Azərbaycan respublġkasi məDƏNĠYYƏt və turġzm nazġRLĠYĠ



Yüklə 0,59 Mb.
səhifə14/23
tarix25.06.2018
ölçüsü0,59 Mb.
#51353
1   ...   10   11   12   13   14   15   16   17   ...   23

35 

 

 Elə teatra ki, dramaturqun ―İntizar‖ ına son qoyulmuşdu, 



səhnədə ilk cığır olan bu əsər ―İşıqlı yollara‖ çevrilmişdi

―Bahar suları‖ aşıb – daşmışdı. ―Məhv olmuş gündəliklər‖ 

yenidən dilə gəlmiş, ―Dağlardan gələn səs‖ bizi xəyallardan 

ayırmışdı. Elə teatra ki, ―Qəribə oğlan‖ın sərgüzəştləri ilə bizi 

tanış etmiş, ―Natəvan‖ın faciəsindən söz açmış, gözlərimiz 

önündə ―Şeyx Xiyabani‖ ni canlandırmışdı... 



I Aparıcı:                Elə teatra ki, səhnəsindən ―Unuda bilmirəm‖, ―Mahnı 

                                dağlarda qaldı‖ nidalarını eşitmişik. ―Büllur sarayda‖ baş 

 verən hadisələr bizi düşündürüb, həyacanlandırıb... 

―Bizim qəribə taleyimiz‖ gözlərimiz önündə lirik bir mahnıya 

dönüb, ―Sevgililərin cəhənnəmdə vüsalı‖ qorxulu nağıla, 

əfsanəyə çevrilib. İlyas Əfəndiyev zirvəsindən baxırıq... 

Yazıçı, dramaturq, gözəl insan haqqında deyilmiş sözləri 

eşidirik... ―İlyas Əfəndiyev öz gözəl əsərləri ilə 

dramaturgiyamızda cığır açdı. ― 

II Aparıcı:              ―Əgər dram teatr bir üzükdürsə, İlyas Əfəndiyevin pyesləri bu 

 üzüyün qiymətli qaşıdır‖... O, əsl sənət fədaisidir...‖ 

Unudulmaz yazıçı-dramaturqun sağlığında deyilən bu sözlər, 

bu təriflər bu gün də öz dəyərini qoruyub saxlayır... 

Öz - özümüzə deyirik: Kaş 100 yaşlı sənətkarımız bu gün də 

yaşayaydı... İlyas Əfəndiyev zirvəsindən baxırıq... Sanki bu 

zirvənin ətrafında İlyas Əfəndiyevin narahat ruhu dolaşır... 

Qarabağ həsrətli narahat ruhlu... 



I Aparıcı:               Əziziyəm Qarabağ, 

 Şəki, Şirvan, Qarabağ 

 Dünya cənnətə dönsə, 

 Yaddan çıxmaz Qarabağ. 

 Yaddan çıxmaz torpağın 

 Taleyini yıxanlar 

 İlahi bir səs deyir: 

 Sən səbr eylə, yazan var. 

 Yazan var sözlərini 

 Qəlbinə, ürəyinə 

 Halallıq qatılıbdır 

 Bu xalqın çörəyinə. 




36 

 

 Eh ey! 



 Dayan, səs gəlir. 

 Geriyə baxmayın övladlarım! Əsirlikdə qalan Vətən torpağı 

sizləri gözləyir. 

                            Bu səs unudulmaz yazıçımız İlyas Əfəndiyevin narahat ruhunun 

səsidir.  Nə  qədər  ki,  Qarabağ  torpağı  düşmən  tapdağı 

altındadır. Biz inanırıq ki, hörmətli Prezidentimizin uzaqgörən 

siyasəti  nəticəsində  o  torpaqlar  geri  qayıdacaq.  Ancaq  o  vaxt 

ölməz sənətkarımızın ruhu şad olacaq. Gəlin İlyas Əfəndiyevin 

həyatından bəhs xronikaya nəzər salaq.                         

II Aparıcı:           İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il may ayının 

28-də  Qaryagində  (indiki  Füzuli  şəhəri)  tanınmış  və  hörmətli 

tacir  ailəsində  anadan  olmuşdur.  Nəsilliklə  oxumuş  ruhani  və 

varlı  tacir  ailəsindən  çıxmış  Məhəmməd  kişi  1884-cü  ildə 

anadan  olmuşdur.  Onun  ata-babası  bütün Qarabağda tanınan, 

kasıba,  yoxsula  əl  tutan,  xeyirxah  və  alicənab  adamlar  idilər. 

Bu ailənin bir qolu tacir nəslinə mənsub olub alqı-satqı işlərilə 

məşğul  olmuşdur.  Digər  qolu  isə  ruhani  təhsili  almış,  savadlı 

axund və üləmalardan ibarət idi. 

I Aparıcı:              Əfəndiyevlər ailəsi Sovet hakimiyyəti dövründə, 30-cu 

 illərdə  ciddi  təqiblərə  məruz  qalmış,  onların  ata-baba  mülkü 

əllərindən  alınmış,  ailənin  bəzi  üzvləri  "xalq  düşməni"  kimi 

güllələnmiş,  bəziləri  həbs  edilərək  vətəndən  uzaqlara  sürgün 

olunmuşdur.  Yazıçının  atası  Məhəmməd  Əfəndiyevin  evi, 

böyük  mülkü,  bağı  zəbt  edilmiş,  "səs  hüququndan"  məhrum 

olunmuşdur.  Ağır  sıxıntı  və  ehtiyac  içərisində  yaşayan 

Məhəmməd Əfəndiyevin ailəsi mağazadan ərzaq malları, pal-

paltar  almaq  hüququndan  belə  məhrum  edilmişdir.  Lakin 

yazıçının  nənə  və  babaları  bolşeviklərin  ağalığından  əvvəlki 

illərdə yüzlərlə yoxsul ailələrə əl tutan, kasıblara kömək edən 

xeyirxah  və  səxavətli  adamlar  kimi  yadda  qaldıqlarından, 

qohum-qonşu  dar  ayaqda  bu  ailəyə  gizlin  də  olsa  kömək 

edirdilər. O illəri xatırlayaraq: 



 İlyas  Əfəndiyevin  rolunu  ifa  edən  oxucu  alqış  sədaları  altında  səhnəyə 

çıxır, xəyala dalır, üzünü tamaşaçılara tutub sözə başlayır: 

Ġ. Əfəndiyev:                "Bizim ailəmiz çox ağır vəziyyətdə idi. Atam səs 

 hüququndan  məhrum  edildiyi  üçün  uzun  illər  işsiz 

qaldı. Yeddi uşağın böyüyü mən idim. Atamın vaxtı ilə 

tikdirdiyi  böyük  evimiz  əlimizdən  alınmışdı.  Bizim 

doqquz  adamdan  ibarət  ailəmizə  hökumət  tərəfindən 



37 

 

zəbt  edilmiş  evimizin  ikinci  mərtəbəsində  iki  balaca 



otaq  vermişdilər.  Balaca  qardaşlarım  yemək  stolunun 

altında, üstündə yatırdılar". 



II Aparıcı:                      Çoxuşaqlı həmin ailədə ciddi nizam-intizam var idi. 

 Anaya məhəbbət, ataya hörmət ailədə ciddi əməl olunan 

qaydalardan idi. Ailədə böyük-kiçik seçilirdi, hərənin öz 

vəzifəsi  var  idi.  Uşaqlar  kiçik  yaşlarından  zəhmətə, 

əməyə alışmışdılar. Ata çox ciddi və zəhmli olsa da, ana 

mülayim və rəhmdil idi. Ailə üzvləri arasında qarşılıqlı 

hörmət  hökm  sürürdü:  təbiətə  məhəbbət,  mütaliəyə, 

kitaba  maraq  ananın  təsirindən  irəli  gəlmişdi.  Bütün 

müsəlman  ailələrində  olduğu  kimi  Əfəndiyevlər 

ailəsində də ata əsas şəxsiyyət idi və bütün problemləri o 

həll edirdi. 

                               Qarabağın aran rayonlarında yaşayan yüzlərlə başqa ailə 

 kimi Məhəmməd kişi də ailəsi ilə bərabər yay aylarında 

yaylağa  –  Şuşaya  köçərmiş.  İlyasın  uşaqlıq  illərinin 

müəyyən  hissəsi  Şuşada  keçdiyindəndir  ki,  yazıçının 

yaradıcılığında  Şuşa  və  Qarabağ  mövzusu  mühüm  yer 

tutur. 

I Aparıcı:                      Bu ailənin xoş günləri, İlyasın uşaqlıq illərinin sevincli 

 anları  1920-ci  ilin  aprel-may  aylarında  sona  yetmişdir. 

"Kulak"  damğası  vurulmuş  bu  ailənin  üzvləri  hərə  bir 

tərəfə dağılmış, təhlükəsizlik orqanlarının qorxusu, həbs 

olunmaq təhlükəsi qohumları bir-birindən aralı salmışdı. 

                             Yazıçının atası 30-cu illərin ədalətsizliklərinə, təqib və 

 təhqirlərə  dözmür,  uzun  illər  işsiz  qalır,  ailəsini 

dolandıra bilmir. Ağır xəstələnərək "səksən yaşlı qocaya 

dönmüş" Məhəmməd kişi 1934-cü ildə 50 yaşında vəfat 

edir. 


II Aparıcı:                      İ.Əfəndiyevin nənələri Fatma xanım və Bəyaz nənə, 

 anası Bilqeyis xanım geniş dünyagörüşlü, savadlı, şifahi 

xalq ədəbiyyatının onlarla nümunələrini, əfsanə, nağıl və 

dastanları  sinələrində  gəzdirən  el  ağbiçəkləri  olmuşlar. 

İlyasın  bir  gənc  kimi  formalaşmasında,  kitaba, 

ədəbiyyata, ümumiyyətlə mütaliəyə maraq oyanmasında 

anası Bilqeyis xanımın əvəzsiz xidmətləri olmuşdur. O, 

İlyasa yalnız analıq yox, Məhəmməd kişi vəfat etdikdən 

sonra,  müəllimlik,  yoldaşlıq,  həm  də  atalıq  etmişdir. 

Atası  ilə  o  qədər  də  "dil  tapa"  bilməyən,  onunla 




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə