Azərbaycan respublġkasi məDƏNĠYYƏt və turġzm nazġRLĠYĠ



Yüklə 0,59 Mb.
səhifə22/23
tarix25.06.2018
ölçüsü0,59 Mb.
#51353
1   ...   15   16   17   18   19   20   21   22   23

58 

 

22.



 

 İlyas  Əfəndiyev  böyük  duyğularla,  emosiyalarla  çırpınan  şair  qələmli  bir 

nasirdir.  

İndi  isə  gəlin  Xalq  şairi    Qabilin    Xalq  yazıçısı,  qüdrətli  dramaturqumuz  İlyas 

Əfəndiyevə həsr etdiyi”Fədai” şeirini oxucumuzun ifasında dinləyək. 

Cəfər Cabbarlının ustad varisi 

İlyasla səhnəyə nur axtdı gəldi. 

Verginin cövhəri, təbii xalisi 

Bahar sularıtək gur axdı gəldi. 

 

Teatr - ən ülvi məbədgah, ehram 



Ucuz şan – şöhrətə qapısı bağlı. 

Sənətin əlçatmaz zirvəsi – dram 

Sıldırımlı yolu qarlı – sazaqlı. 

 

Neynək.. dünya dolu gəldi-gedərlə 



Sənət meydanı da doludur heyhat! 

Sərçə öz işində cikkkiltilərlə, 

Qartal əzəmətlə açır qol – qanad. 

 

Asiman qaralar günəşsiz- aysız 



Böyük el yoluna bəzəkdi karvan. 

Dəniz dayazlaşar nəhrsiz, çaysız, 

Səhnə sənsiz olar dənsiz dəyirman. 

 

Dünyaya gətirən gətirib səni



Mirzə Fətəlilər sonsuz qalmasın. 

Cavid təxəyyülü, Vurğun yelkəni 

Üfüqdə varissiz qanad çalmasın. 

 

Vaxtında yetirib yetirən səni 



Boşluğun əlinə keçmədi fürsət. 

Böyük ehtiraslar böyük səhnəni 

Bu saat... səninlə qaldırır əlbət. 

 

Bir var ötəri səs, ötəri nəfəs, 



Gül – çiçək ötəri, alqış ötəri, 

Beş günlük afişa, ötəri həvəs 

Ötəri cəlb edir fikri- nəzəri. 

 

Bir də var: anadangəlmə - elə sən 



Fədai olasan, Fərhad olasan, 

Qaçıb xırım – xırda şirnikmələrdən 

Əsərdən əsərə ustad olasan. 

 



59 

 

Bir var, bir yol dəyə güllən hədəfə 



Kifayətlənəsən – ―Dəydi ki... bəsdir!‖ 

Düz nişan alasan bir var hər dəfə 

Bu fitrətdən gələn sonsuz həvəsdir. 

 

Yox, yox, bir düşünüb – daşınım gərək, 



Təkcə ―həvəs‖ sözü azdır, məncə az. 

İti külünk gərək, zorlu qol gərək 

Bir həvəs gücünə dağlar çapılmaz. 

 

Əsl sənətkarlıq çətin bir aləm 



Səhnə yazarlığı çətindən çətin 

Məkr və məhəbbət, sevinc ilə qəm 

Baxtına paylanır neçə surətin. 

 

Ən nadir zərrəbin – sənətkar gözü: 



Həm görür, həm də ki, göstərir aşkar. 

Ən adil hökm də sənətkar sözü 

Uçur bünövrəsiz büllur saraylar. 

 

Atayevlərin də tale kitabı 



Bir gün varaqlandı sənin əlinlə 

Nargilə qızların pünhan əzabı 

Şölə çəkib yandı sənin əlinlə. 

 

Tutmusan nəbzini günün rüzgarın 



Ürəklərdən keçir sənətin yolu. 

Yaşıl pöhrəsidir Natəvanların 

Qırmızı komandir Baltaçı oğlu. 

 

Gəncliyin həyatı çağlar çay kimi 



Əbədi nəğməndir bu axar sənin. 

Gəncliyin həyatı günəş – ay kimi 

Gün nurlu, ay bərqli aynan var sənin. 

 

Səhrayi – kəbirdə tikan deyilsən, 



Mehdi var, Sabit var, Ənvər, Mirzə var. 

Heç kimdən təmənna uman deyilsən 

Bayrağın sancılmış neçə zirvə var. 

 

Səhnə ulduzları parlayır bir – bir, 



Ad alır, san alır, şöhrətə çatır. 

Təzə aktyorlar nəsli yetişir, 

İlyas teatrı məktəb yaradır. 



60 

 

 



Tarix yetişdirib Şekspirləri 

Görməmiş deyildir bəşər övladı. 

Ancaq misilsizdir məndən ötəri 

Xalqımın fədai öğlunun adı.  

 

Eh ... nə payız...nə qış...nə ömür...nə yaş... 



Yelkən qabarırsa, ümman daşırsa 

Bahar içindəsən sənə ki.. qardaş, 

Hər ilk tamaşada gül yaraşırsa.  

I Aparıcı:                       Böyük əsərlər dəhşətli əzablar içində doğulur. 

 Əgər  belə  olmasaydı,  dünyaya  hələ  keçən  əsrdə 

Qarabağ  dərdini  ―Xurşidbanu  Natəvan‖nın  dilindən 

söyləməzdi. İ. Əfəndiyev ədəbiyyatımıza bir  – birindən 

gözəl  əsərlər  bəxş  etdi.  Nə  qədər  insanlar  onun 

qəhrəmanları  ilə  birgə  doğuldu,  böyüdü,  yaşa  doldu. 

Dönüb geriyə baxanda isə ―Geriyə baxma qoca‖ söylədi. 

Dedi ki, insan bu dünyaya yalnız xeyirxahlıq üçün gəlir, 

elə  yaşa  ki,  dönüb  keçmişin  əzabında  qovrulmayasan, 

unutma  ki,  həyat  həyatı  sevənindir.  Xalqını  o  qədər 

sevib,  ona  o  qədər  bağlandı  ki,  yaratdığı  qəhrəmanları 

sanki bir rəssam fırçası ilə təsvir etdi. Oxucu povest və 

romanların  surətlərini  qəlbinin  işığı  ilə  gördü,  sevdi. 

Müəllif isə oxucularını özünün müəllimi sandı. 



II Aparıcı:                    Bəli, əslində gözəl yazmaq üçün gözəl düşünmək lazımdı, 

 çünki çox yazan deyil, gözəl yazan əbədi yaşayır. Gözəl 

düşünmək  üçün  geniş  müşahidə  qabiliyyəti,  zəngin  söz 

ehtiyatı  və  mənəvi  gözəllik  çox  vacibdir.  Bunlarsız 

ədəbiyyat  ola  bilməz.  kiçik  hekayələrindən  böyük 

romanlarına qədər uzun , keçməkeşli bir yol keçib İlyas 

Əfəndiyev.  Axtarıcılıq  qabiliyyətinin  nəhayətsizliyi 

hökmdarlığa  qədər  (Hökmdar  və  qızı)  yol  gəlib. 

Yazıçının əsərlərini oxuyarkən insan anlayır ki, insanın 

ən  ali  duyğusu  məhəbbət  nələrə  qadirmiş,  çünki  , 

sevginin  döyərək  açmadığı  qapı,  gedərək  çatmadığı 

hədəf,  baxaraq  oxşamadığı  qəlb  yoxdu.  Xalq  yazıçısı 

İlyas  Əfəndiyevin  yaradıcılığı  yaşından  asılı  olmayaraq 

hər  kəs  üçün  qiymətlidir.O,  hüdudları  da  aşır,  çünki 

əsərləri insanlıq və insanlar üçün  yazılmış bir xəzinədir. 

Elə bir xəzinə ki, zaman-zaman daha dəyərli olur, xalq 

üçün, millət, vətən üçün…   

I Aparıcı:                     İndi isə gəlin Xalq yazıçısı İlyas Əfəndiyevin şah əsəri 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə