Uilyam Şekspir
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
R o m e o .
Məhəbbət tanrısı öz oxu ilə
Məni elə ağır yaralayıb ki,
Yüngül qanadları saxlamaz məni.
Eşq yükü altında çöküb qalmışam.
M e r k u s i o .
Gözlə ha, yıxılıb eşqi əzərsən, Bu zərif şey
dözməz bu ağırlığa.
R o m e o .
Məgər eşq zərifdir? Yox, yox, düz deyil.
Çox kobud, çox qaba, çox qudurğandır, Cİrəyə sancılır
bir tikan kimi. M e r k u s i o .
Əgər eşq kobudsa, sən də kobud ol, O
səni sancanda, sən də sanc onu. Cİzümü
gizlədim, mənə maska ver.
(Maskam taxır.)
Bu da belə, maska maska üstündən. Kim
məni eybəcər sayırsa saysın, Qoy mənim
yerimə maska qızarsın.
B e n v o l i o .
Di gəl, qapını döy, keçək içəri,
Elə girən kimi rəqsə başlayaq.
R o m e o .
Məşəli mənə ver, qoy qayğısızlar Hissiz
qamışlan ayaqlasınlar.
Mən şam tutacağam, atalar demiş, Oyuna
baxacam tamaşaçıtək. Əylənmək
gözəldir, ancaq kədərdən Lap əldən
düşmüşəm.
M e r k u s i o .
Polislər demiş,
Hə, siçan tələyə düşüb, nəhayət.
Sən düşsən məhəbbət bataqlığına, Bu
ifadə üçün bağışla məni, Qulaqlannadək
batsan palçığa.
46
downloaded from KitabYurdu.org
Çıxarda bilərik səni, əzizim.
Cəld ol, biz ki gündüz şam yandırınq.
R o m e o . Yox, niyə? Yox, niyə?
M e r k u s i o .
Vaxt keçir artıq.
Burda hədər yerə yubanmaqla biz, Çıraq
yandırırıq, elə bil, gündüz.
Eşit məsləhəti, qəmin yox olar,
Beş başda beş dəfə ağıl çox olar.
R o m e o .
Maskarad, bu yaxşı düşünülmüşdür,
Fəqət ora getmək ağılsız işdir. M e r k u s i o . Agah et,
nə üçün?
R o m e o .
Düzü, bu gecə Bir yuxu görmüşəm.
M e r k u s i o . M ə n d ə .
R o m e o . Nə, necə?
M e r k u s i o . Gördüm, yalan deyir yuxu görənlər.
R o m e o . Yuxum yanlış olmur heç zərrə qədər.
M e r k u s i o .
Oh! Belə de, belə, mən gördüm onda
Məlikə Meb durub sənin yanında. R o m e o . Məlikə
Meb! Yaxşı, kimdir o elə? M e r k u s i o .
Bütün pərilərin mamaçasıdır.
Merlərin şəhadət barmağındakı Cİzüyün
qaşında yanan əqiqdən Boyca böyük
deyil. Məlikə hər vaxt Kiçik mığmığalar
qoşulmuş kiçik Faytonunda rahat gəzib-
dolaşır Yatan insanlann burunlannda.
Düzəlib faytonun incə, upuzun Oxları -
hörümçək ayaqlarından,
Cİstü - cırcırama qanadlarından,
Xamutu - nur saçan şeh damcısından,
Qamçısı - yüngülcə sübh dumanından.
47
downloaded from KitabYurdu.org
Uilyam Şolıspir
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
Çəyirtkə sümüyü cilovlandır,
Hörümçək torusa yan qayışları.
Gözləri yuxulu tənbəl qızların
Dırnaqları altda törəyən, artan Balaca
qurdlardan xeyli balaca Boz çuxalı
hünü sürür faytonu. Pərilərin mahir
karet ustası Ya o dülgər dələ, ya qoca
böcək. Faytonu düzəldib qoz
qabığından. Gecələr məlikə bu cah-
calalla Çapır faytonunu, çapır
dördnala, Keçir aşiqlərin
beyinlərindən,
Onlar sevişirlər yuxularında.
Ötür əyanların dizləri üstdən,
Onlar da yuxuda təzim görürlər.
Dəyir hakimlərin barmaqlanna,
Onlar da yuxuda rüşvət alırlar.
Keçir xanımların dodaqlarından,
Xanımlar məst olur odlu öpüşdən,
Dadlı konfetlərə hərislik üstdə Onlara
məlikə hirslənir tez-tez,
Örtür sızanaqla əndamlarını.
Əyanın bumuna dırmaşan kimi,
Ədavət iyindən sevinir əyan.
Donuz quyruğundan bir tük qoparıb,
Keşişin burnunu qıdıqlayanda Artıq
qazanc görür keşiş röyada. Əsgərin
boynuna çıxır arabir,
O da röyasında kəsilmiş başlar,
İspan qılıncları, qanlı döyüşlər,
Dərinliyi beş fut qədəhlər görür,
Gəlir qulağına şeypur səsləri,
Yuxudan dik qalxır qorxu içində,
Bir dua oxuyub yatır təzədən.
Həmin bu məlikə gecə atların Yalını
hörərək düyünlər salır.
Adamın saçını keçəlləşdirir,
48
downloaded from KitabYurdu.org
Açan tapılarsa bunları əgər,
O saat baş verir böyük fəlakət.
Qızlar uzananda arxası üstə,
Həmin bu əcinnə öyrədir necə Hamilə
qalmağı, uşaq doğmağı. Həmin bu
Meb...
R o m e o .
Sus, sus, Merkusio, sus!
Elə danışırsan boş-boş şeylərdən.
M e r k u s i o .
Düzdür, yuxulardan danışıram mən,
Onlar meyvəsidir boş xəyalların,
Həmişə havatək etibarsızdır,
Həmişə yel kimi üzüdönükdür:
Elə bir yel kimi hərdən şəfqətlə
Oxşayır şimalın buzlu köksünü,
Hərdən də nifrətlə kükrəyir, coşur,
Can atır sinəsi şehli cənuba.
B e n v o l i o .
Dediyin bu külək yaman əsir ha,
Bizi özümüzdən uzaqlaşdırır.
Yaman gecikirik şam yeməyinə.
R o m e o .
Qorxuram tez gedək. Qəlbimə damıb,
Bəxtim ulduzlardan asılıb artıq.
Duyuram, başlanır bu ziyafətdən Acı
taleyimin qorxunc günləri.
Hansı bir dəhşətli, müdhiş qüvvəsə
Vaxtsız ölümümü yaxınlaşdırır.
Qoy olsun, tükənsin mənfur həyatım,
Tale sükanımı tutan o qüvvə Ömür
yelkənimi aparsın mənim. Gedəyin,
cənablar!
B e n v o l i o . Çal, təbili çal!
Gedirlər.
49
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |