14
―Dünya mədəniyyətinə ölməz dühalar bəxş etmiş Odlar diyarında xalqın
məhəbbətini qazanmaq , sənət zirvəsinə ucalmaq olduqca çətin və şərəflidir. İlyas
Əfəndiyev fədakar əməyi sayəsində bu şərəfə nail olmuşdur. Oxucuların sevə -
sevə mütaliə etdiyi nəsr əsərləri, milli teatrımızın səhnəsində tamaşaya qoyulan
pyesləri bunu parlaq şəkildə sübut edir.
Onun yaratdığı obrazlar xalqımızın övladlarına mənəvi saflıq və
vətənpərvərlik aşılanması işinə xidmət etmişdir. Əminik ki, müstəqil
Azərbaycanımızın neçə-neçə nəsli bu zəngin mənbədən faydalanacaqdır‖.
Tərtib olunacaq sərgilərdən birinin təxmini sxemini veririk:
21
Təşkil olunmuş sərgidə aşağıdakı sitatlardan istifadə edə bilərik.
Sitatlar:
1.
HEYDƏR ƏLĠYEV – Ümummilli lider
İlyas Əfəndiyevin əsərləri həm səlis, gözəl bədii dilinə, həm dərin məzmununa
görə, həm də yüksək sənətkarlığına görə fərqlənir, oxucuya böyük estetik təsir
bağışlayır. Onun kitablarında həm körpüsalanların çətin işi, həm neftçilərin
qəhrəman əməyi, həm müasir kəndin həyatı, həm də Azərbaycan ziyalıları
arasında mənəvi-psixoloji proseslər inandırıcı şəkildə və dərindən əks edilmişdir.
Yazıçı öz yaradıcılığında yazıçı cəmiyyətimizin mənəvi təşəkkülünü və inkişafını
diqqətlə izləyir, onun mənasını açıb göstərir, bugünkü həyatımız üçün də, gələcək
həyat üçün də nümunə olan adamların parlaq obrazlarını yaradır. O öz
sənətkarlığı ilə zəhmətkeşlərin mənəvi tərbiyəsində fəal iştirak edir.
2.
―Dünya mədəniyyətinə ölməz dühalar bəxş etmiş Odlar diyarında xalqın
məhəbbətini qazanmaq , sənət zirvəsinə ucalmaq olduqca çətin və şərəflidir.
İlyas Əfəndiyev fədakar əməyi sayəsində bu şərəfə nail olmuşdur. Oxucuların
sevə - sevə mütaliə etdiyi nəsr əsərləri, milli teatrımızın səhnəsində tamaşaya
qoyulan pyesləri bunu parlaq şəkildə sübut edir. Onun yaratdığı obrazlar
xalqımızın övladlarına mənəvi saflıq və vətənpərvərlik aşılanması işinə xidmət
etmişdir. Əminik ki, müstəqil Azərbaycanımızın neçə-neçə nəsli bu zəngin
mənbədən faydalanacaqdır‖.
3.
SƏMƏD VURĞUN - Xalq Ģairi
İlyas Əfəndiyev əməkçilərin zəhmət birliyini böyük məhəbbətlə və hərarətlə
təsvir edir, onların zəhmətini parlaq və real boyalarla göstərir...
Biz «Bahar suları» əsərini onun şeriyyətinə görə sevirik, bir daha inanırıq ki,
həyatımızda yalnız maddi nəhənglər deyil, eyni zamanda yeni, zəngin, həm də
gözəl bir insan mənəviyyatı yaradılır.
4.
NAZĠM HĠKMƏT - Beynəlxalq Sülh mükafatı laureatı, türk Ģairi
Azərbaycan sovet şeirinin təməlini qoymuş Süleyman Rüstəmlə Səməd
Vurğunun, Rəsul Rzanın arasında kökü dərinliklərə yayılması, gövdənin birliyi,
yekparəliyi nöqteyi-nəzərindən bir birlik, vahidlik, budaqların eyni göy üzünə
ayrı-ayrı tərəflərdən uzanması nöqteyi-nəzərindən isə ayrılıq vardır. Bir-birinə
həm oxşayırlar, həm oxşamırlar. Mirzə İbrahimovla Hüseyn Mehdinin nəsri
haqqında da, ustad Cəfər Cabbarlının və İlyas Əfəndiyevin dramaturgiyası
haqqında da eyni şeyi söyləmək mümkündür.İlyas Əfəndiyevin sakit fəaliyyəti
həmişə oxucu və tamaşaçılar üçün partlayış və güclü sevinc gətirmişdir.