Azərbaycan respublġkasi məDƏNĠYYƏt və turġzm nazġRLĠYĠ



Yüklə 0,59 Mb.
səhifə4/23
tarix25.06.2018
ölçüsü0,59 Mb.
#51353
1   2   3   4   5   6   7   8   9   ...   23

 

sadə  və  aydın  ifadəsi,  obrazların  dilinin  sadəliyi,  şirinliyi  və  xalq  dili  üstündə 



köklənməsi  İlyas  Əfəndiyev  sənətinin,  dilinin  al-əlvanlığından,  gözəlliyindən 

xəbər verir. Yazıçı hər bir surəti öz təbiətinə uyğun şəkildə danışdırır. 

 Yazıçının  əsərlərində  adi  danışıq  dili  ilə  bədii  dilin  qoşalanması  mətnə 

xüsusi  bir  tamlıq  gətirir.  Bədii  əsərdə  dillər  polifoniyası  əslində  gerçəkliyi 

çoxyönlü gördürməyə xidmət edir.  

İlyas Əfəndiyev bədii sözü oxucunun ürəyinə və fikrinə tez yol tapır və bu 

söz  unudulmur,  yaddaşda  qalır.  Ədibin  əsərlərindəki  sözlər  arasındakı  ilişgilər 

həm qrammatik, həm də poetik ilişgilərdir.  

Cümlələrdəki seçimli dil vahidləri, söz düzümü, semantika, səs çalarlarının 

rəngarəngliyi  və  ahəngdar  təhkiyə  üsulu  bu  əsərlərin  təsirliliyini  və  təbiiliyini 

artırır. Akademik Məmməd Arif dramaturqun bədii dilinin estetik təravətindən və 

bədii  hüsnündən  bəhs  edərək  yazmışdır:  "İlyas  Əfəndiyevin  üslubuna  qüvvət 

verən, lirik-romantik ruhunu qanadlandıran amillərdən biri də onun bədii dilidir. 

Ədibin  çox təmiz,  aydın  yüksək bədii qüvvəyə  malik  dili  vardır.  Bu  səlis, hətta 

şairanə dərəcədə təsirli dilin gözəl ifadə tərzinin vasitəsilə yazıçı təbiətin füsunkar 

gözəlliklərini,  kənd  həyatının  ürəkaçan  təbii  mənzərələrini  canlandırdığı  kimi 

insan  qəlbinin  də  ən  incə  duyğularını,  zərif  tellərini  dilləndirir,  öz 

qəhrəmanlarının daxili aləmini məharətlə işıqlandırır." 

İlyas  Əfəndiyev  dilindəki  ekspressivlik  və  yüksək  bədiilik  dəruni  hiss  və 

duyğuların daha təsirli ifadə olunmasına və estetik gözəlliyinə bir tamlıq gətirir. 

İlyas Əfəndiyev millətin mənəvi birliyi, ən qiymətli sərvəti olan müqəddəs 

dilimizə  yüksək  qiymət  verən  və  onun  təəssübünü  çəkən  sənətkar  idi.  "Hər  bir 

xalqın  ancaq  özünəməxsus  milli  ruhu,  milli  koloriti  var"  -  deyən  sənətkarın 

fikrincə: "Yazıçı üçün dil onun ürəyinin tərcümanıdır.  

Ədəbiyyata  gətirilən  sözü  yazıçı  elə  işlətməlidir  ki,  o,  hamı  üçün  anlaşıqlı 

olsun. Xalqın ruhu ilə, canlı danışıq dili ilə mayalanmış əsərlər həmişə ümumxalq 

rəğbətini  qazanır."  Əsl  sənət  nümunəsi  yaratmaq  üçün  ədib,  istedadla,  əzablı, 

əziyyətli  zəhmətin  birləşməsini  vacib  sayırdı.  "Mən  əziyyət  çəkməkdən  geri 

durmamışam"  -  deyən  sənətkar  "hər  bir  əsərim  ömrümün  bir  parçasıdır" 

söyləməklə fəxr edirdi. Çünki "ömrünün bir parçası" hesab etdiyi bu əsərlər "ilahi 

vergi" saydığı əsl istedadın və böyük zəhmətin hesabına yaranmışdır.  

Sənətkara  görə,  "istedad  ilahi  bir  vergidir  və  bu  vergini  sönməyə,  məhv 

olmağa  qoymamaqdan  ötrü  tanrı  bəndəsi,  "yoruldum"  sözünü  dilə  gətirməməli, 

gecə-gündüz işləməlidir." 

İlyas  Əfəndiyev  bədii  əsərlərinin  dili  aydın  və  obrazlıdır,  zəngin  ifadə 

vasitələrinə  və  lüğət  tərkibinə  malik  bir  dildir.  Yüksək  estetik  dəyəri  və  bədii 

siqləti ilə seçilən bir dildir.  

Fərdi sənətkarlıq məziyyətləri, fəlsəfi məfkurəsi, miqyaslı poetik düşüncəsi 

onu  Şərq  fəlsəfi  təfəkkürünün  ünlü  nümayəndəsi  kimi  diqqətə  çatdırır. 

Dramaturqun zəngin xalq düşüncəsindən qaynaqlanan bədii əsərlərinin dilindəki 

həzinlik,  obrazlılıq,  təbiilik  və  musiqilik  onun  poetik  ruhunun  bulaq  kimi 

saflığından və böyük ədəbi istedadından xəbər verir. 




 

Həmişəyaşar  sənətkarımız  İlyas  Əfəndiyevin  bədii  əsərlərinin  dil  və  üslub 



xüsusiyyətləri  çağımızda  yeni  meyar  işığında,  elmi-nəzəri  fikrin  arsenalında  öz 

miqyaslı tədqiqini gözləyir.   

 

İlyas Əfəndiyev həm nəsr, həm dram əsərlərini cazibədar bir üslubda, şirin 



dillə yazır, ilk təsvirlərdən, ilk dialoqlardan oxucu və tamaşaçı qəlbini fəth edirdi. 

Hələ  ilk  əsərlərindən  ―Bahar  suları‖  pyesinin  şeriyyətini  vaxtilə  xalq  şairi  S. 

Vurğun  yüksək  qiymətləndirmişdir.  Həmin  keyfiyyət  ədibin  əsərlərində  zaman 

keçdikcə  daha  da  büllurlaşmış,  dramaturq  və  nasir  kimi  onun  fərdi  üslubunu 

müəyyənləşdirən  amillərdən  birinə  çevrilmişdir.  Elə  buna  görədir  ki,  hər  dəfə    

İlyas  Əfəndiyevin  hər  hansı  pyesini  səhnədə  görənlər,  yaxud  romanını  oxuyub 

son  səhifəsini  çevirənlər  həm  də  dilimizin  məna  dərinliyi,  ifadə  gözəlliyi  və 

ahəngdarlığı  ilə  yaxından  təmasda  olduqları  üçün  razılıq  duyğusu  yaşayır,  bir 

daha  fəxr  edirlər  ki,  doğma  dilimiz  böyük  ictimai  və  estetik  həqiqətləri,  güclü 

fikir və ehtirasların vüsətini, insan qəlbinin ancaq böyük sənətkarların işıqlandıra 

bildiyi incəliklərini yüksək bədii səviyyədə əks etdirmək baxımından belə geniş 

imkanlara malikdir! 

 

Məhz  bu  keyfiyyətlərinə  görə  İlyas  Əfəndiyevin  əsərləri  onların  nəşr 



olunmasından  və  tamaşaya  qoyulmasından  on  illər  keçməsinə  baxmayaraq,  öz 

fikri  –  bədii  təravətini  həmişə  qoruyur,  oxucu  və  tamaşaçıların,  tənqidçi  və 

tədqiqatçıların  yeni  –  yeni  nəsillərinin  mənəvi  dünyasında  və  ədəbiyyatımızın 

tarixində öz şərəfli mövqeyini qoruyub saxlayır.  

  

Əfəndiyev İlyas Məhəmməd oğlu (1914-1996) — nasir, dramaturq, 1940-cı 



ildən AYB-nin  üzvü,  Azərbaycanın  Əməkdar  incəsənət  xadimi  (1960), 

Azərbaycan Dövlət Mükafatı laureatı (1972), Azərbaycanın xalq yazıçısı (1979) 

olmuşdur.  

İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il may ayının 28-də Qaryagində 

(indiki  Füzuli  şəhəri)  tanınmış  və  hörmətli  tacir  ailəsində  anadan  olmuşdur. 

Nəsilliklə oxumuş ruhani və varlı tacir ailəsindən çıxmış Məhəmməd kişi 1884-cü 

ildə anadan olmuşdur. Onun ata-babası bütün Qarabağda tanınan, kasıba, yoxsula 

əl  tutan,  xeyirxah  və  alicənab  adamlar  idilər.  Bu  ailənin  bir  qolu  tacir  nəslinə 

mənsub  olub  alqı-satqı  işlərilə  məşğul  olmuşdur.  Digər  qolu  isə  ruhani  təhsili 

almış, savadlı axund və üləmalardan ibarət idi. 

Əfəndiyevlər  ailəsi Sovet  hakimiyyəti dövründə,  30-cu  illərdə  ciddi 

təqiblərə  məruz  qalmış,  onların  ata-baba  mülkü  əllərindən  alınmış,  ailənin  bəzi 

üzvləri "xalq düşməni" kimi güllələnmiş, bəziləri həbs edilərək vətəndən uzaqlara 

sürgün olunmuşdur. Yazıçının atası Məhəmməd  Əfəndiyevin  evi, böyük mülkü, 

bağı zəbt edilmiş, "səs hüququndan" məhrum olunmuşdur. Ağır sıxıntı və ehtiyac 

içərisində yaşayan Məhəmməd Əfəndiyevin ailəsi mağazadan ərzaq malları, pal-

paltar almaq hüququndan belə məhrum edilmişdir.  

Lakin  yazıçının nənə  və babaları bolşeviklərin  ağalığından  əvvəlki illərdə 

yüzlərlə  yoxsul  ailələrə  əl  tutan,  kasıblara  kömək  edən  xeyirxah  və  səxavətli 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə