Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə45/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   41   42   43   44   45   46   47   48   ...   176

 

136 


5.

 

Rüstəmov F.A. ġərqdə pedaqogika tarixi. Bakı: Nurlar, 2002. 



6.

 

Rüstəmov F.A. Pedaqogika tarixi. Bakı: Nurlar, 2010. 



7.

 

Əlibəyzadə  E.M.  Azərbaycan  хalqının  mənəvi  mədəniyyət 



tariхi (Ġslamaqədərki dövr). Bakı: Gənclik, 1998. 

8.

 



Hüseynzadə R.L.Qədim və orta əsrlərdə Azərbaycanda tərbiyə, 

təhsil və pedaqoji fikir. Bakı: Nurlar, 2007. 

9.

 

Ġmadəddin  Nəsimi.  Mən  bu  cahana  sığmazam.  Bakı:  Gənclik, 



1991. 

10.


 

Məmmədov K.A. ġərq pedaqoji fikir tarixindən (Tədris vəsaiti). 

Bakı: Mütərcim, 2011. 

11.


 

Qumilyоv L.N. Qədim türklər. Bakı: Gənclik, 1993. 

12.

 

ġükürlü  Ə.  Qədim  türk  yazılı  abidələrinin  dili.  Bakı,  Maarif, 



1993. 

13.


 

Seyidov F.Ə. Soy kökümüzdən gələn pedaqoji fikir. Bakı, 2004. 

14.

 

Seyidov  F.Ə.  Türk  xalqlarının tərbiyə  və  məktəb  tarixinə dair. 



Bakı: Sevinc, 1997. 

15.


 

Mövlana Dərgahından Əsintilər. Bakı: Ġpək yolu, 2008. 

16.

 

Ġslam əxlaqı. Bakı: 2008. 



 

 

 


 

137 


 

 

 

V fəsil 

 

KLASSİK QƏRB VƏ RUSİYA PEDAQOJİ FİKRİNDƏ 

TƏRBİYƏ MƏSƏLƏLƏRİNƏ BİR NƏZƏR 

 

 

Əhatə olunan məsələlər: 

 

5.1. Avropa klassiklərinin tərbiyə və təhsil haqqında fikirləri 

5.2. Rusiya klassiklərinin tərbiyə haqqında fikirləri. 

 

 




 

138 


 

5.1. Avropa klassiklərinin  

tərbiyə və təhsil haqqında fikirləri 

 

Yan  Amos  Komenskinin  tərbiyə  haqqında  fikirləri.  XVII 

əsrdə  yaĢamıĢ  çex  pedaqoqu  Yan  Amos  Komenski  (1592-1670) 

elmi  pedaqogikanın  banisi  hesab  olunur.  O,  92  əsərin  müəllifidir. 

Komenskinin  “Böyük  didaktika”  əsəri  pedaqoji  fikrin  ən  dəyərli 

əsərlərindən  biri  hesab  edilir.  O  bu  kitabında  didaktikanın  nəzəri-

pedaqoji  əsaslarını,  kollektiv  sinif  dərs  sisteminin  pedaqoji  əsasla-

rını iĢləmiĢdir. 

Humanizm və demokratiklik Komenski dünyagörüĢünün  əsa-

sını təĢkil edir. Y.A.Komenski pedaqogikasını təbiətəmüvafiqlik pe-

daqogikası adlandırırlar. Onun fikrinsə insan təbiətin bir hissəsi ol-

duğundan  onun  tərbiyəsi  də  təlimi  də  təbiətin  qaydalarına  tabe  ol-

malıdır: “Təbiət hər yerdə bizə nümunə göstərir”. O, təbiəti müəllim 

hesab  edir  və  Siseronun  “....  əgər  bir  rəhbər  kimi  biz  təbiətin 

arxasınca getsək, heç bir zaman azmarıq” – fikrinə haqq qazandırır. 

Buradan belə nəticə çıxır ki, uĢaq da təbiətin bir hissəsi olduğundan, 

onun  tərbiyəsi  də  təbii  yolla  getməlidir.  Məktəb  bütün  qaydalarını 

dəqiq olaraq təbiətdən götürməlidir. “Balıqlar suya, ağaclar meĢə-

yə,  otlar  çəmənliyə  toplaĢdığı  kimi,  uĢaqlar  da  məktəbə  toplaĢ-

malıdır”. Komenski fərdi təlimin əleyhinə çıxmıĢ, sinif-dərs siste-

mini, kollektiv təlimin zəruriliyini əsaslandırmıĢdır. Y.A.Komenski 

dövrünün  məktəb  sistemini  yaratmıĢ,  onun  məqsəd  və  vəzifələrini 

müəyyənləĢdirmiĢdir. O, məktəbi insanlıq, humanizm, əməksevərlik 

tərbiyə  edən  iĢ  emalatxanası  adlandırmıĢdır.  O,  elə  məktəblər 

açmağı tələb edirdi ki, orada hər iki cinsdən olan bütün gənclər bir 

yerdə  elmləri  öyrənə  bilsinlər.  Məktəbin  əsas  vəzifəsi  cəmiyyətdə 

ümumi müdrikliyi yaymaqdan ibarətdir. Y.A.Komenski yaĢ dövrlə-

rinə  uyğun  olaraq  məktəb  sistemini  belə  vermiĢdir:  1)  0-6  yaĢa 

qədər  –  uĢaqlıq  –  “Ana  qucağı  məktəbi”  –  ailədə  tərbiyə;  2)  6-12 

yaĢ – yeniyetmə - ana dili məktəbi – hər hansı yaĢayıĢ məntəqəsində 

yerləĢən məktəb; 3) 12-18 yaĢ – gənclik – latın dili məktəbi – (gim-

naziya)  –  hər  Ģəhərdə;  4)  18-24  yaĢ  –  kiĢiləĢmə  -  akademiya  – 

universitetlər. 




 

139 


Birinci  mərhələ  üçün  Komenski  “Ana  qucağı  məktəbi”  adlı 

vəsait də yazmıĢdır. “Ana qucağı məktəbi”ndə uĢaqların ətraf aləm-

lə tanıĢlığı, xarici hiss üzvlərini inkiĢafı nəzərdə tutulurdu. 

Y.A.Komenski  təlim  prinsiplərinin  mahiyyətini  izah  edərək, 

aĢağıdakı kimi təsnif etmiĢdir: 

1) əyanilik; 

2) Ģüurluluq; 

3) biliklərin möhkəmləndirilməsi

4) sistemlilik və ardıcıllıq; 

5) gücəmüvafiqlik. 

Y.A.Komenski  əyanilik  prinsipini  müəllimlər  üçün  “Qızıl 

qayda” adlandıraraq yazırdı: “Mümkün olan hər Ģeyi  duyğularla 



qavramağa  təqdim  etmək,  yəni  görünəni  –  görmə  duyğusuna, 

səsi  –  eĢitmə  duyğusuna,  iyi  –  iybilmə  duyğusuna,  dadı  olanı  – 

dad  duyğusuna,  toxunula  biləni  –  lamisə  duyğusuna  təqdim 

etmək qoy müəllimlər üçün qızıl qayda olsun”

Y.A.Komenski tərbiyə məsələlərinə öz pedaqoji nəzəriyyəsin-

də  xüsusi  yer  ayırmıĢdır.  O,  hər  bir  xalqın  gələcəyini  və  rifahını 

yeniyetmələrin düzgün tərbiyəsində görürdü. 

Y.A. Komenski uĢaqların tərbiyəsində  nümunəyə böyük  əhə-

miyyət verir və deyirdi: “Axı uĢaqlar meymun kimidirlər. Onlar 



yaxĢı və pis nə görsələr kənardan təhrik olmasa da, onu təqlid 

etməyə səy edirlər. Bu yolla onlar dərketmədən qabaq təqlid et-

məyi öyrənirlər. Mən bu zaman istər həyatdan, istərsə də tarix-

dən  götürülmüĢ  nümunələri  nəzərdə  tururam  və  ilk  növbədə 

həyatdan  alınmıĢ  nümunələri  əsas  götürürəm.  Çünki  onlar 

uĢaqlara  yaxındır  və  daha  qüvvətli  təsir  göstərir.  Belə  ki,  hər 

kəsdən  əvvəl  qoy  valideynlər  nümunə  göstərsinlər.  Özləri  ev 

intizamını  ciddi  gözləsinlər.  Müəllimlər  isə  qoy  baĢqaları 

arasında öz əxlaqı ilə seçilən ən yaxĢı adamlar olsunlar”

Y.A.  Komenski,  tərbiyənin  qarĢısına  aĢağıdakı  vəzifələri  qo-

yurdu: 

1. Bizi əhatə edən xarici aləmi dərk etdirmək



2. Ġnsanın nə etməli olduğunu öyrətmək

3. Dinə sadiq, mömin insanlar yetiĢdirmək. 

Y.A.Komenskiyə  görə  tərbiyənin  aĢağıdakı  metodları  vardır:   

1) ġəxsi nümunə; 2) nəsihət; 3) təmrinlər; 4) rəğbətləndirmə; 5) cəza. 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə