Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə41/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   37   38   39   40   41   42   43   44   ...   176

 

124 


görməməli;  12)  Kərəm  sahibi  olmalı  (ətrafındakı  insanlarla  xoĢ-

rəftar  olmalı,  onlara  hədiyyələr  verməli);  13)  Təvəkkül  sahibi  ol-

malı; 14) Təslim və riza sahibi olmalı (haqqa təslim olmaq və daim 

ondan  razı  qalmaq);  15)  Qəzaya  riza  göstərməli;  16)  Təvazökar 

olmalı və əhdə vəfa göstərməli; 17) Səbrli, təmkinli olmalı; 18) Əhd 

edib, söz verdiyini yerinə yetirməli. 

BektaĢinin  həmiĢə  özündən  əmin  olması,  son  nəticədə  bütöv 

bir toplumun bir-birindən əmin olmasına gətirib çıxarır. “Müsəlman 

kimdir?”  sualına  Məhəmməd  Peyğəmbər  (s)  belə  cavab  verir:  – 

“Müsəlman,  müsəlmanın  əlindən,  dilindən  əmin  olan  kimsədir”. 

Yəni əlinə, dilinə sahib olmaq müsəlman olmağın vacib Ģərti hesab 

edilmiĢdir.  Demək,  BektaĢi  tərbiyə  sisteminin  qaynağı  Həzrəti 

Peyğəmbərin (s) hədislərindən irəli gəlmiĢdir. 

 

 



4.8. Hürufilikdə tərbiyə 

 

Azərbaycanın  orta  əsrlər  ictimai,  dini-fəlsəfi,  pedaqoji  və 

ədəbi-mədəni  gеrçəkliyində  sufizmin  əhəmiyyətli  qollarından  biri 

Hürufizmdir.  Pantеist  dini-fəlsəfi  düĢüncəni  əsas  götürən  bu  cərə-

yan əsasən XIV-XV  yüzilliklər Azərbaycan ədəbi-mədəni, ictimai-

siyasi və pedaqoji mühiti ilə o qədər sıx və əsaslı Ģəkildə qaynayıb 

qovuĢur  ki,  onu  nəzərə  almadan  həmin  dövr  ədəbi-pedaqoji  fikri 

dərk еtmək mümkün dеyildir. 

Təkcə  onu  dеmək  kifayətdir  ki,  orta  əsr  Azərbaycan  ədəbiy-

yatının ən böyük ədəbi siması və bu dövr ana dilli Ģеirimizin ustadı 

Ġmadəddin  Nəsimi  hürufizmin  ən  görkəmli  nümayəndəsidir.  Onun 

bənzərsiz  Ģеirlərinin  çoxu  hürufilik  idеyalarının  bədii  ifadəsinə  və 

təbliğinə xidmət еdir. 

Hürufi dedikdə hərf elmi ilə məĢğul olan, hərflərdə bir məna 

axtaran,  hərflərə  müqəddəs  varlıq  kimi  baxan  inanc  sahibi  baĢa 

düĢülür.  Ümumiyyətlə  ərəb  əlifbasının  hər  bir  hərfində  bir  məna 

mövcuddur. Bu həm dini, fəlsəfi mənada bir məna, həm də “Əbcəd” 

hesabında müəyyən bir rəqəmi, ədədi bildirir. 

“Hüruf”- “Hərf” kəlməsinin cəmidir.Yəni “Hərflər”. Hürufili-

yə görə varlıq səslərdən ibarətdir. Səs və hərf sözlərdə öz əksini ta-




 

125 


pır.  Sözlər  hərflər  üzərində  qurulur  və  insanlar  tərəfindən  ifadə 

olunur. 


Kainat  Tanrının  “Ol”  kəlməsindən  meydana  gəlmiĢdir  ki,  bu 

da  səs  vasitəsi  ilə  ifadə  olunmuĢudr.  Səsin  iĢarəsi  hərflərdir.  Ona 

gərə  də  hərflər  müqəddəsdir.  Hər  bir  hərfin  mənası  və  bir  anlamı 

vardır. Ġnsan hərflərin daxili rəmz və mənalarını dərindən öyrənər-

kən ilahi aləmin sirlərini də öyrənmiĢ olur. 

Məsələn, “Əlif” (ا) hərfi özündən sonra gələn heç bir hərflə bir-

ləĢmədiyi  üçün  çoxluğa  yaxın  düĢməmiĢdir,  o  təkdir.  Bu  hərf  baĢ-

lanğıc  hərfdir  və  Allahı  simvolizə  edər.  BaĢlanğıc  Allah  olduğuna 

görə, hər Ģey Ondan sonra gəlir. Təsəvvüfdə kamil, yetkin insan ərəb 

hərfləri  arasında  Əlif  (ا)  hərfinin  rəmzidir.  Botanlka  aləmində  lalə 

budağının  dim dik olması ərəb əlifbasında  “Əlif”lə müqayisə  edilir. 

Lalə  kəlməsinin  yazılıĢı  ilə  Allah  kəlməsinin  yazılıĢı  eyni  hərf-

lərlədir.  Allah  kəlməsində  1  Əlif,  2  Lam,  1  he  hərfləri  vardır.  Əlif 

hərfinin əbcəd dəyəri 1, lam hərfinin 30, he hərfinin isə 5-dir. Buna 

görə  də  “Lalə” ilə  “Allah” kəlmələrinin  əbcəd  hesabı ilə  dəyəri  66-

dır.  “Lalə”  ərəb  hərfləri  ilə  yazıldığında 

 tərs  tərəfdən 

oxunanda ortaya “Hilal” – yəni aypara kəlməsi çıxır

Qeyd edək ki, aypara islam aləmində geniĢ yayılmıĢ bir sim-



voldur. Aypara bayrağımız üzərində dalğalanır. Ayparanı qəbirüstü 

daĢlarda,  xalçalar,  abidələr  üzərində  görmək  olar.  Nədir  ayparanın 

sirrı?  Niyə  bu  qədər  geniĢ  yayılmıĢdır?  Belə  ki,  aypara  ərəbcə 

“Hilal”  deməkdir.  “Hilal”  ərəbcə  yazılıĢına  görə  “h”,  “l”  “a”  “l” 

hərflərindən əmələ gəlir. “Allah” kəlməsi də bu hərflərdən düzəlir. 

Hər iki sözdəki hərflərin cəmi “Əbcəd” hesabında “66”- dır. Demək 

Aypara (Hilal) Ġslamiyyətdə Allahın simvolu kimi qəbul edilmiĢdir. 

Yaxud, “Vav” hərfi də (و) müqəddəs hərflərdən sayılır. Öz ya-

zılıĢına və quruluĢuna görə əsas üç məna ifadə edir: 1)Ana bətnin-

dəki  insanı  xatrladır;  2)“O”  -  Allahın  özünü  xatırladır;  3)“Ol”- 

Allahın  ilk  sözünü  xatırladır.  “Vav”  əbcəd  hesabında  6  rəqəmini 

ifadə edir ki, bu həm kainatın simvolu, həm də imanın 6 Ģərtini (Al-

laha  iman,  Peyğəmbərlərə  iman,  Allahın  kitablarına  iman,  Axirət 

gününə iman, Qəzavü-qədərə iman, Allahın mələklərinə iman) ifadə 

edir. 



 

126 


Ġslam  alimlərinə  görə  təssəvvüfdə,  əbcəd  hesabında  Allah 

kəlməsinin  qarĢılığı  66-dır.  Bu  bir  birinə  kilidlənmiĢ  iki  “Vav” 

hərfinin  yazılıĢı  ilə  meydana  gəlib  Allahı  anladır.  Ona  görə  də 

“Vav”  birliyi,  bərabərliyi  bildirir.  “Vav”  Allahın  99  adından  biri 

olan ”Vahid” ismini bildirir və “Vəhdət”in simvoludur. “Vav” həm 

də qulu təmsil edir. Ana qarnındakı uĢağa bənzəyir. Ġnsan dünyaya 

“Vav” formasında gəlir və sonra həyatı boyunca “əlif”- (ا ) kimi düz 

olur,  daha  sonra  da  “Vav”  formasında  da  əyilir,  dünyadan  köçür. 

“Vav”-ın  yazılıĢında  bir  gözəllik,  estetika  olduğundan  xəttatlar  da 

ən çox “Vav” hərfi üzərində çalıĢmıĢlar. “Vav” hərfi həmçinin ərəb 

əlifbasında v, o, ö, u, ü, səslərinin qarĢılığını veirir. 

Ġbadət  yerlərinin  qapısı  önündə,  padĢah,  Sultan  saraylarının 

namaz  qılınan  yerlərinin  qapısı  baĢında,  ki  bu  qapı  da  adam 

boyundan  aĢağı  yapılır  və  üstündə  üz-üzə  yazılmıĢ  iki  “vav”  hərfi 

yazılırdı.  Bu  Allahın  simvolu  kimi  qəbul  edilirdi  və  bura  ibadət 

üçün  içəri  girənlər  baĢ  əyərək  bu  qapıdan  içəri  keçərmiĢlər.  Ġki 

“vav”ın  qarĢı  qarĢıya  yazılması  həmçinin  ürəyin,  qəlbin  simvolu 

kimi də qəbul edilmiĢdir. 

Hərflərin hikmətli mənasını biz Mövlana Cəlaləddin Ruminin 

misralarında görürük: 

“Ġnsan  namazda  kıyama  durunca  (ﺍ)  “elif”  olur.  Rükuya  eyi-

lincə (ﺪ) “dal” olur. Səcdəyə varınca (ﻣ) “mîm” olur. Beləliklə adəm 

olur!”   

Hürufilikdə, sufilikdə nöqtə vəhdət rəmzidir. Bеlə ki, qələmin 

ucu  kağıza  və  ya  lövhəyə  toxunduqda  nöqtə  əmələ  gəlir  və  sonra 

yazı yazılır. Dеməli, nöqtə yazının baĢlanğıcıdır. Varlığın baĢlanğıcı 

da  vəhdətə  bağlıdır  və  ondan  nəĢət  еdir.  Nöqtədən  –  baĢlanğıcdan 

sonra  əmələ  gələn  yazı-xətt  isə  varlığın  tədricən  nizamla  zühur 

olmasına iĢarədir 

Hərflərin bir məna, ifadə kəsb etməsi hələ səhabələr dövrün-

dən məlum olmuĢdur. Həzrəti Əli (s) deyirdi “Bismillah” “ب” (Be) 

hərfindən  meydana  gəlmiĢdir.  Mən  “Be”  hərfinin  altındakı  nöq-

təyəm.  “Be” hərfinin təsəvvüfdə müqəddəs bir hərf və bir açar ol-

ması  haqqında  XV  əsrdə  yaĢamıĢ  Bərdəli  ġeyx  Ġbrahim  Ġbn  Mə-

həmməd Ġbn Hacı Ġbrahim Ġbn ġəhabəddin Bərdəinin (GülĢəni) də-

yərli misralan vardır: 



 


Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   37   38   39   40   41   42   43   44   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə