Azərbaycan Respublikasının Əmək Məcəlləsi



Yüklə 4,89 Kb.
Pdf görüntüsü
səhifə10/57
tarix24.02.2018
ölçüsü4,89 Kb.
#27800
1   ...   6   7   8   9   10   11   12   13   ...   57

c) işçinin iş yeri, vəzifəsi (peşəsi);
ç) əmək müqaviləsinin bağlandığı və işçinin işə başlamalı olduğu gün;
d) əmək müqaviləsinin müddəti;
e) işçinin əmək funksiyası;
ə) işçinin əmək şəraitinin şərtləri — iş və istirahət vaxtı, əmək haqqı və ona əlavələr, əmək 
məzuniyyətinin müddəti, əməyin mühafizəsi, sosial və digər sığorta olunması;
f) tərəflərin əmək müqaviləsi üzrə qarşılıqlı öhdəlikləri;
g)   işçiyə   bədən   tərbiyəsi   və   idmanla,   o   cümlədən   iş   rejimi   şəraitində   və   işdən   sonrakı  
reabilitasiya  və  peşəkar-tətbiqi  məşqlərlə,  idman-sağlamlıq  turizmi  ilə  məşğul  ola bilməsi  
üçün şəraitin yaradılması;
ğ)   ilk   dəfə   əmək   fəaliyyətinə   başlayanlar   istisna   olmaqla,   işçinin   dövlət   sosial   sığorta  
şəhadətnaməsinin nömrəsi (SSN);
h) işçinin iş yerinin əsas və ya əlavə iş yeri olması barədə qeyd;
x) tərəflərin müəyyən etdiyi əlavə şərtlər barədə məlumatlar.
3. Əmək müqaviləsi bağlanarkən, həmçinin əmək münasibətlərinə xitam verilənədək bu Məcəllə ilə 
işçilər üçün müəyyən edilmiş hüquq və təminatların səviyyəsi azaldıla bilməz.
4.   Bu   Məcəllədə   başqa   hal   nəzərdə   tutulmayıbsa,   əmək   müqaviləsinin   şərtləri   birtərəfli   qaydada 
dəyişdirilə bilməz. (
48

54

65
)
Maddə 44. Əmək müqaviləsinin forması 
1. Əmək müqaviləsi yazılı formada bağlanır.
2. Tərəflərin razılığı ilə əmək müqaviləsi bu Məcəlləyə əlavə edilmiş nümunəvi formaya uyğun tərtib 
edilir.
3. Əmək müqaviləsi iki nüsxədən az olmayaraq tərtib olunub tərəflərin imzası (möhürü) ilə təsdiq 
edilir və onun bir nüsxəsi işçidə, digər nüsxəsi isə işəgötürəndə saxlanılır.
Maddə 45. Əmək müqaviləsinin müddəti 
1. Əmək müqaviləsi qabaqcadan müddəti müəyyən edilmədən (müddətsiz) və ya 5 ilədək müddətə 
(müddətli) bağlanıla bilər.
2.   Əmək   müqaviləsində   onun   hansı   müddətə   bağlanması   göstərilməmişdirsə,   həmin   müqavilə 
müddətsiz bağlanmış hesab edilir.
3. Müddəti müəyyən edilmədən bağlanmış əmək müqaviləsi hər iki tərəfin razılığı olmadan birtərəfli 
qaydada müddətli əmək müqaviləsi ilə əvəz edilə bilməz.
4.   Əmək   funksiyasının   yerinə   yetirilməsi   şərtlərinə   görə   işin   və   ya   göstərilən   xidmətlərin   daimi 


xarakterə malik olduğu qabaqcadan bəlli olduğu hallarda, bu Məcəllənin 47-ci maddəsi ilə müəyyən  
edilən hallar istisna olmaqla, əmək müqaviləsi müddəti müəyyən edilmədən bağlanmalıdır.
5. Müddətli əmək müqaviləsi fasiləsiz olaraq 5 ildən artıq müddətə davam edərsə, müddətsiz əmək  
müqaviləsi hesab edilir. (
48
)
Maddə 46. Əmək müqaviləsinin bağlanması və ona dəyişikliklərin edilməsi qaydası 
1.   Əmək   müqaviləsi   bu   Məcəllənin   54-cü   maddəsində   nəzərdə   tutulmuş   əmək   şəraitinin   şərtləri, 
habelə   tərəflərin   razılaşdıqları   əlavə   şərtləri,   işçinin   əmək   funksiyası   və   tərəflərin   öhdəlikləri 
göstərilməklə fərdi qaydada bağlanılır.
2. Əmək müqaviləsi  kollektiv  qaydada da bağlanıla  bilər. Müvafiq işlərin görülməsi, xidmətlərin 
göstərilməsi (tikinti-təmir, yükləmə-boşaltma, məişət, ticarət, əkin-biçin, heyvandarlıq işləri) iki və 
daha çox işçi qrupu tərəfindən kollektiv halında həyata keçirilməklə əmək müqaviləsinin bağlanması 
kollektivin (briqadanın, işçi qrupunun) hər bir üzvünün yazılı razılığı ilə yol verilir. Bu halda işçilər 
işəgötürənlə kollektiv əmək müqaviləsi bağlamaq üçün bir nümayəndəsini müvəkkil edir.
3. Kollektiv əmək müqaviləsi bağlanılan hallarda işəgötürən kollektivin hər bir üzvü qarşısında bu 
Məcəllə və əmək müqaviləsi ilə müəyyən edilmiş öhdəliklərini yerinə yetirməlidir. Kollektiv əmək 
müqaviləsinə yalnız bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və müəyyən edilmiş qaydada xitam 
verilir.
4.   Əmək   müqaviləsi   on   beş   yaşına   çatmış   fiziki   şəxslərlə   bağlanıla   bilər.  15   yaşına   çatmamış 
şəxslərlə bağlanılan əmək müqaviləsi etibarsız sayılır və belə müqaviləni bağlayan işəgötürən bu  
Məcəllənin   312-ci  maddəsinə   uyğun  olaraq  inzibati   məsuliyyətə  cəlb  edilir.  On  beş  yaşından   on 
səkkiz   yaşınadək   olan   şəxslərlə   əmək   müqaviləsi,   bağlanarkən   onların   valideynlərindən   və   ya 
övladlığa götürənlərdən qəyyumlarından birinin və yaxud qanunla onları əvəz edən şəxslərin yazılı 
razılığı alınmalıdır.
5.   Bu   Məcəllənin   43-cü   maddəsinin   ikinci   hissəsində   nəzərdə   tutulmuş   şərtlərdən   hər   hansı   biri 
göstərilmədən bağlanmış əmək müqaviləsi tərəflərdən birinin təşəbbüsü ilə etibarsız hesab edilə və ya 
yenidən   tərtib   edilməsi   tələbi   qoyula   bilər.   Həmin   şərtin   (şərtlərin)   əmək   müqaviləsində 
göstərilmədiyi aşkar olunduğu andan onlar işəgötürən tərəfindən əmək müqaviləsinə daxil edilməlidir. 
Bu halda tərəflərin arasında başqa razılıq olmamışdırsa, əmək müqaviləsi  həmin şərtin (şərtlərin)  
daxil edildiyi tarixdən asılı olmayaraq bağlandığı və ya yazılı formada tərtib edildiyi gündən etibarlı 
hesab olunur.
6. Əmək müqaviləsinə dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilir. Razılaşdırılmış dəyişikliklər 
əmək müqaviləsinə daxil edilir. Həcmcə çox olduğuna görə dəyişiklikləri əmək müqaviləsinə daxil 
etmək mümkün olmadıqda ilkin əmək müqaviləsi yenidən tərtib edilir, yaxud həmin dəyişikliklər 
ayrılıqda tərtib edilib təsdiqlənir. (
48

53
)
Maddə 47. Müddətli əmək müqaviləsi bağlanan hallar 
Aşağıdakı hallarda əmək müqaviləsi müəyyən müddətə bağlanıla bilər:
a) işçinin əmək qabiliyyətini müvəqqəti itirməsi, ezamiyyətdə, məzuniyyətdə olması, habelə iş 
yeri   və   vəzifəsi   saxlanılmaqla   qanunvericilikdə   nəzərdə   tutulmuş   digər   hallarda   müəyyən 
səbəbdən müvəqqəti olaraq işə çıxmaması ilə əlaqədar onun əmək funksiyasının başqa işçi 
tərəfindən icrasının zəruriyyəti olduqda;


Yüklə 4,89 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə