Azərbaycan respublġkasi məDƏNĠYYƏt və turġzm nazġRLĠYĠ



Yüklə 0,59 Mb.
səhifə2/23
tarix25.06.2018
ölçüsü0,59 Mb.
#51353
1   2   3   4   5   6   7   8   9   ...   23

 

yeni bir mərhələ açmış, bütöv bir aktyor və rejissor nəslinin yetişməsində əvəzsiz 



rol oynamışdır.  

İlyas Əfəndiyev Azərbaycan mədəniyyətinə çox dəyərli töhfələr vermişdir.  

Ədibin çoxşaxəli yaradıcılığının təhlili neçə-neçə mühüm məqam və məziyyətləri 

önə  çəkməklə  yanaşı,  onun  mütəxəssislər  tərəfindən  daha  dərindən 

araşdırılmasının vacibliyini də şərtləndirir.  

 

Bu məsələ həm də ona görə aktual və əhəmiyyətlidir ki, İlyas Əfəndiyev öz 



əsərlərində  Azərbaycan xalqının tarixinin mühüm  səhifələrini ədəbiyyat  və teatr 

vasitəsilə  bugünkü  nəsillərə  çatdırmış,  nəticədə  müasir  həyatımızın  müsbət  və 

mənfi  cəhətlərini  çox  gözəl  təsvir  etməklə  xalqımızı  tarixə  hörmət  bəsləməyə 

səsləmiş,ona yaşadığımız zamanda mənəviyyat, əxlaq, insanlıq, vətənə və millətə 

sədaqət ruhu aşılamışdır.  

Beləliklə  də,  ədib  xalqımız  qarşısında  öz  sənətkarlıq  missiyasını  şərəflə 

yerinə  yetirmiş,  xalqımıza,  mədəniyyətimizə,  teatrımıza,  ədəbiyyatımıza  çox 

böyük irs, qiymətli sərvətlər qoyub getmişdir.  

 

İlyas Əfəndiyev xalqımızın tarixi keçmişini dərindən öyrənməyi və ona tam 



yiyələnməyi  tövsiyə  edərək  göstərirdi  ki,  bizim  xalq  Vətənini,  mədəniyyətini 

sevən, onun üçün hər fədakarlığa hazır bir xalqdır.  

 

İlyas  Əfəndiyevin  mədəniyyət  məsələləri  ilə  bağlı  nəzəri  görüşlərinin 



mərkəzində  bu  gün  də  öz  elmi  aktuallığını  saxlayan  bir  cəhət  diqqəti  cəlb  edir. 

"Azərbaycan incəsənəti, Azərbaycan elmi dünya  mədəniyyəti xəzinəsinə dəyərli 

əsərlər vermişlər. Çox qədimlərdən gələn mədəniyyət estafetimiz yenə yüksəklərə 

qalxır‖.  

Dünya  ədəbiyyatına,  dünya  mədəniyyətinə  dərindən  bələd  olan  yazıçı  əsl 

sənətin ideya – bədii siqlətini onun məna gözəlliyi ilə ölçürdü. İlyas Əfəndiyevin 

bədii əsərlərində olduğu kimi nəzəri  – estetik görüşlərində də xalqımızın milli – 

mənəvi dəyərləri, xüsusən adət - ənənələri, qonaqsevərlik, toy, nişan mərasimləri 

mühüm yer tutur.  

Böyük  vətən  müharibəsi  illərində  İ.  Əfəndiyev  ―Durna‖,  ―Kiçik  bir 

poema‖,  ―Tar‖,  ―Sən  ey  qadir  məhəbbət‖,  ―Qəhrəman  ilə  bülbülün  nağılı‖, 

―Apardı sellər Saranı‖, ‖Qarı dağı‖ hekayələrini yazdı. Bu hekayələrin bir qismi 

xalq yaradıcılığı çeşməsindən bəhrələnməyin nəticəsi idi.  

Yazıçı  müharibə  dövrünün  psixologiyasını  yaxşı  duyurdu  və  istəyirdi  ki, 

yaratdığı  yeni  əfsanələrlə  insanları  vətənpərvərliyə  səsləsin,  qələbəyə 

ruhlandırsın. ―Dağlar arxasında üç dost‖ romanında yazıçı belə bir həqiqəti isbata 

çalışıb ki, həyatın və yaşamağın fərəhi təkcə iş  – gücdə, tər tökməkdə deyil, ən 

başlıcası mənəvi zənginlikdə və həmin ali keyfiyyətləri hifz edib qorumaqdadır.       

İlyas  Əfəndiyevin  hər  bir  əsəri  öz  problemi  ilə  seçilirdi  və  bu  aspektdən 

yanaşdıqda  onu  mənsub  olduğu  xalqın  tarixi  taleyi  daha  çox  düşündürürdü. 

Təsadüfi deyil ki, o, ―Natəvan‖,‖Hökmdar və qızı‖,‖Xiyabani‖ pyeslərində tarixi 

hadisələrə  məhz  müasirliyin  gözü  ilə  baxırdı,  tarixi  sadəcə  vərəqləmir,  onu  bu 




 

günün təfəkkürü işığında bizə yenidən təqdim edirdi. İ. Əfəndiyevin  yaradıcılığı 



çoxşaxəlidir, zəngindir. 

İlyas  Əfəndiyev  Azərbaycan  dilini  incəliklərinə  qədər  dərindən  duyan, 

sevən  və  dilə  həssaslıqla  yanaşan  sənətkar  idi.  Sənətkarın  fikrincə,  Azərbaycan 

dili dünyanın ən ahəngdar, musiqili, şirin dillərindəndir. İlyas Əfəndiyevin zəngin 

bədii  iris  milli  ədəbiyyatımızın,  teatrın,  kino  sənətinin  inkişafına  böyük  təsir 

göstərmiş,  onun  ayrılmaz  hissəsi  olmuş  və  mədəniyyətimizin  yeni  səviyyəyə 

qaxmasını  təmin  etmişdir.  İlyas  Əfəndiyev  keçən  əsrin  lirik  psixoloji  üslubda 

yazıb-yaradan ən qüdrətli sənətkarıdır.  

XX  əsr  Azərbaycan  ədəbiyyatının  klassiki,  qüdrətli  qələm  sahibi,  lirik 

hekayələr  ustadı,  monumental  nəsrimizin  yaradıcılarından  biri  və  çağdaş 

dramaturgiyamızın yarım əsrini böyük cəsarətlə öz çiynində daşıyan xalq yazıçısı 

İlyas  Əfəndiyev  ədəbiyyat  və  mədəniyyətimizin  görkəmli  simalarından  biridir.   

Yazıçının bədii əsərlərində toxunduğu mənəviyyat problemləri özəl bədii estetik 

dəyərinə,  dərin  fikir  genişliyinə,  ictimai  –  sosial  mahiyyətinə  görə  bu  gün  də 

düşündürücüdür, aktualdır, milli düşüncə və əxlaq tərzinin formalaşmasında çox 

dəyərli əhəmiyyət kəsb edir.  

İlyas  Əfəndiyev  həmişə  müasirdir.  Mənsub  olduğu  xalqın  ədəbiyyatının 

tarixində,  mənəviyyatında  parlaq  iz  qoyan  görkəmli  sənətkar  İlyas  Əfəndiyevin 

ədəbi  irsi  öz  məna  və  əhəmiyyətini  bu  gün  də  qoruyub  saxlayır,  xalqın  ədəbi 

dəyərlər xəzinəsində özünə layiq yer tutur, yeni – yeni nəsillərin ədəbi – estetik, 

vətənpərvərlik,  vətəndaşlıq  tərbiyəsində  öz  mühüm,  nəcib  və  xeyirxah  rolunu 

oynayır.  

Bu  cür  qələm  sahiblərinin  əsərlərinin  onların  sağlığında  və  sonra  dönə  - 

dönə  üzü  köçürülür,  bu  əsərlər  müxtəlif  qəzet  və  jurnallarda  seçmə  halında 

kitablar kimi bütöv halda nəşr edilir, pyesləri müxtəlif teatrlarda, fərqli rejissorlar 

tərəfindən  dönə  -  dönə  tamaşaya  qoyulur,  nümayiş  etdirilir.  İlyas  Əfəndiyevin 

pyesləri bu gün də insanları mənəvi təmizliyə çağırır.  

 

Azərbaycan ədəbiyyatının canlı klassiki, milli nəsrimizin, 



dramaturgiyamızın, lirik-psixoloji üslubun, teatr sənətimizin, ədəbi- tənqidi-

ictimai fikrimizin inkişafında əvəzsiz xidmətləri olan, ədəbiyyat tarixində 

silinməz iz qoymuş görkəmli xalq yazıçısı, Dövlət Mükafatı laureatı İlyas 

Əfəndiyevin nəzəri-estetik görüşlərində ana dilimizə həsr etdiyi məqalələrində 

konseptual məzmun daşıyan mülahizələri yeni fikir miqyası və elmi tutumu ilə 

seçimlənir. 

 Ustad sənətkarımız öz yaradıcılıq dünyasını əsasən milli folklorumuzun 

çoxçalarlı qaynaqları ilə naxışlamışdır.  

İlyas Əfəndiyev peşəkar teatrımızın əlli ilinin repertuar ağırlığını əzəmətli 

çiyinlərində daşıdı. Dramaturgiyamıza onlarca kamil və orijinal obrazlar 

qalereyası bəxş etdi.  

İlyas Əfəndiyev Azərbaycan milli teatrında lirik- psixoloji üslubun təməlini 

qoydu və onun formalaşması üçün ölməz sənət əsərləri yaratdı.  



Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə