İKİNCİ SƏHNƏ
Kapulettinin bağı.
Romeo daxil olur.
R o m e o . Yara görməyənlər gülər yaraya.
Cülyetta eyvanda görünür.
Dayan bir! Eyvanda o işıq nədir?
Ora - Qızıl Şərqdir, Cülyetta - Günəş!
Çıx, ey parlaq Günəş, paxıllığından Sənə
kin bəsləyən bu Ayı öldür.
Sən ondan daha çox gözəlsən deyə,
Qəmdən xəstələnib, rəngi saralıb.
Ona xidmət etmə, onun sarımtıl, Solğun
libasını əyninə geymə,
Belə libaslan təlxəklər geyər.
Ah, mənim həyatım, ah, mənim eşqim!
Görəsən, bilirmi kim olduğumu?!
Dodağı tərpənir, danışmır fəqət.
Bu nədir? Gözləri danışır onun.
Cavab verəcəyəm, çox sırtığam mən,
Axı, danışmayır o ki mənimlə.
İki ən işıqlı, ən parlaq ulduz Vacib bir iş
üçün göydən gedəndə Qəşəng gözlərinə
yalvarıb onun:
Onlar gələnədək şəfəq saçsınlar.
Ah, onun gözləri gül camalıyla Göydə
nur saçsaydı, həqiqətən də, Onun
yanağının al şəfəqləri Dan yeri çırağı
utandırantək Bütün ulduzları
utandırardı.
Elə nur yayardı onun gözləri,
Quşlar cəh-cəh vurub qanadlanardı,
Gecəni işıqlı səhər sanardı.
Əlinə söykəyir yanağını, bax!
Onun yanağına toxunmaq üçün Kaş
onun əlində əlcək olaydım.
59
downloaded from KitabYurdu.org
Uilyam Şekspir
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
C ü l y e t t a
R o m e o .
Ah, yazıq halıma!
O nəsə dedi.
Danış, yenə danış, gözəl mələyim.
Yerdən insanların mat-mat baxdığı,
Tənbəl buludların arası ilə Büllur, saf
havanın qoynunda uçan Göylərin
qanadlı qasidi kimi,
Bu zülmət gecədə başımın üstdə Sən
necə nurlusan, necə qəşəngsən!
C ü l y e t t a .
Romeo, nə üçün sən Romeosan?
Cİz döndər atandan, əl çək adından.
Yox, əgər sən bunu istəmirsənsə, Onda, gəl, and iç
ki, sevirsən məni, Özüm Kapuletti olmayım heç
vaxt. R o m e o
(öz-özünə).
Mən yenə dinləyim, ya cavab verim?
C ü l y e t t a .
Yalnız sənin adın düşməndir mənə,
Sən özün Montekki deyilsən, axı.
Nə əlin, ayağın, nə qaşın, gözün,
Nə də ki, dünyada insana məxsus,
Başqa heç bir üzvün Montekki deyil.
Lap başqa ad olsun, adda nə var ki?
Qızılgülə başqa bir ad versələr,
Onun gözəl ətri dəyişər məgər? Romeo
rütbəsiz, adsız da elə Kamal zirvəsində
durardı belə. Romeo, gəl, üzvü hissən
olmayan Təkcə bu adını sən at
üstündən, Əvəzində bütün varlığımı
al.
R o m e o .
60
Səni öz sözündən tutacağam mən.
Mənə sevgilim de, mən də adımı
Dəyişim, Romeo olmayım daha.
downloaded from KitabYurdu.org
C ü l y e t t a .
Qaranlıq gecədə gizli sirrimdən Ey
xəbərdar olan, söylə, sən kimsən?
R o m e o .
Müqəddəs ilahə, bilmirəm indi Sənə öz
adımı necə deyim mən? Nifrət
eyləyirəm adıma özüm,
Çünki mənim adım sənə düşməndir.
Kağız üzərinə yazılmış olsa,
Onu tikə-tikə parçalayardım.
C ü l y e t t a .
Səndən hələ yüz söz eşitməmişəm,
Səsin, gör, necə də tanışdır mənə.
Ah, sən Romeosan, Montekkisənmi?
R o m e o .
Heç biri deyiləm, gözəl məleykə, Çünki
hər iki ad xoşuna gəlmir.
C ü l y e t t a .
Bura necə gəldin, nə üçün gəldin?
Hündürdür, möhkəmdir bağın hasan.
Qəflətən rast gəlsən qohumlarıma,
Ölüm olacaqdır burda qismətin.
R o m e o .
üçdum eşqin zərif qanadlarıyla,
Eşqi daş divarlar saxlaya bilməz.
Hər şeyə qadirdir ülvi məhəbbət, Mənə
qohumların nə edə bilər? C ü l y e t t a . Səni görən
kimi öldürəcəklər. R o m e o .
İyirmi qılıncdan sənin gözlərin Daha
qorxuludur, daha dəhşətli.
Lütf elə, sən mənə nəvazişlə bax,
Bu məni qoruyan zireh olacaq.
C ü l y e t t a . Kaş ki, onlar səni görməyəydilər.
R o m e o .
Gecənin pərdəsi gizlədər məni.
Layiq deyiləmsə sevginə əgər,
61
downloaded from KitabYurdu.org
Uilyam
Şclıspir
DÜNYA ƏDƏBİYYATI KLASSİKLƏRİ
Rast olum onların nifrətinə mən.
Sənin saf eşqindən məhrum olmaqdan
Onların əlində ölmək yaxşıdır. C ü l y e t t a . Axı, kim
gətirdi səni bu yerə?
R o m e o .
Məhəbbət, məhəbbət köməkçim oldu. O
məsləhət verdi aydın, səmimi,
Mən də ona verdim öz gözlərimi.
Dənizçi deyiləm, fəqət, yenə də Olsaydın
dünyanın o başında sən,
Bu nadir inciyə qovuşmaq üçün Sonsuz
ümmanlan üzüb keçərdim.
C ü l y e t t a .
Qaranlıq üzümü gizlətməsəydi,
Mənim sözlərimi eşitdiyinçün Od tutub
yanardım xəcalətimdən. Sözümü
danardım ədəb naminə, Ancaq riyakarlıq
nəyə gərəkdir?
Məni sevirsənmi? İnanıram ki,
“Bəli” deyəcəksən. Bilirəm bunu,
And içib, yalan da deyə bilərsən.
Axı, deyirlər ki, Yupiter özü Sevgiyçün
içilən andlara gülür.
Ah, əziz Romeo! Doğrusunu de,
Məni sevirsənmi? Əgər düşünsən,
Könlümü çox asan almısan ələ, Tökərək
inadla qaş-qabağımı,
Sənə “yox” cavabı verərəm ki, mən Xeyli
yalvarasan, ancaq dünyanı Mənə
versələr də, etmərəm bunu.
Ah, gözəl Montekki, həqiqətən də Bütün
varlığımla sevirəm səni.
Bəlkə, buna görə, sən buna görə Mənim
əxlaqımı yüngül sanırsan.
İnan ki, öz saxta hərəkətiylə Abırlı,
ismətli görünənlərdən Mən daha
namuslu, daha sadiqəm.
62
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |