Azərbaycan respublġkasi təHSĠl nazġRLĠYĠ azərbaycan müƏLLĠMLƏR Ġnstġtutu



Yüklə 4,6 Mb.
Pdf görüntüsü
səhifə44/176
tarix14.07.2018
ölçüsü4,6 Mb.
#55551
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   176

 

133 


bağlayıb,  yaxşılıq  etmək  qapısını  açmaq;  qəzəb  və  kin  qapısını 

bağlayıb,  səbr  və  qənaət  qapısını  açmaq;  həzz  qapısını  bağlayıb, 

nəfsi  qorumaq  qapısını  açmaq;  xalqdan  bir  şey  ummaq  qapısını 

bağlayıb,  haqq  qapısını  açmaq;  çox  danışmaq  qapısını  bağlayıb, 

Tanrını  anma  qapısını  açmaq;  şeytana  uymaq  qapısını  bağlayıb, 

Tanrıya xidmət qapısını açmaq. 

Əxi  birliklərinin  tərbiyəedici  və  maarifləndirici  fəaliyyətləri 

islam  dininin  elm  və  tərbiyə  haqqındakı  qaynaqlarından  irəli 

gəlmiĢdir. Həmin fəaliyyətin istiqaməti aĢağıdakılardır: 

1)

 

Hər  bir  fərdə  özünü  tanıma  yollarını  göstərmək.  Tərbiyə 



və  elm  insanın  özünü  tanıma  yollarnı,  özünü  dərketməyi  öyrətmə-

lidir. Əks təqdirdə elm və tərbiyənin heç bir əhəmiyyəti qalmaz. 

2)

 

Ġnsan fitrətini qorumaq. 



3)

 

Kamil  insan  yetiĢdirmək. Belə insan  yalnız vətənində de-



yil, hər yerdə, hər zaman doğru, düzgün insandır. 

4)

 



Fərddəki gizli bacarıqları üzə çıxarmaq və onlara istiqamət 

vermək. 


Göründüyü  kimi  bütün  bunlar  müasir  pedaqoji  fikrin  əsas 

ideyaları ilə səsləĢir. 

Əxi  birliklərinin  təlim-tərbiyə  sisteminin  təməl  qaydaları 

aĢağıdakılardır: 1) İnsan bütöv olaraq, dünyaya gəlmiş və ona görə 



də,  ona  sənət,  peşə  öyrətməklə  yanaşı  dini,  əxlaqi  və  sosial  bilgi 

verilməlidir;  2)  görülən  əməli  işlər  nəzəri  məsələlərə  uyğun  olma-

lıdır,  3)  təlim-tərbiyə  müəyyən  bir  vaxta  qədər  deyil,  bütün  ömrü 

boyu  davam  etdirilməlidir:  4)  dərslər  bilikli,  bacarıqlı  müəllimlər 

tərəfindən öyrədilməlidir. 

Əxilər  qız  uĢaqlarının  tərbiyəsinə  xüsusi  diqqət  yetirmiĢ  və 

onlara  belə  öyüdlər  də  vermiĢlər.  “İşinə  diqqətli  ol”,  “Aşına  diq-

qətli ol”, “Eşinə diqqətli ol”, (“Eş” həyat yoldaşı). 

Əxi ocaqlarında müəllimlər təlim alan uĢaq və yeniyetmələrə 

aĢağıdakı  hərəkət  və  davranıĢları  etməməyi  tövsiyə  edirdilər: 

Tüpürmək, qiybət  etmək, iftira etmək, lovğalanmaq, ayıb  və qüsur 

araĢdırmaq, əmanətə xəyanət etmək, kinli olmaq, yalan danıĢmaq. 

Fütüvvət qaydalarına görə Əxinin üç açıq, üç bağlı keyfiyyəti 

olmalıdır:  Əli  açıq  olmalı  (səxavətli,  çomərd  olmalıdır);  qapısı 

açıq olmalı (qonaqsevər olmalıdır); süfrəsi açıq olmalı (ac gələni 

doydurmalıdır). 



 

134 


Gözü bağlı olmalı (kimsəyə kəm gözlə baxmamalı, kimsənin 

qüsurunu  araşdırmamalıdır);  dili  bağlı  olmalı  (hər  gördüyünü 

deməməli,  çox  danışmamalı);  beli  bağlı  olmalı  (etibarlı,  əmin 

adam  olmalı,  haramdan  uzaq  olmalı).  Bu  qaydalara  əməl  edən 

adam  pis  xasiyyətlərdən  arınır,  yaxĢı  keyfiyyətlərə  sahib  olur,  çox 

geniĢ iĢlənən bir deyimlə əlinə, belinə, dilinə, gözünə hakim olur. 

Fütüvvət üzvlərinin dörd təməl əxlaq prinsipi vardır: 1)  qüv-

vətli və qalib vəziyyətdə ikən əfv etmək.; 2) hiddətli zamanda yum-

Ģaq davranmaq: 3) pisliyə qarĢı yaxĢılıq etmək; 4) özünə ehtiyac ol-

duğu halda baĢqasına əl tutmaq. 

Fütüvvət üzvləri üç qola ayrılmıĢdır: 1) Qılınclı qol. Bu qola 

daxil  olanlar  həm  nəfslərinə,  həm  də  kafirlərə  qarĢı  savaĢırlar.  Bu 

Həzrəti  Məhəmmədin  Həztəti  Əliyə  qılınc  bağıĢlamasının  simvolu 

kimi qəbul edilir; 2) sözlü qol. Bu qola bağlananlar qılınc daĢımaz-

lar. Onlar söz sahibidirlər; 3) fütüvvət qədəhindən içənlər qolu. Bu 

qola daxil olanlar təĢkilata Ģərbət içərək qatılanlardır ki, onlar təĢki-

latın qayda-qanunlarını inkiĢaf etdirirlər. 

Əxilik haqqında yazılan bir sıra əsərlərdən, əlimizə keçən mə-

lumatlardan əxiliyin özəlliklərni ümumi Ģəkildə aĢağıdakı kimi Ģərh 

edə bilərik: 

1.

 



Səxavətli olmalı. 

2.

 



Doğru olmalı. 

3.

 



Torpaq kimi aĢağı könüllü, təvazökar olmalı. 

4.

 



Xeyirxah olmalı. 

5.

 



Öz həyatını xalqın iĢinə həsr etməli. 

6.

 



Qonaqpərvər olmalı. 

7.

 



Əməksevər və bir sənət sahibi olmalı. 

8.

 



Ġnsanlara sevgi və məhəbbət göstərməli. 

9.

 



Dinini sevməli və ona hörmət etməli. 

10.


 

Utanc, həya duyğusuna sahib olmalı. 

11.

 

Yalan söyləməməli, insanlarda qüsur aramamalı. 



12.

 

Mərhəmətli olmalı. 



13.

 

Kimsəyə qarĢı düĢmənçilik və kin bəsləməməli. 



14.

 

Yoxsullara  yardım  etməli,  zənginlərlə  minnətsiz  dolan-



malı. 

15.


 

Böyüklərə hörmət, kiçiklərə Ģəfqət göstərməli. 

16.

 

Fütüvvət əlamətlərini və geyimini daĢımalı. 




 

135 


17.

 

Nəfsinə hakim olmalı. 



18.

 

Ayna kimi sirr saxlayan olmalı. 



Əxilərin  sosial  həyatdakı  yaĢamı  xüsusi  əxlaq  qaydalarına 

müvafiq  olmalıdır.  Bu  qaydalar  yemək  yeyərkən,  su  içərkən  danı-

Ģarkən, alıĢ-veriĢ edərkən, hamama gedərkən, yataqda yatarkən və s. 

haqqındadır. 

Məsələn, yemək yeməyə dair qaydalar belə Ģərh olunur: 

1.

 



Yeməkdən əvvəl və sonra əlləri yumalı. 

2.

 



Süfrədə böyüklərdən öncə yeməyə baĢlamamalı. 

3.

 



Yalnız öz qarĢısndan və kiçik tikələrlə yeməli. 

4.

 



BaĢqalarından tez yeyib, kənara çəkilməməli. 

5.

 



Yeyərkən və içərkən səssizliyə əməl etməli. 

6.

 



Payından çox və doyunca yeməməli. 

Əxiliyin  740-a  qədər  görk  qaydaları  vardır.  Əxiliyin  son 

mərtəbəsinə  “Övliya”  deyilir.  Ovliya  bu  qaydaların  hamısını  yaxĢı 

bilir  və  ona  əməl  edir.  Göründüyü  kimi  Əxilikdə  əxlaq  anlayıĢı 

böyük bir sistem Ģəklindədir. 

Əxilik vaxtilə Azərbaycanda geniĢ yayılmıĢ özünəməxsus bir 

əxlaqi təlim olmuĢdur. Bəzi mənbələrə görə Nizami Gəncəvi də Əxi 

təĢkilatının  üzvü  olmuĢdur.  Bu  barədə  “Təzkireyi-DevletĢah”da 

yazılmıĢdır: “ġeyx Nizami Əxi Fərəcin müridlərindən idi”. 

 

TapĢırıqlar 



 

Səciyyələndirin: 

1. Təsəvvüfdə tərbiyə məsələləri 

2. Mövləvilikdə tərbiyə 

3. BektaĢilikdə tərbiyə 

6. Hürufilikdə tərbiyə 

7. Əxilikdə tərbiyə 

 

Ədəbiyyat 



 

1.

 



Qurani- Kərim. Bakı: AzərnəĢr, 1992. 

2.

 



Abdulla ġaiq. Хatirələr// Azərbaycan jurnalı, 1954, № 1. 

3.

 



Bünyadov Z.M. Azərbaycan VII-IX əsrlərdə. Bakı, 1989. 

4.

 



Əhmədоv  H.  M.  Azərbaycan  məktəb  və  pedaqоji  fikir  tariхi. 

Bakı: Təhsil, Elm, 2001. 




Yüklə 4,6 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   176




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə