Azərbaycan respublġkasi məDƏNĠYYƏt və turġzm nazġRLĠYĠ



Yüklə 0,59 Mb.
səhifə12/23
tarix25.06.2018
ölçüsü0,59 Mb.
#51353
1   ...   8   9   10   11   12   13   14   15   ...   23

31 

 

Yazıçının uşaq əsərləri arasında “Yasəmən ağacı”,”Almurad 



baba”,”Ceyran ovu”,”Murad dayının sevinci”,”Ġz ilə”, “Zəmidə bir turac 

səslənirdi”,”Yaylaq qonĢumuz” və s. hekayələri daha çox diqqəti cəlb edir. 

Kənd həyatından söhbət  açan bu hekayələrin həcmi kiçik, dili sadə və 

rəvandır.Yazıçı  uşaq qəlbini ələ almağa, onu düşünməyə və həyəcanlandırmağa 

çalışır. Müəllif yaxşı başa düşür ki, kiçik və orta yaşlı uşaqlar təbiət hadisələri

heyvanlar aləmi ilə daha çox maraqlanırlar. Buna görə də bu mövzuların təsvirinə 

geniş yer verirlər. 

Yazıçının uşaqlar üçün yazdığı hekayələrində əmək mövzusu mühüm yer 

tutur. ―Zəhmətsiz gözəllik yoxdur” fikrinə əsaslanan yazıçı “Almurad 



baba”,”QaĢqadayın öyrədilməsi”,”Murad dayının sevinci”,”Ġz ilə” və başqa 

hekayələrində uşaqlara bu ideyanı təlqin etməyə çalışmışdır.  

Uşaqlar təbiət hadisələri ilə əlaqədar söhbətlərə, yağışın yağması, göyün 

guruldaması, çayların daşması, Ayın və Günəşin tutulması, eyni zamanda 

heyvanlar aləmilə əlaqədar hadisələrə qulaq asmağı çox sevdiklərindən, yazıçı 

hekayələrinin müəyyən hissəsini bu məsələlərə həsr etmişdir.  

Yazıçının diqqətini cəlb edən hekayələrindən biri də ―Yasəmən ağacı” 

adlanır. Bu hekayəsində yazıçı məktəblilərin mühüm vəzifələrindən olan 

yaşıllıqların salınması, ağac və gül kollarına qulluq edilməsi, quşların mühafizəsi 

məsələlərinə toxunmuşdur. Təbiət gözəlliklərinə qarşı qayğıkeş və diqqətli 

olmağı təbliğ edən İlyas Əfəndiyev yasəmən ağacının budağını sındıraraq 

bülbülün yuvasını dağıdan Cəfər və Nadir kimi nadinc, dəcəl uşaqları tənqid edir. 

Həmin xoşagəlməz hadisəni görən Aslan müəllim uşaqlara deyir: ―Biz dünyaya, 

onu daha da gözəlləşdirmək üçün gəlmişik, biz onun gözəlliklərini məhv etmək 

üçün doğulmamışıq.‖ Bu sözlər bu gün də aktualdır. Ekoloji böhran keçirən Yer 

kürəsi bu gün insan qayğısına möhtacdır.  

İlyas Əfəndiyev həm də uşaq ədəbiyyatının inkişafı barədə bir sıra maraqlı 

elmi – nəzəri məsələlər irəli sürmüş, uşaq ədəbiyyatında olan çatışmamazlıqları, 

gözə çarpan nöqsanları qeyd etmişdir. Yazıçının mülahizələrinə görə uşaq 

ədəbiyyatında gözə çarpan nöqsanlar aşağıdakılardır: 

1.

 

Mövzu məhdudluğu. 



2.

 

Yadda qalan uşaq obrazlarının azlığı. 



3.

 

Tarixi keçmişimizin zəif təsviri. 



4.

 

Elm və texnika yeniliklərinin ədəbiyyatda bəsit işıqlandırılması. 



5.

 

Uşaq pyeslərinin dayazlığı. 



6.

 

Uşaq əsərlərinin bədii tərtibatının və nəşrinin çox aşağı səviyyədə 



olması. 

Tədbirlər zamanı bu fikirlərə müasir baxımdan yanaşılmalıdır. Bu isə 

kitabxanaçılardan xüsusi bilik və bacarıq tələb edir. 

İlyas Əfəndiyevin yubileyi münasibəti ilə təşkil olunacaq tədbirlərdən biri də 



sual-cavab gecələri və ya ədəbi viktorinalar ola bilər. ―İlyas Əfəndiyev 


32 

 

yaradıcılığında vətənpərvərlik‖ , ―İlyas Əfəndiyevin romanları,‖‖Bu surətləri 



tanıyırsınızmı?‖, ―İlyas Əfəndiyev və teatr‖ və s. mövzularda  sual – cavab 

gecələri, viktorinalar təşkil etmək olar. Yaddan çıxarmaq lazım deyil ki, belə 

tədbirlərin keçirilməsində əsas məqsəd kitab təbliği olmalıdır. Eyni zamanda 

kitabxanaçı bilməlidir ki, yazıçının hansı əsərləri oxucuların bədii zövqünün 

formalaşmasına kömək edir.  

 

İlyas Əfəndiyevin ədəbi irsinin təbliği üçün daha böyük vaxt tələb edən 



tədbirlərdən – oxucu konfranslarından da istifadə etmək olar. İlyas Əfəndiyevin 

ədəbi irsi zəngindir. Buna görə də oxucu kütləsinin dərin marağına səbəb ola 

bilər. Yubilyarın ayrı-ayrı əsərlərinin, eləcə də ümumi mövzu altında oxucu 

konfranslarının keçirilməsi mümkündür. Məsələn:‖İlyas Əfəndiyevin əsərlərində 

vətənpərvərlik məsələləri‖,‖İlyas Əfəndiyevin əsərlərində Qarabağ 

mövzusu‖,‖İlyas Əfəndiyevin Azərbaycan dramaturgiyasında rolu‖ və s. Belə 

konfransların keçirilməsi üçün 1 ay müddətində hazırlıq işləri görülməlidir.  

Kitabxanada Azərbaycan ədəbiyyatının ən qüdrətli nümayəndələrindən biri 

olan,  Xalq  yazıçısı  İlyas  Əfəndiyevdən  bəhs  edən  ədəbiyyatların  icmalını  

keçirmək,  bu  yazıçının  yaradıcılığından bəhs edən diskussiyalar da təşkil etmək 

olar.  İcmal  və  diskussiyaların  məktəblərdə  yuxarı  sinif  şagirdləri  arasında 

keçirilməsi  məsləhətdir.  Diskussiyalar  keçirilərkən,  tanınmış  yazarların  İlyas 

Əfəndiyev  haqqında  yazmış  olduğu  məqalələrdən  söhbət  açılır  və  bu  haqda 

oxucuların fikirləri öyrənilir. 

Kitabxanalarda  oxucular  tərəfindən  sevilən  tədbirlərdən  biri  də 

müsabiqələrdir.  Bildiyimiz  kimi  İlyas  Əfəndiyev  bir-birindən  maraqlı 

hekayələrin, əsərlərin, pyeslərin müəllifidir. Müsabiqə zamanı həmin hekayələrə, 

əsərlərə,  pyeslərə  uşaqlar  tərəfindən  illüstrasiyalar  çəkilməsi  tapşırılır.  Şəkilərin 

hazırlanması üçün uşaqlara iki həftə vaxt verilir. Ən gözəl məna kəsb edən rəsm 

işləri  mükafatlandırılır.  Həmçinin  rəsm  müsabiqələri  üçün  məktəblərarası 

yarışmalar da təşkil etmək olar. 

      


Kitabxanalarda  yuxarı  sinif  şagirdlərinin  iştirakı  ilə  ―İlyas 

Əfəndiyevin  yaradıcılığı  müasir  gəncliyin  gözü  ilə‖  adlı  oxucular  konfransı  da 

təşkil  etmək  mümkündür.  Konfransdan  öncə  onun  proqramı  tərtib  olunmalı, 

konfransın  keçiriləcəyi  dəqiq  vaxt  müəyyən  olunmalıdır.  Proqramda  konfransda 

çıxış  edəcək  qonaqların,  ədəbiyyatşünasların  və  şagirdlərin  adları,  onların  çıxış 

edəcəkləri mövzular, tədbirin keçiriləcəyi məkan və zaman qeyd olunur. Konfrans 

zamanı İlyas Əfəndiyevin yaradıcılığına yaxından bələd olan jurnalist, yazıçı və 

şairlərin çıxışları dinlənilir.  

Oxucu konfransının planını sizə təqdim edirik: 

1. Giriş hissə (İlyas Əfəndiyevin  həyat və yaradıcılığı haqqında məruzə)  

2.  İlyas  Əfəndiyevin    yaradıcılığı  haqqında  kitabxana  rəhbərliyinin,  jurnalist, 

yazıçı və şairlərin çıxışları.  




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə