Azərbaycan respublġkasi məDƏNĠYYƏt və turġzm nazġRLĠYĠ



Yüklə 0,59 Mb.
səhifə10/23
tarix25.06.2018
ölçüsü0,59 Mb.
#51353
1   ...   6   7   8   9   10   11   12   13   ...   23

27 

 

26.



 

SEYFULLA ƏSƏDULLAYEV - Professor 

Müasirlik  və  novatorluq  İlyas  Əfəndiyev  yaradıcılığının  mühüm 

məziyyətlərindəndir.  Yenilik  hissi  onda  qüvvətlidir.  O,  daim  axtarışda  olan 

məzmun,  mövzu  və  bədii  formalarla  ədəbiyyatımızı  zənginləşdirməyə  çalışan 

yazıçılardandır.  İlyas  Əfəndiyev  romantik  üslubda  yazılmış  hekayə  və 

povestlərin,  psixoloji  dramların  və  lirik  səpkili  realist  romanların  müəllifıdir. 

Liriklik, romantika, psixoloji təhlil onun yaradıcılıq üslubunun ana xəttidir.  

27.

 

ƏLĠ ZEYNALOV - Xalq artisti 

Ümumiyyətlə,  bir  oxucu  kimi  mənə  elə  gəlir  ki,  İlyasda  lirik  əhval-ruhiyyə 

dəmir ağacın həyat eşqi kimi güclüdür. Amma yaxşı ki, heç vaxt lirikaya nə isə 

lirik  bir  səhnə  və  yaxud  vəziyyət  yaratmaq  xatirinə  meyl  etmir.  Onun  lirikası 

qəhrəmanların  psixoloji  vəziyyəti  ilə  və  bilavasitə  yaranmış  zəruri  situasiya  ilə 

bağlı olur. 



28.

 

AMALYA PƏNAHOVA - Xalq artisti 

İlyas  Əfəndiyevin  yaratdığı  surətlərdə  bir  kövrəklik,  yanğı  və  yanıqlıq 

var. «Unuda  bilmirəm»də  Nərmini  xatırlayın.  Görün  bu  qız  necə  də  məhəbbəti 

dünyada hər şeydən üstün tutur. Onun üçün məhəbbət həyat deməkdir. Bu rolda 

mən 250 dəfədən çox səhnəyə çıxmışam. Hər dəfə də Nərmindən ayrılıb Amalya 

olanda  təəssüflənmişəm.  Həyatdan  götürülmüş  belə  obrazları  qələmə  alan  İlyas 

Əfəndiyev, şübhəsiz ki, ürəyinin bütün hərarətini onlara bəxş etmişdir. 

29.

 

 Xalq Ģairi Nəriman Həsənzadə  

İlyas Əfəndiyev bütöv bir kitabxanadı. Ədəbi məktəbdi. Akademik teatrın binası 

mərmər sütunlar üstə yox, bəlkə İlyas Əfəndiyevin çiyinləri üstə qərar tutmuşdu. 

İlyas Əfəndiyev teatrı bu illərdə Azərbaycan teatrının sinoniminə dönmüşdü. O, 

teatra yeni üslub, yeni ab-hava, yeni xarakterlər gətirdi, öz müasirlərini özlərinə 

göstərdi, tariximiz –taleyimiz onun pyeslərində epik – dramatik lövhələrdə 

yenidən canlandı. Əlli illik bir dövrdə tamaşaçılarda vətəndaşlıq zövqü, ictimai 

əxlaq tərbiyə etdi. Haqsızlığa, zülmə qarşı çıxdı, ədalətin tərəfində durdu.  

 

 Müstəqilliyimiz yolunda ədəbi döyüşlərə girən böyük sənətkar, səhnədən 



  millətə üz tutub milli mənliyi, mənəvi paklığı təbliğ etdi. İlyas Əfəndiyev 

  teatrı çağırış teatrı oldu.  



30.

 

 Professor, yazıçılar birliyinin üzvü Əzizə Cəfərzadə  

                                                                                          

İrəliyə baxın, əziz İlyas müəllim! Və inanın ki, nə qədər səhnəmiz var, o heç vaxt 

Nərminsiz, Kamransız, Nargiləsiz, Natəvansız- qəribə talelər yaşayan, mahnıları 

ulu dağlarda qalan insanlarsız olmayacaq. Bu qəhrəmanlar, bu əsərlər Sizi zaman-



28 

 

zaman yaşadacaq. Xoşbəxt ruhunuz həmişə səhnəmizin divarları arasında, 



başımızın üstündə olacaq! 

Siz həmişə bizimləsiniz! 

İlyas Əfəndiyev Allahın ona bağışladığı qənirsiz istedadı xalqından, millətindən 

əsirgəmədi. Yazıçı Allahın neməti olan yaradıcılığını bol-bol, qana-qana verdi 

insanlara. 

31.

 

Yazıçının nəvəsi, YUNESKO üzrə Azərbaycan Respublikasının Milli 

Komissiyasının I Katibi Günay Əfəndiyeva 

İlyas Əfəndiyev uzun bir ömür yaşasa da, mənən gənc idi, gəncliklə ünsiyyətdən 

doymazdı.  Onun  fikir  və  düşüncələri  gənclik  həvəsi  ilə  sıx-  sıx  dolu  idi.  İlyas 

müəllim ruhən bu gün də gəncliklə bir aradadı. 



32.

 

TeatrĢünas Atabala Ġsmayıloğlu 

Hüseyn  Caviddən,  Səməd  Vurğundan,  Cəfər  Cabbarlıdan  sonra 

Azərbaycan səhnəsi məhz İlyas Əfəndiyev dramaturgiyasının hesabına öz inkişaf 

yolu ilə gedə bilib. İlyas müəllim ağ vərəqə müqəddəs məkan kimi baxırdı və bu 

müqəddəs məkanda xalqımızın tarixi, milli dəyərləri ilə baş – başa yaşayırdı...‖ 

33.

 

Xalq Ģairi Zəlimxan Yaqub 

İlyas  Əfəndiyev  Azərbaycan  xalqının  azadlığı,  müstəqilliyi  uğrunda  vuruşan, 

çarpışan,  qələbə  çalan  fədailərdən  biridir.  İlyas  Əfəndiyev  yaradıcılığı  bir 

güzgüdür,  bu  güzgüyə  bax,  özünü  tanı,  gözəlliklərini  də  gör,  çirkinliklərini  də. 

Uğurlarını da gör, qüsurlarını da! 

36. Jurnalist Flora Xəlilzadə 

1.  İlyas  Əfəndiyev  quruluşların  təpkisini,  zillətini  görən,  həyatın  ziddiyyətləri 

içərisində  yazıçı  mənliyiini  qoruya  bilən,  kişi  qətiyyətini  gözləyən,  əyilməyən, 

sözünü  dəyişməyən,  gündə  bir  əqidə  libası  geyinməyən,  həm  həyat,  həm  də  öz 

həqiqətinə sadiqliyi və qəlb böyüklüyü ilə seçilən bir şəxsiyyət olub. 

 Təşkil edilmiş yubiley sərgisinin qarşısında silsilə tədbirlər(söhbətlər, ədəbiyyat 

bülletenləri, biblioqrafik icmallar və s.) keçirmək planlaşdırılmalıdır.  

Kiçik yaşlı oxucularla yazıçının ―Zəmidə bir turac səslənirdi”,”Qırçı və 



qırmızı çiçək”,”Ceyran ovu” kitabları əsasında ucadan oxular, söhbətlər, 

səhnəciklər təşkil etmək olar.  Yazıçının hekayə janrında yaratdığı sanballı 

nümunələr daim oxucu marağı və rəğbəti ilə qarşılanmış, dönə - dönə nəşr 

edilmiş, dünya xalqlarının dillərinə tərcümə olunmuşdur. Böyük ədibin bu 

hekayələri  estetik dəyərlərinə görə öz müəllifinə Azərbaycan ədəbiyyatında qibtə 

olunacaq bir mövqe qazandırmışdır. Yazıçının lirik – psixoloji yaradıcı 

təxəyyülünün məhsulu olan hekayələrə lakonizm, humanizm yüksək 

insanpərvərlik xasdır. Yazıçının uşaqlar üçün qələmə aldığı “Zəmidə bir turac 



səslənirdi...‖ hekayəsi də bu müvzuda yazılmışdır. 

Aparıcı:                Söhbət İ. Əfəndiyevin ―Zəmidə bir turac səslənirdi‖ 


Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə