Azərbaycan respublġkasi məDƏNĠYYƏt və turġzm nazġRLĠYĠ



Yüklə 0,59 Mb.
səhifə17/23
tarix25.06.2018
ölçüsü0,59 Mb.
#51353
1   ...   13   14   15   16   17   18   19   20   ...   23

44 

 

Professor  Çobanzadə  bir  sıra  xarici  dillərlə  birlikdə 



bütün  türk-tatar  dillərini  bilirdi.  Həmişə  son  dəblə 

tikilmiş bahalı kostyumlar geyərdi. Demək olar ki, canlı 

bir ensiklopediya idi. Xaricdə də böyük hörməti vardı... 

Aramla  iki  saat  söylədiyi  mühazirələrdən  heç  birimiz 

yorulmazdıq... o, yüksək mədəniyyətə, yüksək intellektə 

malik nadir bir adam idi". 



I Aparıcı:                         İ. Əfəndiyevin institutda dostlaşdığı və həmişə xətrini 

 əziz tutduğu müəllimlərdən biri də Əli Sultanlı idi.  



Ġlyas Əfəndiyev:           Əli Sultanlının antik dövr ədəbiyyatı haqqındakı 

 mühazirələri  o  qədər  canlı,  o  qədər  şairanə  olurdu  ki, 

biz hər dəfə sanki gözəl bir poemaya qulaq asırdıq. 

I Aparıcı:                      Məhz 30-cu illərin sonlarında İ.Əfəndiyev ədəbiyyata 

 gəlmiş  və  bir-birinin  ardınca  hekayələr  yazmağa 

başlamışdır.  

Ġlyas Əfəndiyev:         "Rayonda ora-bura qaçaraq gündə səkkiz-doqquz saat 

 işləməklə  bərabər  hələ  gecə  kurslarında  da  dərs 

deyirdim.  Çox  yorulmağıma  baxmayaraq  Qarabağın 

qarlı  uzun  qış  gecələrində  heç  kəsə  bir  söz  demədən 

hekayələr yazdım. Sonralar "Kənddən məktublar" adı ilə 

çap  olunan  həmin  hekayələri  götürüb  1938-ci  ilin 

yayında pulsuz-pənəsiz gəldim Bakıya..." 

                             Bu illər çox qorxulu bir dövr idi, ən istedadlı 

 sənətkarların başı üzərini qara buludlar almışdı, heç kəs 

  özündən arxayın deyildi. Sabaha sağ çıxıb- 

  çıxmayacağından nigaran qalmış adamlar bir-birindən 

 qorxur, heç kimə etibar etmirdilər. 



I Aparıcı:                    İ. Əfəndiyev ədəbiyyata gəldiyi ilk illəri belə xatırlayır:  

Ġlyas Əfəndiyev:           "Qaryagində coğrafiya müəllimi işlədiyim vaxtlar yadıma 

 düşür.  Uzun  qış  gecəsi  idi,  çöldə  qar-çovğun  vardı. 

Adətim  üzrə  mütaliə  edirdim.  Darıxır,  qəribə  hisslər 

keçirirdim.  Birdən  elə  bil  ilahidən  məndə  bir  fikir 

yarandı  ki,  buradakı  həyatımı,  ürəyimi  əzən,  sıxan 

düşüncələrimi şəhərdəki bir dostuma məktub formasında 

yazım.  Bu  güclü  hissin  qarşısında  davam  gətirə 

bilmədim. Özüm də bilmirəm nə iş idi, oturdum, bir də 

gördüm  ki,  hekayə  yazıram.  Növbəti  gün  də,  ondan 

sonra da belə oldu. Dalbadal 9 hekayə yazdım". 




45 

 

II Aparıcı:                       Bədii yaradıcılıq sahəsində ilk uğurlu addımlarını 30-cu 

 illərin  axırlarında  atmağa  başlamış  İ.  Əfəndiyev, 

bundan əvvəl bir jurnalist, mətbuat işçisi kimi qələmini 

sınağa çəkmişdi. 

                             Yazıçının tərcümeyi-halında indiyə qədər qaranlıq 

 qalmış,  daha  dəqiq  desək,  səhv  işıqlandırılmış 

məsələlərdən biri də İ.Əfəndiyevin ilk mətbu əsərinin nə 

vaxt çap olunmasıdır. Bu məlumatın dəqiq olmamasının 

bir  səbəbi  də,  müəyyən  mənada,  yazıçının  özü  ilə 

əlaqədardır. Belə ki, 1938-ci ilin son aylarından etibarən 

intensiv  şəkildə  yaradıcılığa  başlamış  İ.Əfəndiyevin 

imzası  dövri  mətbuat  səhifələrində  tez-tez  görünməyə 

başlamışdır.  Onun  bir  sıra  məqalə,  oçerk  və  hekayələri 

respublikanın müxtəlif qəzetlərində dərc olunurdu.  

II Aparıcı:                      Yalnız 1938-ci ilin sonlarında, 1939-cu ilin ilk iki ayında 

 yazıçının "Yeni yol" qəzetində "Buruqlar arasında" adlı 

ilk  oçerki,  "Bataqlıq  saldatları"  kinofilminə  yazdığı  ilk 

resenziyası,  "Aşağı  mətbuata  rəhbərliyi  canlandırmalı" 

adlı  ilk  məqaləsi,  "Namuslu  fəhlələrin  sırasını 

çoxaltmalı",  "Şərəf  və  iftixar  işi"  adlı  yazıları  işıq  üzü 

görmüşdü.  Bu  illərdə  "Kommunist"  və  "Ədəbiyyat 

qəzeti"  də  İ.Əfəndiyevin  ilk  yazılarına  yer  verirdi. 

Yazıçının  ilk  mətbu  hekayəsi  olan  "Berlində  bir  gecə" 

əsəri də bu aylarda oxuculara çatdırılmışdır. 

                             İ. Əfəndiyev ilk mətbu əsərilə əlaqədar deyirdi:  

Ġlyas Əfəndiyev:           "1939-cu ildə "Revolyusiya və kultura" jurnalında 

 "Gözlənilməyən sevgi" adlı ilk hekayəm  çıxdı. Bundan 

az sonra "Kənddən məktublar" kitabım nəşr olundu."  

I Aparıcı:                       İlk mətbu hekayəsi hesab etdiyi "Gözlənilməyən sevgi" 

 əsərindən  xeyli  əvvəl,  yazıçının  bir  sıra  hekayə,  oçerk 

və  məqalələri  artıq  respublika  mətbuatında  dərc 

olunmuşdur ki, bu haqda yuxarıda danışılmışdır. 

                             Kənddə coğrafiya müəllimi işləyərkən yazdığı 

 hekayələrini  götürüb  Bakıya  gələn  İ.Əfəndiyev  onları 

Yazıçılar İttifaqında nəsr üzrə məsləhətçi işləyən yazıçı 

Əbülhəsənə  göstərir.  Hekayələri  oxuyan  Əbülhəsən 

onları  bəyənir  və  çapını  məsləhət  görür.  Beləliklə  də 

yazıçının  "Kənddən  məktublar"  adlı  ilk  kitabı  işıq  üzü 

görür. 

II Aparıcı:                      Əfəndiyev 1938-ci ilin axırlarında Bakıya gəlir və onun 



46 

 

 yaradıcılığında  mühüm  rol  oynamış  Bakı  ədəbi 



mühitinə qovuşur. Bakıda heç kimi tanımayan kimsəsiz 

gənc  yazıçı  İ.Əfəndiyev  o  vaxtlar  Yazıçılar  İttifaqında 

partkom işləyən görkəmli yazıçı Əli Vəliyevlə tanış olur 

və  onun  köməyilə  "Yeni  yol"  qəzetində  mədəniyyət  və 

ədəbiyyat şöbəsində ədəbi işçi vəzifəsinə işə düzəlir. 

                             Bakıda ilk gündən qayğıkeş və xeyirxah insanlarla əhatə 

 olunmuş  gənc  yazıçı  məhsuldar  yaradıcılıqla  məşğul 

olmağa  və  ilk  mətbu  əsərlərini  respublikanın  dövri 

mətbuat  orqanlarında  dərc  etdirməyə  başlayır.Yazıçı 

"Yeni  yol"  qəzeti  redaksiyasında  bir  qədər  işlədikdən 

sonra  qəzetin  nəşri  dayandırılır.  Bundan  sonra 

İ.Əfəndiyev  əmək  fəaliyyətini  əvvəlcə  "Kommunist" 

(1939  -1940),  sonra  isə  "Ədəbiyyat  qəzeti"ndə  nəsr 

şöbəsinin müdiri kimi davam etdirmişdir. 



I Aparıcı:                      Heç şübhəsiz ki, İ.Əfəndiyevin bir yazıçı kimi inkişaf 

 etməsində və ədəbi ictimaiyyət tərəfindən tanınmasında 

əməkdaşlıq  etdiyi  həmin  qəzet  redaksiyalarının 

müəyyən xidməti olmuşdur. 

                             İ.Əfəndiyev 1940-cı ilin yanvar ayında Azərbaycan 

 Yazıçılar İttifaqına üzv qəbul olunmuşdur. Gənc yazıçı 

 bundan sonra Yazıçılar İttifaqının işlərində yaxından 

 iştirak etməyə başlayır. 



II Aparıcı:                     Böyük Vətən müharibəsinin başlanması bütün başqa 

 sənətkarlar  kimi  İ.Əfəndiyevi  də  səfərbər  etdi,  o,  da 

"müsəlləh  əsgərə"  çevrilib,  qələmini  silahla  əvəz  etdi. 

Yazıçı  oxucularda  düşmənə  qarşı  dərin  nifrət,  vətənə 

məhəbbət hissləri aşılamaq vəzifəsini öhdəsinə götürdü. 

Tarixi  keçmişimizə,  el  qəhrəmanlarına,  folklor 

nümunələrinə  müraciət  edərək  bir  sıra  hekayələr  yazdı, 

əsgərlərlə  görüşlər,  söhbətlər  keçirmək  üçün  yazıçı 

briqadaları ilə bərabər Azərbaycan diviziyalarında oldu, 

digər  tərəfdən,  əsasən  bir  nasir  kimi  tanınmış  ədib, 

ədəbiyyatın  başqa  bir  sahəsində  –  dramaturgiyada 

qələmini sınadı.  



I Aparıcı:                    1943-cü ildə o, yazıçı M.Hüseynlə birlikdə, mövzusu 

 Böyük  Vətən  müharibəsindən  götürülmüş  "İntizar" 

pyesini  qələmə  aldı.  Əsər  1944-cü  ildə  M.Əzizbəyov 

adına  Azərbaycan  Dövlət  Dram  Teatrının  səhnəsində 

göstərilmiş  və  dramaturq  İ.Əfəndiyevin  Azərbaycan 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə