Azərbaycan respublġkasi məDƏNĠYYƏt və turġzm nazġRLĠYĠ



Yüklə 0,59 Mb.
səhifə9/23
tarix25.06.2018
ölçüsü0,59 Mb.
#51353
1   ...   5   6   7   8   9   10   11   12   ...   23

24 

 

təsirli dialoq və monoloqlar vardır. Burada eşq və məhəbbət səhnələri də 



adamların müasir zövqü ilə əlaqədar verilmişdir... Buradakı adamlar ümumi 

mənafeyini öz şəxsi mənafeyindən üstün tutan şərəfli əməkdən zövq alan yeni 

adamlardır.  

14.

 

ƏLĠ SULTANLI - Professor 

«Atayevlər  ailəsi» əsərində  verilmiş  müsbət  surətlər  əsl  mənada  xalq 

nümayəndələridir.  Onların  mədəni  səviyyəcə,  zəka  və  düşüncə  etibarilə  mənfi 

surətlərdən nə qədər yüksək olduqlarını isbat etməyə ehtiyac yoxdur... 

Dramaturq  maraqlı,  həyati  bir  süjet  seçmiş,  burada  insanların  əlaqələrini, 

təbiətlərindəki  ziddiyyətləri,  rəğbət  və  mütəqabil  münasibətlərini  vermiş, 

yaddaqalacaq obrazlar silsiləsi yaratmışdır. 

15.

 

BƏXTĠYAR VAHABZADƏ - Xalq Ģairi, akademik 

İlyas Əfəndiyev daima yenilik hissi ilə çırpınan, hər təzə əsərində yeni bir söz 

deməyə çalışan, müasir gəncliyi düşündürən məsələləri əks etdirən, özünəməxsus 

xətti ilə başqalarından seçilən qələm sahibidir. Mən onu hələ müharibə illərində 

yazdığı  lirik-romantik  hekayələri  ilə  sevmişəm.  Bu  sevgi  ildən-ilə  artmış,  heç 

zaman  azalmamışdır.  Ona  görə  ki,  İlyas  adi  həyat  hadisələrini  olduğu  kimi,  adi 

şəkildə deyil, qeyri-adi tərzdə, romantik pafos və lirik incəliklə, bir sözlə - sənətin 

ecazkar rəngləri ilə verməyi bacaran sənətkardır.  



16.

 

ƏKBƏR ÄĞAYEV - Tənqidçi, professor 

İlyas  Əfəndiyev  müasirliyi  dərindən  duyan,  orijinal,  həssas  yazıçıdır,  onun 

qələmi,  istedadının  təkraredilməz  xüsusiyyətləri  öz  təbiiliyi  və  aydınlığı  ilə 

seçilir.  Əsərlərində  incə  bir  lirika,  romantik  vüsət  vardır,  dili  axıcı,  şəffaf  və 

poetikdir.  Buraya  yazıçının  mənəvi  aləminin  dərinliklərinə  baş  vurmaq  bacarığı 

da əlavə olunsa, gozümüz önündə  İ.Əfəndiyevin yaradıcılığı üçün səciyyəvi olan 

məziyyətlərin 

geniş 


və 

əlvan 


mənzərəsi 

açılır...  

İlyasın yaradıcılığı həmişə fəal vəziyyətdədir, daim hərəkət və inkişafdadır, yeni 

əsərlərlə zənginləşir və dolğunlaşır.  



17.

 

CƏLAL MƏMMƏDOV - Yazıçı 

İlyas  Əfəndiyev  müasirlərimizdən  yazır.  Cəmiyyətin  inkişafının  müxtəlif 

mərhələlərində inqilabın qələbəsi və elmi-texniki inkişafla əlaqədar qarşıya çıxan 

mürəkkəb  ictimai-siyasi,  iqtisadi-mədəni,  mənəvi-əxlaqi  problemlərin  həlli 

yolunda çalışan, axtaran müasirlərimizin ictimai fəaliyyəti və daxili aləmləri onun 

əsas bədii tətbiq hədəfidir.  

 



25 

 

      



BƏKĠR NƏBĠYEV - Akademik 

İlyas Əfəndiyev ən aktual mövzularda maraqlı səhnə əsərləri yazan dramaturq 

kimi məşhurdur. Heç bir statistika tədqiqatı aparmadan deməyə tam əsasımız var 

ki,  Azərbaycan  teatrının  repertuarındakı  əsərlərinin  sayı  etibarı  ilə  o,  müasir 

dramaturqlarımız arasında birinci yeri tutur... İ.Əfəndiyev əsərlərində insani borc, 

vətəndaş  vəzifəsi,  fərdi  və  cəmiyyətin  qarşılıqlı  münasibətləri,  ailə  və  əxlaq 

problemləri barədə həmişə təravətli söhbət açır, öz qənaətlərini məhz yeni bədii 

obrazlar vasitəsilə, özünəməxsus orijinal üslubda ifadə edir.  



18.

 

QULU XƏLĠLOV - Professor 

Onun  bütün  hekayələri,  oçerkləri,  dramları,  roman  və  povestləri,  kino 

ssenariləri,  məqalələri  -  tam  halda  yaradıcılığı  müasir  həyatın  duru  və  şəffaf 

çeşməsindən su içmişdir...  Onun  bütün  əsərlərində  əsas,  aparıcı  problem  müasir 

insan, bu insanın psixoloji, əxlaqi cəhətdən formalaşması, onun davranışı, fikir və 

düşüncələri, mənəvi dünyasıdır.  



19.

 

SƏĠD RÜSTƏMOV - Xalq artisti, bəstəkar 

Cəsarətlə  deyə  bilərəm  ki,  böyük  dramaturqumuz  Cəfər  Cabbarlıdan  sonra 

teatrımız  üçün  yananlardan  biri  də  İ.Əfəndiyev  olmuşdur.  Onun  bütün 

əsərlərində... aləlvan rənglərə, naxışlara rast gəlirik... O, zəngin təfəkkürə, geniş 

müşahidə  qabiliyyətinə  malik  sənətkarlardandır.  Həm  də  mən  deyərdim  ki,  elə 

bəstəkar  qəlbli  sənətkardır.  Onun  dram  əsərlərindəki  müsbət  obrazlar  təkcə 

xarakterləri ilə deyil, bəzən lirik, kövrək mahnıları ilə də yadda qalırlar. 

20.

 

Xalq artisti, bəstəkar Tofiq Quliyev  

―İlyas  Əfəndiyev  böyük  dramaturq  və  nasirdir.  Onun  müasir  Azərbaycan 

ədəbiyyatının  və  teatrı  sənətinin  inkişafında  müstəsna  xidməti  var.  Ən  çox 

oxunan, sevilən Azərbaycan yazıçılarından biridir...‖ 

Elə sənətkar var ki, yaratdığı əsər, fərqi yoxdur, pyes olsun, tablo olsun, musiqi 

olsun, insanı düşündürür, onun hisslərinə hakim kəsilir, gözəlliklər aləminə çəkib 

aparır, haqq - ədalət uğrunda mübarizəyə səsləyir, həqiqəti axtarıb tapmaqda ona 

kömək edir. İlyas Əfəndiyev də belə sənətkarlardandır.  

1.

 

İlyas Əfəndiyev qüdrətli sənətkar idi. 



2.

 

İlyas Əfəndiyev qayğıkeş ata idi. 



3.

 

İlyas Əfəndiyev gözəl baba idi.  



4.

 

İlyas Əfəndiyev yaxşı dost idi. 



Mənə elə gəlir ki, sənətsevərlər İlyas Əfəndiyevin yoxluğu ilə qüdrətli 

sənətkar  itiriblər. 

 

 



26 

 

21.



 

 

ĠSMAYIL ġIXLI - Xalq yazıçısı 

 

İlyas Əfəndiyev insanların şüurunda və psixologiyasında baş verən təbəddülatı 



əks  etdirməyə  çalışan,  psixoloji  ziddiyyət  və  çarpışmaları  əsərlərin  mərkəzi 

konfliktinə  çevirən  yazıçıdır.  Onun  əsərlərində,  xüsusilə  pyeslərində  xarici 

toqquşmalar,  zahiri  effekt  xatirinə  düzəldilmiş  səhnələr  yoxdur.  O,  həmişə 

qəhrəmanların  səciyyəsini,  onların  həyata,  ictimai  hadisələrə  münasibətini 

psixoloji  cəhətdən  araşdırır,  çox  zaman  ilk  baxışda  xırda,  intim  görünən 

konfliktləri genişləndirib siyasi məna və mahiyyətlə zənginləşdirir. 



22.

 

 

HÜSEYN ABBASZADƏ - Əməkdar incəsənət xadimi, xalq yazıçısı 

Mən  İlyas  Əfəndiyevin «Sarıköynəklə  Valehin  nağılı» romanının  oxucular  və 

ədəbi  ictimaiyyət  tərəfindən  hərarətlə  qarşılanmasının  əsas  səbəbini  onun  bədii 

keyfıyyətində,  sənətkarlıqla  yazılmasında  görürəm.  Xalqı  narahat  edən 

problemlərə  toxunmaq,  onlardan  bədii  əsərlərdə  vətəndaşlıq  məsuliyyəti  ilə  söz 

açmaq vacib şərtlərdəndir və bu, ədəbiyyatın zəruri vəzifələrindən biridir... 

Romanda  hadisələr  dramatik  gərginlik  və  ardıcıllıqla  bir-birini  izləyir,  dərin 

maraq hissi ilə oxucunu arxasınca aparır.  

23.

 

Söz ustadlarının yaradıcılığı bir-birindən fərqləndiyi kimi, onların böyük 

sənətin zirvələrinə ucalmaları da müxtəlifdir. İlyas Əfəndiyevin ədəbi debütü 

daima fərəhli hadisə olmuşdur.  

 

24.

 

  İlyas Əfəndiyev elə nadir insanlardan və şəxsiyylərdən idi ki, ömür boyu 

siyasiləşmiş bir cəmiyyətdə yaşaya-yaşaya o cəmiyyətin, o quruluşun məhvə 

məhkum ənənə və əxlaq çərçivəsinə sığışmadı. Müasirlik böyük şərtdir.   



25.

 

YAġAR QARAYEV - AMEA-nın müxbir üzvü 

Yazıçı  İ.Əfəndiyev  son  illər  nəsr  sahəsində  daha  məhsuldar  və  səmərəli 

işləmişdir.  Onun  povest  və  romanları,  xüsusən,  əxlaqi-psixoloji  problemlərin 

qoyuluşu və həlli sahəsində, müasir nəsrimizin axtarış və nailiyyətlərini ən yaxşı 

əks  etdirən  əsərlərdəndir.  Sevindirici  haldır  ki,  İ.Əfəndiyevin  son  pyesi  də  bu 

nəsrin nailiyyətləri zəminində və səviyyəsində yazılmışdır. 

Məhz buna görədir ki, «Sən həmişə mənimləsən» pyesi ədəbi həyatımızda yeni 

söz,  müvəffəqiyyətli  bir  hadisə  olub  lirik,  perspektivli  dramaturgiya,  müasir 

psixoloji  teatr  yaratmaq  yolunda  yaxşı  bir  təşəbbüs,  təcrübə  kimi  də  səslənə 

bilmişdir. 

―Azərbaycan tarixi barədə klassik sənədlər – yeddi ―Qarabağnamə‖ var. 

Bütünlükdə İlyas Əfəndiyevin yaradıcılığını mən səkkizinci ―Qarabağnamə‖ 

hesab edirəm. 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə