Azərbaycan Respublikasının Əmək Məcəlləsi



Yüklə 4,89 Kb.
Pdf görüntüsü
səhifə16/57
tarix24.02.2018
ölçüsü4,89 Kb.
#27800
1   ...   12   13   14   15   16   17   18   19   ...   57

aparılmasını tələb etmək hüququna malikdir. Bu halda işəgötürən işçinin tələblərini yerinə yetirməyə 
borcludur.
3. İşçi yaşa, əlilliyə görə təqaüdə çıxdıqda, təhsilini davam etdirmək üçün müvafiq təhsil müəssisəsinə 
daxil olduqda, yeni yaşayış yerinə köçdükdə, başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda, seksual 
qısnamaya məruz qaldıqda və qanunvericilikdə nəzərdə tutulmuş digər hallarda ərizəsində göstərdiyi 
gün əmək müqaviləsi ləğv edilə bilər. (
40
)
4. Əmək müqaviləsini ləğv etmək barədə ərizə vermiş işçi xəbərdarlıq müddəti bitənədək istədiyi vaxt 
ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yeni ərizə verə bilər. Bu 
halda  əmək müqaviləsi  ləğv  edilə  bilməz.  Bu şərtlə  ki, işəgötürən  həmin  vəzifəyə  (peşəyə)  yeni 
işçinin götürülməsi barədə işçiyə rəsmi qaydada yazılı xəbərdarlıq etməmiş olsun. Əmək müqaviləsi 
bu   maddə   ilə   müəyyən   edilmiş   qaydalara   əməl   olunmaqla   ləğv   edildikdən   sonra   işçinin   əvvəlki 
ərizəsini geri götürmək və ya onu etibarsız hesab etmək barədə edilən müraciətin hüquqi qüvvəsi 
yoxdur.
5.   İşçi   ərizəsində   əmək   münasibətlərini   dayandırmaq   istədiyi   günü   göstərməyibsə,   xəbərdarlıq 
müddəti bitənədək bu maddə ilə müəyyən edilmiş əsasla əmək müqaviləsinin ləğv edilməsinə yol 
verilmir.
6. İşçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və 
məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə 
ərizə   verə   bilər.   İşçi   məzuniyyət   müddəti   bitənədək   bu   maddənin   dördüncü   hissəsi   ilə   müəyyən 
edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız 
hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir.
7. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin 
iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.
Maddə 70. İşəgötürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları 
Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:
a) müəssisə ləğv edildikdə;
b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə;
c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə  olmadığına  görə işçinin 
tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul 
edildikdə;
ç)   işçi   özünün   əmək   funksiyasını   və   ya   əmək   müqaviləsi   üzrə   öhdəliklərini   yerinə 
yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini 
kobud şəkildə pozduqda;
d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda;
e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda.
Qeyd: Bu maddənin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, 
təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi 
ilə   yaradılan   və   müvafiq   səlahiyyətlərə   malik   olan   attestasiya   komissiyası,   habelə   müəssisənin 


direktorlar   şurası,   elm   və   təhsil   müəssisələrinin   elmi   şurası,   pedaqoji   şurası,   praktik   tibb   və   ya  
əczaçılıq fəaliyyəti ilə məşğul olan işçilərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti  
orqanı  başa düşülməlidir. İşçilərin attestasiyası bu Məcəllənin 65-ci maddəsi ilə müəyyən edilmiş 
qaydada keçirilir. (
48

50

59
)
Maddə 71. Əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilərkən görülən tədbirlər 
1. İşçilərin sayı azaldılarkən və ya ştatların ixtisarı həyata keçirilərkən, o cümlədən işçinin tutduğu  
vəzifəyə   uyğun   gəlmədiyi   barədə   səlahiyyətli   orqan   tərəfindən   müvafiq   qərar   qəbul   edilərkən  
işəgötürən bu Məcəllə ilə müəyyən edilmiş tədbirlər görür.
2. Bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv 
edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, 
vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və 
icra  intizamının  normal   ahəngi  pozulmuş  olsun və  ya  mülkiyyətçinin,   işəgötürənin,   habelə  əmək 
kollektivinin   (onun   ayrı-ayrı   üzvlərinin)   hüquqlarına   və   qanunla   qorunan   mənafelərinə   hər   hansı 
formada ziyan dəymiş olsun.
3. İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək 
müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. (
43
)
Maddə 72. Əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən hallar 
Aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir:
a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç 
bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi;
b) alkoqollu içkilər,  narkotik vasitələr və psixotrop,  toksik və digər zəhərli maddələr qəbul 
edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və 
ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; (
38
)
c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması;
ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş 
yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması;
d)   qəsdən   istehsal,   kommersiya   və   ya   dövlət   sirrinin   yayılması   və   ya   bu   sirrin   gizli 
saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi;
e)   əmək   fəaliyyəti   zamanı   yol   verdiyi   kobud   səhvləri,   hüquq   pozuntuları   nəticəsində 
işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi;
ə)   əmək   funksiyasını   pozduğuna   görə   əvvəllər   işəgötürən   tərəfindən   verilmiş   intizam 
tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması;
f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati  xətalara  və ya cinayət tərkibi olan ictimai-
təhlükəli əməllərə yol verməsi. (
17
)
Maddə 73. Müddətli əmək müqaviləsinə xitam verilməsi qaydası 
1. Müddətli əmək müqaviləsinin müddəti qurtardıqda ona xitam verilir. Müddətli əmək müqaviləsində 


Yüklə 4,89 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   57




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə