Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə52/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   48   49   50   51   52   53   54   55   ...   176

 

158 


A.S.Makarenkonun  tərbiyə  sistemində  digər  əsas  məsələ-

lərdən  biri  “perspektiv  xətlər  sistemi”dir.  Görkəmli  pedaqoq  qeyd 

edirdi ki, insan öz gələcəyində sevindirici bir Ģey görməsə, dünyada 

yaĢaya bilməz. Ġnsanın həyatının əsil stimulu sabahkı sevincdir. Pe-

daqoji prosesdə bu sabahkı sevinc çox mühüm əhəmiyyətə malikdir. 

Odur ki, qarĢıya hər zaman yeni-yeni məsələlər qoyulmalı və 

onların  əldə  edilməsi  uğrunda  mübarizə  aparılmalıdır.  Bu  sistem 

uĢaqları  həmiĢə  fərəhli  və  gümrah  saxlayır,  onları  yaradıcılıqla 

iĢləməyə,  dayanmadan  irəli  getməyə  alıĢdırar.  Bu  çox  ciddi,  düĢü- 

nülmüĢ, planlı iĢ üsuludur. 

A.S.Makarenko insanın tərbiyə və yenidəntərbiyə edilməsində 

əməyin  rolunu  yüksək  qiymətləndirirdi.  O,  deyirdi  ki,  intizam 

tərbiyənin təkcə vasitəsi deyil, həm də tərbiyənin nəticəsidir. 

Pedaqoqun  fikrincə,  günahkar  və  intizamsız  adamları  cəzasız 

buraxmaq olmaz. Əsas məsələ cəzanı necə tətbiq etməkdədir. Cəza 

sistemsiz, mənəvi cəhətdən təhqiredici və tələsik olmamalıdır, cəza 

fərdi  səciyyə  daĢımalı  və  günaha  müvafiq  verilməlidir.  Cəza  ver-

məzdən əvvəl izahat iĢi aparılmalıdır. 

A.S.Makarenko  intizam  tərbiyəsində  cəzalandırma  ilə  yanaĢı, 

rəğbətləndirmənin  böyük  əhəmiyyət  kəsb etdiyini  əsaslandırmıĢdır. 

O, rəğbətləndirməyə müəllifin tərifini, yoldaĢların ehtiramını, əmrlə 

təĢəkkür verməyi, uĢaqlara məsul iĢlər tapĢırmağı aid edirdi. 

A.S.Makarenko  uĢaqlara  təsir  göstərən  tədbirlər  sırasında 

ictimai  rəyin,  Ģəxsi  nüfuzun  və  nümunənin,  sərəncamın,  inandırma 

və izahatın, ənənə və rejimin əhəmiyyətini xüsusi vurğulayırdı. 

A.S,Makarenko yazırdı: “Normal uĢaqlar və normal vəziyyətə 

gətirilmiĢ uĢaqlar tərbiyənin daha çətin obyektləridir. Onların xasiy-

yəti  çox  yumĢaq,  tələbləri  müxtəlif,  mədəniyyəti  dərin,  münasibət-

ləri  müxtəlifdir.  Onlar  sizdən  güclü  iradə,  yüksək  həyəcan  deyil, 

yüksək texnika tələb edirlər”. 

A.S.Makarenko koloniya və kommunada iĢləyərkən fiziki tər-

biyənin  gəzinti, turizm, oyun, idman, gimnastika vasitələrindən ge-

niĢ istifadə etmiĢ, bədii tərbiyəni əqli, əxlaqi, fiziki tərbiyə ilə əlaqə-

ləndirmiĢdir. 

 



 

159 


 

TapĢırıqlar 

 

Təqdim olunan bu məsələlərlə bağlı aidiyyatı üzrə baĢqaları ilə 

fikir mübədiləsi aparmağa çalıĢın. Bu prosesdə fəallığınızı qiymətlən-

dirin. Məsləhətdir ki, V fəslin məzmununa daxil edilmiĢ materialı bir 

daha nəzərdən keçirəsiniz.  

1.

 



Y.A.Komenskinin tərbiyə haqqında fikirləri. 

2.

 



C.Lokkun tərbiyə haqqında fikirləri 

3.

 



Helvetsinin pedaqoji fikirləri 

4.

 



Deni Didronun pedaqoji görüĢləri 

5.

 



J.J.Russonun tərbiyə haqqında fikirləri 

6.

 



A.Disterveqin tərbiyə və təhsil haqqında fikirləri 

7.

 



Ġ.H.Pestalotsinin tərbiyə haqqında fikirləri. 

8.

 



Ġ.F.Herbartın tərbiyə haqqında fikirləri 

9.

 



K.D.UĢinskinin tərbiyə haqqında fikirləri 

10.


 

A.S.Makarenkonun tərbiyə haqqında fikirləri. 

 

Ədəbiyyat 

 

1.Mərdanov  M.C.  Azərbaycan  təhsil  tarixi.  3  cilddə.  Bakı:  Təhsil, 

2012 . 

2. Ağayev Ə.Ə. Pedaqogika. Bakı: Adiloğlu, 2006. 



3. Rüstəmov F.A. Pedaqogika tarixi. Bakı: Nurlan, 2010. 

4. Rüstəmov F.A. ġərqdə pedaqogika tarixi. Bakı, 2002. 

5. Komenski Y.A. Böyük didaktika. Bakı: Nurlan, 2012. 

6. Makarenko A.S. SeçilmiĢ əsərləri. Bakı: Maarif, 1985. 

7. Seyidov Ə.Y. Pedaqogika tarixi. Bakı: Maarif, 1968. 



 

160 


 

 

 



VI fəsil 

 

AZƏRBAYCAN MÜTƏFƏKKİRLƏRİ  

TƏRBİYƏ VƏ TƏHSİL HAQQINDA 

 

 



Əhatə olunan məsələlər: 

 

6.1. XI – XII əsr Azərbaycan klassikləri tərbiyə və təhsil haqqında. 



6.2. Erkən orta əsrlər dövründə Azərbaycan klassik pedaqoji fikri. 

6.3.  XIX  əsr  və  XX  əsrin  birinci  yarısında  görkəmli  Azərbaycan 

maarifpərvərlərinin tərbiyə və təhsil haqqında fikirləri. 

 

 

 




 

161 


 

6.1.

 

XI-XII əsr Azərbaycan klassikləri  

tərbiyə və təhsil haqqında 

 

Qətran  Təbrizinin  tərbiyə  və  təhsil  haqqında fikirləri. XI 

əsr  Azərbaycan  xalqının  ictimai-bədii,  pedaqoji  təfəkkür  tarixinin 

görkəmli  nümayəndələrindən  biri  Qətran  Ġbn  Mənsur  Təbrizidir 

(1012-1088)  O,  təkcə  Azərbaycanda  deyil,  bütün  Yaxın  ġərqdə 

mədhiyyələr yazan, dəyərli fikirlər söyləyən, hikmətli sözlər deyən 

böyük mütəfəkkir kimi tanınmıĢdır. 

O  Təbrizdə,  Gəncədə,  Naxçıvanda  yaĢayıb  yaratmıĢ  qüdrətli 

Azərbaycan  sənətkarı  olmuĢdur.  Qətran  Təbrizinin  “Divan”ını  ilk 

dəfə toplayıb nəĢr etdirən Məhəmməd Əli Naxçıvani olmuĢdur . 

Qətran  Təbrizi  öz  Ģeirlərirıdə  Azərbaycan  hökmdarlarının 

qəhrəmanlığını, Ģücaətini, ədalətini, vətənpərvərliyini, əxlaqi, mənə-

vi keyfiyyətlərini mədh etmiĢdir. 

Qətranın  yaradıcılığında  həm  yüksək  bədiilik,  həm  tarixi  ha 

disələrin  təsviri,  həm  tarixilik,  həm  də  tərbiyəvi  əxlaqi  keyfiyyət-

lərin  Ģərhi  yüksək  dərəcədədir.  Qətran  Təbrizinin  “Divan”ını  oxu-

duqca  gözümüz  qarĢısında  yalnız  yüksək  ilhama  malik  bir  Ģair  de-

yil, həm də bir pedaqoq, müəllim, tərbiyəçi, qədim Yunan və ġərq 

elm  və  mədəniyyətinə  dərindən  bələd  olan  görkəmli  bir  alimin 

siması canlanır. 

Qətranın Ģeirləri əxlaqi, mənəvi, ibrətamiz fikirlərlə zəngindir. 

O  həyat  haqqında  fikirlərini  mənsub  olduğu  sadə  xalq  kütləsinə 

müraciətlə belə deyir: 



“Ey  ciyəri  yanan,  bu  bağdan  meyvə  axtarma.  Bu  bağ  ancaq 

ikiqapılı bir söyüdlükdür. Bihudə danışma ki, bağban arxada durub. 

Torpaq kimi aram ol, yel kimi ötüb keç”. 

ġair demək istəyir ki, yaĢadığımız həyat olum və ölüm adlı iki 

qapısı  olan  söyüdlükdən  ibarətdir.  Olum  qapısmdan  bu  söyüdlüyə 

daxil  olan  insan  dadlı  meyvələr  axtarır,  nəsə  bir  Ģeylər  toplamaq 

istəyir. Lakin nəzərə almır ki, bu bağ söyüdlükdür. Bu söyüdlükdən 

dərilmiĢ  “meyvə”  heç  nəyə  yaramayacaq.  Buradan  heç  nə  apara 

bilməyəcəkdir. Əcəl  adlı bağban pusquda durmuĢ, insanı ölüm qa-

pısından içəri atmaq üçün fürsət gözləyir. ġair bildirir ki, bu həyatda 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə