Azərbaycan respublġkasi məDƏNĠYYƏt və turġzm nazġRLĠYĠ



Yüklə 0,59 Mb.
səhifə5/23
tarix25.06.2018
ölçüsü0,59 Mb.
#51353
1   2   3   4   5   6   7   8   9   ...   23

10 

 

adamlar kimi yadda qaldıqlarından, qohum-qonşu dar ayaqda bu ailəyə gizlin də 



olsa kömək edirdilər. 

   İlyas  Əfəndiyevin  bir  gənc  kimi  formalaşmasında,  onda  kitaba, 

ədəbiyyata, ümumiyyətlə, mütaliəyə maraq oyanmasında anası Bilqeyis xanımın 

əvəzsiz xidmətləri olmuşdur. O, İlyasa yalnız analıq etməklə kifayətlənməmişdir. 

Məhəmməd  kişi  vəfat  etdikdən  sonra  müəllimlik,  yoldaşlıq,  həm  də  atalıq 

etmişdir. 

          Gələcəyin  məşhur  yazıçısı  hələ  uşaq  yaşlarından  zəhmətə  alışmış, 

mütaliəyə böyük maraq göstərmişdir. 1921-ci ildə birinci sinfə gedən İlyas 1930-

cu ildə pedaqoji təmayüllü iki dərəcəli orta məktəbi ―əla‖ qiymətlərlə bitirmişdir.    

1933-cü  ildə  V.İ.Lenin  adına  Azərbaycan  Pedaqoji  İnstitutunun  ədəbiyyat 

fakültəsinin əyani şöbəsinə daxil olmuşdur. 

        1938-ci  ildə  bu  ali  təhsil  ocağının  coğrafiya  fakültəsinin  qiyabi  şöbəsini 

bitirmişdir. 

 

         1938-ci ilin axırlarında Bakıya gələn İ.Əfəndiyev ―Yeni yol‖, ―Kommunist‖ 



və  ―Ədəbiyyat  qəzeti‖  redaksiyalarında  işləmişdir.  İlk  mətbu  əsəri  ―Buruqlar 

arasında‖ oçerki 1938-ci ilin noyabrında dərc olunmuş, ―Berlində bir gecə‖ adlı 

ilk hekayəsi ―Ədəbiyyat qəzeti‖nin 1939-cu il 26  yanvar tarixli nömrəsində çap 

olunmuşdur. 

 

      1939-cu  ildə  nəşr  edilmiş  ―Kənddən  məktublar‖  kitabı  İ.Əfəndiyevə 



―ədəbiyyat  dünyası‖na  çıxmaq  səlahiyyəti  vermişdir.  O,  1943-cü  ildə  Mehdi 

Hüseynlə  birlikdə  ilk  dram  əsəri  olan  ―İntizar‖  pyesini  yazmış  və  bununla  da 

yazıçının Azərbaycan Milli Teatrı ilə 50 ildən çox bir müddətdə davam etmiş sıx 

yaradıcılıq əməkdaşlığının əsası qoyulmuşdur. 

 40-cı  illərin  sonunda  o,  artıq  özünü  bir  nasir  və  dramaturq  kimi  tanıtmış, 

əsərləri 

haqqında 

mətbuatda 

yazılar 

dərc 


olunmuşdu. 

Yaratdığı  əsərlərlə  oxucunu  düşündürmək,  hisslərinə  hakim  kəsilmək,  onu 

gözəlliklər  aləminə  çəkib  aparmaq,  haqq-ədalət  uğrunda  mübarizəyə 

ruhlandırmaq,  həqiqətin  tapılmasında  hər  kəsə  yardımçı  olmaq  kimi  ali 

keyfiyyətlər  az-az  qələm  sahibinə  nəsib  olur.  Dərin  məna  tutumu,  ictimai  fikrə 

hakim  kəsilmək  gücü  ilə  bir-birini  tamamlayan,  XX  əsr  Azərbaycan  cəmiyyəti 

həyatının  bütün  sahələrini  güzgü  kimi  əks  etdirən  aktual  əsərləri  ilə  xalqın 

məhəbbətini  qazanan  İlyas  Əfəndiyev  belə  xoşbəxt  taleli  sənətkarlardandır. 

Onun qələmindən çıxan hər söz, hər cümlə ―Bahar suları‖ kimi canlı və qaynar 

idi.  Onun  ―Söyüdlü  arx‖ından  XX  əsr  Azərbaycan  lirik  nəsri  su  içdi, 

―Körpüsalanlar‖ı qəlblərə sevgi, məhəbbət, səmimilik körpüsü saldı.  

Masa  arxasında  üç  dostun  -  qələm,  kağız  və  sənətkar  düşüncəsindən 

yaranan  ―Dağlar  arxasında  üç  dost‖u  isə  dağlar  qədər  ucalaraq  mənsub  olduğu 

xalqın kökü əsrlərin dərinliklərindən gələn ədəbiyyatının zirvəsinə qalxdı. 

 XXI  əsrin  ikinci  onilliyinin  başlanğıcının  prizmasından  baxanda  iyirminci  və 

iyirminci birinci yüzilliklərin qovuşuğunda, 1996-cı ilin bir payız günündə adına 




11 

 

əbədiyyət  deyilən  sirli-sehrli  bir  aləmə  qovuşan  İlyas  Əfəndiyevin  qələminin 



məhsulu  olan  hər  bir  romanın,  povestin,  dram  əsərinin  bənzərsizliyinin    şahidi 

olursan. 

 

       Vaxtilə  bu  böyük  söz  ustadının  özünün  sadiq,  sayı  milyonlarla  ölçülən 



oxucularına  yaratdığı  obrazlar  vasitəsilə  aşılamağa  çalışdığı  əsas  keyfiyyətlər  - 

insani  borc,  vətəndaş  vəzifəsi,  fərd  və  cəmiyyətin  qarşılıqlı  münasibəti,  ailə  və 

əxlaq,  bəşərilik,  millilik  problemləri  bu  gün  də  aktuallığını,  dəyərini  qoruyub 

saxlamaqdadır. 

 

        Bax,  bu  səbəbdən  İlyas  Əfəndiyevin  50-60  il  bundan  əvvəl  qələmindən 



süzülən  dəyərli  sözlər,  müdrik  kəlamlar  bu  gün  də  sevilə-sevilə  oxunur,  daha 

böyük  aktuallıq,  daha  böyük  məna  kəsb  edir  və  min  illər  bundan  sonra  da  belə 

olacaqdır. 

       İ.Əfəndiyevin bir gənc kimi yetişməsində, mütaliəyə, ədəbiyyata, elmə böyük 

maraq göstərməsində, hər şeydən əvvəl ailə tərbiyəsinin çox mühüm təsiri 

olmuşdur. Həmçinin, onun oxuduğu və dərs dediyi məktəbin kollektivi, boya-

başa çatdığı bölgənin ictimai-mədəni mühiti, gənclik illərində böyük həvəslə 

mütaliə etdiyi ―Qızıl Araz‖ adlı rayon qəzeti, işlədiyi mətbuat orqanları, Bakı 

ədəbi mühiti çox böyük təsir göstərmişdir. 

 Habelə Azərbaycan Dövlət Radio Komitəsində, Bakı kinostudiyasında, 

―Azərnəşr‖də çalışarkən ədəbi ictimaiyyətlə bilavasitə təmasda olmuş, həyatı 

dərindən öyrənmiş, dünyagörüşünü daim artırmışdır. 

 

           İlyas Əfəndiyev çoxşaxəli yaradıcılıq yolu keçmiş sənətkarlardandır. Əgər 



biz onun həyat və yaradıcılıq yolunun hər hansı bir ilini, yaxud qısa bir dövrünü 

ciddi xronoloji ardıcıllıqla izləsək, maraqlı bir mənzərənin şahidi olarıq: yazıçı 

eyni dövr ərzində hekayələr yazmaqla yanaşı, istedadlı bir dramaturq kimi də 

fəaliyyət göstərmiş, irihəcmli roman və povestlərlə bərabər oçerk və məqalələr də 

ərsəyə gətirmiş, konfrans və qurultaylarda məruzələrlə çıxış etmişdir.  

O, ədəbiyyatın bütün janrlarında kamil sənət nümunələri yaratmışdır ki, bu 

da yazıçının sənət palitrasının müxtəlif çalarlarından, dünyagörüşünün genişliyi 

və yaradıcılıq intellektindən xəbər verir. 

 

             Özünəməxsus yaradıcılıq üsulu ilə XX əsr Azərbaycan ədəbiyyatının 



əvəzolunmaz simalarından biri kimi tarixə düşmüş İlyas Əfəndiyevin zəngin 

nəsrinə ―Söyüdlü arx‖, ―Körpüsalanlar‖, ―Dağlar arxasında üç dost‖, 

―Sarıköynəklə Valehin nağılı‖, ―Geriyə baxma, qoca‖, ―Üçatılan‖ və s. roman və 

povestləri, dramaturgiyasına ―İşıqlı yollar‖, ―Bahar suları‖, ―Atayevlər ailəsi‖, 

―Sən həmişə mənimləsən‖, ―Mənim günahım‖, ―Unuda bilmirəm‖, ―Məhv olmuş 

gündəliklər‖, ―Qəribə oğlan‖, ―Mahnı dağlarda qaldı‖, ―Bağlardan gələn səs‖ və 

s. daxildir. O, pyesləri ilə teatr sənətimizdə yeni bir mərhələ açmış, ―İlyas 

Əfəndiyev teatrı‖ yaratmışdır. 




Yüklə 0,59 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə