Azərbaycan respublġkasi məDƏNĠYYƏt və turġzm nazġRLĠYĠ



Yüklə 0,59 Mb.
səhifə11/23
tarix25.06.2018
ölçüsü0,59 Mb.
#51353
1   ...   7   8   9   10   11   12   13   14   ...   23
    Bu səhifədəki naviqasiya:
  • Həsən

29 

 

 hekayəsindən 



düşmüşkən 

Gəlin 


məktəbli 

oxucularımızın    bu  hekayə  əsasında  səhnələşdirdikləri 

tamaşaya baxaq. 

Səhnə hekayəyə uyğun dekorasiyalarla bəzədilir. Səhnəyə aparıcı, İlyas və Həsən 

rollarının ifaçıları çıxırlar.  Aparıcı səhnəyə çıxıb tədbir iştirakçılarına hekayənin 

giriş hissəsinin təsvirini verir.  

 Aparıcı:                        İlyas ilə Həsənin atası ovçu idi. Atalar başlarına gəlmiş 

işlər barəsində o qədər maraqlı nağıllar danışmışdılar ki, 

uşaqlar  da  ovçu  olmaq  xəyalına  düşmüşdülər.  Lakin 

onların  nə  tüfəngləri  var  idi.  Nə  də  ov  itləri.  Lakin 

bunların  əvəzinə  ala  –  bəzək  iplərdən  toxunmuş 

sapandları  var  idi.  İlyasgilin  evlərinin  arxasındakı 

zəmidə bir turac peyda olub, səhər –axşam oxuyurdu. 



Bir  axşam  Həsən  İlyasgilə  gəlir.  Səhnədə  İlyas  və  Həsən  əllərində  ala-bəzək 

sapandları ilə görünürlər.Yaxınlıqdan turac səsi  gəlir.  

Həsən:                            İlyas gərək , o turacı sabah tapıb ovlayaq. 

Ġlyas:                               Axı atamgil indi heç ova getmirlər, deyirlər, quşların 

 bala çıxaran vaxtdır.  



Həsən:                            Məgər quşların hamısı birdən bala çıxarır? 

Aparıcı:                          İlyas etiraz edib,  turacı ovlamaq istəmirdi.    Həsənin 

  təkidi ilə  istər- istəməz İlyas bu işə razı oldu.  

Aparıcı:                        Səhər uşaqlar balaca heybələrini yumru daşlarla doldurdu, 

zəmidə  gizlənib  turacın  oxumasını  gözlədilər.  Birdən 

uşaqların ayaqlarının altından quş uçaraq pırıltı ilə ayağa 

qalxdı.  Həsən  hazır  saxladığı  sapandını  tovlayıb  atdı. 

Turac qurğuşun kimi yerə düşdü. Quş kolun dibində bir 

ayağı  üstündə  dayanıb,  ətrafa  baxırdı.  Turac  gücünü 

toplayıb havaya qalxdı.  

Ġlyas:                           Yəqin heyvan yaralı canını bizdən qurtarmaq üçün bu 

balaca kola pənah gətirdi. Bu gördüyüm mənzərəni mən 

heç vaxt unutmayacağam.  

Aparıcı:                          Turac körpə balası üçün bu kola qonmuşdu. Yumurtadan 

 təzəcə  çıxmış  kiçik  bala  anasına  baxaraq  zəif  səslə 

civildəyir və elə bil ki,  deyirdi:‖Ana , bəs   mənim üçün 

gətirdiyin  yem  hanı?‖  Yaralı  turac  isə  tək  ayağının 

üstündə dayanıb ürkək nəzərləri ilə gah uşaqlara , gah da 

balasına baxırdı.  



Ġlyas:                              ―Yazıq quşcuğaz! Sən sınıq ayağınla bu körpə balaya 


30 

 

                                        necə yem tapıb gətirəcəksən? Bəs bu gecə o, nə 



                                        yeyəcək?‖ 

Aparıcı:                   Bu hadisə uşaqlara çox pis təsir etmişdi.Onlar quşun körpə 

   balasını görüb, etdikləri hərəkətə görə  çox məyus 

    olmuşdular.  

Həsən:                      Yaxşı iş görmədik. 

Ġlyas:                     Axı sənə dedim ki, indi quşların bala çıxaran vaxtıdır.  

Aparıcı: Həsən də etdiyi hərəkətə görə çox narahat idi. Amma özünü sındırmırdı.  

Həsən:                  Keçib. 

Ġlyas:                    Bəs bunlar necə olacaq? 

Həsən:                   Aparaq evə. 

Aparıcı:               Uşaqlar körpə balanı və ananı üsulluca götürüb evə gətirdilər. 

                           Onlar üçün qəfəs düzəltdilər. Qabaqlarına dən səpdilər. Su 

                            qoydular.  

Səhnədə İlyasın nənəsi görünür.Uşaqlar bu iş üçün ona pənah aparırlar. Çünki 

İlyasın  nənəsi  sınıqçıdır.    O,quşun  yaralı  ayağını  sarıyır  və  uşaqlara  onların 

düzgün iş görmədiklərini bildirir.   Lakin o gecə evin arxasındakı zəmidən turac 

nəğməsi eşidilmədi. Bu hadisə uşaqları çox məyus etdi.    

Səhnəciyin  sonunda uşaqlar baş  əyib  səhnədən ayrılırlar.  Aparıcı  bu hekayənin 

yazılma  məqsədini  açıqlayır  və  onların  bu  hekayədən  nə  nəticə  çıxardıqlarını 

soruşur. Uşaqlar bu mövzuda öz rəylərini bildirirlər.  

Aparıcı:    Sevimli  yazıçımızın  bu  kiçik  hekayəsində  çox  böyük  məna  dərinliyi 

var. Bu hekayə hər birimiz üçün ibrət dərsi olmalıdır. Uşaqlar gəlin biz də heç bir 

canlıya  zərər  verməyək.  Axı  onlarında  balaları,  ailələri  var.  İlyas  Əfəndiyev  bu       

hekayələrində həyata uşaqların gözü ilə baxmış, əməksevər və namuslu adamları, 

üstündə  gəzdiyi  vətən  torpağının  gözəlliklərini  təsvir və  tərənnüm  etmiş,  balaca 

oxucuları  ilə  onların  başa  düşə  biləcəyi  dildə  danışmışdır.  Sadəlik,  aydınlıq, 

yığcamlıq bu hekayələrin əsas xüsusiyyətlərini təşkil edir.  

  

Bəli, İlyas Əfəndiyev ədəbiyyat tariximizə uşaq yazıçısı kimi daxil olmasa 



da balalarımız üçün bir sıra maraqlı hekayələr yazmışdır. Ədibin balaca oxucular 

üçün 


yazdığı 

əsərləri 

―Qoruqlarda‖,‖Hekayələr‖,‖Zəmidə 

bir 


turac 

səslənirdi‖,‖Qırçı və qırmızı çiçək‖,‖Ceyran ovu‖ adlı kitablarında toplanmışdır.  

İlyas Əfəndiyevin uşaq ədəbiyyatının inkişafındakı xidmətləri iki cəhətdən 

diqqəti cəlb edir. Bunlardan biri, yazıçının uşaqlar üçün orijinal bədii əsərlər 

yaratması, digəri isə uşaq ədəbiyyatının inkişafı, vəziyyəti və onun nəzəri 

problemləri ilə əlaqədar sürdüyü elmi – nəzəri mülahizələridir. 




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə