53
qoyulan pyesləriniz bunu parlaq şəkildə sübut
edir...Sizin yaratdığınız obrazlar xalqımızın övladlarına
mənəvi saflıq və vətənpərvərlik aşılanması işinə xidmət
etmişdir. Əminəm ki, müstəqil Azərbaycanımızın hələ
neçə-neçə nəsli bu zəngin mənbədən faydalanacaqdır".
I Aparıcı: Zəngin yaradıcılıq yolu keçmiş, həyatın acılı-şirinli
günlərini yaşamış sənətkarımız İlyas Əfəndiyev 1996-cı
il oktyabr ayının 3-də Bakı şəhərində dünyasını
dəyişmiş və Fəxri Xiyabanda dəfn olunmuşdur. "İlyas
Əfəndiyev əslinə-nəslinə yaraşan şərəfli, namuslu yazıçı
ömrü sürdü. Həm də namuslu ömür sürdüyünü özü
bəyan etmirdi, qələmdən ayrılmadan son günlərinəcən
halal zəhmətlə, hər cür intriqalardan, həsəddən və
nifrətdən uzaq bir aləmdə – sənət dünyasında yaşadığı
həyatla sübut edirdi".
II Aparıcı: Yazıçının hekayə janrında yaratdığı sanballı nümunələr
daim oxucu marağı və rəğbəti ilə qarşılanmış, dönə -
dönə nəşr edilmiş, dünya xalqlarının dillərinə tərcümə
olunmuşdur. Böyük ədibin estetik dəyərlərinə görə öz
müəllifinə Azərbaycan ədəbiyyatında qibtə olunacaq bir
mövqe qazandırmışdır. Yazıçının lirik – psixoloji
yaradıcı təxəyyülünün məhsulu olan hekayələrə
lakonizm, humanizm yüksək insanpərvərlik xasdır.
I Aparıcı: İlyas Əfəndiyev böyüklüyü, nəhəngliyi sağlığında sübut
olunmuş bir həqiqətdir. Ancaq bu heç bir söz ustasına
bənzəməyən orijinal, qeyri-adi böyüklükdür. Biz dahi
söz ustalarına, klassiklərə adətən uzun-uzun illər, əsrlər
ardından baxmışıq, onların əzəmətləri qarşısında baş
əymişik. Gəlin Xalq yazıçısı İlyas Əfəndiyevə qələm
dostlarının həsr etdiyi şeirlərə nəzər salaq.
Məktəbli oxucular səhnəyə çıxıb bir sıra şairlərimizin Xalq yazıçısı İlyas
Əfəndiyevə həsr etdiyi şeirləri söyləyirlər.
Aparıcı: İlk öncə gəlin Xalq şairi Fikrət Qocanın “İlyas Məhəmməd oğlu” şeirini
dinləyək.
Dağların Bəbir qadını,
Doğdu bir eşqin odunu,
Xızır İlyasın adını
Verdi əziz balasına.
Bu diyarda ömrü boyu,
Xəyalında dağ çiçəyi,
54
Nəğmə oldu adı, soyu,
Ürəyində bulaq suyu,
Bu şəhərdən keçdi, getdi...
Zaman piyada, o atlı,
Elçin, Teymurçin qanadlı
İlyas Məhəmməd oğlu.
Nə dostlarla yarışardı,
Nə də dərdin danışardı,
Öz yolunda, öz ilhamı
Bir şam kimi alışardı.
Hava tutqun, yollar çətin...
Həmişə təmiz saxladı
Öz varlığın, öz siqlətin.
Təmiz, saf bir parçasıydı
O dağların, təbiətin.
Adı məşhur, sözü dadlı...
Elçin, Teymurçin qanadlı
İlyas Məhəmməd oğlu
Hələ bizim aramızda
Ömür sürür söz Paşası.
Dillərdə sözü-söhbəti,
Səhnələrdə tamaşası.
İlham şamı sönməyibdi,
Xatirəyə dönməyibdi,
Evdə ayaq izi isti,
Heç mürəkkəb qurumayıb,
Hələ səsi, sözü isti... hələ,
Hələ, hələ bundan belə
Ruhu, mehriban xəyalı
Üzümüzə gülə-gülə
Neçə nəvə böyüdəcək
İlyas qəlbli, İlyas adlı...
Elçin, Teymurçin qanadlı
İlyas Məhəmməd oğlu.
Sonra isə oxucuların ifasında M, Qacarın İ. Əfəndiyevə həsr etdiyi “Yoxdur
bənzəri” şeiri dinlənilir.
55
Sənət aləminin nəhəngi idi,
Yaşadı, yaratdı,iz qoydu getdi,
Böyük səhnəmizin çələngi idi,
Əbədi yaşayan söz qoydu getdi.
Obrazlar yaratdı unudulmayan,
Müasir dramın öndəri oldu,
Birinci, sonuncu amalı-insan!
Naqislik həmişə kədəri oldu.
İnsana xoşbəxtlik, saflıq dilədi,
Ellər də səs verdi onun səsinə,
Səmimi tənqidlə saflıq çilədi,
Bir gün ―Atayevlər ailəsinə‖.
Sənət dəryasında üzdü dərinə,
Yurda xidmət oldu xoş arzuları,
Lillənən, iylənən göllər yerinə
Daim axıb doldu ―Bahar suları‖.
Xalq yazıçısı İlyas Əliyevin haqqında dəyərli şəxsiyyətlər tərəfindən
çoxlu müdrik kəlamlar yazılmışdır. Gəlin bu kəlamları oxucularımızın ifasında
dinləyək:
1.―Azərbaycan tarixi barədə klassik sənədlər-yeddi ―Qarabağnamə‖ var.
Bütünlükdə İlyas Əfəndiyevin yaradıcılığını xalqımız səkkizinci ―Qarabağnamə‖
hesab edir.‖. İlyas Əfəndiyevin əsərlərini diqqətlə oxuduqda onu həm yazıçı, həm
də tarixçi, coğrafiyaçı, salnaməçi kimi də dəyərləndirmək olur. Qarabağ İlyas
Əfəndiyevin yaradıcılığında baş mövzudur.
2. İ. Əfəndiyevin yaradıcılığı Azərbaycan ədəbiyyatının boyçiçəyidir. Həmişə
ətirli, həmişə solmaz və bihuşedici…
3. İlyas Əfəndiyev müstəqil Azərbaycanın dövlət ordenini ―Şöhrət‖ ini alan ilk
yazıçıdır. Sovet dövründə mükafatları çox olmuşdu. Amma onun ən çox
dəyərləndirdiyi, sevə-sevə qarşıladığı , əzizlədiyi mükafat məhz ―Şöhrət‖ ordeni
oldu. İllər boyu qəlbini əzən, duyğularını pərən-pərən edən, yaradıcılığında əks
olunan həsrətinə son qoyuldu. Varlığı qədər sevdiyi məmləkəti hürriyyətinə
qovuşdu.
4. İlyas Əfəndiyev çoxşaxəli yaradıcılıq yolu keçmiş sənətkarlardandır. Əgər biz
onun həyat və yaradıcılıq yolunun hər hansı bir ilini, yaxud qısa bir dövrünü ciddi
xronoloji ardıcıllıqla izləsək, maraqlı bir mənzərənin şahidi olarıq: yazıçı eyni
dövr ərzində hekayələr yazmaqla yanaşı, istedadlı bir dramaturq kimi də fəaliyyət
göstərmiş, irihəcmli roman və povestlərlə bərabər, oçerk və məqalələr də ərsəyə
gətirmiş, konfrans və qurultaylarda məruzələrlə çıxış etmişdir. O ədəbiyyatın