Azərbaycan respublġkasi məDƏNĠYYƏt və turġzm nazġRLĠYĠ



Yüklə 0,59 Mb.
səhifə18/23
tarix25.06.2018
ölçüsü0,59 Mb.
#51353
1   ...   15   16   17   18   19   20   21   22   23

47 

 

Milli Teatrı ilə 50 ildən çox bir müddətdə davam etmiş 



sıx  yaradıcılıq  əməkdaşlığının  əsası  belə  qoyulmuşdu. 

Bundan sonra yazıçı Milli Teatrımız üçün "İşıqlı yollar" 

(1946) və "Bahar suları" (1947) pyeslərini qələmə aldı. 

                               İ.Əfəndiyev dramaturgiyaya gəldiyi illəri belə xatırlayır:  



Səhnədə  Mehdi  Hüseyn  rolunun  ifaçısı  görünür.  O,  İlyas  Əfəndiyevə 

yaxınlaşıb, söyləyir:  

Mehdi Hüseyn:                "İlyas müəllim İstəyirsən birlikdə bir pyes yazaq" . 

Ġlyas Əfəndiyev:                Mehdi kimi məşhur bir yazıçının bu təklifi gənc yazıçı 

 üçün çox xoş idi və mən razılıq verdim. Beləliklə də biz 

birlikdə  "İntizar"  pyesini  yazdıq.  Pyes  Akademik  Milli 

Teatrda müvəffəqiyyətlə tamaşaya qoyuldu. Bundan bir 

müddət  sonra  teatrın  direktoru  və  baş  rejissoru  Adil 

İsgəndərov  məni  milli  teatra  dəvət  etdi.  Nəsr 

yaradıcılığımdan  xoşlandığını  bildirdi  və  təklif  etdi  ki, 

neft  həyatından  teatr  üçün  bir  pyes  yazmaq  barədə 

düşünüm...  Neftçilərin həyatını  öyrənməyə  başladım  və 

neft həyatından "İşıqlı yollar" adlı dram əsərimi yazdım. 

Əsər  Akademik  teatrda  tamaşaya  qoyulduqdan  sonra 

Adil  İsgəndərov  müasir  kənd  həyatından  da  bir  pyes 

yazmağı  təklif  etdi.  Hətta  qonorarın  yarısını  da 

qabaqcadan  verdi.  "Bahar  suları"  adlı  pyesim  də  belə 

meydana  gəldi.  Pyesi  Adil  İsgəndərov  özü  tamaşaya 

qoydu, musiqisini Səid Rüstəmov yazdı. Beləliklə, mən 

nəsr yazmaqla bərabər dramaturgiyaya daxil oldum". 

II Aparıcı:                     40-cı illərin axırlarında İ.Əfəndiyev artıq özünü bir nasir 

 və  dramaturq  kimi  təsdiq  etmişdir.  Onun  yaradıcılıq 

uğurları  təkcə  oxucuları  deyil,  eyni  zamanda 

ədəbiyyatşünas  alimləri  də  sevindirirdi.  Yazıçının 

yaradıcılığı, çap etdirdiyi hər bir yeni əsəri tənqidçilərin 

diqqətindən  yayınmırdı.  Məhz  bu  illərdə  dövri  mətbuat 

səhifələrində  onun  yaradıcılığı  haqqında  ilk  məqalələr 

dərc  olunmağa  başladı.  Əkbər  Ağayevin  "Kənddən 

məktublar",  Hüseyn  Şərifovun  "Ümid  verən  yazıçı", 

Mehdi  Hüseynin  "Bir  nasir  haqqında",  H.Orucəlinin 

"Həyata  doğru",  O.Sarıvəllinin  "İntizar",  M.Arifin 

"İntizar",  M.Cəfərin  "İntizar"  tamaşası  haqqında"  və  s. 

məqalələr  İ.Əfəndiyevin  geniş  oxucu  kütləsinə 

tanıtmaqda  mühüm  rol  oynamışdır.  Bundan  əlavə, 

Azərbaycan  Yazıçılar  İttifaqının  xüsusi  iclaslarından 

birində  yazıçı  İ.Əfəndiyevin  yaradıcılıq  hesabatının 

dinlənilməsi  və  burada  S.Vurğunun,  M.Hüseynin, 



48 

 

Ə.Məmmədxanlının,  Ə.Ağayevin,  H.Orucəlinin  və 



başqa  sənətkarların  çıxış  edib  xoş  sözlər  söyləmələri 

İ.Əfəndiyevin yaradıcılığına olan maraqdan irəli gəlirdi. 



I Aparıcı:                        Gənc yazıçı İ.Əfəndiyev Bakıya gəldiyi ilk gündən 

 Əbülhəsən, Ə.Vəliyev, S.Rəhman, M.Cəfər, M.Hüseyn, 

S.Vurğun, 

S.Rəhimov, 

M.Arif, 

Ə.Ağayev, 

A.İsgəndərov,  Adil  Əfəndiyev  və  onlarla  bu  kimi 

sənətkarların  əhatəsində  olmuş,  hər  gün  onların  təsirini 

hiss  etmiş,  nəzər-  diqqətindən  kənarda  qalmamış  və 

yetkinləşmişdir.  Yazıçı  həmin  xeyirxah  insanları 

xatırlayaraq sonralar qeyd etmişdir: 

 Ġlyas Əfəndiyev:           "Mən ədəbiyyatımızda onların yerini boş görürəm. 

 Yazıçılardan  S.Vurğun  da,  Əli  Vəliyev  də,  Mehdi 

Hüseyn  də,  Süleyman  Rəhimov  da  o  şəxslərdir  ki,  o 

zaman  ədəbi  gənclik  o  cümlədən  mən  də,    onlara 

güvənirdik, onları özümüzə  kömək,  arxa hesab  edirdik. 

Bir  çətinliyimiz  olanda  müraciət  edirdik,  onlardan 

həmişə kişilik, kömək görürdük". 

                            Yaradıcılıq yollarında inamla addımlayayn gənc yazıçı 

 1941-45-ci illərdə Azərbaycan Radio komitəsində ədəbi 

verilişlər  şöbəsinin  müdiri,  1945-ci  ildən  Bakı 

kinostudiyasında  ssenari  şöbəsinin  rəisi,  daha  sonra  isə 

Azərnəşrdə bədii ədəbiyyat şöbəsinin müdiri vəzifəsində 

çalışarkən  ədəbi  ictimaiyyətlə  bilavasitə  təmasda  və 

əlaqədə 


işləmiş, 

həyatı 


dərindən 

öyrənmiş, 

dünyagörüşünü daima artırmışdır. 

II Aparıcı:                      1945-ci ildə İ.Əfəndiyevin "Aydınlıq gecələr" adlı ikinci 

 kitabı  nəşr  olunur  ki,  burada  əsasən  müharibə  illərində 

yazılmış  əsərlər  toplanmışdır.  Əsərlərin  mövzuları 

müharibədən  götürülmüşsə  də,  əsas  məsələ  bu  idi  ki, 

həmin 

hekayələrdə  döyüş  və  sınaq  illərində 



müasirlərimizin  mənəvi  sifətləri  və  dəyanətləri  qələmə 

alınmışdır.  Həmin  əsərlərdə  də  yazıçı  canlı  insan 

surətlərinə, onların daxili aləmlərinin təsvirinə üstünlük 

vermişdir.  "Aydınlıq  gecələr"  kitabı  İ.Əfəndiyevi 

oxuculara öz səsi, öz yazı üslubu olan orijinal bir yazıçı 

kimi təsdiq etdi.  



I Aparıcı:                       1947-ci ildə M.Əzizbəyov adına Azərbaycan Dövlət 

 Dram  Teatrı  İ.Əfəndiyevin  "İşıqlı  yollar"  pyesini 

tamaşaya  qoydu.  Əsər  Teatrın  1948-ci  ildə  Moskvaya 

qastrolu  zamanı  paytaxt  sənətsevərlərinə  göstərilmişdir. 




49 

 

Həmin pyes yazıçının ilk müstəqil səhnə əsəri idi. Gənc 



dramaturq görkəmli rejissor Adil İsgəndərovun təklif və 

təkidilə  "Bahar  suları"  pyesini  yazır.  Lakin  əsərin 

tamaşası  birmənalı  qarşılanmadı,  pyes  haqqında 

müxtəlif mülahizələr irəli sürüldü. 

                                     "Bahar suları" pyesi haqqında müəllif yazmışdır:  

Ġlyas Əfəndiyev:            "...Dramaturgiyada "konfliktsizlik" nəzəriyyəsi ifşa 

 olunandan  sonra,  bizim  Akademik  Dram  Teatrında 

tamaşaya  qoyulan  ilk  konfliktli  əsər  mənim  "Bahar 

suları"  pyesim  oldu.  Bu  əsərdə  müsbət  obrazlarla 

bərabər, mənfi tiplər də var idi. Pyes Akademik Teatrda 

müvəffəqiyyətlə  gedirdi.  "Kommunist"  qəzeti  Əli 

Vəliyevin  təşəbbüsü  ilə  böyük 

disput 


təşkil 

etmişdi....Disput  olduqca  canlı  keçirdi.  Çıxış  edənlər 

tamaşaya 

yüksək 


qiymət 

verirdilər. 

Əsərin 

müzakirəsində iştirak etmiş Əli Vəliyev, S.Vurğun, eyni 



zamanda ədəbiyyatşünaslar əsərin bir sıra məziyyətlərini 

göstərməklə,  müəllifin  yüksək istedada  malik olduğunu  

təsdiq etmişlər. 

II Aparıcı:                        1949-cu ildə Azərbaycanın ədəbi-mədəni ictimaiyyəti 

 və  bütün  sənətsevərləri  Azərbaycan  Dövlət  Dram 

Teatrının  75  illiyini  təntənə  ilə  qeyd  edərkən,  səhnə 

sənətinin  inkişafındakı  xidmətləri  nəzərə  alınaraq 

İ.Əfəndiyev "Şərəf Nişanı" ordeni ilə təltif edilmişdi.  

                             1954-cü ildə tamaşaya qoyulmuş "Atayevlər ailəsi" 

 dramaturq İ.Əfəndiyevin yaradıcılığında irəli atılmış 

 uğurlu bir addım idi. Müəllif ictimai həyatda rastlaşdığı  

qüsurları realist mövqedən, yüksək sənətkarlıqla qələmə 

 aldığından, əsər tamaşaçı və oxucular tərəfindən böyük 

 rəğbətlə qarşılanmışdır. Pyesi tamaşaya Tofiq Kazımov 

 hazırlamışdı. 



Alqış  sədaları  altında  səhnəyə  Tofiq  Kazımovun  rolunu  ifa  edən  oxucu 

çıxır.O,  mehribanlıqla    İlyas  Əfəndiyevə  yaxınlaşır  və  gələcəkdə 

hazırlayacaqları  qiymətli əsərlər haqqında söhbətə başlayır.  

I Aparıcı:                        Sanki İ.Əfəndiyev ilə T.Kazımov bir-birini kəşf etmişdi, 

 onlar biri digərini çox gözəl başa düşürdülər. Müasirlik 

duyğusu çox güclü olan bu iki sənətkarda oxşar cəhətlər, 

intellektual  səviyyə,  birgə  yaradıcılıq  axtarışları 

Azərbaycan  teatrı  tarixinə  parlaq  səhifələr  yazmışdır. 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə