Azərbaycan Respublikasının Mülki Məcəlləsi 28 dekabr 1999-cu IL tarixli, 779-iq nömrəli



Yüklə 3,49 Mb.
Pdf görüntüsü
səhifə65/190
tarix27.03.2018
ölçüsü3,49 Mb.
#34776
1   ...   61   62   63   64   65   66   67   68   ...   190

331.2. Tərəflərin razılaşmasında əqdin formasının uyğun gəlməli olduğu əlavə tələblər 

(müəyyən formalı blankda tərtibetmə, möhürlə təsdiqləmə və i.a.) müəyyənləşdirilə bilər 

və bu tələblərə riayət edilməməsinin nəticələri nəzərdə tutula bilər. Belə nəticələr nəzərdə 

tutulmadıqda əqdin sadə yazılı formasına riayət edilməməsinin nəticələri (maddə 333.1.) 

tətbiq edilir. 

331.3. Əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin 

köməyi ilə imzanın faksimilesindən, elektron-rəqəmli imzadan və ya şəxsi imzanın başqa 

analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və 

qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən 

edilir. 

331.4. Əgər fiziki şəxs bədən qüsuruna, xəstəliyinə və ya savadsızlığına görə əqdi özü 

imzalaya bilmirsə, əqdi onun xahişi ilə başqa fiziki şəxs imzalaya bilər. Başqa fiziki 

şəxsin imzası əqdi bağlayanın özünün imza edə bilməməsinin səbəbləri göstərilməklə

notarius tərəfindən və ya bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxs 

tərəfindən təsdiqlənməlidir.  



331.5. Əqdlərin elektron formada bağlanması ilə bağlı məsələlər elektron ticarət 

haqqında və elektron sənəd dövriyyəsinə dair Azərbaycan Respublikasının 

qanunvericiliyi ilə tənzimlənir. (

9



11

15



23



Maddə 332. Sadə yazılı formada bağlanan əqdlər 

332.1. Sadə yazılı formalı əqdin etibarlı olması üçün əqddə iştirak edən şəxslərin imzaları 

kifayətdir. Notariat qaydasında təsdiqlənməsi tələb edilən əqdlər istisna olmaqla, 

aşağıdakı əqdlər sadə yazılı formada bağlanmalıdır: 

332.1.1. hüquqi şəxslərin öz aralarında və fiziki şəxslərlə əqdləri; 

332.1.2. fiziki şəxslərin öz aralarında müəyyənləşdirilmiş şərti maliyyə vahidi 

miqdarından azı 50 dəfə çox olan məbləğə, bu Məcəllə ilə nəzərdə tutulmuş 

hallarda isə əqdin məbləğindən asılı olmayaraq, bağladıqları əqdlər. 

332.2. Bu Məcəlləyə uyğun olaraq şifahi bağlana bilən əqdlər üçün sadə yazılı formaya 

riayət edilməsi tələb olunmur. (

12



Maddə 333. Əqdin sadə yazılı formasına riayət edilməməsinin nəticələri 



333.1. Əqdin sadə yazılı formasına riayət edilməməsi mübahisə halında əqdi və onun 

şərtlərini təsdiq etmək üçün tərəfləri şahid ifadələrinə istinad etmək hüququndan məhrum 

edir, lakin yazılı və digər sübutlar təqdim etmək hüququndan məhrum etmir. 

333.2. Bu Məcəllədə və ya tərəflərin razılaşmasında birbaşa göstərilmiş hallarda əqdin 

sadə yazılı formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. 



333.3. Xarici iqtisadi əqdin sadə yazılı formasına riayət edilməməsi əqdin etibarsızlığına 

səbəb olur. (

12



Maddə 334. Əqdin notariat qaydasında təsdiqlənməsi 



334.1. Əqdin notariat qaydasında təsdiqlənməsi bu Məcəllənin 331-ci maddəsinin 

tələblərinə uyğun gələn sənəddə notariusun və ya bu cür notarial hərəkəti yerinə 

yetirməyə hüququ çatan digər vəzifəli şəxsin təsdiqləyici qeyd etməsi yolu ilə həyata 

keçirilir. 

334.2. Əqdin notarial təsdiqlənməsi qaydası notariat haqqında qanunla müəyyənləşdirilir. 

334.3. Əqdlərin notariat qaydasında təsdiqlənməsi aşağıdakı hallarda məcburidir: 

334.3.1. bu Məcəllədə göstərilmiş hallarda

334.3.2. bu Məcəllə ilə həmin növlü əqdlər üçün bu forma nəzərdə tutulmuş 

olmasa da, tərəflərdən hər hansı birinin tələbi ilə. (

12



Maddə 335. Əqdin notarial formasına riayət edilməməsinin nəticələri 

335.1. Əqdin notarial formasına riayət edilməməsi onun etibarsızlığına səbəb olur. Bu cür 

əqd əhəmiyyətsiz sayılır. 

335.2. Əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə 

və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən 

boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq 

ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. 

335.3. Əqdin notariat qaydasında təsdiqlənməsindən əsassız boyun qaçıran tərəf əqdin 

bağlanmasının ləngidilməsi nəticəsində dəyən zərərin əvəzini digər tərəfə ödəməlidir. 

(

12





Maddə 336. Əqdlərdən əmələ gələn hüquqların qeydə alınması tələbinə riayət edilməməsinin 

nəticələri 

336.1. Əgər tərəflərdən biri əqddən əmələ gələn hüququn dövlət qeydiyyatına 

alınmasından boyun qaçırırsa, onda qeydiyyat digər tərəfin ərizəsi ilə məhkəmənin qərarı 

əsasında həyata keçirilir. 

336.2. Zərərin əvəzinin ödənilməsi ilə bağlı digər hüquqlar toxunulmaz qalır. (

12

) 



14-cü f

əsil. Əqdlərin etibarsızlığı

 

Maddə 337. Əqdlərin etibarsızlığı anlayışı və onun nəticələri. Mübahisə edilən və əhəmiyyətsiz 

əqdlər 


337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. 

Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 

337.2. Əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. 

Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi 

yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin 

şəxsə qarşı mübahisə edilir. 

337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı 

olmayaraq özlüyündə etibarsız olan əqddir. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin 

tətbiq edilməsi tələbini hər bir maraqlı şəxs irəli sürə bilər. Məhkəmənin bu cür nəticələri 

öz təşəbbüsü ilə tətbiq etmək ixtiyarı vardır. 

337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi 

nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. 

337.5. Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri 

nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə 

qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar 

əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun 

dəyərini pulla ödəməlidir. (

12



Maddə 338. Bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqdin 



etibarsızlığı 

Bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya bu Məcəllə ilə müəyyənləşdirilmiş 

qaydaları və qadağanları pozan əqd, əgər bu Məcəllədə bu cür əqdin əhəmiyyətsiz olduğu 

müəyyənləşdirilməyibsə və ya pozuntunun digər nəticələri nəzərdə tutulmayıbsa, 

etibarsızdır. (

12



Maddə 339. Hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir 

tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə 

düşməsi nəticəsində bağlanmış əqdin etibarsızlığı 

339.1. Hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə 

razılığa gəlməsi nəticəsində bağlanmış əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər 

tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz 

şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən 

mübahisələndirilə bilər

339.2. Şəxs əqd bağlanması məqsədi ilə aldadıldıqda, həmin əqdi mübahisələndirə bilər



Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu 

hallarda həyata keçirilir. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd 

bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdi mübahisələndirə bilər

Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, 

digər tərəf vicdanla bunu gözləsin. 



Yüklə 3,49 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   190




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə