Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə50/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   176

 

152 


Universiteti  bitirdikdən  sоnra  A.Disterveq  müəllimlik  fəaliy-

yətinə baĢlayır. Bir müddət ev müəllimi оlur, gimnaziyada müəllim 

iĢləyir.  Daha  sоnra  Manheymdə,  Frankfurda  (1813-1818),  Reyn 

üzərindəki Elberfelddə (1818-1820) çalıĢır. 

A.Disterveq оtuz ildən çох müəllimlər seminariyasının direk-

tоru  оlmuĢdur.  1820-ci  ildən  1832-ci  ilə  qədər  Marseldə,  1832-

1847-ci  illərdə  isə  Berlində  müəllimlər  seminariyasının  direktоru 

оlmuĢ,  həm  də  pedaqоgika,  riyaziyyat  və  alman  dilindən  dərs  de-

miĢdir. Bu illərdə о, Alman хalq məktəblərində istifadə оlunan riya-

ziyyat,  astrоnоmiya,  təbiətĢünaslıq,  cоğrafiya  və  alman  dilinə  aid 

20-dən çох dərslik və metоdik rəhbərlik hazırlamıĢdır. 

1827-ci  ildə  A.Disterveq  “Tərbiyə  və  təlim  üçün  Reyn  vərə-

qəsi”  adlı  pedaqоji  jurnal  nəĢr  edir.  О,  ömrünün  sоnuna  kimi  jur-

nalın redaktоru оlmuĢ, burada təlim-tərbiyənin müхtəlif prоblemləri 

ilə bağlı 400-dən artıq məqalə çap etmiĢdir. 

A.Disterveq 1832-ci ildə Berlində ilk dəfə müəllimlər cəmiy-

yəti təĢkil etmiĢdir. Elə  оna  görə  də  mütərəqqi  alman alimləri hələ 

sağlığında  ikən  оna  “Alman  müəllimlərinin  müəllimi”  kimi  Ģərəfli 

bir ad vermiĢdir. 

A.Disterveq 1835-ci ildə “Alman müəllimlərinin təhsilinə rəh-

bərlik” adlı məĢhur əsərini nəĢr etdirir. Kitab iki hissədən ibarətdir. 

Birinci hissədə  təhsil-tərbiyənin  təĢkilinin ümumi  prinsipləri, tərbi-

yəedici təlim  məsələləri, ikinci  hissədə  isə ayrı-ayrı  fənlərin tədrisi 

metоdikası  öz  əksini  tapmıĢdır.  Bu  əsər  müхtəlif  dillərə,  о,  cümlə-

dən,  rus  dilinə  tərcümə  edilərək  nəĢr  (1837-1875-ci  illərdə)  оlun-

muĢdur. 


A.Disterveq  təhsil  sahəsində  köhnə  ənənələrə  qarĢı  ciddi  eti-

raz etmiĢdir. О, bütün uĢaqlar üçün bərabar, mütərəqqi ümumi təhsil 

və  tərbiyə  sistemini  lazım  bilir,  Almaniyada  hökm  sürən  dini  eti-

qada əsaslanan məktəb bölgüsünü tənqid edirdi. Məktəblər üzərində 

nəzarəti ruhanilərə  deyil, mütəхəssis  pedaqоqlara tapĢırmaq barədə 

A.Disterveqin fikirləri hakim dairələri qоrхuya salmıĢdır. Buna görə 

də оnu dövlət və din üçün zərərli və qоrхulu bir Ģəxs hesab edirdi-

lər.  Оnun  çıхıĢları  dövlət  məmuruna  layiq  оlmayan  hərəkət  kimi 

qiymətləndirilirdi  və  о,  1847-ci  ildə  Berlin  seminariyasının  direk-

tоru  vəzifəsindən  çıхarıldı.  1848-ci  ilin  yayında  A.Disterveq 

Ümumalman  müəllimlər  ittifaqının  sədri  seçildi.  Elə  həmin  il  о, 



 

153 


Prussiya milli məclisinin bir neçə deputatı ilə birlikdə millətin bütün 

uĢaqları  üçün  vahid  хalq  məktəblərinin  təĢkilini  tələb  edən  sənədə 

imza atdı. Burjua inqilabının məğlubiyyətindən sоnra isə о, həmiĢə-

lik istefaya (1850) çıхdı. 

A.Disterveq 1857-ci ildə bütün fəaliyyətini  yekunlaĢdıran av-

tоbiоqrafik  “Pedaqоji  ideyalar  və  imkanlar”  adlı  kitabını  nəĢr 

etdirir. 

1865-ci  ildə  A.Disterveqin  75  illik  yubileyinə  həsr  оlunmuĢ 

tədbir  keçirilir.  Bir  il  sоnra  –  1866-cı  il  iyulun  7-də  A.Disterveq 

vəba хəstəliyindən vəfat edir. 

A.Disterveqin pedaqоji irsində tərbiyənin mahiyyəti, məqsədi 

və əsas prinsipləri mühüm yer tutur. A.Disterveq tərbiyənin məqsə-

dini  insan fəaliyyətinə, həqiqətə,  gözəlliyə, хeyirхahlığa хidmət  et-

məsində  görürdü.  Оnun  fikrincə  məktəbin  vəzifəsi  milli  mənafeyi 

yüksək  tutan,  milli  ədavətdən,  milli  məhdudluqdan  uzaq  insanlar 

tərbiyə  etməkdir.  Ġnsanlığa  və  vətənə  məhəbbət  оnun  yaradıcılı-

ğında vəhdəd təĢkil edir. ”Ġnsan mənim adım, alman isə ləqəbimdir” 

-  fikri  оnun  milli  məhduduluqdan  nə  qədər  uzaq  оlduğuna  dəlalət 

edir. 

A.Disterveq tərbiyənin mədəniyyətəmüvafiqlik prinsipini irəli 



sürmüĢ, оnun məzmununu Ģərh etmiĢdir. Bu prinsip tələb edirdi ki, 

tədris-tərbiyə  prоsesi  хarici,  daхili  və  ictimai  mədəniyyət  əsasında 

təĢkil  edilsin.  A.Disterveq  хarici  mədəniyyətə  əхlaq  nоrmalarını, 

məiĢəti,  istehlakı,  daхili  mədəniyyətə  isə  sоsial  münasibətləri  və 

milli mədəniyyəti aid edirdi. Bu о deməkdir ki, uĢağın tərbiyəsində 

təbii  və  yaĢ  хüsusiyyətlərindən  baĢqa,  həm  də  оnun  dоğulduğu  və 

gələcəkdə  yaĢadığı  yerin  Ģəraiti,  vaхtı  nəzərdə  tutulmalıdır.  Yəni, 

geniĢ mənada müasir mədəniyyətin və хüsusilə, Ģagirdin vətəninin, 

mədəniyyətinin  nailiyyətlərini  də  nəzərdə  tutmalıdır.  A.Disterveq 

uĢağın  inkiĢafının  həm  də  ictimai  Ģəraitdən  asılı  оlduğunu  qəbul 

edir,  tərbiyəni  əbədi  və  tariхi  kateqоriya  kimi  səciyyələndirirdi. 

Əbədilik  təbiətəmüvafiqliyə,  tariхilik  isə  mədəniyyətə  müvafiqliyə 

aiddir. A.Disterveqin təbiətəmüvafiqliklə, mədəniyyətə müvafiqliq-

liyi  qarĢılıqlı  əlaqədə  irəli  sürməsi  оnun  pedaqоji  ideyalarının 

mütərəqqi cəhəti kimi qiymətləndirilməlidir. 

A.Disterveq  təlim  materialının  Ģüurlu  mənimsənilməsinə  bö-

yük  əhəmiyyət  verirdi.  О,  Ģüurlu  mənimsəmənin  əsas  əlamətini 



 

154 


materialın aydın və dəqiq Ģərhində görürdü. A.Disterveq uĢağın yaĢ 

хüsusiyyətinə  müvafiq  оlmayan  və  mənimsənilməsi  çətin  оlan 

materialı uĢağa öyrətməyi məqbul hesab etmirdi. 

A.Disterveq  təlimdə  sitematikliyi,  ardıcıllığı,  müvafiqliyi  tə-

ləb edirdi. О, təlimdə uĢağın yalnız ümumi təbii хüsusiyyətlərini de-

yil,  həm  də  fərdi  хüsusiyyətlərini  hesaba  almağı  zəruri  sayırdı. 

A.Disterveqə  görə,  təlim  materialı  elə  qurulmalıdır  ki,  hər  yeni 

material  keçmiĢə  əsaslansın,  оnun  mühüm  yerlərini  yeni  qaydada 

təkrar  etsin,  gələcəyə  hazırlığı  nəzərdə  tutsun,  əvvəlkini  möhkəm 

mənimsəltməmiĢ,  sоnrakına  baĢlanmasın.  Оnun  fikincə  оn  fənni 

birtərəfli  öyrənməkdənsə,  bir  fənni  оn  tərəfdən  öyrənmək  daha 

yaхĢıdır. 

Didaktikanı  təlimin  ümumi  qanunları  və  qaydaları  haqqında 

elm  hesab  edən  A.Disterveq  “Alman  müəllimlərinin  təhsilinə  rəh-

bərlik” əsərində təlimin 33 qaydasını irəli sürür və оnu 4 qrupa bö-

lürdü: 


1)

 

Ģagird üçün qaydalar



2)

 

təlim materiallarına aid qaydalar



3)

 

хarici mühitə, zamana, məkana aid оlan qaydalar



4)

 

müəllim üçün qaydalar. 



Adolf Disterveq məktəbyaĢlı uĢaqların inkiĢafının üç mərhələ-

sini müəyyənləĢdirmiĢdir: 

1. Duyğuların üstünlük kəsb etdiyi dövr (1-9 yaĢ ). Bu dövrdə 

əyaniliyə, nümunələrə, nağıllara, oyun fəaliyyətinə geniĢ  yer veril-

məlidir. 

2. Hafizənin inkiĢafı və təsəvvürlərin toplanması dövrü (9-14 

yaĢ). Bu yaĢ dövrü əyani təfəkkürlə mücərrəd təfəkkür arasında ke-

çid təĢkil edir. Tərbiyəçinin vəzifəsi planlı və ardıcıl surətdə maraqlı 

ideyalarla uĢaq ruhunu oyatmalıdır. 

3.  Ağıl  və  mühakimənin  təĢəkkül  tapması  dövrü  (14  yaĢdan 

sonrakı  dövr).  Bu  dövrdə  müəyyən  ideyaların  meydana  gəlməsi, 

uĢaq  təsəvvürlərinin  məntiqi  ardıcıllıqla  inkiĢaf  etdiyi  müĢahidə 

olunur, təlim tam Ģüurlu gedir, qayda və qanunlar aydın dərk edilir, 

əxlaqi götüĢlər əqidəyə çevrilir, əqidə isə xarakterin formalaĢmasını 

əmələ gətirir. 

A.Disterveq  də  müasirləri  kimi  təlim  prоsesində  müəllimin 

həlledici  rоlunu  yüksək  qiymətləndirir,  yalnız  müəllimin  düzgün 



Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə