Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti



Yüklə 0,49 Mb.
Pdf görüntüsü
səhifə6/20
tarix27.03.2018
ölçüsü0,49 Mb.
#35226
1   2   3   4   5   6   7   8   9   ...   20

 

13 


 

 

Beynəlxalq  bazar  qiymətlərindən  faydalanmaq  üçün  SOCAR-ın  xaricdəki  fəaliyyət  dairəsinin 



artırılması 

SOCAR  öz  məhsullarını  və  təhlükəsiz  təchizat  mövqeyi  üçün  daha  beynəlxalq  qiymətlərdən 

faydalanmaq  üçün,  Azərbaycanın  hüdudlarından  kənarda  fəaliyyətini,  xüsusən  də  “daunstrim” 

fəaliyyətini genişləndirir. Məsələn, SOCAR STEAS vasitəsilə həm özünün, həm də digər istehsalçılar 

tərəfindən  hasil  olunan  nefti  istifadə  edə  biləcək  Petkim  sahilində  yeni  böyük  zavod  inşa  etdirir.  Bu 

obyektdə istehsal olunacaq məhsulların beynəlxalq bazar qiymətləri ilə satılması gözlənilir. 

 

Emal fəaliyyətinin genişləndirilməsi  

  Hesab olunur ki, yeni, müasir obyektlərin tikilməsi və onların istehlakçılara yaxın yerdə yerləşdirilməsi 

ilə emal əməliyyatlarnın əhatə dairəsini və səmərəliliyini artırmaq üçün böyük imkanlar var. Bunlara 

Bakıda  yerləşən  mövcud  neft  emalı  zavodunun  və  “Azərikimya”  İB-nin  modernləşdirilməsi  və 

Türkiyədə yerləşəcək yeni emal zavodunun inşasını misal göstərmək olar. 

 

Fəaliyyət səmərəliliyinin artırılması. 

Şirkət  yeni  texnologiyalar  və  proseslərin  tətbiqi  vasitəsilə,  fəaliyyətinin,  xüsusilə  də  onun  hasilat 

fəaliyyətinin səmərəliliyinin artırılması üçün uzun müddətdir ki səmərəli addımlar atmaqdadır. Bundan 

əlavə,  SOCAR  işə  cəlb  olunma  və  daxili  təlim  proqramı  vasitəsilə  idarə  heyətinin  keyfiyyətinin 

yaxşılaşdırılması üçün fəal çalışır. 

 

Azərbaycanın gələcək inkişafına töhfələrin verilməsi. 

SOCAR  Azərbaycan  iqtisadiyyatının  vergi  ödənişləri,  sosial  xərclər  və  digər  ödənişlər  vasitəsilə 

maliyyələşdirilməsində  böyük  rol  oynayır.  Bu  da  öz  növbəsində,  iqtisadiyyatın  digər  sektorlarının 

inkişaf etdirilməsində, məhsulların, xüsusilə son istehlak məhsullarının satışının atırılmasına daha çox 

fayda verəcəkdir. 

 



 



Ehtiyatlar 

DeGolyer and MacNaughton şirkətinin 01 yanvar 2016-ci il tarixinə SOCAR-ın bəzi yataqlarının (Bulla, 

Günəşli, Neft Daşları və Ümid-Babək) qiymətləndirilməsi barədə hazırladığı hesabata əsasən SOCAR-

ın ümumi təsdiq olunmuş işlənməkdə olan xam neft ehtiyatları 74,3 milyon ton, ümumi ehtimal edilən 

və mümkün ehtiyatları isə əlavə 79,9 milyon ton təşkil etmişdir. Eyni hesabata əsasən, SOCAR-ın qaz 

ehtiyatları 55,0 mlrd. kub metr, ümumi ehtimal edilən və mümkün ehtiyatları isə əlavə 301,4 milyard 

kub metr təşkil etmişdir.  

 

 



 

14 


 



 



Kəşfiyyat və Hasilat 

 

Xam neft və Qaz haqqında ümumi məlumat 

Azərbaycanda  xam  neft  1847-ci  ildən  hasil  edilir.  SOCAR  tərəfindən  idarə  və  istismar  olunan  neft 

yataqlarının  çoxu  azalan  hasilat  mərhələsindədir  və  hesablamalara  əsasən  Azərbaycanda  bərpa  edilə 

bilən neft ehtiyatları azalır. Hasilat səviyyəsinin saxlanılması üçün yataqların yenidən işlənməsi tələb 

olunur  və  bu  proses  SOCAR  tərəfindən  həyata  keçirilir.  Abşeron  yarımadasından  100  km  kənarda 

yerləşən Günəşli yatağının dayaz sulu hissəsinin işlənilməsi SOCAR-ın dənizdə xam neft istehsalının 

76%-ni  və  ümumi  hasilatının  isə  60%-ni  təşkil  edir.  Yataq  bir  neçə  yataqların  daxil  olduğu  28  May 

NQÇİ-nin istismar fonduna daxil edilib.  

Azərbaycanda hasil olunan xam neftin əksəriyyəti "Azeri light" adlandırılır və sıxlığı APİ üzrə 34-34.5 

dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı çox aşağı – 0.15%-dir. Əksinə olaraq, Brent tipli xam 

neftin sıxlığı APİ üzrə 38.5 dərəcə təşkil edir, tərkibindəki kükürdün miqdarı 0.8% %-dir. Azeri Light 

CIF Augusta (İtaliya) nefti adlandırılır və Brent tipli xam nefti üzərində orta hesabla hər barel üçün 80 

sent üstünlüyə malikdir. 

2007-ci ildən etibarən SOCAR təbii qazın kəşfiyyatı və hasilatına böyük diqqət yetirir. Hesablamalara 

uyğun olaraq, SOCAR-ın istismarında olam ehtiyatlar Azərbaycanı 150 ilə qədər müddət ərzində təbii 

qazla təmin edəcək qədər ehtiyatlara malikdir. Bundan  əlavə, kəşfiyyatla bağlı fəaliyyətin artırılması 

nəticəsində SOCAR bu yaxınlarda Xəzər dənizində Ümid və Abşeron yataqlarında iki böyük qaz yatağı 

kəşf  etmişdir.  Hər  iki  yataqda  qazma  işlərinə  başlanmışdır.  Şirkətin,  həmçinin,  müxtəlif  işlənmə 

mərhələlərində olan bir sıra digər kəşfiyyat layihələri də mövcuddur.  

 

“Azneft” İB-nin əsas hasilat sahələri 

100%-i SOCAR-a məxsus olan “Azneft” İB 8 NQÇİ – dən ibarətdir. Azneft İB-nin bir çox əhəmiyyətli 

yataqları daha öncə işlənmiş  sahələrdir;  buna  görə  də  istehsal  səviyyəsinə  yeni quyuların  qazılması, 

quyuda əsaslı təmir işlərinin tamamlanması, müxtəlif bərpa işlərinin aparılması üçün lazımi texnikanın 

tətbiq olunması daxil olmaqla, müxtəlif yataqların bərpa olunması ilə nail olunur. 

2015 – ci ildə Azneft İB 6.77 milyon ton xam neft hasil və 6.15 mlrd. m³ qaz hasil etmişdir.  

 

Azəri-Çıraq-Günəşli yataqları 

AzAÇG – Xəzər dənizinin Azərbaycan sektorunda Azəri və Çıraq yataqlarının və  Günəşli yatağının 

dərin  sulu  hissəsinin  ("AÇG  yataqları")  birgə  işlənməsi  və  hasilatın  pay  bölgüsü  haqqında  sazişdə 

SOCAR-ın  (podratçı  qismində)  11.65%-nə  malik  olan  və  onu  idarə  edən  “Kayman  Islands”-da 

qeydiyyatda  olaraq,  SOCAR-ın  tam  mülkiyyətində  olan  törəmə  müəssisəsidir.  AÇG  HPBS  1994-cü 

ildən başlayaraq otuz il müddətinə nəzərdə tutulur və BP (operator kimi fəaliyyət göstərir və 35,78% 

faiz paya malikdir), Şevron (11.27%), İNPEKS (10.96%), Statoil (8.56%), ExxonMobil (8.0%), TPAO 

(6,75%), İtoçu (4,29%) və ONGC (2.72%), SOCAR 11.65% sazişdə iştirak payına malikdir.  



Yüklə 0,49 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə