Azərbaycan respublġkasi məDƏNĠYYƏt və turġzm nazġRLĠYĠ



Yüklə 0,59 Mb.
səhifə13/23
tarix25.06.2018
ölçüsü0,59 Mb.
#51353
1   ...   9   10   11   12   13   14   15   16   ...   23

33 

 

3.Yuxarı  sinif    şagirdlərindən  ibarət  olan  oxucuların  İ.  Əfəndiyevin    müxtəlif 



əsərləri  ətrafında  müzakirələri.    Yazıçının    dram  əsərlərindən  bir  parça 

səhnələşdirilir.  

4. Konfransın yekunu.  

Oxucularımızın  sevimli  şairəmiz  haqqında  olan  fikirlərini  öyrənmək  məqsədilə 

anket sorğularının keçirilməsi də məqsədəuyğundur. 

 

İlyas Əfəndiyevin yubileyi ilə əlaqədar il ərzində kitabxanalar “Ġlyas 



Əfəndiyev 100”,”

 

Ədəbiyyatın əbədiyaĢarlıq ünvanı ―  baĢlığı altında 

məruzələr təşkil edə bilərlər. Məruzəçilər əvvəlcədən seçilməlidir. 

Kitabxanaçılar, ədəbiyyat müəllimləri, yuxarı sinif şagirdləri məruzəçi ola bilər. 

Onlar İlyas Əfəndiyevin həyat və yaradıcılığı haqqında geniş məlumatlara malik 

olmalıdırlar. ―Ġlyas Əfəndiyevin həyat yolu”,”Ġlyas Əfəndiyev nəsrinin 



uğurları”, “Povest və romanlarında müasir həyatın inikası”,”Tarixi 

simaların səhnə həyatı”,”Ədəbiyyat haqqında düĢüncələri”,”UĢaq 

hekayələri” və s. məruzə mövzuları ola bilər.  

 

 İlyas Əfəndiyevin istər hekayə və romanları, istərsə də dram əsərləri əsl 



poeziyadır. Bu əsərlərin qəhrəmanları olan yaşıdımız oğlan və qızlar poeziya dili 

ilə danışır. İlyas Əfəndiyevin poetik dilinə bir çox şairlərimiz həsəd aparmışlar.  

Yaxşı deyirlər ki, İlyas Əfəndiyev yaşı artdıqca, müdrikləşdikcə gəncləşən 

sənətkarlardan  idi.  Onun  roman  və  povestlərində,    dram  əsərlərində  yaradılan 

gənc surətləri öz təbiiliyi, realistliyi ilə nəzər – diqqəti cəlb edir.  

İlyas Əfəndiyevin dram əsərlərində qoyulan problemlər olduqca aktual və 

əhəmiyyətlidir.  Cəsarətlə  demək  olar  ki,  İlyas  Əfəndiyevin  dram  əsərləri  indi 

respublikamızda,  onun  hüdudlarında  tanınmış  bir  sıra  məşhur  səhnə  ustalarının 

yetişməsində əhəmiyyətli rol oynayıb.  

Kitabxanalarda keçirilən tədbirlərdən biri də ədəbi – bədii gecələrdir. 

Gecəyə İlyas Əfəndiyevin oğlu Xalq yazıçısı Elçin Əfəndiyev və filologiya 

elmləri doktoru, Əməkdar incəsənət xadimi Timurçin Əfəndiyev, həmçinin 

yazıçının yaradıcılığı ilə yaxından tanış olan şair, yazıçı, filoloqlar, teatrşünaslar 

dəvət oluna bilər. İlyas Əfəndiyev irsinin təbliği üçün ədəbi – bədii gecələrin 

keçirilməsi daha vacibdir. Bu tədbir müxtəlif adlar altında keçirilə bilər.  

“Ədəbiyyatın əbədiyaĢarlıq ünvanı ―, ―Ġlyas Əfəndiyevin 

romanları”,”Ġlyas Əfəndiyevin dramaturgiyası”,”HəmiĢə bizimlə olacaq 

sənətkar”,”Ġlyas Əfəndiyev zirvəsi”,”Bir zirvənin ünvanı” və s.  

Tədbir iki hissəli olmalıdır. Birinci hissədə İlyas Əfəndiyevin həyat və 

yaradıcılığı haqqında məruzə olmalı, çıxışlar dinlənilməlidir. Tədbirin ikinci 

hissəsi isə bədii məna kəsb edir. Belə tədbirlərdən biri olan ―Bir zirvənin 



ünvanı‖ adlı ədəbi – bədii gecə üçün hazırlanmış ssenarini sizə təqdim edirik.  

İlk öncə tədbir iştirakçılarına Xalq yazıçısı, böyük sənətkar İlyas Əfəndiyevdən 

bəhs edən”Şöhrəti xalq bağrından rişələnən ustad sənətkar” adlı slayd təqdim 


34 

 

olunur.  Sonra  aparıcılar  səhnəyə  çıxıb  Xalq  yazıçısı  İlyas  Əfəndiyevdən  bəhs 



edən ədəbi  bədii gecəni açıq elan edirlər.  

I Aparıcı:             Salam əziz və hörmətli tədbir iştirakçıları. Hamınızı 

Xalq yazıçısı, xalqımızın sevimlisi İlyas Əfəndiyevin 100 illik 

yubileyi ilə əlaqədar təşkil olunmuş  bu günki tədbirimizdə xoş 

gördük.  İlyas  Əfəndiyev  xoşbəxt  sənətkarlardandır  ki,  daim 

oxucusunun,  tamaşaçısının  qəlbində,  sevgisində  dolanıb.  Elə 

bu  diqqət  özü  də  onun  səadətinə,  ilham  mənbəyinə  çevrilib. 

Demək,  tam  cəsarətlə  deyə  bilərik  ki,  İlyas  Əfəndiyevin 

görkəmli  nasir  və  dramaturq  kimi  şöhrəti  xalq  bağrından 

rişələnib.Yazıçı əbədi ömür qazanmış sənətkarlarımızdandır.  

II Aparıcı:           Bəli,  sənətin müxtəlif zirvələri var... Onlardan biri də İlyas 

                             Əfəndiyev zirvəsidir.  Bu zirvədə parlayan istedad günəşi illər 

                              ötdükcə dumanları,qaranlıqları parçalayıb, saçları badam 

ağaclarının çiçəklərinə bənzəyən, mehriban çöhrəli bir insanın, 

görkəmli yazıçının, dramaturqun ömür, yaradıcılıq yollarını 

işıqlandırıb. Bu zirvədə sənət şəlalələri çağlayıb, ilham 

bulaqları axıb... Əbədiyyətə qovuşub. Əbədi aləmdə öz nuru 

ilə hələ də işıq saçır, gənc yazarların gələcək yollarını 

işıqlandırır. 

I Aparıcı:              İlyas Əfəndiyev zirvəsindən baxırıq... Gözlərimiz önündə bir - 

 birindən əsrarəngiz mənzərələr, təbiət lövhələri 

canlanır...1939 - cu ildə ―Kənddən məktublar‖ adlı ilk povest 

və hekayələr kitabı nəşr olunub yazıçıya böyük şöhrət 

gətirmiş, İlyas Əfəndiyev zirvəsinə ilk cığır olmuşdur. Bu cığır 

aydın yollara çıxmış, bu yollar zirvələrə qalxmış, görkəmli söz 

ustadını Azərbaycanın Xalq yazıçısı, Respublika Dövlət 

Mükafatı Laureatı, ―Şöhrət‖ ordenli sənətkar, xalqın, elin, 

obanın sevimlisi etmişdir... 

II Aparıcı:             Zirvə yolları ilə addımlayırıq. Bu yollarda qarşımıza Nərmin, 

 Kamran, Alxan, Sədəf, Adil, Xosrov, Səriyyə, Atayev, 

Həsənzadə, Natəvan, Nargilə, Valeh, Sarıköynək ... çıxır... Bu 

yollar bizi ―Söyüdlü arx‖ın yanına gətirir, ―Körpüsalanlar‖la 

görüşdürür. Addımladıqca ―Dağlar arxasında üç dost‖ əl edib 

bizi salamlayır. Bu yolların hər qarışı, hər daşı elə bil 

məhəbbətdən yaranıb. Bizi sevməyə, sevilməyə, dostluğun, 

məhəbbətin qədrini bilməyə, səadəti göz bəbəyi kimi 

qorumağa çağırır. 

I Aparıcı:              İlyas Əfəndiyev zirvəsindən baxırıq. .. Bu zirvə bizi 

 Azərbaycan Milli Dram Teatrına səsləyir... Elə teatra ki, sanki 

görkəmli sənətkarın bahadır çiyinləri üstündə ucalmışdır. 



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə