27
26.
SEYFULLA ƏSƏDULLAYEV -
Professor
Müasirlik və novatorluq İlyas Əfəndiyev yaradıcılığının mühüm
məziyyətlərindəndir. Yenilik hissi onda qüvvətlidir. O, daim axtarışda olan
məzmun, mövzu və bədii formalarla ədəbiyyatımızı zənginləşdirməyə çalışan
yazıçılardandır. İlyas Əfəndiyev romantik üslubda yazılmış hekayə və
povestlərin, psixoloji dramların və lirik səpkili realist romanların müəllifıdir.
Liriklik, romantika, psixoloji təhlil onun yaradıcılıq üslubunun ana xəttidir.
27.
ƏLĠ ZEYNALOV - Xalq artisti
Ümumiyyətlə, bir oxucu kimi mənə elə gəlir ki, İlyasda lirik əhval-ruhiyyə
dəmir ağacın həyat eşqi kimi güclüdür. Amma yaxşı ki, heç vaxt lirikaya nə isə
lirik bir səhnə və yaxud vəziyyət yaratmaq xatirinə meyl etmir. Onun lirikası
qəhrəmanların psixoloji vəziyyəti ilə və bilavasitə yaranmış zəruri situasiya ilə
bağlı olur.
28.
AMALYA PƏNAHOVA - Xalq artisti
İlyas Əfəndiyevin yaratdığı surətlərdə bir kövrəklik, yanğı və yanıqlıq
var. «Unuda bilmirəm»də Nərmini xatırlayın. Görün bu qız necə də məhəbbəti
dünyada hər şeydən üstün tutur. Onun üçün məhəbbət həyat deməkdir. Bu rolda
mən 250 dəfədən çox səhnəyə çıxmışam. Hər dəfə də Nərmindən ayrılıb Amalya
olanda təəssüflənmişəm. Həyatdan götürülmüş belə obrazları qələmə alan İlyas
Əfəndiyev, şübhəsiz ki, ürəyinin bütün hərarətini onlara bəxş etmişdir.
29.
Xalq Ģairi Nəriman Həsənzadə
İlyas Əfəndiyev bütöv bir kitabxanadı. Ədəbi məktəbdi. Akademik teatrın binası
mərmər sütunlar üstə yox, bəlkə İlyas Əfəndiyevin çiyinləri üstə qərar tutmuşdu.
İlyas Əfəndiyev teatrı bu illərdə Azərbaycan teatrının sinoniminə dönmüşdü. O,
teatra yeni üslub, yeni ab-hava, yeni xarakterlər gətirdi, öz müasirlərini özlərinə
göstərdi, tariximiz –taleyimiz onun pyeslərində epik – dramatik lövhələrdə
yenidən canlandı. Əlli illik bir dövrdə tamaşaçılarda vətəndaşlıq zövqü, ictimai
əxlaq tərbiyə etdi. Haqsızlığa, zülmə qarşı çıxdı, ədalətin tərəfində durdu.
Müstəqilliyimiz yolunda ədəbi döyüşlərə girən böyük sənətkar, səhnədən
millətə üz tutub milli mənliyi, mənəvi paklığı təbliğ etdi. İlyas Əfəndiyev
teatrı çağırış teatrı oldu.
30.
Professor, yazıçılar birliyinin üzvü Əzizə Cəfərzadə
İrəliyə baxın, əziz İlyas müəllim! Və inanın ki, nə qədər səhnəmiz var, o heç vaxt
Nərminsiz, Kamransız, Nargiləsiz, Natəvansız- qəribə talelər yaşayan, mahnıları
ulu dağlarda qalan insanlarsız olmayacaq. Bu qəhrəmanlar, bu əsərlər Sizi zaman-
28
zaman yaşadacaq. Xoşbəxt ruhunuz həmişə səhnəmizin divarları arasında,
başımızın üstündə olacaq!
Siz həmişə bizimləsiniz!
İlyas Əfəndiyev Allahın ona bağışladığı qənirsiz istedadı xalqından, millətindən
əsirgəmədi. Yazıçı Allahın neməti olan yaradıcılığını bol-bol, qana-qana verdi
insanlara.
31.
Yazıçının nəvəsi, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli
Komissiyasının I Katibi Günay Əfəndiyeva
İlyas Əfəndiyev uzun bir ömür yaşasa da, mənən gənc idi, gəncliklə ünsiyyətdən
doymazdı. Onun fikir və düşüncələri gənclik həvəsi ilə sıx- sıx dolu idi. İlyas
müəllim ruhən bu gün də gəncliklə bir aradadı.
32.
TeatrĢünas Atabala Ġsmayıloğlu
Hüseyn Caviddən, Səməd Vurğundan, Cəfər Cabbarlıdan sonra
Azərbaycan səhnəsi məhz İlyas Əfəndiyev dramaturgiyasının hesabına öz inkişaf
yolu ilə gedə bilib. İlyas müəllim ağ vərəqə müqəddəs məkan kimi baxırdı və bu
müqəddəs məkanda xalqımızın tarixi, milli dəyərləri ilə baş – başa yaşayırdı...‖
33.
Xalq Ģairi Zəlimxan Yaqub
İlyas Əfəndiyev Azərbaycan xalqının azadlığı, müstəqilliyi uğrunda vuruşan,
çarpışan, qələbə çalan fədailərdən biridir. İlyas Əfəndiyev yaradıcılığı bir
güzgüdür, bu güzgüyə bax, özünü tanı, gözəlliklərini də gör, çirkinliklərini də.
Uğurlarını da gör, qüsurlarını da!
36. Jurnalist Flora Xəlilzadə
1. İlyas Əfəndiyev quruluşların təpkisini, zillətini görən, həyatın ziddiyyətləri
içərisində yazıçı mənliyiini qoruya bilən, kişi qətiyyətini gözləyən, əyilməyən,
sözünü dəyişməyən, gündə bir əqidə libası geyinməyən, həm həyat, həm də öz
həqiqətinə sadiqliyi və qəlb böyüklüyü ilə seçilən bir şəxsiyyət olub.
Təşkil edilmiş yubiley sərgisinin qarşısında silsilə tədbirlər(söhbətlər, ədəbiyyat
bülletenləri, biblioqrafik icmallar və s.) keçirmək planlaşdırılmalıdır.
Kiçik yaşlı oxucularla yazıçının ―Zəmidə bir turac səslənirdi”,”Qırçı və
qırmızı çiçək”,”Ceyran ovu” kitabları əsasında
ucadan oxular, söhbətlər,
səhnəciklər təşkil etmək olar. Yazıçının hekayə janrında yaratdığı sanballı
nümunələr daim oxucu marağı və rəğbəti ilə qarşılanmış, dönə - dönə nəşr
edilmiş, dünya xalqlarının dillərinə tərcümə olunmuşdur. Böyük ədibin bu
hekayələri estetik dəyərlərinə görə öz müəllifinə Azərbaycan ədəbiyyatında qibtə
olunacaq bir mövqe qazandırmışdır. Yazıçının lirik – psixoloji yaradıcı
təxəyyülünün məhsulu olan hekayələrə lakonizm, humanizm yüksək
insanpərvərlik xasdır. Yazıçının uşaqlar üçün qələmə aldığı “Zəmidə bir turac
səslənirdi...‖ hekayəsi də bu müvzuda yazılmışdır.
Aparıcı: Söhbət İ. Əfəndiyevin ―Zəmidə bir turac səslənirdi‖