Azərbaycan respublġkasi məDƏNĠYYƏt və turġzm nazġRLĠYĠ



Yüklə 0,59 Mb.
səhifə8/23
tarix25.06.2018
ölçüsü0,59 Mb.
#51353
1   ...   4   5   6   7   8   9   10   11   ...   23

22 

 

  



5.

 

MƏMMƏD ARĠF - Akademik 

İlyas  Əfəndiyev  hər  cür  milli  məhdudluqdan  uzaq  bir  yazıçıdır. 

Ədəbiyyatımızın  beynəlmiləlçilik,  ümumbəşəri  ideyalarına  sadiq  olan  ədib, 

cəmiyyətdə  müxtəlif  millətlərdən  olan  insanların  necə  qardaş  kimi  əlbir  çalışıb, 

xoşbəxt yaşadıqlarını dövrümüzün ən böyük nailiyyəti kimi təsvir edir. 

6.

 

MEHDĠ HÜSEYN - Xalq yazıçısı 

İlyas  Əfəndiyev  yenə  də  öz  yaradıcılıq  xüsusiyyətlərinə  sadiq  qalaraq,  təbii 

insan  psixologiyasını  təbii  və  sadə  boyalarla  göstərdiyi  üçün  «Atayevlər  ailəsi» 

pyesi də bizim realist dramaturgiyamızın sevindirici nailiyyətlərindən biridir. 



7.

 

MĠRZƏ ĠBRAHĠMOV - Xalq yazıçısı,akademik 

Azərbaycan  ədəbiyyatı  mənim  nəzərimdə  böyük  və  rəngarəng  gülüstan  isə, 

İlyas  Əfəndiyevin  yaradıcılığı  bu  gülüstanda  öz  gözəlliyi,  ətri  və  təravəti  ilə 

dərhal  diqqəti  cəlb  edən  cazibədar  toplu  və  dolğun  bir  çiçəklikdir. 

İlyas  Əfəndiyev  yaradıcılıqda  gözəlliyə,  incəliyə,  estetik  zərifliyə  meyl  edən 

yazıçıdır.  O,  bədii  əsər  üçün  vacib  xüsusiyyətlərə  dilin  ifadəli  və  obrazlı 

olmasına,  xarakterlərin  canlı  və  dolğun  çıxmasına,  süjet  və  kompozisiya 

bütövlüyünə  ciddi  diqqət  yetirir,  böyük  əmək  sərf  edir,  bu  da  nəticəsiz  qalmır, 

onun  əsərlərinin  maraqlı,  oxunaqlı  olmasına  kömək  edir.  Bu  əmək  və  səyin 

mükafatı  isə  oxucuların  məhəbbətidir  ki,  İlyas  onun  azlığından  şikayət  edə 

bilməz. 

8.

 

SÜLEYMAN RƏHĠMOV - Xalq yazıçısı 

İlyas  Əfəndiyev  yaradıcılığı  Azərbaycan  sovet  ədəbiyyatının  münbit 

zəminindən  doğan,  rişələnən,  getdikcə  köklənən  qoşa  qardaş  kimi  qoşalıqda 

yaradıcılıqdır.  Bu  yaradıcılıq  istedadlı  nasirlə  mahir  dramaturqu  birləşdirib, 

birlikdə  söykək-söykəyə  qaldırır...  İlyas  nəsri  onun  dramartugiyasına, 

dramaturgiyası  da  onun  nəsrinə  dayaq  durur,  kömək  göstərir.  İlyasın  nəsri  də, 

dramartugiyası da  ahəngdardır,  cazibədardır...  Sən  İlyas  nəsrini oxuyursan, istər 

onun  romanı,  povesti  olsun,  istərsə  bir-birindən gözəl  hekayəsi  olsun,  heç birisi 

səni - oxucunu yormur... 

İlyas yaradıcılığında dramaturgiya, mənim aləmimdə, fəxri yer tutur. Fəxri yer 

tutur ona görə ki, biz İlyas dramaturgiyasında böyük dramaturqumuz Cəfər 

Cabbarlı ənənələrinin mahir davamçısını görürük. 

 

 



23 

 

9.



 

MEHDĠ MƏMMƏDOV - Xalq artisti,professor 

Səhnə xadimlərini və tamaşaçıları cəzb edən, onların hissinə, düşüncəsinə qida 

verən  budur  ki,  İlyas  artıq  teatrın  təbiətinə,  səhnənin  sirlərinə  yaxşı  bələd  ola 

bilmişdir.  O,  mövzu  seçməyi,  məntiqli  süjet  qurmağı,  dramatik  vəziyyətlər, 

xarakterlər  yaratmağı,  öz  fikirlərini  bəyanat  yolu  ilə  deyil,  canlı  hadisələrdə, 

yığcam dialoqlarda, əsl səhnə dili vasitəsilə ifadə etməyi gözəl bacarır.  



10.

 

ƏLĠ VƏLĠYEV - Xalq yazıçısı 

İlyas  Əfəndiyev  bir  sənətkar  kimi  həmişə  həyatın  işıqlı  cəhətlərinə  xüsusi 

diqqət  verir  və  qələmə  alır.   Onun   qəhrəmanları   dövrümüzün  qabaqcıl 

adamlarıdır.  Bu  qəhrəmanlar  yaşayıb  yaratmaqdan,  xarüqələr  yaratmaqdan  həzz 

alırlar. Yüksək mədəniyyət, gözü-könlü tox, halal əməklə ömür sürən, əliəyrilərə, 

gözüdağmıqlara,  vəziyyətdən  sui-istifadə  edən  şöhrətpərəstlərə  qarşı  barışmaz 

olan  bu  adamlar  ilk  görüşdən  oxucu  və  tamaşaçıların  ürəyinə  yol  tapır,  özünü 

sevdirir.  



11.

 

ĠSMAYIL DAĞISTANLI - Xalq artisti 

Azərbaycan  Dövlət  Akademik  Dram  teatrının  son  otuz  ildəki  inkişafını  İlyas 

Əfəndiyevsiz təsəvvür etmək mümkün deyil... 

Onun  pyeslərində  həmişə  təzə,  təravətli  görünən  bir  müasirlik  var.  Bu 

müasirlik  isə  həyatımızın  daxili  məzmunundan,  onu  irəli  aparan  qəhrəmanların 

fəaliyyətindən  və  bu  fəaliyyətin  konfliktlərindən,  poeziyadan  doğur...  İlyas 

Əfəndiyevin  dramaturgiyasında  realizm  və  romantika,  sərt  həyat  həqiqətləri  ilə 

şeriyyət həmişə vəhdət təşkil edir.  



12.

 

KAMAL TALIBZADƏ - Akademik 

İlyas  Əfəndiyev  ən  çox  oxunan,  sevilən,  özü  də  heç  kimə  oxşamayan 

yazıçılarımızdandır. Onun öz mövzuları, həyat hadisələrinə öz yanaşma yolları və 

üsulu  vardır.  Bu  yaradıcılığını  məşhur  edən  problemlərində  özünəməxsusluq, 

orijinallıq  güclüdür.  Ədib,  adətən,  hamı  üçün  aydın  və  məlum  olan  həyat 

problemlərinə  müraciət  etməyi  sevmir,  gerçəkliyin  elə  həqiqətlərini,  elə 

məsələləri üzə çıxarmağı bacarır ki; onlar həm də yeni olur, ədəbi maraq oyadır, 

müasir  problemləri  barədə  düşünənləri  hərəkətə  gətirir  və  təsadüfı  deyil  ki, 

ictimai müzakirəyə, mübahisəyə səbəb olurlar.  

13.

 

CƏFƏR XƏNDAN – Professor 

«Bahar suları» əsəri müharibədən sonrakı kəndimizin real həyatından 

alınmışdır. Burada hadisə və tiplər canlı və həyatidir. Yazıçı canlılığı yaratmaq 

üçün heç bir boyasını əsirgəməmişdir. Əsərdə sovet adamlarının həyatında ola 

bilən və ya konfliktlər, tamaşaçını intizarda qoyan səhnələr, bədii cəhətdən 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə