Azərbaycan respublġkasi məDƏNĠYYƏt və turġzm nazġRLĠYĠ



Yüklə 0,59 Mb.
səhifə6/23
tarix25.06.2018
ölçüsü0,59 Mb.
#51353
1   2   3   4   5   6   7   8   9   ...   23

12 

 

 



         Ədibin qəhrəmanları ülvi məqsədləri, mübarizliyi, xarakterlərinin 

bütövlüyü, yaşadığı hisslərin, duyğuların təbiiliyi ilə yaddaşlara həkk olunmuşlar. 

60-cı illərdə səhnəyə gələn gənclərin püxtələşməsində İ.Əfəndiyevin zəngin 

dramaturgiyasının böyük rolu olmuşdur. 

       Əsərlərinin əksəriyyətini sovet dövründə yazmış İlyas Əfəndiyev hakim 

ideologiyanı heç vaxt tərənnüm etməmiş, sadə insanların həyatını, onların 

məhəbbətini, arzu və istəklərini böyük ustalıqla qələmə almışdır. Buna görə də 

onun əsərləri indi də coğrafi sərhədləri adlayaraq, yeni-yeni oxucu 

auditoriyalarının sevgisini qazanmaqdadır. 

 

       1990-cı ildə İstanbul və Ankara səhnələrində ―Bizim qəribə taleyimiz‖ və 



―Sevgililərin cəhənnəmdə vüsalı‖ müvəffəqiyyətlə oynanılmışdır. Böyük uğurla 

qarşılanan bu əsərlər haqqında Türkiyə mətbuatı onlarla sanballı məqalələr 

vermişdir. 60 ildən çox yaradıcılıq yolu keçmiş İ.Əfəndiyev, 90-cı illərdə də 

məhsuldar bir yazıçı kimi yazıb yaratmış, təzə pyeslərini tamaşaya qoymuşdur.                 

Sovet rejimi illərində, partiya qadağaları dövründə deyə və yaza bilmədiyi bir sıra 

mövzuları cəsarətlə ədəbiyyata gətirmiş, onları yeni zamanın kontekstində 

oxuculara təqdim etmişdir. O, ―Hacı Axundun cənnət bağı necə oldu‖ hekayəsini, 

―Xan qızı Gülsənubərlə tarzən Sadıqcanın nağılı‖ povestini dərc etdirmiş, ―Tənha 

iydə ağacı‖, ―Dəlilər və ağıllılar‖ ―Hökmdar və qızı‖ və s. pyeslərini tamaşaya 

qoydurmuş, bir sıra yeni kitablarını nəşr etdirmişdir. 

Görkəmli nasir və dramaturq, xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı 

Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutur. Onun yazdığı dram əsərlərinin 

bir çoxu bu gün də teatr səhnəmizdə sevə-sevə izlənilir.  

lyas Əfəndiyev yaradıclığının tək ədəbiyyatımızda deyil, bütövlükdə 

mədəniyyətimizdə və teatrımızın zənginləşməsində mühüm rol oynamışdır. İ. 

Əfəndiyev daim xalqımızın mənəviyyatını, zəngin mədəni irsini sevən və onu 

müdafiə edən milli düşüncəli ziyalılardan olub. 

 Bu gün də onun dram əsərləri teatrlarımızın repertuarlarında yer alır və 

sevgi ilə qarşılanır. İnsanların estetik və bədii zövqünün formalaşmasında 

İ.Əfəndiyevin əsərlərinin aktuallığı danılmaz faktdır. İlyas Əfəndiyev həm də 

təbiətən poetik şəxs idi. 

 İlyas Əfəndiyevin dram əsərləri teatrımızın repertuarını həmişə 

zənginləşdirmişdir. İlyas Əfəndiyev həm də vətənpərvər bir ziyalı idi. Bu onun 

əsərlərində özünü göstərirdi. 

      İ.Əfəndiyev bədii yaradıcılığının ədəbi-estetik əhəmiyyəti, əsərlərinin 

uzunömürlülüyü, populyarlığı baxımından ədəbiyyatımızın ən görkəmli 

nümayəndələrindən biridir.  

Xalq, Vətən, cəmiyyət, insanlıq qarşısında mənəvi borca fəal münasibət 

onun qəhrəmanlarının daxili aləmini müəyyən edir. Ədəbi-ictimai fikir 

tariximizdə lirik-psixoloji üslubun inkişafı və böyük uğurları bilavasitə İlyas 




13 

 

Əfəndiyevin adı və əsərləri ilə bağlıdır. 



      Azərbaycan ədəbiyyatında heç bir dramaturq İlyas Əfəndiyev qədər teatrla 

uzunmüddətli fəal yaradıcılıq əlaqəsi qurmamışdır. Akademik Milli Dram 

Teatrında yazıçının bütün pyesləri tamaşaya qoyulmuşdur.  

Onun qələmindən çıxan və Azərbaycan dramaturgiyasının nadir 

incilərindən olan, yüksək vətəndaşlıq pafosu, incə lirizmlə aşılanan bu pyeslər 

teatr sənətimizdə yeni bir mərhələ açmış, bütöv bir aktyor və rejissor nəslinin 

yetişməsində əvəzsiz rol oynamışdır. 

      Sənətkarın yaradıcılığında Qarabağ mövzusu da əsas yer tutmuşdur. O, 

namərd qonşularımızın ötən əsrin 90-cı illərindən başlayan xəyanətkarlıqlarını, 

işğalçılıq hərəkətlərini dərin narahatlıq, vətəndaş yanğısı ilə izləmiş, əsərlərində 

Qarabağın qədim tarixini əks etdirmişdir. 

       Zəngin yaradıcılıq yolu keçmiş, həyatın acılı-şirinli günlərini yaşamış böyük 

sənətkarımız İlyas Əfəndiyev 1996-cı il oktyabr ayının 3-də Bakı şəhərində 

dünyasını dəyişmiş və Fəxri xiyabanda dəfn olunmuşdur. 



        

II. Yubiley tədbirlərinin keçirilməsi. 

Müasir  Azərbaycan  ədəbiyyatının  böyük  bir  mərhələsi  məhz  İlyas 

Əfəndiyevin  yaradıcılığı  ilə  bağlıdır.  İlyas  Əfəndiyevin  100  illik  yubileyinin 

respublikada  layiqincə  keçirilməsi  haqqında  Azərbaycan  Respublikasının 

Prezidentinin  sərəncamından  irəli  gələn  tədbirləri  bütün  mədəniyyət  və  maarif 

müəssisələri, eləcə də uşaq kitabxanaları təşkil etməlidir. 



 

Yubileylə  bağlı uşaq  kitabxanalarında da İlyas  Əfəndiyevin    ədəbi irsinin 

təbliği  üçün  geniş  tədbirlər  planı  işlənib  hazırlanmalı  və  həyata  keçirilməlidir. 

Çoxsaylı oxucu kütləsinin sorğularını ödəmək məqsədilə kitabxanaçılar həm İlyas 

Əfəndiyevin əsərlərindən, onun yaradıcılığına və həyatına dair ədəbiyyatdan, həm 

də  onun  yubileyi  ilə  əlaqədar  nəşr  olunan  materiallardan  geniş  istifadə 

etməlidirlər. 

 

İlyas Əfəndiyevin ədəbi irsinin təbliği üçün ilk növbədə kitab sərgilərindən 

istifadə  olunmalıdır.  İlyas  Əfəndiyevin  həyatını,  yaradıcılığını,  onun  haqqında 

olan materialları təbliğ etmək üçün ayrıca sərgilər təşkil etmək olar. 



 

Sərgilər  üçün  ―Ədəbiyyatın  əbədiyaĢarlıq  ünvanı”,  "Ġlyas  Əfəndiyev:  ġeirə 



sığmayan  ömür",  “ġöhrəti  xalq  bağrından  riĢələnən  ustad  sənətkar”,Ġlyas 

Əfəndiyev  100”,”Ġlyas  Əfəndiyev  zirvəsi”,  ”HəmiĢə  bizimlə  olacaq 

sənətkar”,”Unudulmaz  yazıçımız”  və  s  başlıqlardan  istifadə  etmək  olar.  Bu 

sərgilərdə  görkəmli  şəxslərin  İlyas  Əfəndiyev  haqqında  söylədiyi  fikirlərdən, 

sitatlardan istifadə etmək daha yaxşı olar. 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə