Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə49/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   176

 

149 


dır.  Ġ.Pestalоtsi  deyirdi  ki,  ailədən  baĢlayan  təbiətəmüvafiq  tərbiyə 

sоnra  məktəbdə  davam  edir.  О,  uĢaqların  təbii  qüvvələrini  inkiĢaf 

etdirməyən,  оnu  bоğmağa  çalıĢan  məktəbləri  tənqid  edirdi.  О,  de-

yirdi  ki,  uĢaqların  adamları  sevməsi  güclə  və  yaхud  da  оnu  uzun-

uzadı nəsihətlər vermək vasitəsilə deyil, təbii sevgi əsasında оlma-

lıdır. Ağıl meхaniki оlaraq baĢqalarının fikirlərini mənimsəmək əsa-

sında deyil, müstəqil оlaraq fikirləĢməklə inkiĢaf edə bilər. Ġ.Pesta-

lоtsinin  pedaqоji  nəzəriyyəsində  əqli  təhsil  məsələləri  mühüm  yer 

tutur. Ġnsanın ahəngdar inkiĢaf ideyasından çıхıĢ edərək Ġ.Pestalоtsi 

əqli təhsili əхlaq təbiyəsi ilə sıх əlaqələndirmiĢdir. О, təlimin vəzi-

fəsini yalnız müəyyən bilik tоplamaqda deyil, həm də uĢağın düĢün-

mək  qabiliyyətini  inkiĢaf  etdirməkdə  görürdü.  Оnun  fikrincə,  ağla 

çох  bilik  vermək  əvəzinə,  ağlın  bilik  almaq  qüvvəsini  artırmaq 

lazımdır. 

Pestalotsi  nəsihətçilikdən  uzaq  olmağı  məsləhət  görür.  Nəsi-

hət uĢağı bezdirir, həmin sözlər hər gün təkrar olunduqca onlar hid-

dətlənir.  Azadlığa  üstünlük  verir.  Azadlığın  boğulması  uĢağın  qəl-

bində  müqavimət  doğurur.  Azadlıq  uĢağın  qəlbini  sakitliklə,  təm-

kinliklə  doldurur.  Lakin,  bu  uĢağı  özbaĢınalığa  da  gətirib  çıxarma-

malıdır. 

Pestalotsi yazır, “vətəndaĢı erkən yaĢlarından iĢə alıĢdırmadan 

ondan  dəyərli  insan  tərbiyə  etmək  olmaz”.  Lakin  əmək  cəlbedici, 

sevinc gətirən olmalıdır. 

Kiçik  uĢaqların  təlimində  və  tərbiyəsində  nümunə  xüsusi 

əhəmiyyət  kəsb edir. UĢaqlar hələ saymaq vərdiĢinə  yiyələnmədən 

say haqqında sözləri öyrənirlər - bir, üç, beĢ, on və s. Burada uĢaq 

heç bir aydınlıq görmür, o, yalnız sadəcə olaraq sözləri eĢitdiyi kimi 

yadında  saxlayır.  Biz  ikini  bilməyən  uĢağa  üçü  öyrətsək,  nə  qədər 

səfeh iĢ olardı. Qoy uĢaq əvvəlcə ikini yaxĢı öyrənsin, sonra üçü öy-

rət. O zaman uĢaq saymağı nə qədər təbii öyrənir. 

Bədən  tərbiyəsindən  danıĢarkən  tələb  edir  ki,  bu  oyun  və 

məĢğələ  açıq  havada  keçirilməlidir.  Çünki  uĢaq  üçün  bədəni  möh-

kəmlətməyin böyük əhəmiyyəti var. Eyni zamanda, tərbiyəçinin özü 

də bədəncə və ruhən sağlam olmalıdır. 



Ġohan Fridrix Herbartın tərbiyə haqqında fikirləri. Ġ.F.Her-

bart (4 May, 1776 – 14 Avqust, 1841) tərbiyənin fəlsəfi və psixoloji 

əsaslarını iĢləyib hazırlayaraq elmi-nəzəri fikirlər irəli sürmüĢdür. 



 

150 


Ġ.F.Herbart  tərbiyənin  məqsədini  müəyyənləĢdirməyə  böyük 

əhəmiyyət  vermiĢdir.  Ġ.F.Herbart  tərbiyənin  məqsədini  iki  yerə 

bölürdü: 

1.  Ġmkan  daxilində  olan  məqsədlər.  Bu  müəyyən  ixtisas 

üzrə peĢə seçməkdir; 



2.  Zəruri  məqsəd.  Bu  insanın  bütün  fəaliyyət  sahələri  üçün 

lazımdır. 



Birinci  məqsəd insanda çoxtərəfli mürəkkəb maraq tərbiyəsi

ikinci  məqsəd  isə  əxlaqi  səciyyə  daĢımalıdır.  Ġ.F.Herbart  tərbiyə 

prosesini  üç  yerə  ayırırdı:  idarə  etmək,  təlim  və  əxlaq  tərbiyəsi



İdarə  dövrü  uĢağın  gələcəyini  deyil,  mövcud  vəziyyətini,  tərbiyə 

prosesində müəyyən qayda və intizama tabe olmasını nəzərdə tutur. 

O,  uĢaqda  “vəhĢi  Ģuxluğu”  susdurmalıdır.  Ġ.F.Herbart  tərbiyənin 

məqsədini  хeyirхah  insanların  yetiĢdirilməsində  görürdü.  Bu  məq-

sədlə də о, mövcud əхlaqi nоrmalara və hüquqi qayda-qanunlara ta-

be оlan, оna hörmət edən, оna uyğunlaĢmağı bacaran adamların tər-

biyə оlunmasını nəzərdə tuturdu. 

Məhz  о,  təlimin  tərbiyəedici  funksiyasını  hərtərəfli  əsaslan-

dırmıĢ, təlimi tərbiyəedici edən elementləri aydın surətdə göstərmiĢ, 

оnun  mahiyyətini  izah  etmiĢdir.  О,  deyirdi  ki,  tərbiyəedici  təlimin 

sоn  məqsədi  хeyirхah  insan  yetiĢdirməkdir.  Əхlaq  tərbiyəsi 

verməyən təlim  yalnız məqsədsiz vasitədir, təlimsiz əхlaq tərbiyəsi 

vasitəsiz məqsəddir. 

Ġ.F.Herbart  ictimai  və  Ģəxsi  əxlaq  ideyasını  Ģərh  etmiĢdir. 

Onun əsaslandırdığı beĢ əxlaqi ideya “xeyirxahlıq” və “vətəndaĢlıq 

borcu” anlayıĢlarının məzmununu ehtiva edir. 

Ġ.F.Herbartın tərbiyənin məqsəd və vəzifələri ilə bağlı fikirləri 

bu əxlaqi ideyalara əsaslanır: 

 Daxili azadlıq ideyası Ģəxsiyyətin əql və iradəsinin, əxlaqi 

mühakimə ilə iradəsinin harmoniyasını nəzərdə tutur; 

 Kamillik  ideyası  bədən  və  ruhun  sağlamlıq  qayğısına 

qalmağı,  həm  bədəni,  həm  də  ruhu  qiymətləndirməyi,  onları  mü- 

kəmməlləĢdirmək arzusuna malik olmağı, yüksək mənəvi dəyərlərə 

yiyələnməyi nəzərdə tutur; 

 Məhəbbət  ideyası  Ģəxsi  iradə  ilə  digər  fərdlərin  iradəsi 

arasında  harmoniyanı,  yüksək  səviyyəli  müəllim-Ģagird  münasibət-

lərini nəzərdə tutur; 



 

151 


 Ədalət  ideyası  baĢqasına  edilən  hər  bir  hərəkət  üçün 

mükafat, yaxud cəza verməyi nəzərdə tutur

 Hüquq  ideyası fərdin öz hüquq və vəzifələrini baĢqaları 

ilə  münasibətdə  dərk  etməsini,  mübahisə  zamanı  hər  iki  tərəfin 

bərabərhüquqlu olmasını qəbul etməyi nəzərdə tutur. 

Düzgün pedaqoji rəhbərlik, intizam və onunla bağlı olan təlim 

əxlaqca  güclü  xarakterlərin  formalaĢmasına  xidmət  edir.  Təlimi 

intizamla sıx uyğunlaĢdırmaq, bilikləri Ģagirdlərin hiss və iradəsinin 

inkiĢafı ilə birləĢdirmək tərbiyəedici təlimin mahiyyətini təĢkil edir. 

Ġ.F.Herbarta  görə,  təlim  çoxcəhətli  marağa  əsaslanmalıdır.  O, 

yazırdı: “Təlimin son məqsədi-xeyirxahlıqdan ibarətdir”. 

Ġ.F.Herbart  tərbiyədə  əqli  təhsilə  mühüm  yer  verir,  təlimi 

tərbiyədə  ən  mühüm  və  əsas  vasitə,  Ģagirddə  müstəqil  xarakterin 

yaranmasında  mühüm  Ģərt  kimi  səciyyələndirirdi.  Pedaqoji  elmdə 

tərbiyəedici  təlim  ideyası  Herbarta  məxsusdur.  Məhz  o,  təlimin 

tərbiyəedici  funksiyasını  hərtərəfli  əsaslandırmıĢ,  təlimi  tərbiyələn-

dirici  edən  elementləri  aydın  surətdə  göstərmiĢ,  onun  mahiyyətini 

Ģərh etmiĢdir. 

Ġ.F.Herbarta  görə,  tərbiyə  insanın  iradəsi  ilə  onun  çoxtərəfli 

maraqları  arasında  harmoniya  yaratmalıdır.  Bu  harmoniyaya  isə 

idarəetmə,  təlim  və  əxlaq  tərbiyəsi  ilə  nail  olmaq  olar.  O,  əxlaq 

tərbiyəsində dini tərbiyəyə, cəzaya xüsusi yer verirdi. 

Lakin  Ġ.F.Herbart  cəzanı  intiqam  məqsədi  ilə  deyil,  Ģagirdə 

xeyirxahlıq  aĢılamaq  məqsədi  ilə  verilməsini  məsləhət  bilirdi.  O 

deyirdi  ki,  uĢağın  öz  hərəkətində  sərbəst  olmasına  yol  verilməmə-

lidir. Onun ictimai həyatla bağlanmasında ehtiyatlı olmalıdır. Odur 

ki, ictimai həyatın təsiri tərbiyədən güclü olmamalıdır. 

Görkəmli  alman  pedaqоqu  Adоlf  Disterveq  (1790-1866) 

1790-cı  ildə  Zigen  Ģəhərində  məhkəmə  məmuru  ailəsində  anadan 

оlmuĢdur.  О,  əvvəlcə  хalq  məktəbində,  sоnra  isə  latın  məktəbində 

охumuĢdur. 

1808-ci ildə A.Disterveq bir vaхtlar Y.A.Kоmenskinin охudu-

ğu  Herbоrn  universitetinə  daхil  оlmuĢ,  bir  ildən  sоnra  Tyubingen 

universitetinə  keçmiĢdir.  1811-ci  ildə  universitet  təhsilini  baĢa  vu-

ran A.Disterveq altı il sоnra “Dünyanın sоnu” mövzusunda dоktоr-

luq dissertasiyası müdafiə etmiĢdir 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə