Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi



Yüklə 5,67 Kb.
Pdf görüntüsü
səhifə11/78
tarix17.01.2018
ölçüsü5,67 Kb.
#20968
növüQaydalar
1   ...   7   8   9   10   11   12   13   14   ...   78

68.2.  Məhkəmə  tərəfindən işə  buraxılmış  vəkil  iş  materialları  ilə  tanış  olmaq,  onlardan 
çıxarışlar  götürmək,  surətlərini  çıxartmaq,  sübutlar  təqdim  etmək və  sübutların  tədqiqində 
iştirak etmək, işdə iştirak edən başqa şəxslərə, şahidlərə, ekspertlərə və mütəxəssislərə suallar 
vermək,  vəsatət  vermək,  habelə  əlavə  sübutlar  tələb  olunması  barədə  vəsatət  vermək, 
məhkəməyə  şifahi  və  yazılı  izahat  vermək,  məhkəmə  baxışı  gedişində  baş  verən  bütün 
məsələlər  barədə  öz  dəlil  və  mülahizələrini  təqdim  etmək,  işdə  iştirak  edən  digər  şəxslərin 
vəsatət və dəlillərinə etiraz etmək hüququna malikdir. 
68.3.  İşdə  iştirak  edən  şəxslərin  tapşırığı  ilə  vəkalət  əsasında  vəkil  məhkəmə  aktlarından 
şikayət verir və qanunla ona verilmiş sair hüquqlardan istifadə edir. 
F ə s i l   6 
MƏHKƏMƏDƏ NÜMAYƏNDƏLİK 
M a d d  ə  6 9 .  Nümayəndə vasitəsi ilə işin aparılması 
69.1. Hər bir fiziki və ya hüquqi şəxs şəxsən, yaxud müvafiq qaydada səlahiyyəti müəyyən 
edilmiş nümayəndəsi vasitəsi ilə məhkəməyə iddia verə bilər. Zəruri olduqda məhkəmə izahat 
vermək üçün tərəfi şəxsən məhkəməyə çağırmaq hüququna malikdir. 
69.2. Hüquqi şəxslər məhkəmədə qanunlarla, normativ hüquqi aktlarla və ya hüquqi şəxsin 
təsis sənədləri ilə müəyyən edilmiş orqanlar, yaxud hüquqi şəxslər tərəfindən bu məqsədlərlə 
vəkil edilmiş nümayəndələri vasitəsi ilə təmsil olunurlar. 
69.3.  Təşkilat  rəhbərinin  səlahiyyəti  onun  tərəfindən məhkəməyə  təqdim  edilmiş  xidməti 
vəzifəsini  bildirən sənədi,  zəruri  olduqda  isə  təsis  sənədləri  ilə  (nizamnamə,  müqavilə  ilə) 
təsdiq olunur. 
69.4. Ləğv edilən hüquqi şəxsin adından məhkəmədə ləğvetmə komissiyasının səlahiyyətli 
nümayəndəsi çıxış edir. 
M a d d  ə  7 0 .  Məhkəmədə nümayəndə ola bilən şəxslər 
Bu Məcəllənin 71‐ci maddəsində sadalanan şəxslər istisna olmaqla, məhkəmədə iş aparmaq 
üçün  səlahiyyəti  lazımi  qaydada  rəsmiləşdirilmiş  hər  hansı  fəaliyyət  qabiliyyətli  şəxs 
nümayəndə ola bilər. 
M a d d  ə  7 1 .  Məhkəmədə nümayəndə ola bilməyən şəxslər 
71.1.  Tam  fəaliyyət  qabiliyyəti  olmayan,  yaxud  qəyyumluq  və  ya  himayəçilik  altında  olan 
şəxslər məhkəmədə nümayəndə ola bilməzlər. 
71.2.  Hakimlər,  müstəntiqlər,  prokurorlar,  Azərbaycan  Respublikası  Milli  Məclisinin  və 
Naxçıvan  Muxtar  Respublikası  Ali  Məclisinin  deputatları,  onların  prosesdə  müvafiq  orqanın 
səlahiyyətli təmsilçiləri və ya qanuni nümayəndələr kimi iştirak etdiyi hallar istisna edilməklə, 
məhkəmədə nümayəndə ola bilməzlər. 
71.3.  Şəxs,  mənafeyi  təmsil  edilənin  mənafeyinə  zidd  olan  şəxslərə  həmin  iş  üzrə  hüquqi 
yardım  göstərirsə  və  ya  əvvəllər  belə  yardım  göstərmişsə,  yaxud  hakim,  prokuror,  ekspert, 
mütəxəssis,  tərcüməçi,  şahid,  hal  şahidi  və  ya  məhkəmə  iclasının  katibi  qismində  iştirak 
etmişsə, eləcə də o,  işə  baxılmasında iştirak edən vəzifəli şəxslə  qohumdursa, nümayəndə ola 
bilməz. 
71.4.  Bu  Məcəllənin  19  və  20‐ci  maddələrində  göstərilən  hallar  və əsaslar  olduqda  işdə 
KM2
iştirak edən şəxslər tərəfindən nümayəndəyə etiraz oluna bilər. 


71.5. Etirazların həlli qaydası bu Məcəllənin 22‐ci maddəsi ilə müəyyən edilir. 
M a d d  ə  7 2 .  Qanuni nümayəndələr 
72.1.  Fəaliyyət  qabiliyyəti  olmayan,  tam  fəaliyyət  qabiliyyəti  olmayan  və  ya  məhdud 
fəaliyyət qabiliyyətli hesab edilən fiziki şəxslərin hüquqlarını və qanunla qorunan mənafelərini 
məhkəmədə  onların  valideynləri,  övladlığa  götürənlər,  qəyyumları,  himayəçiləri  və  başqa 
şəxslər müdafiə edirlər. 
72.2.  Müəyyən  edilmiş  qaydada  xəbərsiz  itkin  düşmüş  hesab  edilmiş  fiziki  şəxsin  iştirak 
etməli olduğu iş üzrə xəbərsiz itkin düşmüş şəxsin əmlakının mühafizə və idarə olunması üçün 
təyin edilmiş qəyyum həmin şəxsin nümayəndəsi qismində çıxış edir. 
72.3.  Ölmüş  və  ya  müəyyən  olunmuş  qaydada  ölmüş  elan  edilmiş  şəxsin  nümayəndəsi 
qismində  iştirak  edən vərəsə, vərəsəlik  heç  kim  tərəfindən qəbul  edilməmişsə,  miras  əmlakın 
saxlanılması  və  idarə  olunması  üçün  təyin  edilmiş  şəxs  və  ya  himayəçi  iş  üzrə  varisin 
nümayəndəsi kimi çıxış edir. 
72.4.  Qanuni  nümayəndələr,  qanunla  nəzərdə  tutulan  məhdudiyyətlərlə  yerinə  yetirilmə 
hüququ  təmsil  edənə  aid  olan  bütün  prosessual  hərəkətləri  təmsil  edilən  adından  yerinə 
yetirirlər. Onlar öz səlahiyyətlərini bildirən sənədi məhkəməyə təqdim edirlər. 
72.5.  Qanuni  nümayəndələr məhkəmədə  işin  aparılmasını  nümayəndə  sifətində  seçdikləri 
başqa şəxsə tapşıra bilərlər. 
M a d d  ə  7 3 .  Nümayəndənin_səlahiyyətinin_rəsmiləşdirilməsi'>Nümayəndənin səlahiyyətinin rəsmiləşdirilməsi 
73.1.  Nümayəndənin  səlahiyyəti  qanuna  uyğun  olaraq  verilmiş  və  rəsmiləşdirilmiş 
etibarnamədə əks etdirilməlidir. 
73.2.  Fiziki  şəxslər tərəfindən  verilmiş  etibarnamələr  notariat  qaydasında,  yaxud  etibar 
edənin  oxuduğu və  ya  işlədiyi  hüquqi  şəxsin  rəhbərliyi,  etibar  edənin  yaşayış  yeri  üzrə 
müvafiq  icra  hakimiyyəti  orqanı  tərəfindən,  əhalinin  sosial  müdafiəsi  müəssisəsi  tərəfindən, 
etibar  edənin  müalicə  olunduğu xəstəxana  və  ya  digər  stasionar  müalicə‐profilaktika 
müəssisəsi tərəfindən, etibarnamə hərbi qulluqçulara, hərbi hissənin işçilərinə və ya onların ailə 
üzvlərinə verilirsə, müvafiq hərbi hissənin komandiri tərəfindən təsdiq edilir. 
73.3. Azadlıqdan məhrumetmə yerində olan şəxsin verdiyi etibarnamə müvafiq azadlıqdan 
məhrumetmə yerinin rəisi tərəfindən təsdiq edilir. 
73.4. Hüquqi şəxs adından etibarnamə onun rəhbərinin və ya təsis sənədlərinə əsasən buna 
səlahiyyəti olan digər şəxsin imzası ilə həmin hüquqi şəxsin möhürü vurulmaqla verilir. 
73.5. Vəkilin səlahiyyəti qanunla müəyyən olunmuş qaydada təsdiq edilir. 
M a d d  ə  7 4 .  Nümayəndənin səlahiyyəti 
74.1. Nümayəndənin məhkəmədə səlahiyyəti təmsil olunanın adından işin müvəffəqiyyətli 
həlli üçün zəruri olan bütün prosessual hərəkətlərin edilməsini özündə birləşdirir. 
74.2.  İddia  ərizəsinin  imzalanması,  işin  münsiflər məhkəməsinə  verilməsi,  iddia 
tələblərindən tam və ya qismən imtina edilməsi, iddianın etiraf edilməsi, iddianın predmetinin 
və ya əsasının dəyişdirilməsi, barışıq sazişi bağlanması səlahiyyətinin başqa şəxsə tapşırılması, 
məhkəmə  aktından  şikayət  verilməsi,  məhkəmə  aktının  məcburi  icrası  tələbləri,  qət  olunmuş 
əmlakın və ya pul məbləğinin alınması ilə əlaqədar nümayəndənin səlahiyyətləri təmsil olunan 
tərəfin verdiyi etibarnamədə xüsusi göstərilməlidir. 
46 


Yüklə 5,67 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   78




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə