHLİL | Say 2 (9) • 2014
22
gücləndirməyə çalışır və bu səbəbdən təriqətlər arasında güclü rəqabət gedir.
Digər xüsusi önəm verilməsi gərəkən məsələ isə Dağıstanda cərəyan edən
hadisələrin Azərbaycana, xüsusilə də şimal bölgəsində yerləşən rayonlara cid-
di təsir etməsi və bu məsələnin gələcəkdə ölkədəki dini duruma mənfi təsir
göstərməsi ehtimallarının artmasıdır. Hazırda radikal dini qruplaşmalar Dağıs-
tanda aktiv fəaliyyət göstərir, bölgə tez-tez müxtəlif terror hadisələrinin şahidi
olur və bəzi hallarda gərginlik özünü şimal sərhədlərimizdə də göstərir. Qonşu
ölkədə cərəyan edən dini proseslərin Azərbaycana da müəyyən təsir etməsi
şübhəsizdir. Biz bu problemləri çox ciddi siqnal kimi qəbul etməli, gələcəkdə
bu cür xoşagəlməz hadisələrin yaşanmaması üçün indidən düşünülmüş həll
yolları tapmalı və zəruri addımlar atmalıyıq. Əgər indidən qabaqlayıcı tədbirlər
həyata keçirilməsə və zərərli tendensiyaların
qarşısı alınmasa, daha ciddi problemlər ya-
şaya bilərik.
Hazırkı vəziyyət Azərbaycandakı dini
təşkilat və qurumların bu proseslərin
qarşısının alınmasında və dövlət-din
münasibətlərinin Azərbaycanın dövlət ma-
raqlarının təmin olunması baxımından
tənzimlənməsində kifayət qədər işlərin
görülmədiyini göstərir. Reallıq ölkə din-
darlarının çoxunun Qafqaz Müsəlmanları
İdarəsinin fətva və göstərişlərinə deyil,
Azərbaycanda və xaricdə fəaliyyət göstərən
müxtəlif dini qruplaşmaları təmsil edən dini
liderlərin təlimatlarına tabe olduğunu göstərir. Bunun əsas səbəblərindən biri
din xadimlərinin biliklərinin və intellektual səviyyəsinin qənaətbəxş olmama-
sı, onların dini maarifləndirmənin aparılmasında fəal iştirakdan daha çox yas
mərasimləri vasitəsilə qazanclarını artırmağa üstünlük vermələridir. Hazırda
din xadimi dedikdə insanların ağlına daha çox yas mərasimlərində özlərinin
hamıdan ağıllı olduğunu sübut etməyə çalışan, geyim və danışıq tərzinə önəm
verməyən, intellektual səviyyəsi aşağı olan və heç bir sağlam məntiqə uyğun
gəlməyən rəvayətlər danışan insanlar gəlir. Bütün bunlar din xadimlərinə qarşı
inam və etibarı zədələyir. Əslində, cəmiyyət onların bu məsələlərdə daha aktiv
olmasını gözləyir.
Həmin problemlərin aradan qaldırılması, itirilmiş inam və etibarın bərpa
olunması üçün ilk növbədə din xadimlərinin intellektual səviyyəsinin qaldırılma-
sına, onların bilik və bacarıqlarının artırılmasına, mütərəqqi fikirləri
əks etdirən
dini ədəbiyyatın nəşrinə xüsusi önəm verilməlidir. Radikal dini qruplaşmaların
məscidlərdə deyil ayrı-ayrı yerlərdə təbliğat aparmaları nəzərə alınaraq sağlam
dini maarifləndirmənin onları da əhatə etməsi üçün yollar axtarılmalıdır. Bu
məsələlərdə kütləvi informasiya vasitələri də aktiv olmalı, geniş maarifləndirmə
işləri aparmalı və məsələlərə dövlət maraqları baxımından yanaşmalıdırlar.
Reallıq göstərir ki, son dövrlər müəyyən qurumların dini maarifləndirmənin
Həmin problemlərin aradan
qaldırılması, itirilmiş inam və
etibarın bərpa olunması üçün
ilk növbədə din xadimlərinin
intellektual səviyyəsinin
qaldırılmasına, onların bilik və
bacarıqlarının artırılmasına,
mütərəqqi fikirləri əks etdirən
dini ədəbiyyatın nəşrinə xüsusi
önəm verilməlidir.
Say 2 (9) • 2014 |
STRATEJİ TƏHLİL
23
aparılması və radikallıq meyillərinin qarşısının alınması məqsədilə həyata ke-
çirdiyi tədbirlər kifayət qədər səmərəli olmamış və xarici dini təsirlərin qarşısını
ala bilməmişdir. Hazırda Türkiyə, İran və bir sıra ərəb ölkələri Azərbaycanda dini
duruma ciddi şəkildə təsir etmək imkanlarına malikdirlər. Bu problemləri ara-
dan qaldırmaq üçün ilk növbədə belə halların baş vermə səbəbləri və yaran-
masına şərait yaradan amillər diqqətlə araşdırılmalı və öyrənilməlidir. Gənclərin
bu təsirlərdən qorunması, radikalizm meyillərinin qarşısının alınması üçün bü-
tün imkanlar səfərbər edilməli, daha effektiv üsullar düşünülməli, daha sistemli
və səmərəli işlər görülməli və zəruri qabaqlayıcı addımlar atılmalıdır.
Bu problemlərin qarşısını fətva, seminar və konfranslarla almaq mümkün
deyil. Zərərli təsirlərə məruz qalmış gənclərin çoxu bu fətvaları qəbul etmir və
həmin tədbirlərdə iştirak etmirlər. Eyni zamanda, qarşılıqlı ittihamlar vəziyyəti
daha da gərginləşdirir. Burada inzibati tədbirlərdən daha çox geniş və sis-
temli maarifləndirmə işlərinin həyata keçirilməsinə böyük ehtiyac var. Ölkə
vətəndaşlarının bütün təbəqələrini əhatə edən təbliğat planı hazırlanmalı,
zəngin biliklərə malik din xadimləri, elm adamları və ziyalılar bu proseslərə
cəlb olunmalı, dindarları narahat edən məsələlər, həmçinin sosial problemlər
diqqətlə öyrənilməli və onların həlli istiqamətində zəruri addımlar atılmalıdır.
Eyni zamanda, aidiyyəti dövlət qurumları gənclərin xarici təsirlərə məruz
qalmasının qarşısının alınması, bu fəaliyyətlə məşğul olan şəbəkələrin ifşa
olunması üçün bütün imkanlarını səfərbər etməlidirlər. Bu məsələdə dövlət
qurumları ilə yanaşı ictimai təşkilatlar, ziyalılar, dinşünas və ilahiyyatçı alimlər,
o cümlədən ölkə vətəndaşları yaxından iştirak etməli, bu problem hər bir
Azərbaycan vətəndaşını düşündürməli, gənclərlə daha aktiv və intensiv iş
aparılmalı, onların sosial problemlərinin həlli istiqamətində tədbirlər daha da
gücləndirilməlidir.
İstifadə edilmiş ədəbiyyat:
1. Али Тарик. Столкновение цивилизаций: Крестовые походы, джихад и
современность/
Тарик Али; пер. с анг. Старосты A.B./. М.: Астрель: ACT, 2006.
2. Арипов М. К. Социальный идеал ислама: миф и реальность. -Ташкент, 1988,
-117 с.
3. Добаев И.П. Исламский радикализм: генезис, эволюция, практика. -Ростов н/Д,
2003.
4. Игнатенко А. Исламский радикализм как побочный эффект “холодной войны”
// Центральная Азия и Кавказ. Лулео, 2001.
5. Кирбаев Н. С. Социальная философия мусульманского Востока. -М., 1987, -173 с.
6. Ланда Р.Г. Политический ислам: предварительные итоги. М.: ИБВ, 2005.
7. Муминов А. Традиционные и современные религиозно теологические школы
в Центральной Азии // Центральная Азия и Кавказ. — Лулео, 1999. -№ 4(5).
8. Ханбабаев К.М. Исламоведение на Кавказе // Этнополитические исследования
на Северном Кавказе: состояние,
проблемы, перспективы. -Махачкала, 2005.
9. Хантингтон С. Столкновение цивилизаций?//Полис. -1994. -№1.