Azərbaycan Respublikasının Mülki Məcəlləsi 54-cü fəsil. Qiymətli kağızlar



Yüklə 0,62 Mb.
Pdf görüntüsü
səhifə14/28
tarix26.03.2018
ölçüsü0,62 Mb.
#34771
1   ...   10   11   12   13   14   15   16   17   ...   28

1076-3.9. Girovla təmin edilmiş istiqrazların mülkiyyətçiləri bu Məcəllənin 1076-3.7-

ci  bəndində  göstərilmiş  tələbləri,  öhdəliyin  icra  müddətinin  bitdiyi  gündən  sonra 

qanunvericilikdə müəyyən edilmiş müddət ərzində vermək hüququna malikdir.

lvii[454]

 

  



Maddə 1076-4. Qarantiya ilə təmin edilmiş istiqrazlar 

  

1076-4.1. İstiqrazlar üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün təqdim edilən 



qarantiya qanunvericiliklə müəyyən edilmiş qaydada rəsmiləşdirilməlidir. 

1076-4.2. İstiqrazlar üzrə öhdəliklərin icrasının təmin edilməsi üçün təqdim edilən 

qarantiya bu istiqrazlar üzrə öhdəliklər tam icra edilənədək geri çağırıla bilməz. 

1076-4.3. Qarantiya, emitent tərəfindən istiqrazlar üzrə öhdəliklər tam şəkildə icra 

olunanadək, sərəncamçıda saxlanılır. 

  

Maddə 1076-5. Dövlət və bələdiyyə zəmanəti ilə təmin edilmiş istiqrazlar 

  

Dövlət  və  bələdiyyə  zəmanəti  ilə  təmin  edilmiş  istiqrazların  buraxılması  qaydası 



müvafiq qanunvericiliklə tənzimlənir. 

  

Maddə 1076-6. İpoteka istiqrazları



lviii[455]

 

  



1076-6.1. İpoteka istiqrazları ipoteka örtüyü ilə təmin olunmuş istiqrazlardır. 

1076-6.2. İpoteka örtüyünə əsas və əlavə aktivlər daxil edilir. 

1076-6.3.  Əsas  aktivlər  qismində  yaşayış  sahəsinin  alınması  üçün  verilmiş  və  həmin, 

yaxud  digər  yaşayış  sahəsinin  ipotekası  ilə  təmin  olunmuş  kreditlərlə  (ipoteka  kreditləri)  bağlı 

emitentin tələb hüquqları çıxış edir. 

1076-6.4. Əlavə aktivlər ipoteka örtüyünün nominal dəyərinin 20 faizindən çox olmamaqla 

aşağıdakı tərkibdə ola bilər: 

1076-6.4.1. Azərbaycan Respublikasının dövlət qiymətli kağızları; 


1076-6.4.2. Azərbaycan Respublikası Mərkəzi Bankının qiymətli kağızları və ya emitentin 

Azərbaycan Respublikasının Mərkəzi Bankında saxlanılan depozitləri; 

1076-6.4.3.  müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən  müəyyən  edilmiş  dövlətlərin  və 

həmin dövlətlərin mərkəzi banklarının buraxdığı qiymətli kağızlar. 

1076-6.5.  Müvafiq  icra  hakimiyyəti  orqanının  normativ  hüquqi  aktı  ilə  ayrı  hal  nəzərdə 

tutulmayıbsa,  ipoteka  istiqrazları  yalnız  ipoteka  örtüyünə  daxil  olan  əsas  aktivlərin  (ipoteka 

kreditlərinin) valyutasında ola bilər. 

1076-6.6. İpoteka istiqrazlarının orta çəki metodu ilə hesablanmış  ödəniş müddəti ipoteka 

örtüyünə daxil olan ipoteka kreditlərinin orta çəki metodu ilə hesablanmış ödəniş müddətindən 

çox  ola  bilməz.  Orta  çəki  metodu  ilə  ödəniş  müddətlərinin  hesablanması  qaydası  müvafiq  icra 

hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 

1076-6.7. İpoteka istiqrazlarını yalnız kredit təşkilatları və müvafiq icra hakimiyyəti orqanı 

tərəfindən ipoteka kreditlərinin verilməsi məqsədi ilə yaradılmış qurumlar buraxa bilər. 

1076-6.8.  İpoteka  istiqrazları  üzrə  emitentin  öhdəlikləri  tam  və  ya  qismən  həmin 

istiqrazların ipoteka örtüyünə daxil edilmiş aktivlərlə  birgə bu Məcəllənin 1076-6.7-ci maddəsi 

ilə müəyyən edilmiş ipoteka istiqrazları buraxmaq hüququ olan üçüncü şəxslərə verilə bilər, bu 

şərtlə ki, belə hal emissiya prospektində nəzərdə tutulsun. Emitentin bu Məcəllənin 1076-13-cü 

maddəsi  ilə  müəyyən  edilmiş  müflisləşməsi  və  ya  öhdəliklərini  yerinə  yetirməməsi  halında 

emitentin  öhdəlikləri  üçüncü  şəxslərə  yalnız  həmin  maddə  ilə  nəzərdə  tutulmuş  qaydada 

keçməlidir. 

  

Maddə 1076-7. İpoteka istiqrazları üzrə faizlər 

  

1076-7.1.  İpoteka  istiqrazları  öz  mülkiyyətçilərinin  ipoteka  istiqrazlarının  emissiya 

prospektində müəyyənləşdirilmiş məbləğdə və qaydada faiz almaq hüququnu təsbit etməlidir. Bu 

zaman faiz ödənişləri ipoteka istiqrazlarının buraxılış şərtlərinə uyğun olaraq, lakin ən azı ildə 

bir dəfə həyata keçirilməlidir. 

1076-7.2. İpoteka örtüyünə daxil olan aktivlər üzrə faiz ödənişləri ipoteka istiqrazları üzrə 

faizlərin ödənilməsini təmin etməlidir. 

1076-7.3.  Müvafiq  icra  hakimiyyəti  orqanının  normativ  hüquqi  aktı  ilə  ayrı  hal  nəzərdə 

tutulmayıbsa,  ipoteka  örtüyünə  daxil  olan  ipoteka  kreditləri  sabit  faizlərlə  verilmiş  olduqda 

ipoteka  istiqrazları  üzrə  faizlər  sabit,  ipoteka  örtüyünə  daxil  olan  ipoteka  kreditləri  dəyişən 

faizlərlə verilmiş olduqda isə ipoteka istiqrazları üzrə faizlər dəyişkən olmalıdır. Dəyişən faizlər 

müəyyən  edildikdə,  ipoteka  örtüyünə  daxil  olan  ipoteka  kreditləri  üzrə  faizlərlə  ipoteka 

istiqrazları üzrə faizlər eyni faiz dərəcəsi bazasına bağlı olmalıdır. 


  

Maddə 1076-8. İpoteka istiqrazlarının buraxılması xüsusiyyətləri 

  

1076-8.1.  İpoteka  istiqrazlarının  emissiya  prospektində  “Qiymətli  kağızlar  bazarı 

haqqında”  Azərbaycan  Respublikası  Qanununun  5.3-cü  maddəsində  nəzərdə  tutulmuş 

məlumatlardan başqa aşağıdakı məlumatlar olmalıdır: 

1076-8.1.1. ipoteka örtüyünə daxil olan aktivlər barədə məlumat (dəyəri, tərkibi, borcların 

ödənilməsi şərtləri və qaydası); 

1076-8.1.2.  ipoteka  istiqrazlarının  vaxtından  əvvəl  ödənişi  nəzərdə  tutulduqda,  bu  halda 

ödənişin şərtləri, yaxud vaxtından əvvəl ödənişə yol verilmədikdə, bu barədə məlumat; 

1076-8.1.3.  ipoteka  istiqrazlarının  ödənişi  ilə  bağlı  məlumatın  dərc  ediləcəyi  kütləvi 

informasiya vasitələri barədə məlumat; 

1076-8.1.4. sərəncamçı ilə bağlı məlumatlar. 

1076-8.2.  İpoteka  istiqrazlarının  vaxtından  əvvəl  ödənilməsi  zamanı  vaxtından  əvvəl 

ödəniş bir buraxılışın bütün istiqrazlarına eyni şərtlərlə şamil olunur. 

1076-8.3. Emitentin emissiya etdiyi ipoteka istiqrazlarının bir buraxılışı bir ipoteka örtüyü 

ilə  təmin  edilir.  Bir  ipoteka  örtüyü  ilə  ipoteka  istiqrazlarının  bir  neçə  buraxılışının  təmin 

edilməsinə yalnız əvvəlcədən qeydiyyata alınan emissiya prospektində nəzərdə tutulduğu halda 

yol verilir. 

  

Maddə 1076-9. İpoteka örtüyünə dair tələblər 

  

1076-9.1.  İpoteka  örtüyünə  daxil  olan  aktivlər  başqa  öhdəliklərlə  yüklü  edilə  bilməz  və 

sərəncamçının icazəsi olmadan ipoteka örtüyünə daxil olan aktivlərə dair sərəncam verilə bilməz. 

Bu  Məcəllənin  1076-13-cü  maddəsində  nəzərdə  tutulmuş  halların  baş  verməsinədək  ipoteka 

örtüyünə  daxil  edilmiş  aktivlərdən  daxil  olan  pul  vəsaitləri  emitentin  hesabında  saxlanılır  və 

onun öz mülahizəsi ilə istifadə olunur. 

1076-9.2.  İpoteka  kreditinin  verildiyi  zaman  yalnız  müstəqil  qiymətləndirici  tərəfindən 

bazar dəyəri ilə qiymətləndirilmiş daşınmaz əmlakla bağlı hüquqlar ipoteka örtüyünə daxil edilir. 

1076-9.3.  Yaşayış  üçün  nəzərdə  tutulmayan  daşınmaz  əmlakın,  boş  torpaq  sahəsinin  və 

tamamlanmamış  tikintinin  ipotekası  ilə  təmin  edilmiş  kreditlər  ilə  bağlı  hüquqlar  ipoteka 

örtüyünə daxil edilə bilməz. 


Yüklə 0,62 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   28




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə