101
miĢdir.
Sultana göndərilən bu hədiyyyə, xüsusi nüsxə olaraq qızıl
suyu ilə yazılmıĢ, almaz qaĢlarla bəzədilmiĢ və qalın gümüĢ qutuda
yerləĢdirilərək Xeyriyyə Cəmiyyətinin üzvü müəllim və pedaqoq,
görkəmli Ģair, ictimai xadim Abdulla ġaiqin qardaĢı Axund Yusif
Talıbzadə (Yusif Ziya adı ilə də məĢhurdur) tərəfindən 1907-ci ilin
19 avqustunda Sultan Əbdül Həmidə təqdim edilmiĢdir.
Böyük ədib və Ģairimiz Abdulla ġaiq böyük qardaĢı Axund
Yusif Talıbzadənin Türkiyə səfəri haqqında belə yazmıĢdır: “Bakı
qazisi Mir Məhəmməd Kərim Mir Cəfərzadə Quranı Azərbaycan
dilinə tərcümə edib məĢhur sərvətdar Hacı Zeynalabdın Tağıyevin
pulu ilə çap etdirmiĢdir. Hacı tərcümənin əlli nüsxəsini qızıl suyu
ilə çap etdirib qiymətli cildə tutdurmuĢdur. Bu nüsxələrdən birinin
cildini qalın gümüĢdən yapdırıb ortasına da “La ilahə illəllah,
Mühəmmədən Rəsulillah” sözlərini yazdırmıĢ və qardaĢım Axund
Yusif Talıbzadə vasitəsilə həmin nüsxəni Türkiyə Sultanına hədiyyə
göndərmiĢdir”.
Osmanlı arxivində mühafizə edilən yazılı bir sənədə əsasən
Axund Yusif Talıbzadə - Xeyriyyə Cəmiyyətinin idarə iĢlərində
vəzifə daĢıdığını, ziyalı bir ailədən gəldiyini, Rus ali məktəbindən
məzun olduğunu, müsəlman əhalisinin mənən və dinən xilafət
məkanına daha qüvvətli bağlanması və onların aydınlanması üçün
nəĢr etdirdiyi günlük “Təzə həyat” qəzetində yazarlıq yapdığını
saray nazirlərinə bildirdikdən sonra, Bakıda Ġslam Xeyriyyə Cəmiy-
yətinin qurucusu və rəhbəri olan Hacı Zeynalabdin Tağıyevin təqib
etməyə çalıĢdığı xətti hərəkəti saray üzvlərinə belə bildirmiĢdir:
1) Ġndiyə qədər Qafqaz Türkləri yazıĢmalarında yalnız farscadan
istifadə etmiĢlər. Bundan sonra farscanın yerinə ana dilimiz olan
türkcənin istifadə edilməsi və geniĢləndirilməsi; 2)Məktəb kitabları-
mızın türk dilində yazılması; 3) Məktəblərimizin proqramlarının
Osmanlı Maarif proqramına müvafiq tərtib edilməsi; 4) Mərkəzi
idarəsi Bolqarıstanın Varna Ģəhəri ilə Ġranın Urmiyə Ģəhərlərində
yerləĢən Erməni-Amerikan və Erməni-Proteston Komitələri Qafqaz
və Azərbaycan türklərini xilafət məqamına bağlılıqdan və müqəd-
dəs qaye olan Ġslam ittihadından uzaqlaĢdırmaq üçün ərəbcə, türkcə,
farsca və kürdcəyə vaqif olan ermənilər Qafqaza zərərli nəĢriyyatlar
soxurlar. Bunları bir an öncə təsirsiz hala gətirmək və Qafqaz
102
müsəlmanlarına təsirini önləmək üçün qarĢı nəĢriyyatda bulun-
mağımız gərəkir; 5) Qafqazdan Ġrana, Misirə və Avropaya fərarilik
edib, oralarda tutulmayanların bir daha Qafqaza dönmələrinə izin
verilməməsi; 6) Uyğun bilinən məktəb müdirləri və müəllimlərin
Osmanlı hökümətindən Qafqaza göndərilməsinin təmin edilməsi;
7) Dini kitabların və təfsirlərin, peyğəmbərimizin hədisləri, əxlaqi
kitablar və bu mövzuda yararlı təmimlərin yayınlanması .
Axund Yusif Talıbzadə Bakı Müsəlman Xeyriyyə Cəmiyyəti-
nin və onun sədri H.Z.Tağıyevin həyata keçirmək istədiyi əsas
məsələləri bu Ģəkildə saray üzvlərinə anlatdıqdan sonra Qurani -
Kərimin Hacı tərəfindən hazırlatdırılmıĢ üç cildlik türkcə təfsirini,
onun (H.Z.Tağıyevin) yazdığı bir məktubla birlikdə, Osmanlı
Dövlətinin PadĢahı II Əbdülhəmidə təqdim etmiĢdir.
Sultan Əbdülhəmid də bunun əvəzində brilyantla iĢlənmiĢ
Osmanlı dövlətinin ən böyük, ən üstün medalını - birini H.Z.Tağı-
yevə, o birini də Axund Yusif Talıbzadəyə təqdim etmiĢdir.
TapĢırıqlar
AĢağıdakılarla bağlı Ģərh verin:
1. Ġslamiyyətdə tərbiyə məsələləri.
2. Ġslam tərbiyəsinin üsulları.
3. Ġalam tərbiyəsinin prinsipləri.
4. Qurani Kərimdə tərbiyə məsələləri.
5. H.Z.Tağıyevin maarifçilik fəaliyyəti haqqında.
6. H.Z.Tağıyev və Quranı-Kərimin tərcüməsi haqqında.
Ədəbiyyat
1.
Qurani-Kərim. Bakı: AzərnəĢr, 1992.
2.
Ot kökü üstə bitər: Akademik Kamal Talıbzadə ilə müsahibə.
“Xalq” qəz. Bakı, 5 iyun 1999.
3.
Talıbzadə Kamalın təqdimatında Abdulla ġaiqin “Sultana
Quran aparılması” məqaləsi. “Elm” qəz. mart 1992, № 6 (403).
4.
Talıbzadə K.A. Axund Yusif Talıbzadə. “Odlar yurdu” qəz. 10-
17 sentyabr 1992, № 26; 24-30 sentyabr, 1992, № 27.
5.
Həbibov Ġsa. Kamal Talıbzadəyə məktub (21 may, 1987-ci il,
Naxçıvan Ģəhəri), Abdulla ġaiqin Mənzil Muzeyinin arxivi, qovluq.
103
6.
ġeyxülislam AllahĢükür PaĢazadə. Qafqazda Ġslam: Tarixilik və
müasirlik. Bakı: Azərbyacan Dövlət NəĢriyyaü, 1991.
7.
Hacı Sabir Həsənli. Ġslam mədəniyyətində elm. Bakı: Elm və
həyat, 1998. № 5.
8.
Məmmədov K.A. ġərq pedaqoji fikir tarixindən (Tədris vəsaiti).
Bakı: Mütərcim, 2011.
9.
Hüseynzadə R.L. Bakı milyonçusu, maarifpərvər xeyriyyəçi
H.Z.Tağıyevin Sultana hədiyyəsi // Azərbaycan məktəbi, 2011, № 3.
4.5. Təsəvvüfdə tərbiyə məsələləri
Erkən orta əsrlər dövründə Azərbaycanın ictimai-siyasi, mə-
dəni-maarif həyatında, Ģəxsiyyətin tərbiyə və təlimində, pedaqoji
fikrində sufilik hərəkatı geniĢ vüsət almıĢdır ki, bu hərəkatın mahiy-
yətini bilmədən o dövrün ədəbiyyatını, mədəniyyətini, mənəviy-
yatını, pedaqoji fikirlərini anlamaq çətin olar.
Ġslamda yaranmıĢ mistik hərəkat sufilik adlanmıĢdır. “Misti-
ka” ingiliscə “Tanrıya dönüĢ” anlamını verir. Sufilik özünə məxsus
bir həyat olmaqla maddiyyəti özündən uzaqlaĢdırmaq və hər cür
maddi istək və arzuya qarĢı daxili mübarizədir. Təsəvvüf Ġslam qay-
naqlı olub, müsəlmanların mənəvi həyatının təbii nəticəsi olaraq
meydana çıxmıĢdır. Təsəvvüfün əsas nüvəsi Quran və hədislərdir.
Təsəvvüfün özünə məxsus tərbiyə, əxlaq prinsipləri mövcud
olmuĢdur. Təsəvvüf bir ədəbdir, pis xasiyyətləri tərk edib, gözəl
xasiyyətlər qazanmaqdır, kimsədən inciməmək, kimsəni incitmə-
məkdir, nəfsə qarĢı bir mübarizədir, hər kəsin yükünü çəkmək, kim-
səyə yük olmamaqdır, bütün insanlara sevgi ilə baxmaq və onları
özünə dost bilməkdir.
Təsəvvüf sözünün kökü haqqında müxtəlif fikirlər vardır.
Bunların ən tutarlısı dil qaydalarına və tarixi gerçəkliyə uyğun olan
“Təsəvvüf” ün kökü olan “Sufi” sözünün “Suf” sözündən (yəni
“Yun”) alındığını söyləyən görüĢdür. ġihabəddin Sührəverdi bu
mövzuda bir çox fikirləri təhlil etmiĢ və göstərmiĢdir ki, Sufilər yun
paltar geydiklərindən onlara sufi deyilmiĢdir. MəĢhur hurufi Ģair
Nəsimi bu mənada demiĢdir: “Geymə atlas, gey gilən Ģali sən” (yəni
Dostları ilə paylaş: |