Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə34/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   176

 

104 


geymə ipək, gey yun). 

Qaraqoyunlu CahanĢah Həqiqi isə deyir: “Nun” (  N ), “Mim” 

(م),  “Dal”  (د)-a  təhsin”.  Bu  hərflərin  toplusu  “Nəməd”  (دمZ)  sözünü 

əmələ gətirir ki, bu da farsca “Yun” deməkdir. Ərəbcə dil qaydalarına 

görə  “Suf”  kəlməsindən  “Təsəvvüf”  kəlməsini  əldə  etmək  müm-

kündür.  Ərəblər  köynəyə  “Kamis”,  köynək  geyənə  “Təkəmməs” 

dedikləri  kimi  “Suf”-  yun  köynəkdir,  onu  geyənə  “Təsəvvüf”  de-

miĢlər. ”Təsəvvüf” əhlinə daxil olan Ģəxslərə “Mütəsəvvüf” demiĢlər. 

Azərbaycanın  cənub  hissəsi,  Türküstan,  Ġranın  ġimalı-ġərqi 

sufizmin əsas mərkəzi  olmuĢdur ki,  əsası  VIII  əsrdə qoyulmuĢdur. 

Ədəbiyyatda təsəvvüf axını geniĢ və sürətlə yayılmıĢdır. Baba Kuhi 

(933-1051),  Hakim  Sənai  (1072-  1131),  Əhməd  Yəsəvi  (1103  -

1166),  Firudin  Əttar  (1119-1193)  kimi  böyük  mütəsəvviflərdən 

baĢlayıb Əbdürrəhman Cami (1414-1522) kimi böyük alim-Ģairlərə 

qədər  gəlib  çıxmıĢ,  sonra  da  davam  etmiĢdir.  XIII  əsrdə  təsəvvüf 

ədəbiyyatının tanınmıĢ nümayəndələri “Kəlamlar” adı ilə Azərbay-

can dilində böyük “Divan” yaratmıĢ Beyrək QuĢçuoğlu, bu dövrün 

görkəmli  alim-Ģairləri  olan  Cəlaləddin  Rumi,  Hacı  BektaĢ  Vəli, 

Yunus Əmrə, daha sonrakı əsrlərdə Qazi Bürhanəddin, Xətai, Nəi-

mi, Nəsimi, Həqiqi və baĢqaları olmuĢlar. “Qızıl gül kədərlə qönçə-

də  bağlı  qaldığı  kimi;  Mən  də  tənhalığı  və  tanrıya  sitayiĢi  seçmi-

Ģəm”  -  deyən  ġeyx  Nizami  Gəncəvi,  “Bir  əlimizdə  qədəh,  birində 

Quran;/Gah  ayıq  oluruq,  gah  sərxoĢ”  -  deyən  Məhsəti  Gəncəvi, 

“Kimi  huĢyar  görsən  sən,  ona  ver  cami-mey,  saqi;  Bihəmdillah, 

Füzuli  məstdir  vəhdət  Ģərabından”  -  deyən  Füzuli,  “Mənim  tanrım 

gözəllikdir,  sevgidir”  -  deyən  Hüseyn  Cavid,  “Mənim  ustadım 

Hafizdir,  məscidim  isə  meyxanədir”-  deyən  Mirzə  ġəfi  Vazeh 

Ģeirlərində təsəvvüf düĢüncəsi hiss olunmaqdadır. 

Təsəvvüfün  iki  önəmli  cəhəti  vardır:  Tərbiyə  almaq  və  bilik 

qazanmaq. Təsəvvüf təlim və tərbiyəsində zikr etmək, təzkiyə (qəlbi 

təmizləmə, paklanma), təsviyə (ruhən saflaĢma,  zənginləĢmə), rəb-

banilik, mücahidə (nəfsə cihad etmək) etmək kimi əsaslar və gözəl 

nümunə ideyası təsəvvüf həyatının əsas Ģərtlərindən sayılır. Təsəv-

vüf fikihlə, hədislə, təfsirlə və digər islami elmlərlə sıx bağlıdır. 

Təsəvvüfdə  bilik  qazanmaq  özünü  tanımağa,  özünü  dərk  et-

məyə xidmət edir. Təsəvvüf elmi insana öncə özünü tanıma, sonra 

Allahını tanıma yollarını göstərir. 



 

105 


Böyük  mütəsəvvüf  ġihabəddin  Sührəverdinin  “Təsəvvüf” 

anlayıĢının Ģərhindən anlamaq olur ki, bu pedaqoji dillə desək insa-

nın  özünütərbiyəsi,  özünükamilləĢdirməsi,  özünütəsdiqi  və  mənən 

zənginləĢməsidir. O belə deyir: “Sufilik edən kəs özünə hesabat (əl- 

mühasebə), özünənəzarət (əl-müraqəbə) və özünümüĢahidə (əl-mü-

Ģahidə)  yolu  ilə  rəzilliklərdən  çəkinib  nəfsini  paklandırmalı  və 

kamilləĢdirməlidir”. 

Təsəvvüf  əhli  göstərir  ki,  Ġman  (Ġslamı,  Quranı,  peyğəmbəri 

qəbul edənlər) və Ġslamdan (Ġslam qayda-qanunlarını yerinə yetirən-

lər) sonra Ġhsan (Allahı qəlblərində görüb, hiss edənlər) səviyyəsinə 

yüksələnlər  ən  böyük,  ən  gözəl  sevgili  olan  Allahı  öz  daxillərində 

görmənin  Ģövq  və  həyəcanı  ilə  yaĢaya  bilirlər.  Bu  həyəcan  isə 

insanlara Allahın yaratdığı hər Ģeyi sevməkdir.Hər Ģeyi sevmək Al-

lahı sevməyə qayıdır. Bu sevginin içərisində ən gözəli və ən Ģərəfli-

si  olan  insanı  sevmək,  onu  yüksək  qiymətləndirməkdir  Ġnsanoğlu-

nun ən uzun axtarıĢı “Özünü axtarıĢ” olmuĢdur. Təsəvvüf də insanın 

kainatda özünü tanıma səylərinin nəticəsidir. Ġnsan özünü tanımağa 

yönələrkən  “Yaradan  və  yaranmıĢ”  haqqında  düĢüncə  ilə  baĢ-baĢa 

qalır. Bu iki qavramın vəhdətdə, birlikdə qəbul edilməsi təsəvvüfün 

əsasını  təĢkil  edir.  “Vəhdəti-vücud”  (“Tək  varlıq”)  anlayıĢı  ilə  var 

olan  tək  “O”dur.  Var  olan  “O”dursa,  insan  da  “O”dur,  “haq”da 

“O”dur. Varlıq tək “O”dur. “O”na çatmağın yolu isə eĢqdir. 

Təsəvvüf  mahiyyətli  Ģeirlərdə,  Allahın  dərkinə  göstərilən 

cəhdlər  eĢq  və  məhəbbətlə  eyniləĢdirilir  və  Allahın  özü  “Dost”, 

“Yar”, “Haq”, “Sevgili” adlandırılır. 

Təsəvvüf  əhli  yaĢarkən  həyatdan  mənəvi  zövq  və  həzz  alır, 

dünyaya  sevgi  ilə  baxır,  bütün  yaradılmıĢları  Allah  yaratdığı  üçün 

və Allah sevdiyi üçün sevir və hər bir maddiyyətdə məna axtarır. 

“Təsəvvüf” nəfsə yenmək, dünya naz-nemətlərindən uzaq ol-

maq,  dünya  malından  qaçınmaq,  hər  an  əxlaqiləĢmə,  mənəviyyatı 

zənginləĢdirmə, “bilik müsəlmanın itiyidir”-deyə həmiĢə, hər yerdə 

bilik axtarmalı, hər cür biliklərə yiyələnmək deməkdir. 

Təsəvvüf təfəkkürü təkcə ədəbiyyatda, pedaqoji fikirdə deyil, 

bütün  sənət  əsərlərində,  belə  düĢüncədə  olan  insanların  bütün  fəa-

liyyətində öz əksini tapmıĢdır. Erkən orta əsrlər dövründə milli üs-

lubda  ucaldılmıĢ  məscidlərdə,  təkkələrdə,  evlərdə,  imarətlər  və 

mehmanxanalarda təsəvvüf təfəkkürü duyulmuĢdur. 



 

106 


XII  əsr  Naxçıvan  memarlığında  Əcəmi  Əbu-Bəkr  Naxçıvani 

yaradıcılığı  Ġslam  əxlaqı  və  təsəvvüf  düĢüncəsi  ilə  zəngidir.  Onun 

Naxçıvanda  ucaltdığı  Mömünə  xatun  türbəsi  özünəməxsus  memar-

lıq  üslubu,  təsvir  və  qavrayıĢlı  görünüĢü  ilə,  on  üzündə  təkrarlan-

mayan mənalı naxıĢları, yazıları və kitabələri ilə bir mənəviyyat abi-

dəsidir.  Türbənin  yuxarı  hissəsində  “Allah”  sözü  yazılmıĢ  və  on 

üzlü türbənin bütün kənarları “Yasin” surəsinin mətni ilə haĢiyələn-

miĢdir.  Mömünə  xatun  türbəsinin  bir  kitabəsində  yazılmıĢ  müdrik 

fikir Əcəminin fəlsəfi dünyabaxıĢı, əbədiyyət düĢüncəsi öz əksimni 

tapmıĢdır: 



“Təlatüm içrə biz, sükunətdə daim rüzigar

Köçərik dünyadan, amma bu qalar yadigar”. 

Bu  dövrün  sənətkarları  gördükləri  hər  hansı  bir  iĢi  və  ya 

yaratdıqları  hər  bir  əsəri  özlərində  inandıqları  ilahi  bir  güclə  edir-

dilər.  Onlar  sənət  əsərlərini  Tanrı  sənətinə  uyğun  olan  bir  ölçüdə, 

gözəl  biçimdə  olması  üçün  çalıĢırdılar.  Bu  əsərləri  Allahın  qulları 

bəyənsin deyə deyil, Allah bəyənsin deyə gözəl, sağlam və mükəm-

məl bir halda hazırlayırdılar. 

Təsəvvüf erkən orta əsrlərin kamil insanının, bütöv hərtərəfli 

irıkiĢaf etmiĢ Ģəxsiyyətin yetiĢməsinə öz qüvvətli təsirini göstərmiĢ-

dir ki, bu düĢüncə nümayəndələrinin ideya və baxıĢlarına, pedaqoji 

düĢüncələrinə, tərbiyə haqqında fikirlərinə nəzər yetirək. 

 

 

4.6. Mövləvilikdə tərbiyə 

 

Mövlana Cəlaləddin Rumi (1207-1273) Хоrasanın Bəlх Ģəhə-

rində  dünyaya  gəlmiĢ,  Kоnyada  yaĢamıĢ  və  türk  dünyasının  böyük 

mütəfəkkiri, təsəvvüf ədəbiyyatının görkəmli Ģairi kimi tanınmıĢdır. 

Ya оlduğun kimi görün, ya göründüyün kimi оl”!- məĢhur kəla-

mı Rumiyə məхsusdur. О, insanları təbiiliyə, səmimiliyə, çağırmıĢ, 

hər cür sünilik, təkəbbür və lоvğalıqdan uzaq оlmağı məsləhət gör-

müĢdür.  Оnun  əхlaqi-didaktik  fikirləri  25618  beytdən  ibarət  оlan 

Məsnəvi”sində  və  30000  beytdən  ibarət  оlan  “Divan-i  Kəbir” 

əsərində, habelə “Fihi  Ma Fih”(“Nə varsa içindədir”), “Məclis-i 



Səb`a”(“Yeddi məclis”) əsərlərində əksini tapmıĢdır. 


Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə