Azərbaycan respublġkasi məDƏNĠYYƏt və turġzm nazġRLĠYĠ



Yüklə 0,59 Mb.
səhifə23/23
tarix25.06.2018
ölçüsü0,59 Mb.
#51353
1   ...   15   16   17   18   19   20   21   22   23

61 

 

        sayılan‖Xurşudbanu Natəvan‖ pyesindən bir parçaya 



        sevimli  oxucularımızın ifasında tamaşa edək.  

Səhnə  dekorasiyalarla  bəzədilir.  Qafqaz  canişininin  malikanəsi.  Pərdə  açılanda 

geniş  otaqda  Xurşidbanu  ilə  Mirzə  Ruhulla  sükut  içində  dayanıb  zala  baxırlar. 

Knyaz Xasay iti addımlarla gəlib Xurşidbanunun qarşısında dayanır. 

Knyaz Xasay:          Canişin cənabları indi buyurub sizi dinləyəcəklər, Banu 

                                 bəyim. 



XurĢidbanu:            Təşəkkür edirəm, knyaz. 

Knyaz Xasay.          Qulluğunuzda həmişə hazıram, Banu bəyim. Bütün 

                                 Azərbaycan sizinlə fəxr edir.  



XurĢidbanu:              Bu sözləri sizdən eşitmək çox xoşdur. Qarabağa qonaq 

     gəlsəniz, bizi şad etmiş olarsınız. 



Knyaz Xasay:         Böyük məmnuniyyətlə gələrəm, Banu bəyim. 

       Ortayaşlı, yaraşıqlı bir adam olan canişin otağa daxil olur.  

CaniĢin:                   Xoş gəlmisiniz , madmazel! Rica edirəm,  əyləşin. 

                Xurşidbanu ilə canişin əyləşirlər. 

CaniĢin:                    Sizin nəslinizə dərin hörmətim olduğuna əmin ola bilərsiniz. 

İbrahim xanın nəvəsinə, general Mehdiqulu xanın qızına   

hörmət hər kəsin borcudur. Eşitdiyimə görə, siz həm də 

gözəl  şairəsiniz.  Sizin  haqqınızda  kapitan  Mirzə  Fətəli 

Axundov  mənə  danışmışdır.  Mən  azərbaycanlıların 

igidliyinə  heyranam.  Elə  bil  ki,  Allah  özü  də  onların 

qəhrəmanlığını gözəl Qarabağ atları ilə mükafatlandırıb. 

Ancaq  təəsüf  ki,  belə  cəsur  xalqın  yarısı  sizdən  ayrı 

düşüb.  

XurĢidbanu:                 Bu, bizim faciəmizdir, knyaz həzrətləri. İki böyük 

dövlətin  ,  qədim  bir  tarixi  olan  Azərbaycan  xalqını  iki 

yerə parçalayıb, qardaşı qardaşdan ayırmaları ədalətli iş 

deyildir.  



CaniĢin:                        Sizin Tiflisə təşrif buyurmağınızın səbəbi mənə  

                                     məlumdur, madmazel. Mən çalışaram atanızdan qalan 

                                      mülkün bir hissəsi sizə qaytarılsın. 

XurĢidbanu:                Knyaz həzrətləri, mən bütün mülklərimizin qaytarılmasını 

 tələb edirəm. Mən varisiyektayam! 



CaniĢin:                     Siz tək qızsınız, o qədər mülk nəyinizə lazımdır? 


62 

 

XurĢidbanu:               Mən tək deyiləm, knyaz həzrətləri! Mənim yaşadığım Şuşa 

                                     şəhərinin əhalisi hələ də şor su içir! Kəndlərimizin uşaqları 

                                     məktəbsiz, elmsiz, kitabsız böyüyürlər. Mən onlara heç bir 

                                   kömək eləyə bilmirəm.  

CaniĢin:                   Yaxşı, madmazel, mən sizin xahişinizi olduğu kimi 

                                 əlahəzrət imperatora çatdıraram. Ümid edirəm ki, 

                                    imperator həzrətləri İbrahim xanın nəvəsindən öz iltifatını 

                                 əsirgəməz.  



XurĢidbanu:             Diqqətinizə qarşı minnətdaram, knyaz həzrətləri. İcazənizlə 

                                biz bu gün Şuşa qalasına yola düşməliyik.  



CaniĢin:                        Sizə yaxşı yol.  

II Pərdə 

Xurşidbanunun  malikanəsi.  Xurşidbanu  ilə  Knyaz  Xasay  artıq  birlikdədirlər.    

Knyaz Xasayla Xurşidbanu eyvana çıxıb söhbət edirlər.   

XurĢudbanu:     Mən vətənimin keçirdiyi ağır günlər haqqında düşünərkən 

                            həmişə özümdə bir gücsüzlük hiss eləyib bir olan Allahdan 

nicat ummuşam. Elə bil ki, o da mənim bu faciəli xalqıma 

                            cəsarətlə xidmət eləməyim üçün səni göndərmişdir! Sən  

güclüsən! Qafqaz canişininin dostusan. Səni əlahəzrət 

                             imperatorun özü sevir! Sənin məhəbbətin mənim köməyim, 

dayağım olacaq! Birinci dəfə səni görəndə fövqəladə bir 

 cəsarət , bir xoşbəxtlik duydum. Mənə elə gəldi ki, vətənim 

üçün dağı dağ üstünə qoya bilərəm! 

Knyaz Xasay:      Sizin qara camaat haqqında bu qədər ürək yanğısı ilə 

                             danışmağınız alicənablıqdır, Banu bəyim. 



XurĢidbanu:        Qara camaat demə, knyaz. Mənim o sözdən acığım gəlir. 

Uşaqlıqda  qoca  müəllimim  Mirzə  Ruhullah  Azərbaycanın 

azadlığı  uğrunda  vuruşmuş  oğulların  qəhrəmanlığı  haqqında 

mənə  heyrətli  əhvalatlar  nağıl  edərdi.  Mən  belə  igidləri 

sonralar da görürdüm. Onların kədərli taleyi ürəyimi ağrıdırdı. 

Dünyaya  Nizami  Gəncəvi  kimi,  Füzuli  kimi  dahilər  vermiş 

Azərbaycanın  bu  gün  dünya  mədəniyyətindən  bu  qədər  geri 

qalması izzəti – nəfsimi yaralayır!. Mən onu da hiss edirəm ki, 

bu geriliyin səbəbi heç də mənim xalqımın istedadsızlığı və ya 

acizliyi olmamışdır! 



Knyaz Xasay:       İndi siz danışdıqca, sanki mən də o yalçın qayalar üstündə 


63 

 

 dayanıb  uzaqlara  baxan  qara  yapıncılı  Dağıstan  igidlərini 



görürəm... Düşünürəm ki, bizim xalqların taleyi nə qədər bir - 

birinə bənzəyir.  



XurĢidbanu:        Ah, Knyaz mənim əzablar, iztirablar çəkmiş qəlbimin 

                              sənin səmimiyyətinə o qədər ehtiyacı var ki... 

                               Biz birlikdə xalqımız üçün çox işlər görə bilərik. 

Tamaşanın sonunda ifaçılar baş əyib, alqış sədaları altında səhnədən ayrılırlar.  

Yekun: Ədəbiyyatımızın boyçiçəyi 

Görkəmli nasir və dramaturq, xalq yazıçısı İlyas Əfəndiyevin yaradıcılığı 

Azərbaycan ədəbiyyatında özünəməxsus yer tutur. Onun yazdığı dram əsərlərinin 

bir çoxu bu gün də teatr səhnəmizdə sevə-sevə izlənilir. 



 

İlyas Əfəndiyev yaradıclığının tək ədəbiyyatımızda deyil, bütövlükdə 

mədəniyyətimizdə və teatrımızın zənginləşməsində mühüm rolu olmuşdur. İ. 

Əfəndiyev daim xalqımızın mənəviyyatını, zəngin mədəni irsini sevən və onu 

müdafiə edən milli düşüncəli ziyalılardan olub. Bu gün də onun dram əsərləri 

teatrlarımızın repertuarlarında yer alır və sevgi ilə qarşılanır. İnsanların estetik və 

bədii zövqünün formalaşmasında İ.Əfəndiyevin əsərlərinin aktuallığı danılmaz 

faktdır. İlyas Əfəndiyev həm də təbiətən poetik şəxs idi.  

İlyas Əfəndiyevin dram əsərləri teatrımızın repertuarını həmişə 

zənginləşdirmişdir. İlyas Əfəndiyev həm də vətənpərvər bir ziyalı idi. Bu onun 

əsərlərində özünü göstərirdi. 

Bu gün - XXI əsrin ikinci onilliyinin başlanğıcının prizmasından baxanda 

iyirminci və iyirminci birinci yüzilliklərin qovuşuğunda, 1996-cı ilin bir payız 

günündə adına əbədiyyət deyilən sirli-sehrli bir aləmə qovuşan İlyas Əfəndiyevin 

qələminin məhsulu olan hər bir romanın, povestin, dram əsərinin bənzərsizliyinin 

bir daha şahidi olursan. 

 

         Vaxtilə bu böyük söz ustadının özünün sadiq, sayı milyonlarla ölçülən 



oxucularına yaratdığı obrazlar vasitəsilə aşılamağa çalışdığı əsas keyfiyyətlər - 

insani borc, vətəndaş vəzifəsi, fərd və cəmiyyətin qarşılıqlı münasibəti, ailə və 

əxlaq, bəşərilik, millilik problemləri bu gün də aktuallığını, dəyərini qoruyub 

saxlamaqdadır. 

Bax, bu səbəbdən İlyas Əfəndiyevin 50-60 il bundan əvvəl qələmindən 

süzülən dəyərli sözlər, müdrik kəlamlar bu gün də sevilə-sevilə oxunur, daha 

böyük aktuallıq, daha böyük məna kəsb edir və min illər bundan sonra da belə 

olacaqdır. 

Ədəbiyyatımızın və teatrımızın inkişafında özünəməxsus yeri olan İlyas 

Əfəndiyevin yaradıcılığı dövlətimiz tərəfindən daim yüksək qiymətləndirilmişdir. 

Ümummilli lider Heydər Əliyevin Sərəncamı ilə onun xatirəsi əbədiləşdirilmiş, 



64 

 

İçərişəhərdəki küçələrdən birinə və nüfuzlu ―Elitar‖ Gimnaziyaya İlyas 



Əfəndiyevin adı verilmişdir. Ulu öndərin xüsusi Sərəncamı ilə İlyas Əfəndiyevin 

―Seçilmiş əsərləri‖nin yeddi, Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə 

üçcildliyi nəşr edilmişdir.  

Ədibin əsərləri son illər rus, türk və digər dillərdə dəfələrlə nəşr olunmuş, 

yaradıcılığı haqqında monoqrafiyalar, doktorluq, namizədlik dissertasiyaları 

yazılmışdır. 

Xalqımızın ümummilli lideri Heydər Əliyev ədibin təltif olunması və 

yubileyinin keçirilməsi haqqında sərəncamlar imzalamışdır. Bu diqqəti davam 

etdirən Prezident İlham Əliyevin Sərəncamı ilə İlyas Əfəndiyevin 100 illik 

yubileyi bu gün geniş şəkildə qeyd olunur. 

Şübhəsiz, İlyas Əfəndiyev bugünkü narahat dünyamızda yaşasaydı, daha 

neçə-neçə əsərlər yazacaqdı. Lakin müdrikliyin zirvəsinə yüksəlmiş bu ―qoca 

geriyə baxma‖sa da olar. Çünki ürəyindəkilərin hamısını demiş, zəngin irsini 

böyük səxavətlə insanlara, müasirlərinə və özündən sonra gələn nəsillərə ərməğan 

etmişdir. 

Parlaq yaradıcılığı ilə XX əsr Azərbaycan ədəbi prosesinin öncül 

sıralarında şərəflə addımlayan İlyas Əfəndiyev həm də görkəmli dramaturq kimi 

teatr sənətinin inkişafında da özünəməxsus xidmətin, cəfakeşliyin sahibi idi. 

Təməli Mirzə Fətəli Axundov tərəfindən qoyulmuş Azərbaycan teatrı nəhəng və 

möhtəşəm bir binadır. Onun hər mərtəbəsinin bir yaradıcısı var. Bu sırada Mirzə 

Cəlil, Hüseyn Cavid, Cəfər Cabbarlı ilə yanaşı dayanmağa məhz İlyas 

Əfəndiyevin qüdrəti çatdı. ―Çünki Azərbaycan milli teatr sənətinin ulu binasının 

ən incə, lirik, həssas və qeyrətli mərtəbəsi artıq ―İlyas Əfəndiyev Teatrı‖na 

məxsusdur.   

Müasir Azərbaycan ədəbiyyatının böyük bir mərhələsi məhz İlyas 

Əfəndiyevin yaradıcılığı ilə bağlıdır.  

İlyas Əfəndiyevin 100 illik yubileyinin respublikada layiqincə keçirilməsi 

haqqında Azərbaycan Respublikasının prezidentinin sərəncamından irəli gələn 

tədbirləri bütün mədəniyyət və maarif müəssisələri, eləcə də uşaq kitabxanaları 

təşkil edir.  

Yubileylə bağlı uşaq kitabxanalarında da İlyas Əfəndiyevin  ədəbi irsinin 

təbliği üçün geniş tədbirlər planı işlənib hazırlanır və həyata keçirilir. Çoxsaylı 

oxucu kütləsinin sorğularını ödəmək məqsədilə kitabxanaçılar həm İlyas 

Əfəndiyevin əsərlərindən, onun yaradıcılığına və həyatına dair ədəbiyyatdan, həm 

də onun yubileyi ilə əlaqədar nəşr olunan materiallardan geniş istifadə edirlər.  

XX  əsr  Azərbaycan  ədəbiyyatının  böyük  bir  mərhələsi  unudulmaz 

yazıçımız İlyas Əfəndiyevin adı ilə bağlıdır. İ. Əfəndiyev sözün həqiqi mənasında 

ədəbiyyatımızın klassikidir. O, bir tərəfdən gözəl romanlar , povestlər, hekayələr 

yazırdısa,  digər  tərəfdən  də  Azərbaycan  teatrına  bir  –  birindən  maraqlı  səhnə 

əsərləri  bəxş  etdi.  İlyas  Əfəndiyev  nasirliyi,  dramaturqluğu  ilə  yanaşı,  ədəbi 




65 

 

görüşləri  ilə  seçilən  çox  obyektiv  bir  tənqidçi  idi.  Ədibin  publisistikası  öz 



mükəmməlliyi ilə seçilir və bu gün də aktualdır.  

İlyas  Əfəndiyevin  həyat  və  yaradıcılığı  gəncliyimiz  üçün  layiqli  örnək, 

gözəl nümunədir. Onun əsərləri həyat dərsliyi kimi oxunur və tərbiyə edir. İlyas 

Əfəndiyevin ədəbi irsi bu gün də yaşayır, onun oğlu, görkəmli yazıçımız Elçinin 

simasında ədibin ədəbi taleyi davam edir. 

Görkəmli  Azərbaycan  dramaturqu,  xalq  yazıçısı  İlyas  Əfəndiyevin  adını 

daşıyan  fond  2005  –  ci  ildə  təsis  edildiyi  gündən  etibarən  respublikada 

xeyriyyəçilik  fəaliyyəti  göstərir,  dünyanın  müxtəlif  ölkələrində  Azərbaycan 

həqiqətlərini,  mədəniyyətini  və  incəsənətini  fəal  təbliğ  edir.  Fond  beynəlxalq 

qeyri – hökumət təşkilatı statusu almışdır.  

XX əsr Azərbaycan ədəbiyyatının klassiki olmaqla milyonlarla oxucunun 

və tamaşaçının məhəbbətini qazanmış, Azərbaycan ədəbiyyatı və teatrı tarixində 

silinməz iz qoymuş İlyas Əfəndiyevin vəfatından 18 il ötür. 

İlyas Əfəndiyev elə nadir insanlardan və şəxsiyylərdən idi ki, ömür boyu 

siyasiləşmiş bir cəmiyyətdə yaşaya-yaşaya o cəmiyyətin, o quruluşun məhvə 

məhkum ənənə və əxlaq çərçivəsinə sığışmadı.  

Bu il nasir, dramaturq və publisist, xalq yazıçısı İlyas Əfəndiyevin yubiley 

ilidir. Onun hələ sağlığında, seçilmiş əsərlərinin cildlərini ayrı-ayrılıqda 

hesablamasaq, əllidən çox kitabı Azərbaycan və rus dillərində işıq üzü 

görmüşdür. İlyas Əfəndiyev görkəmli, tanınmış yazıçı olmaqla yanaşı, böyük 

dramaturq idi. Onun dram əsərləri Azərbaycan səhnə sənətinin inkişafında, aktyor 

və rejissorların yetişməsində müstəsna əhəmiyyət kəsb edir.  

O, yaşadığı dövrün, cəmiyyətin aktual problemlərini səhnəmizə gətirmiş, 

müasirlərini düşündürən məsələlərə bədii vasitələrlə, səhnə diliylə cavab verməyə 

çalışmışdır. Bu cəhətdən o, Cəfər Cabbarlının xələfi, ondan sonra Azərbaycan 

səhnəsinin ağırlığını çiyinlərində daşıyan bir sənət fədaisi idi. Azərbaycan Milli 

Dram Teatrının hər mövsümü İlyas Əfəndiyevin bir tamaşası ilə açılıb.  

İlyas Əfəndiyevin ölümsüzlüyü ―Sən həmişə mənimləsən‖ həqiqətinə 

çevrilib. İlyas Əfəndiyev sağlığındakı kimi müasirdir. Sənətdə isə müasirlik ən 

böyük meyar və kriteriyadır. Yazıçının bədii əsərlərində toxunduğu mənəviyyat 

problemləri özəl bədii-estetik dəyərinə, dərin fikir genişliyinə, ictimai –sosial 

mahiyyətinə görə bu gün də düşündürücüdür, milli əxlaq tərzinin 

formalaşmasında çox dəyərli əhəmiyyət kəsb edir. Çoxşaxəli yaradıcılığında milli 

özünüdərklə ümumbəşəri dəyərlər arasında bir körpü yaradan dünya şöhrətli 

dramaturqun bütün zamanlarda oxunan bədii irsi bu gün də çoxmilyonlu oxucular 

tərəfindən sevilə-sevilə oxunur. İlyas Əfəndiyevin ən böyük arzusu Azərbaycanın 

müstəqilliyi idi. O, öz yaradıcılığında azadlığımızı, milli suverenliyimizi və 

istiqlalımızı həmişə tərənnüm edirdi. Müdrik sənətkar sağlığında bu arzusuna 

çatdı. Ancaq Qarabağın ermənilər tərəfindən işğalı ona böyük dərd oldu. Və 

özüylə bərabər Qarabağ nisgili apardı.  




66 

 

Nə illərin çoxluğu, nə də əbədi ayrılığın uzun məsafəsi İlyas Əfəndiyevi öz 



oxucularından,  onu  sevənlərdən  uzaqlaşdıra  bilib.  Xalq  yazıçımız  elə  mövzular 

seçib, elə əsərlərə imza atıb ki, onun unudulması mümkünsüzdür.  

 

Bir  nasir  kimi,  eləcə  də  bir  insan  kimi  İlyas  Əfəndiyevin  ən  böyük 



xoşbəxtliyi məhz onun qəlblərdə, xatirələrdə, yaddaşlarda özünə möhtəşəm abidə 

yarada  bilməsidir.  O,  xalq  sevgisinin,  oxucu  diqqətinin  mərkəzində  elə  qərar 

tutub  ki,  hansı  yöndən  İlyas  Əfəndiyev  yaradıcılığını  araşdırmalı  olsaq,  bu 

unudulmaz  ədibimizə  bəslənən  el  məhəbbəti  qəlbimizi  riqqətə  gətirir.  Oxucular 

üçün  İlyas  Əfəndiyev  həmişə  var,  həmişə  sağdır,  istənilən  anda  onun 

yaradıcılığına  müraciət  edib,  onunla  görüşmək  mümkündür.  İlyas  Əfəndiyev 

əbədi yaşayır. Çünki onun ədəbiyyat gülüstanımızda cücərtdiyi, yetişdirdiyi gül – 

çiçəklər həmişə ətirli və solmazdır.   

Ümumxalq məhəbbəti qazanmış ölməz sənətkarımız əbədiyyətə qovuşsa da 

Azərbaycan xalqının qəlbində özünə əbədi heykəl ucaltdı.   



Pyeslər:"İntizar"(1940-cı  illər-Yazıçı  Mehdi  Hüseynlə  birgə  yazmışdır.),"İşıqlı 

yollar"(1947),"Bahar 

suları"(1948),"Atayevlər 

ailəsi"(1954),"Sən 

həmişə 

mənimləsən",  yaxud  "Boy  çiçəyi"(1964),"Mənim  günahım"(1967),"Odlu 



səhradan 

gəlmiş 


şeytan","On 

manatlıq 

lüstr","Bizə 

inan","Unuda 

bilmirəm"(1968),"Məhv 

olmuş 


gündəliklər"(1969),"Mahnı 

dağlarda 

qaldı"(1971),"Qəribə  oğlan"(1973),"Bağlardan  gələn  səs"(1976),"Xurşidbanu 

Natəvan"(1980),"Büllur 

sarayda","Şeyx 

Xiyabani"(1986),"Bizim 

qəribə 

taleyimiz"(1988),"Sevgililərin 



cəhənnəmdə 

vüsalı"(1989),"Tənha 

iydə 

ağacı"(1991),"Ağıllılar və dəlilər"(1992),"Hökmdar və qızı"(1994), 



UĢaq hekayələri: 

"Ceyran ovu","Maraqlı hadisə","Qoruqlarda","Yasəmən ağacı","İz ilə","Ovçunun 

nağılı","Zəmidə bir turac səslənirdi", 

Hekayələr: 

"Kənddən  məktublar"  kitabından"Qızbəz  xala","Qarımış  oğlan","Mirzə 

İman","Uxajor","Xəncər hekayəsi", 

"Aydınlıq gecələr" kitabından 

"Gözlənilməyən  sevgi","Apardı  sellər  Saranı","Durna","Qəhrəman  ilə  bülbülün 

nağılı","Kiçik bir poema","Qoca tarını çaldı","Yarımçıq qalmış portret haqqında 

mahnı","Qarı dağ". 

"Hekayələr"  kitabından  "Görüş","Gülaçar","Su  dəyirmanı","Sən  ey  böyük 

yaradan"  kitabından"Yusif  və  Esfir","Vəzir  Allahverdi  xan  və  Bəhlul 

Danəndə","Sən 

ey 


böyük 

yaradan","Abidin 

yuxusu","Həyatın 

əbədi 


ahəngi","Sağsağan","İsa-Musa", 

Müxtəlif illərin hekayələri:"Berlində bir gecə","Qəhrəmanımın nişanlısı", 




67 

 

"Balıqçılar","Gül  satan","Cavan  yolçu","Bahar  buludları","Xəncər","Yaylaq 



qonşumuz","Şəhərdən gələn ovçu","Yun şal","Qırçı və qırmızı çiçək","Tufandan 

sonra" 


"Səməd Vurğun haqqında hekayə" 

"Daş hasar" 



Povestlər 

"Kənddən məktublar"(1939),"Aydınlıq gecələr"(1945),"Torpağın sahibi", 

"Qaçaq  Süleymanın  ölümü","Xan  qızı  Gülsənubərlə  tarzən  Sadıqcanın 

nağılı","Üçatılan"(1981)-(Avtobioqrafik əsərdir.) 

Romanlar:"Söyüdlü 

arx"(1958),"Körpüsalanlar"(1960),"Geriyə 

baxma, 

qoca"(1980)(avtobioqrafik 



əsərdir),"Xan 

çinar","Dağlar 

arxasında 

üç 


dost"(1963),"Sarıköynəklə Valehin nağılı"(1976-1978), 

Filmoqrafiya:  Atayevlər  ailəsi  (film),Bircəciyim  (film,  1986),Bizi  dağlarda 

axtarın  (film,  1976),Bizim  qəribə  taleyimiz  (film,  2005),Çarvadarların  izi  ilə 

(film, 1974),Geriyə  baxmağa  dəyər  (film,  1985),Gözlə  məni  (film, 1980) (əsərin 

müəllifi) 

(İ.Əfəndiyevin 

"Mahnı 

dağlarda 



qaldı" 

əsəri 


əsasında 

çəkilib),Hökmdarın  taleyi  (film,  2008),Körpüsalanlar  (film,  1964) (əsərin 

müəllifi)  (İ.Əfəndiyevin  "Körpüsalanlar"  əsəri  əsasında  çəkilib),Ləyaqət  hücrəsi 

(film,  2011),Mənim  günahım  (film,  1985),Sən  həmişə  bizimləsən  (film, 

1997),Tikdim ki, izim qala. III film (film, 1998) 

Yun şal (film, 1965) 



Teatr tamaĢaları

1.Bizim  qəribə  taleyimiz  (iki  hissəli  dram)  (quruluşçu  rejissor  – Mərahim 

Fərzəlibəyov,  quruluşçu  rəssam  – Elçin  Aslanov,  bəstəkar  – Emin  Sabitoğlu, 

mahnıların mətni – Çingiz Əlioğlu, rejissor assistenti – Mehriban Ələkbərova); 

2.Sən həmişə mənimləsən. (quruluşçu rejissor – Tofiq Kazımov, bəstəkar – Emin 

Sabitoğlu) 

                        Ədəbiyyat siyahısı:  

 

1.    Əfəndiyev, İlyas Məhəmməd oğlu.  

Seçilmiş əsərləri / İlyas Əfəndiyev ; red., tərt.ed.  Elçin,. - Bakı : 

Çaşıoğlu, 2005. - 584 s. :  

 

          2.    Əfəndiyev, İlyas Məhəmməd oğlu. 



Seçilmiş əsərləri : 7 cilddə / İ. M. Əfəndiyev ; red. Dilsuz 

I cild. - Bakı : Çinar-çap, 2002. - 448 s.  

 

 

3.  Əfəndiyev, İlyas Məhəmməd oğlu. 



Seçilmiş əsərləri : 3 cilddə / İ. M. Əfəndiyev ; tərt.ed. Elçin, red., 


68 

 

bur.məsul U. Rəhimoğlu, red. V. Bəhmənli 



I cild : Hekayələr və povestlər - Bakı : Avrasiya Press, 2005. – 280 s. 

 

4.    Əfəndiyev, İlyas Məhəmməd oğlu. 



Seçilmiş əsərləri : 7 cilddə / İ. M. Əfəndiyev ; red. Dilsuz 

II cild. - Bakı : Çinar-çap, 2002. - 472 s. 

 

5.    Əfəndiyev, İlyas Məhəmməd oğlu. 



Seçilmiş əsərləri : 3 cilddə / İ. M. Əfəndiyev ; tərt.ed. Elçin, red., 

bur.məsul U. Rəhimoğlu, red. V. Bəhmənli 

II cild. - Təkrar nəşr. - Bakı : Avrasiya Press, 2005. - 336 s. 

 

 



6.   Əfəndiyev, İlyas Məhəmməd oğlu. 

Seçilmiş əsərləri : 7 cilddə / İ. M. Əfəndiyev ; red. Dilsuz 

III cild. - Bakı : Çinar-çap, 2002. - 624 s.  

 

7.    Əfəndiyev, İlyas Məhəmməd oğlu. 



Seçilmiş əsərləri : 3 cilddə / İ. M. Əfəndiyev ; tərt.ed. Elçin, red. 

V. Bəhmənli, red., bur.məsul U. Rəhimoğlu 

III cild : Romanlar. - Təkrar nəşr. - Bakı : Avrasiya Press, 2005. - 

448  s.  

 

8.    Əfəndiyev, İlyas Məhəmməd oğlu. 



Seçilmiş əsərləri : 7 cilddə / İ. M. Əfəndiyev ; red. Dilsuz 

IV cild. - Bakı : Çinar-çap, 2002. - 568 s.  

 

 

9.    Əfəndiyev, İlyas Məhəmməd oğlu. 



Seçilmiş əsərləri : 7 cilddə / İ. M. Əfəndiyev ; red. Dilsuz 

V cild. - Bakı : Çinar-çap, 2002. - 616 s.  

 

10.    Əfəndiyev, İlyas Məhəmməd oğlu. 



Seçilmiş əsərləri : 7 cilddə / İ. M. Əfəndiyev ; red. Dilsuz 

VI cild. - Bakı : Çinar-çap, 2002. - 424 s. ; 24  

 

11.    Əfəndiyev, Əmin Tahir.  



İlyas Əfəndiyev : Biblioqrafik göstərici / Ə. T. Əfəndiyev ; red. İ. 

Təkmilləşdirilmiş və yenidən işlənmiş 2-ci nəşri. - Bakı : Çinar - 

Çap, 2002. - 240 s.  

 

        12.    Əfəndiyev, Əmin.  



İlyas Əfəndiyev. Biblioqrafik göstərici. - 2-ci nəşr. - Bakı : Çinar - 

Çap, 2002. - 240 s.  




69 

 

Redaktor:       Qəmbərova ġəhla - F.Köçərli adına Respublika UĢaq 



                          Kitabxanasının  direktoru  

 

Tərtib edən:    Məmmədli Ruhiyyə – F.Köçərli adına Respublika UĢaq 

                          Kitabxanası  Elmi-metodika Ģöbəsinin müdiri 

 

 

Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə